Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-337/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxsnın iştirakları ilə 28 avqust 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən 0,50 ha torpaq sahəsinin sənədləşdirilməsində və adına çıxarış alınmasında köməklik göstərəcəyi barədə yalan vəd edib Zərərçəkmiş şəxs buna inandıraraq, hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin təxminən iyul ayında 6000 manat pulu Xəzər rayonu Binə qəsəbəsi Binə məscidinin yaxınlığında olan alqı-satqı ofisində, 2021-ci ilin təxminən avqust ayında 4500 manat pulu Xəzər rayonu Binə qəsəbəsi Binə məscidinin yaxınlığında özünə məxsus avtomobildə, 2021-ci ilin təxminən sentyabr ayında 2000 manat pulu Xəzər rayonu Binə qəsəbəsi Binə məscidinin yaxınlığında alıb ələ keçirərək, vədinə əməl etmədən Zərərçəkmiş şəxs 12500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2012-ci ildən "xxxx" MMC şirkətini təsis etmiş və hal-hazırda da icraçı direktorudur. Zərərçəkmiş şəxs bir ildir ki, tanıyır, onunla hərbçi olan İbrahim adlı şəxsin evinin tikintisi vaxtı tanış olmuşdur. Belə ki, İbrahim tikinti apardığı torpağı Əkrəmdən almış və həmin torpaq sahəsində ona 3 evin tikintisini sifariş vermişdir. Tikintiyə başlayanda məlum olmuşdur ki, Əkrəmin satdığı həmin yer özünə məxsus olmamışdır. Həmin ərəfələrdə Əkrəm ilə aralarında olan münasibətlə əlaqədar olaraq torpağa sənəd düzəltmək adı ilə ondan 12500 manat pul alıb ələ keçirmiş, lakin vədinə əməl etməmişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş 12500,00 (on iki min beş yüz) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3125,00 (üç min yüz iyirmi beş) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs Binə qəsəbəsindən təxminən 1 ildir ki, tanıyır. Əvvəllər aralarında münaqişə olmamışdır. X1 Sovxozunda 50 sot torpaq sahəsinin içində ferması vardır. Həmin torpaq sahəsini 90000 manata Ərəstundan 2012-ci ildə almışdır. Alqı-satqı olunduqdan sonra bəlli olmuşdur ki, Ərəstun onu aldadıb, bölgünü səhv verib. Bu məlum olanda artıq özünə aid olmayan hissədə Ərəstunun sözünə görə özününkü bilib 47 000 manat xərc çəkib ferma tikmişdir. Sonradan, yəni 2021-ci ilin sonlarında Tural ona bildirmişdir ki, fermanın olduğu hissəyə torpaq sahəsinə Ərəstundan sənəd ala bilər, çünki həmin yeri Ərəstun ona satmışdır. Torpağın pulu olan 90000 manatı Ərəstuna vermişdir. Torpaq isə əvvəldən Qalib Əliyevin adında olduğu üçün Ərəstun Qalibə demişdir ki, sənədləşməni etsin. Təxminən 10 ildir ki, Ərəstuna ya onun torpaq səhəsinə düzgün sənəd verməsini, ya da ondan aldığı 90000 manatı və fermaya çəkdiyi xərcin məbləği olan 47000 manatı qaytarmasını deyir, Ərəstun isə bu 10 il ərzində ona kömək edəcəyi barədə müxtəlif yalan vədlər vermiş, lakin vədlərinə əməl etməmişdir. 2021-ci ilin sonlarında Turalın yanında bu məsələ barədə gileylənmişdir ki, Ərəstun onu aldadaraq pulunu alıb, fermanı bilmədən başqa ərazidə tikmişdir. Ərəstunun aldığı 90000 manat və əlavə olaraq fermaya qoyduğu 47000 manat məbləğində ona ziyan dəyib. Tural isə “mən Ərəstundan həmin yer üçün sənədləşməni düzəldəcəyəm” deyərək 3 gün sonra gəlib demişdir ki, “Ərəstunla görüşdüm”. Ərəstunun adından Tural demişdir ki, “Ərəstun deyir ki, 12500 manat versin, torpağa sənədi alıb verim”. Yanında Ərəstuna zəng edib telefonu mikrafona qoymuşdur. Ərəstun demişdir ki, “mən bilirəm, oranın kupçası var, mən o yerə başımnan cavab verirəm”. Həmin vaxt özü Ərəstunla danışmamışdır. Sağollaşandan sonra Tural demişdir ki, 12500 manat pul istəyir. O da 2021-ci ilin təxminən iyul ayında 6000 manatı Turala Binə məscidinin yaxınlığında olan alqı-satqı ofisində, 2021-ci ilin təxminən avqust ayında 4500 manat pulu Turalın maşınında Binə məscidinin yaxınlığında, 2021-ci ilin təxminən sentyabr ayında 2000 manat pulu isə Turala Binə məsçidinin yaxınlığında vermişdir. Təxminən 10-15 gün keçdikdən sonra Tural müxtəlif bəhanələr edərək vaxtı uzatmağa başlamış və heç bir sənəd verməmişdir. Bir neçə aydan sonra heç bir sənədin düzəlmədiyini görüb Turalın onu aldatdığını anlamış və pulunu geri tələb etmişdir. Tural həmin puldan 1000 manatını bir neçə gün sonra göndərmişdir. Qalanını isə qaytaracağını söz vermiş, lakin qaytarmayaraq onu aldatmağa davam etmişdir. Hazırda Tural ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasının sonunda Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, təxminən 7-8 ay əvvəl Əkrəm ilə Binə qəsəbəsi Binə məscidinin yanında alqı-satqı ofisində olarkən Əkrəm Turala 6000 manat pul vermişdir. Tural isə söz vermişdir ki, “torpağın sənədi tezliklə düzələcək”. Lakin nədən söhbət getdiyini bilmirmiş. Tural çıxıb getdikdə Əkrəm bildirmişdir ki, 12500 manat pulun müqabilində Tural Əkrəmə məxsus olan sənədində problem olan torpağı sənədləşdirəcək. Sonradan eşitmişdir ki, Tural Əkrəmi aldadaraq heç bir sənəd düzəltməmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 06 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli 1533 №-li və 12 Avqust 2022-ci il tarixli 12530 №-li ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 12500,00 (on iki min beş yüz) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3125,00 (üç min yüz iyirmi beş) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını göstərdi, bütün bunların, həmçinin təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsinin nəzərə alınaraq hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxsə vurduğu 12500,00 (on iki min beş yüz) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3125,00 (üç min yüz iyirmi beş) manat) Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 39 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 14 saat) cəmi 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 12500,00 (on iki min beş yüz) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3125,00 (üç min yüz iyirmi beş) manat) Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 234,00 (iki yüz otuz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-337/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-337/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver