Məhkəmə qərarları › İş №1(003)-335/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-335/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-335/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Astara rayonunun, Miki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Astara rayonunun Miki kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahə ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sora mətndə CM) 127.1-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2025-ci il tarixdə 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayon, Türkan qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz evinin qarşısında qohumu Zərərçəkmiş şəxs ilə görüşmüş, söhbət əsnasında Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında evinin qarşısından keçən zaman nalayiq ifadələr işlətdiyini bildirdiyinə görə aralarında yaranmış mübahisə yaranmı, mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sağlamlığa az ağır zərər vurma kimi xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməli tam etiraf edib əməlindən səmimi peşman olduğunu qeyd edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həqiqətən yuxarıda göstərilən şəraitdə və vaxtda Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirildiyini vurğulayıb hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət təqibinə xitam verilməsinə etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sağlamlığa az ağır zərər vurma kimi xəsarət yetirməsi tərəflərin ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənməsi, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənməsinin istisna olunmaması, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün bir zərbənin təsirindən törədildiyindən sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid olmasına dair məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 352 №-li rəyi ilə də təsdiq edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyin tələblərinə görə az ağır cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər (CM-nin 73.1-ci maddəsi). CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir (CM-nin 73.2-ci maddəsi). Şəxs bu CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir (CM-nin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndi). Cinayət prosessual qanunvericiliyin tələblərinə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.1-ci maddəsi). Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər (CPM-nin 40.2-ci maddəsi). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3-cü maddəsi) Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb qərara gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi öz təsdiqini tapmaqla sübuta yetirilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini əsas götürüb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, məhkəmə baxışı zamanı cinayət təqibinə xitam verilməsi barədə tərəflərin müraciətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə iş üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar