Məhkəmə qərarları › İş №1(003)-335/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-335/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-335/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 41-ci məhəllə Bakı küçəsi YAT- 7A-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri 10cu mikrorayon ev 63 mənzil 109 ünanında yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) günə endirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018ci il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilərək cəzaçəkməsinin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablanmaqla qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlayaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, **********49148, **********49155 İMEİ kodlu, 01 ədəd işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və 20 noyabr 2020-ci il tarixdə, təxminən saat 10:30 radələrində saxlanıldığı kamerada onun üzərinə axtarış-baxış keçirilən zaman əynində olan şortikin bel hissəsində gizlədilmiş həmin mobil telefon aparatı və özünə məxsus döşəyin altında gizlədilmiş həmin mobil telefon aparatının elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, qorxusundan, məsuliyyətdən yaxa qurtarmaq məqsədilə İstintaq Təcridxanasında yalan izahat verərək 20 noyabr 2020-ci il tarixdə, təxminən saat 10:30 radələrində saxlanıldığı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının İ-ci rejim korpusunun 18 saylı kamerasında onun üzərinə axtarış-baxış keçirilən zaman əynindəki şortikin bel hissəsində gizlədilmiş, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, **********49148, **********49155 İMEİ kodlu, 01 ədəd işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatının və özünə məxsus döşəyin altında gizlədilmiş həmin mobil telefon aparatının elektrik qidalandırıcısının anası Şahid1 Mikayıl qızı tərəfindən görüşə gedən zaman apardığı sovqatda olan toyuğun içərisində keçirdiyini təkzib etmiş, həmin mobil telefon aparatını və elektrik qidalandırıcısını Təcridxananın həyətindən tapdığını, istifadə etmədiyini göstərmişdir. Sonradan etiraf etmişdir və hazırda da göstərir ki, aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan, "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı anası Şahid1 Mikayıl qızının adınadır, həmin danışıq kartını həbs olunarkən evdən götürüb üzərində saxlamış və gələcəkdə istifadə məqsədilə İstintaq Təcridxanasına gətirərək gizlətmişdir. Əməlindən peşmandır. Buna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X1 bölməsinin rəisi Şahid2 Uyandur oğlu göstərdi ki, 01 iyul 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına qəbul edilmiş, 1-ci rejim korpusunun 18 saylı kamerasında saxlanılan, xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə 20 noyabr 2020-ci il tarixdə axtarış-baxış keçirilən zaman əynində olan şortikin bel hissəsində gizlədilmiş, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı və ona məxsus döşəyin altında gizlədilmiş elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş mobil telefon aparatının anası Şahid1 tərəfindən onun yanına görüşə gələndə gətirdiyi sovqatda olan toyuğun içərisində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, şahidlərin və Təcridxana əməkdaşlarının iştirakları ilə protokol tərtib edilmiş və mobil telefon qablaşdırılaraq protokola əlavə ediləndən sonra protokolla bütün iştirakçılar tanış olaraq imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid3, Şahid4 və Şahid5 da Şahid2 Uyandur oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Mikayıl qızının elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, oğlu Təqsirləndirilən şəxs qorxusundan, məsuliyyətdən yaxa qurtarmaq məqsədilə İstintaq Təcridxanasında verdiyi ilkin izahatında üzərindən aşkar olnaraq götürülmüş mobil telefon aparatının və həmin mobil telefon aparatının elektrik qidalandırıcısının guya onun tərəfindən Tural ilə görüşə gedən zaman apardığı sovqatda olan toyuğun içərisində olduğunu yalandan göstərmişdir. Sonradan Tural əsil həqiqəti söyləmişdir. Aşkar olunaraq götürülmüş mobil telefon aparatının daxilində olan, "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı həqiqətən də onun adına rəsmiləşdirilmiş, lakin o, həmin nömrəni itirmişdir. Ehtimal edir ki, nömrəni Tural həbsdən əvvəl evdən götürərək sonradan Təcridxanaya aparmışdır. Turaldan aşkar olunaraq götürülmüş mobil telefon aparatı barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Şahid6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, İstintaq Təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə 20 noyabr 2020-ci il tarixdə axtarış-baxış keçirilən zaman əynində olan şortikin bel hissəsində gizlədilmiş, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı və ona məxsus döşəyin altında gizlədilmiş elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təcridxana əməkdaşları tərəfindən, onun və digər şahidlərin, saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş və protokolla bütün iştirakçılar tanış olaraq imzalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Şahid7 elan edilmiş ifadəsi ilə onun da Şahid6 ifadəsinə uyğun ifadə verməsi müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında saxlanılan məhkum X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onunla eyni kamerada saxlanılan Təqsirləndirilən şəxs üzərinə 20 noyabr 2020-ci il tarixdə axtarış-baxış keçirilən zaman əynindəki şortikin bel hissəsində gizlədilmiş “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı və ona məxsus döşəyin altında gizlədilmiş elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təcridxana əməkdaşları tərəfindən onun və digər şahidlərin, Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş və protokolla bütün iştirakçılar tanış olaraq imzalamışlar. Aşkar olunaraq götürülmüş mobil telefon aparatını əvvəllər məhkum Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında saxlanılan Şahid9 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onunla eyni kamerada saxlanılan Təqsirləndirilən şəxs üzərinə 20 noyabr 2020-ci il tarixdə axtarış-baxış keçirilən zaman əynindəki şortikin bel hissəsində gizlədilmiş “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı və ona məxsus döşəyin altında gizlədilmiş elektrik qidalandırıcısı aşkar edilərək götürüldüyünü görməmişdir, çünki, həmin vaxt o, yatdığından, yalnız oyandıqdan sonra bu barədə kamera yoldaşlarından eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş kompyuter-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 5/950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd **********49148, **********49155 İMEİ kodlu, “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz, doxsan dörd) manatdır. İş materiallarından görünür ki, bir ədəd “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, “Azercel”, “Bakcell” və “Azerfon” operatorlarından əldə olunmuş məlumatlara əsasən aşkar olunaraq götürülmüş mobil telefon aparatı standartlara uyğun olmayan saxta cihaz olduğundan, istifadə olunmasının müəyyən edilməsi texniki cəhətdən mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X3”nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) günə endirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilərək cəzaçəkməsinin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablanmaqla qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək onun sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipinin və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngüləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli hökmü ilə (Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş) təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilərək cəzaçəkməsinin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablanmaqla qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməllərini törətdiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 27 iyun 2020-cı il tarixdən hesablanmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir, lakin Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, 27 iyun 2020-cı il tarixdən həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 131.2-ci maddəsinə əsasən, Məcəllənin 131.1ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafıq təşkilatlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş – mülkiyyətçisi və ya qanuni sahibi məlum olmayan, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, 1 ədəd **********49148, **********49155 İMEİ kodlu, işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 59,94 (əlli doqquz, doxsan dörd) təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, 27 iyun 2020-cı il tarixdən həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut – mülkiyyətçisi və ya qanuni sahibi məlum olmayan, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan, 1 ədəd **********49148, **********49155 İMEİ kodlu, işlək vəziyyətdə “KGTEL” markalı, “B110” modelli mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 59,94 (əlli doqquz, doxsan dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar