Məhkəmə qərarları › İş №1(003)-333/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-333/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-333/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 18 avqust 1964-cü ildə Bakı şəhərində аnadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, evli, fərdi əməklə məşğul olan, ünvan 3-də yaşayan və qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:55 radələrində ünvan 1 ünvanında yerləşən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında oğlu Şahid3 tərəfindən keçmiş gəlini Şahid1 Şəhriyar qızını döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan arvadı Şahid4 və qızı Şahid5 ilə Şahid1 və onun anası Şahid2 ilə bir-birlərinin ünavnına nalayiq ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni həyat yoldaşı Şahid4 Zərərçəkmiş şəxs tərəfindən vurulmaqla yerə yıxılmış vəziyyətdə olmasını görüb, onun təhqiramiz ifadələr işlətməsini cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində qəsdən qisas almaq məqsədi ilə ictimai yer olan həmin məhkəmənin dəhlizində digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edib, şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeyinə toxunan, cəmiyyətdə insanlar arsında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək Zərərçəkmiş şəxs yumruğu ilə davamlı şəkildə zor tətbiq etməklə vuraraq ona sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına aid sağlamlığa yüngül dərəcəli zərərvuran xəsarətlər yetirməsi, habelə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, oğlu Şahid3 2023-cü ilin noyabr ayında Şahid1 Şəhriyar qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurubmuşlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlini Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə oğlundan döyülməsi ilə əlaqədar şikayət etmiş və hal- hazıradək Bakı şəhər Xəzər Rayon Məhkəməsində işə baxılır. xx.xx.2024-cü il tarixində saat 16 radələrinda o, ailə üzvləri ilə birgə Bakı şəhər Xəzər Rayon Məhkəməsində məhkəmə prosesindələr iştirak edirmişlər, gəlini Şəhriyyə də ailə üzvləri ilə birlikdə orada olmuşlar. Özü və oğlu Sənan məhkəmə zalında ifadə verirmişlər, yoldaşı Sevinc və qızı Ülkər isə ifadələrini verdiklərindən dəhlizdə gözləyirmişlər. Məhkəmə prosesi başa çatmış və ilkin olaraq gəlini Şəhriyyə, anası Firuzə zaldan çıxmış, sonra ardı ilə Şəhriyar, özü və oğlu Sənan zaldan çıxmışlar. Zaldan çıxdıqda dəhlizdə Şəhriyyə ilə anası Firuzənin qızı Ülkər və yoldaşı Sevinci döymələrini görmüşdür, həmin vaxt öndə gedən Şəhriyar da qaçaraq yumruğu ilə yoldaşı və qızının vurmasını görmüş, həmin vaxt yoldaşının halsız vəziyyətdə yerə yıxılmasını, oğlu Şəhriyarı arxadan qucaqlayaraq mübahisəni aralamasını, məhkəmənin əməkdaşlarının oğlunu sakitləşdirib 1-ci mərtəbəyə aparmasını görmüş nə baş verdiyini başa düşə bilməmişdir. Şəhriyarın dəhlizdə ailə üzvlərinə qarşı nalayiq sözlər işlətməsini, arvadının halsız vəziyyətdə yerdə uzanmasını görmüş Şəhriyara yaxınlaşmış onu bir neçə dəfə yumrugla zərbə endirərək sakitləşdirmişdir. Zərərçəkmiş şəxs onun qızı Ülkərin və arvadı Sevincin üzərinə hücum etdiyindən Şəhriyarın hərəkətlərinə cavab olaraq Şəhriyarı vurmuşdur. Bu hadisə Bakı şəhər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində yerləşən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 2-ci mərtəbədə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində baş vermişsdir, həmin zaman orada vəkillərdən Pərviz müəllim, Hüseyn müəllim və məhkəmənin digər tanımadığı əməkdaşları olmuşlar. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, qızı Şahid1 2023-cü ilin noyabr ayında Şahid3la rəsmi nikaha daxil olumuşlar və Sənan onun qızı Şəhriyyəni döyməsi ilə əlaqədar qızı 2024-cü ilin aprel ayında evə qayıtmış və döyülməsi ilə əlaqədar polisə şikayət etmişlər. xx.xx.2024-cü il tarixində saat 16 radələrində Bakı şəhər Xəzər Rayon Məhkəməsində qızının döyülməsi ilə əlaqədar məhkəmə prosesi gedən zaman özü, qızı və həyat yoldaşı, kürəkəni Sənan və atası Fərman məhkəmə zalında ifadə verirmişlər, həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşlar. Məhkəmə prosesi başa çatmış, yoldaşı Firuzə qızı Şəhriyyə ardı ilə o, Sənan və Fərman zaldan çıxıb dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər onun qızı və yoldaşının üzərinə gəlmələrini görmüşdür, onlar bir-birilərini tutduqlarından ayırmaq məqsədilə onlara yaxınlaşmaq istəyəndə Sənan onu arxadan tutub yumuruğu ilə başına vurmağa başlamış, həmin vaxt Sənanın atası Fərman ona yaxınlaşaraq yumuruğu ilə göz nahiyəsinə zərbə endirmiş, onu yerə yıxmış və yerdə onu döyməyə başlamışdır. Eksprt rəyində göstərilən xəsarətlərdən sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı xəsarətlərini ona hadisə zamanı Fərman vuraraq xəsarət yetirmişdir. Bu hadisə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakkı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Telman küçəsində yerləşən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında baş vermişdir. Hadisə zamanı orada qarşı tərəfin vəkili Pərviz müəllim, qızı Şəhriyyənin vəkili Hüseyn müəllim və digər məhkəmənin tanımadığım əməkdaşları olmuşlar. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2, Şahid1 Şəhriyar qızı, Şahid5, Şahid4 və Şahid3 Bayram oğlu ayrı-ayrılıqda verilən ittihama uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin МТЕ və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 07-ə/1516 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol göz almasının ağlı qişasının qasızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən bir gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar bir zərbənin təsirindən törəndiyindən istər birlikdə, istərsə də ayrıayrılqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi istisna olunmur. Hadisə yerindən götürülmüş 01 ədəd diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, görüntü qapalı məkanda dəhlizdə qeydə alınmışdır, görüntünün yuxarı hissəsində xx.xx.2024, 16:55 göstərir, dəhlizdə divarların kənarına qara rəngli yumşaq mebellər düzülmüşdür, görüntüdə sağda iki qadın əyləşmiş, bir uşaq isə ayaq üstə dayanmışdır, görüntünün xx.xx.2024,16:55:23–də dəhlizin yuxarı hissəsindən iki qadın gələrək divanda əyləşmiş qadınların qarşısından keçərkən göy rəngli gödəkçə geyinmiş qadın əyləşmiş qadınlara tərəf çevrilərək nəsə deyir və əlini uzadır, bu zaman divanda əyləşmiş qadınlardan qara rəngli gödəkçə geyinmiş qadın ayağa duraraq həmin göy rəngli gödəkçə geyinmiş qadının arxası ilə gedir və dəhlizin sonunda pilləkənin yuxarı hissəsində göy rəngli gödəkçə geyinmiş qadının yanında olan dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın geri qayıdaraq arxaları ilə gələn qara rəngli gödəkçə geyinmiş qadının boğaz nahiyəsinə əl atır, qara rəngli gödəkçə geyinmiş qadında həmin dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadının əlini qaytarır, bu zaman divanda əyləşmiş qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onların arxası ilə gedir və həmin anda dəhlizdə olan qabaqda qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi, onun arxası ilə qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi onlara yaxınlaşır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi qadınların arasına girir və əli ilə qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadının sinə hissəsindən itələyir, həmin anda qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi həmin qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişini tutaraq qadınlara qarşı əl qol atmasını saxlayır, həmin anda dəhlizdə onlara tərəf gələn boz rəngli pencək geyinmiş başında kepka olan kişi həmin qarışıqlığın içərisinə daxil olur və orada olan şəxslərin hamısı pilləkənlərin yuxarı hissəsindən birlikdə dəhlizə gəlirlər. Həmin anda dəhlizdə hamısı yerə yıxıldığı anda boz pencəkli kişi əli ilə yerdə olan qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsi yumruqla vurmağa başlayır, həmin an qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsin ayaqları yerdən üzülən zaman ayağı orada olan uşağa dəyir və uşaq yerə yıxılır, bu anda pencəkli kişini kənara çəkərkən göy geyimli qadın, qara rəngli palto geyinmiş qadının saçlarından tutaraq dəhlizə tərəf çəkir, həmin anda yenidən boz rəngli pencək geyinmiş şəxs qara gödəkçə və qara köynək geyinmiş şəxsi yumruqlarla vurmağa başlayır, həmin an kənar şəxslər onları sakitləşdirirlər. Videogörüntü 2 dəq 50 saniyə davam edir. Baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın həyat yoldaşı X3r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Şahid1 Şəhriyar qızıdır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Şahid5dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Şahid4dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid3dur, boz rəngli pencək və başında kepka olan və onu vuran şəxs keçmiş qudası Təqsirləndirilən şəxsdur. Baxış zamanı Şahid1 Şəhriyar qızı bildirdi ki, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun özüdür, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun atası Zərərçəkmiş şəxsdur, göy rəngli gödəkçə geyinmiş qadın anası X3r, qara rəngli gödəkçə geyinmiş qadın keçmiş baldızı Şahid5dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın keçmiş qaynanası Şahid4dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş əri Şahid3dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qaynatası Təqsirləndirilən şəxsdur. Baxış zamanı X7 bildirdi ki, göy rəngli gödəkçə geyinmiş qadın onun özüdür qara gödəkçə və qara köynək geyinmiş şəxs əri Zərərçəkmiş şəxsdur, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı X2r, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Şahid5dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Şahid4dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid3dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qudası Təqsirləndirilən şəxsdur. Baxış zamanı Şahid5 bildirdi ki, qara gödəkçə geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın qardaşı Sənanın keçmiş qayananası X3r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qardaşı Sənanın kemiş həyat yoldaşı və onu əli ilə sifət nahiyyəsindən vuraraq saçından tutan Şahid1 Şəhriyar qızıdır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun qardaşı Sənanın keçmiş qaynatası və onun baş və bədənin müxtəlif nahiyyələrindən vuran Zərərçəkmiş şəxsdur, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın anası Şahid4dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi qardaşı Şahid3dur, boz rəngli pencək və başında kepka olan şəxs atası Təqsirləndirilən şəxsdur. Baxış zamanı Şahid4 bildirdi ki, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onun özüdür, qara gödəkçə geyinmiş şəxs onun qızı Şahid5dır, göy rəngli gödəkçə geyinmiş qadın oğlu Sənanın keçmiş qayananası və onun saçından tutub dartaraq vuran X3r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun oğlu Sənanın kemiş həyat yoldaşı Şahid1 Şəhriyar qızıdır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun oğlu Sənanın keçmiş qaynatası Zərərçəkmiş şəxsdur, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi oğlu Şahid3dur, boz rəngli pencək və başında kepka olan şəxs əri Təqsirləndirilən şəxsdur. Baxış zamanı şahid Təqsirləndirilən şəxs bildirdi ki, boz rəngli pencək və başında kepka olan şəxs onun özüdür, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onun həyat yoldaşı Şahid4dır, qara gödəkçə geyinmiş şəxs onun qızı Şahid5dır, göy rəngli gödəkçə geyinmiş qadın oğlu Sənanın keçmiş qayananası X3r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun oğlu Sənanın kemiş həyat yoldaşı Şahid1 Şəhriyar qızıdır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun oğlu Sənanın keçmiş qaynatası və onun əli ilə vurduğu Zərərçəkmiş şəxsdur, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi oğlu Şahid3dur. Baxış zamanı Şahid3 bildirdi ki, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi onun özüdür, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın anası Şahid4dır, qara gödəkçə geyinmiş şəxs onun bacısı Şahid5dır, göy rəngli gödəkçə geyinmiş qadın onun keçmiş qayananası X3r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun kemiş həyat yoldaşı Şahid1 Şəhriyar qızıdır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun keçmiş qaynatası Zərərçəkmiş şəxsdur, boz rəngli pencək və başında kepka olan şəxs atası Təqsirləndirilən şəxsdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar məhkəmənin iş rejimi 10 dəqiqə müddətində pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin МТЕ və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 07-ə/1516 saylı məhkəmə tibb ekspertizasının rəyi, hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən 01 ədəd disk və diskə baxış protokolları, Bakı şəhər Xəzər Rayon Məhkəməsindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktub cinayət işi üzrə digər sübutlarla uzlaşdığından sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixli Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 200 manat cərimə cəzasına məhkuym edilmişdir.xx.xx.2015-ci il tarixdə isə hökm icra edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri, yəni xuliqanlıq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin МТЕ və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 07-ə/1516 saylı məhkəmə tibb ekspertizasının rəyi, hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən 01 ədəd disk və diskə baxış protokolları, Bakı şəhər Xəzər Rayon Məhkəməsindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktub cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, məhkəmə məsrəfləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin МТЕ və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 07-ə/1516 saylı məhkəmə tibb ekspertizasının rəyi, hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən 01 ədəd disk və diskə baxış protokolları, Bakı şəhər Xəzər Rayon Məhkəməsindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktub cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar