Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-334/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1974-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, Msallı rayonunun Xıl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, “ABC” kateqoriyalı AB 788671 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 29 sentyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 29 noyabr 2024-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olmaqla istismara yararlı “QAZ 2410” minik markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hisssəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, sürücü kimi həmin avtomobili idarə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Qardaşxan küçəsi istiqamətində Xəzər rayonu Sovxoz deyilən yerə doğru saatda 40 km sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hisssəsinin 3-cü bəndinin tələblərinə görə sürücü təhlükəsiz hərəkət şəraiti yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini dair dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, qarşıda piyadaların yolun hərəkət hissəsinin sağ kənarında hərəkətdə olmasını nəzərə almalı və həmin piyadalar ilə təhlükəsiz yan məsafəsi seçərək hərəkətini davam etdirməli və bununla da yol-nəqliyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs “QAZ 2410” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən yolun hərəkət hissəsinin sağ tərəfi ilə hərəkətinin əks istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından 1 metr məsafədə sağdan birinci hərəkət zolağında hərəkətdə olan piyada Zərərçəkmiş şəxs piyadalar üçün təhlükəli şərait yaradıb idarə etdiyi “QAZ 2410” minik markalı avtomobilinin sağ uc hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən ehtiyatsızlıqlan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına ilə sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla nəqliyyat vasitəsini-idarə etmək hüququ olmadan yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hisssəsinin tələbələrin pozub yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasınıvn Daxili İşlər Orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və az ağır dərəcəli xəsarət yetirdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yardım göstərmədən idarə etdiyi “QAZ 2410” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini davam etdirib dayanmadan yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, **-BX-*** dövlət qeydiyyat nişanlı QAZ 2410 markalı avtomobil ona məxsusdur, fərdi əməklə məşğuldur. 29 noyabr 2024 tarixdə saat 18 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz deyilən ərazidə avtomobili saxlamış, daha sonra avtomobilin mühərrikini işlək vəziyyətə gətirib geriyə baxmadan, güzgüdən istifadə etmədən sükanı sola döndərib idarə etmiş, bu zaman arxadan gələn hərəkət edən “Hunday Elantra” markalı avtomobilə öz avtomobilini ehtiyatsızlıqdan sürtmüş, sonra avtomobili saxlamadan idarə edib getmiş, polisə məlumat verməmiş, təxminən 2-3 km irəliləyəndən sonra saatda 40 km sürətlə avtomobili tək olaraq idarə edən zaman onun yolunun sağ tərəfi ilə üzü ona tərəf bir piyada qadının və bir uşağın gəlməsini təxminən 100 metr məsafədən görmüş, avtomobili hərəkət etdirmiş, zənn etmişdir ki, düz yolu ilə hərəkət etsə piyadanı vurmaz. Lakin ehtiyatsızlıqdan həmin qadını avtomobilinin yan tərəfi ilə vurmuş, həyəcanlanıb avtomobili saxlamamış və idarə edib evə getmişdir. Bir neçə gün sonra könüllü olaraq polisə gedib təslim olmuş, izahat vermişdir. Hər iki hadisə onun günahından baş veribdir. Hadisə zamanı sərxoş olmamış, sürücülük vəsiqəsinin istifadə tarixi bitmişdir. Avtomobil saz vəziyyətdə olmuş, sərnişin olmamışdır. Hazırda piyadaya kömək edir. Hadisə yerində qaçmışdır. Əməlindən peşmandır, zərər çəkmi şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 29 noyabr 2024-cü il tarixdə saat 18:30 radələrində azyaşlı oğlu Həsənlə Xəzər rayonu, Binə qəsəbəsi, Qardaşxan küçəsi ilə üzü Xəzər rayonu, Binə Qəsəbəsi, Sovxoz deyilən istiqamətə yolun sol kənarı ilə adi addımlarla hərəkət edirmiş, oğlu Həsən sol tərəfində olmuşdur. Sonrakı saniyələrdə “QAZ 2410” markalı avtomobilin qarşı tərəfdən hərəkət edib, hərəkət etməsini, təxminən arada 20-30 metr məsafə olarkən avtomobilin üzərinə gəlməsini sükanı yolun onun hərəkət etdiyi istiqamətə sıxmasını görmüş, oğlunu arxa hissəsinə sıxıb divara tərəf dayansa da, avtomobil ona astaca toxunmuş, onun başı avtomobilin qabaq sol təkərinin üstündə olan qanadlığın üst hissəsinə, mühərrikin qapaq hisəsinə dəymiş, sonra sürücü sükanı sola burub avtomobili idarə edib getmiş, hadisə yerindən qaçıb getmişdi. Qan içində oradan evə gəlmiş, sonra həkimə müraciət etmişdir. Sürücü onu vurmasını görüb dərhal sürətini artırıb, oradan uzaqlaşıb getmiş, üç gün sonra onun evinə gəlib, üzrxahlıq etmişdir. Həmizə adlı sürücü ona yardım edib, ondan şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası keçirilmiş, xx.xx.2025-ci il tarixli “8/33 nömrəli rəylə müəyyən edilmişdir ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, QAZ-2410 markalı 42BX508 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Hunday Elantra” markalı 90CG711 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 toqquşma hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur. QAZ-2410 markalı 42BX508 dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada Zərərçəkmiş şəxs vurulması hadisəsi üzrə QAZ-2410 markalı 42BX508 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2024-cü il tarixli 1474 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı aşkar edildi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci İİ tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 788671 nömrəli "ABC" kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətinə Masallı Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır. Həmçinin sənədlərdən görünür ki, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı QAZ 2410 markalı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İstintaq dövründə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsə də, məhkəmə iclaslarına gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilmiş, seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq saxlanılması üçün İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 1993-cü il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə CM-nin 213.2, 43-cü maddələrinə əsasən 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 25 noyabr 1996-cı il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə CM-nin 207.1-ci maddəsinə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsinin törətməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçması özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəykəri, elcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263-1.1 və 264-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və azadlıqdan məhrum etmə, CM-nin 264-cü maddəsinin sanksiyasında isə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə, CM-nin 264-cü maddəsi ilə isə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə, CM-nin 264-cü maddəsi ilə isə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (cinayətlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) CM-nin 264-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi hesaba alınmasını, CM-nin 66.2-ci maddəsinə (cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) və CM-nin 66.4-cü maddəsinə (cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz) əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir) cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmasını, CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmasını, barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-in 68.1.1-1-ci maddəsinə əsasən CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi hesaba alınsın. CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(003)-334/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-334/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver