Məhkəmə qərarları › İş №1(003)-334/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-334/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-334/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz evdə kirayə yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs, tanışı xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qızı ilə xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Vaqif küçəsində yerləşən nömrəsiz evin yataq otağında taxtın üzərində özünün və Zərərçəkmiş şəxs əynindəki paltarları çıxararaq Zərərçəkmiş şəxs döşlərini, baldırını və arxa hissəsini əlləyərək, sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtməklə seksual xarakterli digər hərəkətlər edərək cinsi ehtirasını pozğun şəkildə təmin etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Şəlalə onun yaşadığı küçədə qonşuluqda yaşayır. Şəlalə orada çoxdan yaşasa da, təxminən 06 ay olar ki, onunla münasibəti yaranmışdır. Əvvəlcə Şəlalə ilə dost kimi tanış olmuş, sonradan aralarında sevgi yaranmışdır. Hadisədən bir neçə gün əvvəl Şəlalə ilə arasında mübahisə olmuşdur və küsmüşdür. xx.xx.2020-ci il tarixdə axşam saatlarında istifadə etdiyi ***-***-**-** saylı nömrəsi ilə Şəlalənin istifadəsində olan xatırlamadığı nömrəyə zəng edib və ertəsi gün Şəlalə ilə görüşüb danışmaq istədiyini bildirmişdir. Onun yaşadığı evin yaxınlığında yerləşən dostunun kirayə yaşadığı evdə görüşməklə bağlı razılığa gəlmişlər. Dostu həmin vaxt evdə olmamış, Beyləqan rayonuna getmiş, evin açarları isə Salehdə olmuşdur. Şəlalə ilə danışdıqdan sonra ertəsi gün saat 13:00 radələrində görüşüb həmin evə getmələri ilə bağlı razılaşmışlar. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində tanımadığı taksi ilə Şəlaləni Binə qəsəbəsində yerləşən “Ümid” uşaq evinin qarşısından götürüb həmin qəsəbədə yerləşən dostunun kirayə yaşadığı evə aparmışdır. Həmin ev Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı-avtomat yolunda yerləşir. Onlar evə çatdıqdan sonra taksi getmiş və o, Şəlalə ilə birlikdə evə daxil olmuşdur. Evə daxil olduqdan sonra təxminən 15 dəqiqə söhbət etmişlər. Sonra o, evin yataq otağındakı taxtda oturmuşdur. Sonra Şəlalə onun yanına gəlib və taxtda uzanmışdır. Şəlalə taxtda uzandıqdan sonra Şəlalə ilə öpüşməyə başlamışlar. Təxminən Şəlalə ilə 10 dəqiqə öpüşmüşlər. Şəlalə ilə taxtda əvvəlcə oturmuş vəziyyətdə daha sonra isə uzanmış vəziyyətdə öpüşmüşlər. Öpüşən zaman Şəlalənin dodaqlarını öpüb, əli ilə isə Şəlalənin arxa yumşaq yerini, baldırını və döşlərini ehtiraslı halda sığallayıb və sıxmışdır. Şəlalə ilə öpüşən zaman o və Şəlalə əynindəki koftaları çıxarmış vəziyyətdə olmuşlar. Sonra o, əynindəki şalvarı çıxarmışdır. Şəlalə isə əynindəki qısa ətəyi çıxarmış və tumanını aşağı çəkmişdir. Daha sonra taxtda uzanmış vəziyyətdə Şəlalə onun sərtləşmiş cinsiyyət orqanını sağ əli ilə tutaraq üzbəüz vəziyyətdə olan zaman cinsiyyət orqanına sürtmüşdür. Təxminən 5 dəqiqə Şəlalə əli ilə onun sərtləşmiş cinsiyyət orqanından tutmuş vəziyyətdə cinsiyyət orqanının baş hissəsini öz cinsiyyət orqanının giriş hissəsinə sürtmüşdür. Daha sonra Şəlalə ayağa durub və paltarını geyinməyə başlamışdır. Bu zaman Şəlalə ona demişdir ki, qan axması var. O, Şəlaləyə göstərməsini demiş, lakin Şəlalə göstərməyərək, paltarını geyinmişdir. O, taksiyə zəng edib çağırmış və taksi gəlib onları aparmışdır. Şəlaləni götürdüyü yerdə düşürmüş və evə gəlmişdir. Həmin hadisədən təxminən bir həftə sonra bilmişdir ki, Şəlalə onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə evlənmək niyyətinin olduğunu bildirərək ona şərti cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı bildirdi ki, Saleh adlı şəxsi tanıyır, Salehlə təxminən 06 aydır ki, sevgilidir. xx.xx.2020-ci il tarixdə Saleh ona zəng edərək ertəsi gün görüşmək istədiyini bildirmişdir. O, razılaşıb və qərara gəlmişlər ki, ertəsi gün görüşüb söhbət etsinlər, görüşməklərinə səbəb isə Saleh ilə küsülü olmaları olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 12:45 radələrində Saleh taksi ilə onu Binə qəsəbəsində yerləşən “Ümid” uşaq evinin qarşısından götürmüş və Binə qəsəbəsində yerləşən dostunun kirayə yaşadığı evə aparmışdır. O və Saleh maşından düşərək evə daxil olmuşlar. Salehin tanışı isə çıxıb getmişdir. Saleh və o, evin yataq otağındakı taxtın üstündə oturmuşlar. Bir qədər söhbət etdikdən sonra Saleh taxtın üstündə oturmuş vəziyyətdə onunla öpüşməyə başlamışdır. Öpüşən zaman Saleh əli ilə onun arxa yumşaq yerini, baldırını və döşlərini əlləri ilə sıxmağa və əlləşdirməyə başlamış, bundan sonra şalvarını çıxarıb və sərtləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtmüşdür. Təxminən 5 dəqiqə bu davam etmişdir. Bundan sonra o, taxtdan qalxıb və paltarını geyinmişdir. Bu zaman o, cinsiyyət orqanından qan gəldiyini görmüş və bu barədə Salehə demişdir. Sonra Saleh və o paltarını geyinmişlər. Saleh taksi sürücüsünə zəng edib çağırmış və onu gətirib “Ümid” uşaq evinin qarşısında düşürüb getmiş, o, isə evə gəlmişdir. Saleh onunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Evə gəldikdən sonra bilmişdir ki, mensturasiya (ay başı) dövründə olmuşdur. Cinsiyyət orqanından gələn qan qızlıq pərdəsinin pozulması nəticəsində yaranan qan olmamışdır. İlk dəfə seksual hərəkətlər etdiyi üçün elə bilib ki, Saleh onun qızlıq pərdəsinin bütövlüyü pozmuşdur. Təqsirləndirilən şəxs sevir və o, Salehlə evlənmək istədiyini bildirmişdir, lakin anasının bu evliliyin olmasına razı olmur. Həmçinin Təqsirləndirilən şəxslə bağlı heç vaxt şikayəti olmamış, onun barəsində anası şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid qızı bildirdi ki, Zərərçəkmiş şəxs qızının anasıdır. O, ərindən uzun müddətdir ki, boşanmışdır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz evdə kirayə yaşayır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında evdə olan zaman qızı Zərərçəkmiş şəxs özünü narahat apardığını görmüş, nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs çəkinərək ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı oğlanla cinsi əlaqədə olduğunu demişdir. O, Zərərçəkmiş şəxs bunun nə vaxt və hansı şəraitdə baş verdiyini soruşmuşdur. Şəlalə baş verənləri ona tam olaraq demişdir. O, hər gün işdə olduğu üçün vaxtı olmadığına görə xx.xx.2020-ci il tarixdə işdən icazə alaraq Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 339 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi ekspertizasına esaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxsnm qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkar vermir. Zərərçəkmiş şəxsnm bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ambulator məhkəmə-psixoloji eskpertizasının xx xxxxxx 2020-ci il tarixli, 1585 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, aparılmış psixoloji müayinəni yekunlaşdırıb, həmçinin cinayət işi materiallarını psixoloji cəhətdən təhlil edərək belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs Tahir qızının intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafinda gerilik əlamətləri müəyyən edilmir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Fərdi-psixi xüsusiyyətlərinə görə sıx ünsiyyətdən çəkinən, hövsələsiz, emosional, inadkar, tez özündən çıxan, eqosentrik, özünü müdafiə etməyə meyilli şəxsdir. Yaş və fərdi-psixi xüsusiyyətləri, həmçinin hadisənin baş verdiyi şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavraya və dərk edə bilər. Belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs, qərarın təsviri hissəsində göstərilən situasiya zamanı davranışına mühüm təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlaməti aşkar olunmadığından, həmçinin yaş xüsusiyyətləri nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakteri və mənasını anlaya bilərdi. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Beyləqan rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinmiş və cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə evlənmək niyyətinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddə təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi Dəstəli oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (doxsan) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar