Məhkəmə qərarları › İş №1(003)-335/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-335/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-335/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2 və X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüş, Laçın rayonunun Zağaltı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-335/2023 saylı 20 aprel 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 13 iyun 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda torpaq sahəsi satmağı vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda X1 Binə qəsəbəsi ərazisində xx.xx.2021-ci il tarixdə 700 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, cəmi 1500 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda torpaq sahəsi satmağı vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda X2 xx.xx.2021-ci il tarixdə 1050 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, cəmi 1900 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur, rəsmi iş yeri yoxdur, uzun müddətdir ki, evlərin və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. 2021-ci ilin fevral ayında Binə qəsəbəsində olarkən sonradan adı ona məlum olan X3 ona yaxınlaşaraq torpaq sahəsi almaq istədiyini demiş, həmin vaxt Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən «Binə Aqro» istixanasının yaxınlığında satmaq üçün ona bildirilən torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini sata biləcəyini demişdir. Tural razılaşmış və ona X9nin də torpaq sahəsi almaq istədiyi bildirmişdir. Turala 3 sot, Əli Abışzadəyə də 3 sot torpaq sahəsi satacağını demiş, bir müddət sonra Tural və Əli ona zəng vurub torpaq sahəsinə baxmaq istədiklərini demişlər. Onlarla birlikdə gedib torpaq sahəsinə baxmışlar, Tural və Əli bəyənib razılaşmışlar. Belə ki, 6 sot torpaq sahəsinin 3 sotuna 4500 manat Tural, 3 sotuna 4500 manat da Əli verməli olmuşdur. Yəni ümumilikdə ona 9000 manat pul verməli olmuşlar. 02 fevral 2021-ci il tarixdə Tural və Əli ona zəng vurub, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda torpaq sahəsinin yanında Əli və Turalla görüşmüş, orada Tural ona 700 manat, Əli isə 1050 manat vermişdir. Aralarında olan razılaşmaya əsasən onlara torpaq sahəsini və həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etdikdən sonra onlar pulu tam şəkildə ödəməli idilər. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Əli Abışzadə ilə Bakı şəhər 31 saylı notariat ofisinə getmiş, orada Əliyə etibarnamə verib ərizə yazaraq Abşeron rayon Hövsan südçülük sovxozu ərazisində yerləşən istifadəsində olan 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Əli Abışzadəninin istifadəsinə vermişdir. Lakin Turala etibarnamə verə bilməmişdir. Bundan sonra 19 mart 2021-ci il tarixdə Tural və Əli ilə 2021-ci ilin fevral ayından oktyabr ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə bir neçə dəfə görüşmüş, bəzi hallarda onlar birlikdə, bəzən də tək-tək onunla görüşmüşlər. Bu müddət ərzində Əli Abışzadədən hisssə-hissə olmaqla ümumilikdə 1900 manat, Tural Hətəmovdan isə hissə-hissə olmaqla ümumilikdə 1500 manat pul almışdır. Lakin onlar pulu tam olaraq vermədikləri üçün torpaq sahəsində tikinti işləri apara bilməmişlər. Sonra həmin torpaq sahəsinin sahibi yeri başqa şəxsə satmış, bundan bir müddət sonra Əli ona zəng vuraraq torpaq sahəsində başqa şəxsin tikinti işləri apardığını demiş, ona görə də Tural və Əli ilə görüşüb onlara başqa yerdən torpaq sahəsi verəcəyini demiş, lakin həmin ərəfələrdə müəyyən problemləri olduğu üçün onlara başqa yerdən torpaq sahəsi verə bilməmiş, eləcə də pullarını qaytarmaq üçün maddi imkanı olmamışdır. Tural və Əliyə onu bir qədər gözləmələrini, pullarını tam şəkildə qaytaracağını demiş, hissə-hissə olsa da Turala 350 manat, Əliyə isə 250 manat qaytarmışdır. Buna baxmayaraq, onlar ondan şikayət etmişlər. Tural Hətəmovdan sonuncu dəfə 22 oktyabr 2021-ci il tarixdə, Əli Abışzadədən isə sonuncu dəfə 12 sentyabr 2021-ci il tarixdə, Xəzər rayonu Binə qəsəbəsi 160 nömrəli avtobusların dayanacağında 150 manat pul almışdır, lakin onlara satacağı torpaq sahəsinə dair heç bir sənədi olmamışdır, həmin torpaq sahəsinin kimə məxsus olduğunu bilməmiş, torpaq sahəsi ona məxsus olmamışdır. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti bildirir və göstərir ki, həmin torpaq sahəsinə görə Turaldan pul almamışdır. Sözügedən torpaq sahəsi evində usta kimi işlədiyi Şəhriyar adlı şəxsə məxsus olmuşdur, sənədinin olub-olmadığını bilməmişdir. Əliyə həmin torpağı göstərdikdən sonra Əli hissə-hissə olmaqla ona 2900 manat vermiş, məsələ alınmadıqda isə Əliyə hissə-hissə olmaqla təxminən 600-700 manat ödəmiş, maddi imkanı olmadığı üçün qalan məbləği indiyə qədər ödəyə bilməmişdir. Ona görə də özünü qismən təqsirli bilir və peşmançılıq çəkir. Zərərçəkmiş şəxs Əli Abışzadəyə vurduğu ziyanı qismən ödəmişdir. Onu da bildirir ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, torpaq sahəsi alıb özünə ev tikmək qərarına gəlmiş, ona görə də yaxın qohumlar və dostlar vasitəsi ilə satlıq torpaq sahəsi ilə maraqlanmışdır. Həmin ərəfədə dostu X3 ona Binə qəsbəsində torpaq sahəsi satan Nizami adlı bir nəfəri tanıdığını, ondan torpaq sahəsi ala biləcəyini demişdir. Bu məqsədlə 2021-ci ilin fevral ayında Tural ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Nizami Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən «Binə Aqro» istixanasının yaxınlığında onlara ümumilikdə 6 sot, yəni 3 sot ona, 3 sot da Turala torpaq sahəsi göstərmiş, torpaq sahəsinin 1 sotunu 1500 manata sata biləcəyini demişdir. Torpaq sahəsinə baxıb bəyəndikdən sonra Nizami ilə razılaşmışlar. Beləliklə, Nizamiyə ümumilikdə 9000 manat, 4500 o, 4500 manat da Tural verməli olmuşdur. Bundan sonra Tural ilə birlikdə 02 fevral 2021-ci il tarixdə Nizami ilə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda torpaq sahəsinin yanında görüşmüş, orada o, Nizamiyə 1050 manat, Tural isə 700 manat vermiş, aralarında olan razılaşmaya əsasən Nizami onlara torpaq sahəsini və həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etdikdən sonra onun pulunu tam şəkildə ödəməli olmuşlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Nizami ilə birlikdə Bakı şəhər 31 saylı notariat ofisinə getmiş, Nizami ona etibarnamə verib ərizə yazaraq Abşeron rayon Hövsan südçülük sovxozu ərazisində yerləşən istifadəsində olan 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə onun istifadəsinə vermişdir. Lakin Turala etibarnamə verməmişdir. Bundan sonra Tural ilə birlikldə 19 mart 2021-ci il tarixdə Nizami ilə Binə qəsəbsində görüşmüş, orada Nizamiyə 250 manat, Tural isə 200 manat vermişdir. Daha sonra 14 may 2021-ci il tarixdə Nizaminin qalan pulundan ödəmək üçün onunla yenə də Binə qəsəbəsində zəngləşib görüşmüş, ona 150 manat vermiş, bundan 2 gün sonra 16 may 2021-ci il tarixdə Binə qəsəbəsində mərkəz deyilən yerdə Nizami ilə görüşüb ona 200 manat vermiş, daha sonra 23 iyul 2021-ci il tarixdə Tural ilə birlikdə olarkən Nizamiyə zəng vurub Binə qəsəbəsində olduqlarını demişlər. Bir müddət sonra Nizami olduqları yerə gəlmiş, orada Nizamiyə 100 manat vermiş, 100 manat da Tural vermişdir. Sonuncu dəfə 12 sentyabr 2021-ci il taixdə Nizami ilə Binə qəsəbəsi 160 nömrəli avtobusların dayanacağında görüşmüş, ona qalan puldan 150 manat vermişdir. Nizami torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirdiyi üçün torpaq sahəsində tikinti işləri aparmağı qərara almışdır. Bundan təxminən 6 ay sonra torpaq sahəsinə gedib baxdıqda orada başqa bir tikilinin olduğunu görmüş, tikinti işləri aparan şəxsdən soruşduqda, o, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirib müvafiq sənədələrini də göstərmişdir. Bu barədə Turala demiş və birlikdə Nizami ilə görüşüb satdığı torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Nizami isə onlara başqa yerdən torpaq sahəsi verəcəyinə söz vermişdir. Nizaminin onlara başqa yerdən torpaq sahəsi verəcəyinə inandıqları üçün onu 2022-ci ilin aprel ayınadək gözləmiş, bu müddət ərzində Nizami hər dəfə onlara müxtəlif bəhanələr deyərək aldatmış, artıq Nizaminin onları aldatdığını bilib pulunu geri verməsini tələb etmiş, torpaq sahəsi istəmədiyini demişdir. Nizami 09 may 2022-ci il tarixdə ona verdiyi 1900 manat puldan 100 manat ona, 200 manat da Turala qaytarmış və bütün pulları yaxın vaxtlarda qaytaracağına söz vermişdir. 13 iyun 2022-ci il tarixdə Nizami ona və dostu Turala təkrar 100 manat qaytarmış, bundan bir ay sonra təkrar 50 manat ona və Turala qaytarmışdır. Sonuncu pulu qaytardıqdan sonra Nizami ilə dəfələrlə əlaqə saxlamış, o, hər dəfə pulları qaytaracağını desə də qaytarmamış, hətta zənglərə cavab verməmiş, əksər hallarda da telefonu söndürüb gizlənmişdir. Ona görə də məcbur olub Nizami barəsində şikayət etmişdir. Nizaminin onu aldadaraq pulunu ələ keçirməsi ilə ona 1900 manat ziyan dəymişdir. Həmin ziyandan cəmi 250 manatını qaytarmış, qalan 1650 manatını isə indiyə qədər qaytarmamışdır. Buna görə də o, Nizamidən şikayətçidir. Bu barədə yazdığı ərizəsini məhkəməyə ünvanlayaraq ona dəymiş ziyanın ödənilməsini tələb edir, Hizami Kərimova hər hansı cəzanın verilibverilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, torpaq sahsi alıb özünə ev tikmək qərarına gəlmiş ona görə də yaxın qohumlar və dostlar vasitəsi ilə satlıq torpaq sahəsi ilə maraqlanmışdır. Həmin ərəfədə Binə qəsbəsində torpaq sahəsi satan Nizami adlı bir nəfəri tapmış, onunla söhbət əsnasında Nizami bildirmişdir ki, Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən «Binə Aqro» istixanasının yaxınlığında özünə məxsus boş topaq sahəsi vardır, həmin torpaq sahəsinin bir hissəsini satır. X9 də torpaq sahəsi almaq istədiyi üçün Nizamiyə dostuna da torpaq səhəsi lazım olduğu demiş, Bundan sonra Əli ilə danışıb torpaq sahəsi tapdığını və vaxtı olanda görüşüb baxa bilicəklərini demişdir. Bu məqsədlə 2021-ci ilin fevral ayında Əli ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Nizami Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən «Binə Aqro» istixanasının yaxınlığında onlara ümumilikdə 6 sot, yəni 3 sot ona, 3 sot da Əliyə torpaq sahəsi göstərmiş və torpaq sahəsinin 1 sotunu 1500 manata sata biləcəyini demişdir. Torpaq sahəsinə baxıb bəyəndikdən sonra onunla razılaşmışdır. Beləliklə, Nizamiyə ümumilikdə 9000 manat, 4500 manat o, 4500 manat da Əli verməli olmuşdur. Bundan sonra Əli ilə birlikdə 02 fevral 2021-ci il tarixdə Nizami ilə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda torpaq sahəsinin yanında görüşmüşlər. Orada o, Nizamiyə 700 manat, Əli isə 1050 manat vermiş və aralarında olan razılaşmaya əsasən Nizami onlara torpaq sahəsini və həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim etdikdən sonra onun pulunu tam şəkildə ödəməli olmuşlar. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Nizami ilə birlikdə Bakı şəhər 31 saylı notariat ofisinə getmişlər, orada Nizami Əliyə etibarnamə verib ərizə yazaraq Abşeron rayon Hövsan südçülük sovxozu ərazisində yerləşən istifadəsində olan 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Əlinin istifadəsinə vermişdir. Lakin ona etibarnamə verməmişdir. Bundan sonra Əli ilə birlikldə 19 mart 2021-ci il tarixdə Nizami ilə Binə qəsəbəsində görüşmüş, Əli Nizamiyə 250 manat, o isə 200 manat vermişdir. Daha sonra 16 aprel 2021-ci il tarixdə Nizami ilə görüşüb ona 100 manat vermişdir. Bundan təxminən 10 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Binə qəsəbəsində mərkəz deyilən yerdə təkrar Nizami ilə görüşüb ona əlavə 100 manat da vermişdir. Bundan başqa, 05 iyun 2021-ci il tarixdə Nizami ilə zəngləşib Binə qəsəbəsinə görüşmüş, ona 100 manat da vermişdir. Həmin ayın sonlarında, yəni xx.xx.2021-ci il tarixdə Nizamiyə əlavə 50 manat da vermişdir. Bundan başqa, Əli ilə birlikdə olarkən Nizamiyə zəng vurub Binə qəsəbəsində olduqlarını demiş, bir müddət sonra Nizami olduqları yerə yerə gəlmiş, 100 manat Əli, 100 manat da o, Nizamiyə vermişlər. Sonuncu dəfə 22 oktyabr 2021-ci il taixdə Nizami ilə Binə qəsəbəsi 160 nömrəli avtobusların dayanacağında görüşmüş, ona qalan puldan 150 manat da vermişdir. Nizami torpaq sahəsində tikinti işləri apara biləcəklərini demiş, Əli ilə məsləhətləşib torpaq sahəsinldə tikinti işləri aparmağı hazırlaşmışlar. Lakin maddi imkanı yaxşı olmadığı üçün bir qədər ləngimişdir. Təxminən 6 ay sonra Əli ona zəng vurub Nizaminin satdığı torpaq sahəsində başqa şəxsin tikinti işləri apardığını demiş, həqiqətən də torpaq sahəsinə gedib baxdıqda orada başqa bir tikilinin olduğunu görmüşlər. Tikinti işləri aparan şəxs onlara həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirib müvafiq sənədələrini də göstərmişdir. Ona görə də Əli ilə birlikdə Nizami ilə görüşüb satdığı torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu demişlər. Nizami onlara başqa yerdən torpaq sahəsi verəcəyinə söz vermiş, onun sözünə inandıqları üçün onu 2022-ci ilin aprel ayınadək gözləmişlər. Bu müddət ərzində Nizami hər dəfə onlara müxtəlif bəhanələr deyərək aldatmış, artıq Təqsirləndirilən şəxs yalan danışğını görüb pulları geri verməsini tələb edib torpaq sahəsi istəmədiklərini bildirmişlər. Nizamiyə verdiyi 1500 manat puldan 09 may 2021-ci il tarixdə 200 manat, 13 iyul 2022-ci il tarixdə 100 manat, 12 iyun 2022-ci il tarixdə 50 manatı olmaqla ona 350 manat qaytarmış və qalan pulları da yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Ona qaytardığı pullarla birlikdə dostu Əlinin də pulundan 250 manat qaytarmışdır. Sonuncu pulu qaytardıqdan sonra Nizami ilə dəfələrlə əlaqə saxlasa da hər dəfə pulları qaytaracağını desə də qaytarmamış, hətta zənglərə cavab verməmiş, əksər hallarda da telefonu söndürüb gizlənmişdir. Ona görə də məcbur olub Nizami barəsində şikayət etmişdir. Nizaminin onu aldadaraq pulunu ələ keçirməsi ilə ona 1500 manat ziyan vurmuş, həmin ziyandan 350 manatını qaytarmış, qalan 1150 manatını isə indiyə qədər qaytarmamışdır. Buna görə də o, Nizamidən şikayətçidir. Bu barədə yazdığı ərizəsini məhkəməyə ünvanlayaraq ona dəymiş ziyanın ödənilməsini tələb edir, Hizami Kərimova hər hansı cəzanın verilib-verilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 15 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 noyabr 2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin və onun özünün ilkin izahatı və ifadəsi ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müZahirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-335/2023 saylı 20 aprel 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023cü il və 20 aprel 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 13 iyun 2023-cü il tarixli 3-16-17/40/2-2861/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 13 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 10 iş saatına görə 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 8 iş saatına görə 48,00 (qırx səkkiz) manat olmaqla ümumilikdə 108,00 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X4 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48,00 (qırx səkkiz) manat olmaqla ümumilikdə 108,00 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar