Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-339/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Taksim oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1988-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 2012-ci ildən "xxxx" ASC-də girovda olan sonuncuya məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 46 nömrəli evin girovdan çıxarılması məsələsində ona köməklik edəcəyini vəd verib aldadaraq Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariat ofisinin qarşısında 1000 (min) manat pulunu alıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən 0,08 ha torpaq sahəsinə dair sənəd düzəltmək adı ilə 01 aprel 2021ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində 2000 (iki min) manat, 08 aprel 2021-ci il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində eyni məqsədlə 400 (dörd yüz) manat, 15 aprel 2021-ci il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində eyni məqsədlə 250 (iki yüz əlli) manat, 20 aprel 2021-ci il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində eyni məqsədlə 290 (iki yüz doqsan) manat və 28 aprel 2021-ci il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində eyni məqsədlə 100 (yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldadaraq alıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3040 (üç min qırx) maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən Zərərçəkmiş şəxs3 Taksim oğlunun 2012-ci ildən yaşadığı, sonuncunun qohumu X2 adına olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində yerləşən 133 nömrəli evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 23 sentyabr 2021-cı il tarixli, ********** nömrəli çıxarışını Etibar Cəbiyevin adından çıxarmaqla Zərərçəkmiş şəxs3 oğlunun adına keçirməsinə dair vəd vermiş, yeni çıxarış almaq adı ilə aldadaraq yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində yerləşən 133 nömrəli evdə 1200 (min iki yüz) manat pulu alıb Zərərçəkmiş şəxs3 Taksim oğluna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 və 3 yaşında iki azyaşlı uşağı vardır. Əvvəllər torpaq alqı-satqısı və sənəd işləri ilə məşğul olduğuna görə Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayının sonlarında ona müraciət edərək 2012-ci ildən "xxxx" ASC-nə girov qoyduğu evini bankdan girovdan azad etməkdə ona kömək etməsini xahiş etmişdir. O, Zakirə yalandan həmin bankda tanışı olduğunu bildirərək bunun üçün 5000 manat pul istəmişdir. İşə başlamaq və sənədləri toplamaq üçün pulun 1000 manatını əvvəldən istəmiş, qalan 4000 manat pulu isə hissə-hissə verəcəyini demişdir. Zakir razı olduqdan sonra 2020-ci ilin dekabr ayının sonlarında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən notariat ofisinin qarşısında ona 1000 manat pul vermişdir. Bundan başqa 2021-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ona müraciət edərək özünə məxsus torpaq sahəsini sənədləşdirməkdə ona köməklik etməsini xahiş etmişdir. O, Nəsimiyə kömək etmək üçün 2700 manat pul lazım olacağını demişdir. Nəsimi razılaşdıqdan sonra ilkin olaraq Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində 2000 manat pul almışdır. Sonra həmin ay ərzində hissə-hissə sənədlərin düzəlməsi üçün müxtəlif bəhanələr gətirərək əlavə 1040 manat ondan pul almışdır. Ümumilikdə Nəsimidən 3040 manat pul almışdır. Bundan əlavə 2021-ci ilin oktyabr ayının 7-də Şağan Bələdiyyəsində işləyən tanışı X5 ona müraciət edərək bir nəfər tanışı üçün alqı-satqı müqaviləsi vermək lazım olduğunu demişdir. O, köməklik edəcəyini deliyi üçün Əli onu həmin gün Zərərçəkmiş şəxs3 Taksim oğlu ilə görüşdürmüşdür. Natiq Şağan qəsəbəsində yerləşən 4 sot torpaq sahəsində yaşayış evi olduğunu, torpaq sahəsinin çıxarışla dayısı oğluna məxsus olduğunu və öz oğlunun adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirmək istədiyini demişdir. Eldəniz torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsini sənədləşdirmək üçün 1200 manat pul lazım olacağını demişdir. Natiq onunla razılaşmış və öz həyətində Əlinin yanında ona 1200 manat pul vermişdir. Lakin o, heç bir iş görməmişdir. Dələduzluq yolu ilə ələ keçirdiyi pulları özü üçün xərcləmişdir. Azyaşlı uşaqlarının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2012-ci ildə yaşadığı evi "xxxx" ASC-də girov qoyaraq kreditlə pul götürmüşdür. Sonradan dolların məzənnəsi qalxdığına görə krediti ödəyə bilməmiş və ev bankın hesabına keçirilmiş, lakin ev başqa bir şəxsə satılmamışdır. Bu barədə tanışı Təqsirləndirilən şəxs demiş və o, bu məsələni həll etmək üçün 5000 manat pul lazım olacağını demişdir. Razılığa əsasən 2020-ci ilin dekabr ayının axırlarında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında ilkin olaraq 1000 manat pul vermişdir. Bir müddət sonra Eldənizlə əlaqə saxlasa da, o, müxtəlif bəhanələr gətirmişdir. 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs başqa şəxsə qarşı dələduzluq etdiyinə görə tutulduğundan onunla əlaqə saxlaya bilməmışdır. Təxminən 3 aydan sonra Eldəniz həbsdən çıxdıqdan sonra onunla görüşərkən müxtəlif bəhanələr gətirərək yalan vədlər vermiş və bir neçə ay onu aldatmışdır. 2022-ci ilin aprel ayının 27-də Eldənizin yenidən başqa şəxslərə qarşı dələduzluq etdiyinə görə tutulduğunu eşidib ona qarşı da, dələduzluq etdiyini başa düşmüş və şikayət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 1000 manat ziyanın ödənilməsini tələb etdiyini bildirdi, ona ağır cəzanın təyin olunmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2014-cü il tarixli, 781 nömrəli sərəncam əsasında Xəzər rayonu Binə atcılıq yaşayış massivində özünə qeyri-yaşayış obyekti tikmək üçün 0,08 ha torpaq sahəsi almışdır. 2021ci ildə torpaq sahəsinə çıxarış almaq üçün bir müddət əvvəl tanış olduğu Təqsirləndirilən şəxs müraciət etmişdir. Eldəniz 2700 manat pulun müqabilində ona çıxarış almaqda köməklik edəcəyini demişdir. O, ilkin olaraq 01 aprel 2021-ci il tarixdə Xəzə rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində Eldənizə 2000 manat pul vermiş, qalan pulu isə sənədlər hazır olduqdan sonra verəcəyini demişdir. Eldənizlə Xəzər rayon İcra Hakimiyyətinə getmişlər, o çöldə gözləmiş, Eldəniz isə içəri daxil olmuş v 7-8 dəqiqədən sonra onun yanına gələrək pulu lazım olan şəxsə verdiyini və bir həftəyə çıxarışın hazır olacağını demişdir. 08 aprel 2021-ci il tarixdə Eldəniz sənədlərin hazır olduğunu bildirib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vermək üçün ondan 400 manat pul istəmişdir. O, da inanıb 400 manat pulu Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində Eldənizə vermişdir. 15 aprel 2021-ci il tarixdə Eldəniz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vermək üçün əlavə 250 manat pul istəmiş və o, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində 250 manat pulu vermişdir. 20 aprel 2021-ci il tarixdə Eldəniz zəng edərək sənədləri götürmək üçün 300 manat pul lazım olduğunu demiş, lakin üzərində pul az olduğuna görə bir Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində ona 290 manat pul vermişdir. 28 aprel 2021-ci il tarixdə Eldəniz torpaq sahəsini ölçəcək şəxsə vermək üçün ondan Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində 100 manat pul almışdır. Həmin gündən sonra Eldənizlə sənədlərin hazır olub-olmadığını soruşsa da, müxtəlif bəhanələr gətirərək nə sənədi düzəltməmiş, nə də aldığı 3040 manat pulu geri qaytarmamışdır. Ona görə də, bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin olunmasını istəmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 Taksim oğlu ifadəsində göstərdi ki, 2012-ci ildə dayısı oğlu X7 qəsəbəsində içərisində fərdi yaşayış evi olan 4 sot torpaq sahəsi almışdır. Lakin torpaq sahəsinin çıxarışı olmadığına görə alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. Sonradan həmin torpaq sahəsinə dayısı oğlu X1 adına çıxarış almış və torpaq sahəsini alqı-satqı müqaviləsi ilə oğlunun adına almaq qərarına gəlmişdir. Bunun üçün 2021-ci ilin oktyabr ayının əvvəllərində Şağan Bələdiyyəsinin vergi müfəttişi olan X3 müracitə etmiş, o isə torpaq alqı-satqısı ilə məşğul olan Eldəniz adlı tanışının ona köməklik edə biləcəyini demişdir. Əli onu Eldənizlə tanış etmiş və o, alqısatqı üçün 1200 manat pul istəmişdir. O, razılaşaraq 2021-ci ilin oktyabr ayının əvvəllərində Əli Cahangirovun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 1200 manat pul vermişdir. Eldəniz yaxın vaxtlarda alqı-satqı müqaviləsini həll edəcəyini bildirsə də, sənədi düzəltməmiş, nə də pulunu geri qaytarmamşdır. Ona görə də, bu barədə ərizə ilə Xəzər RPİ-ni 1-ci PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 1200 manat ziyanın ödənilməsini tələb etdiyini bildirdi, ona ağır cəzanın təyin olunmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, Xəzər rayonu Şağan Bələdiyyəsində müfəttiş vəzifəsində işləyir. Şağan qəsəbə sakini Natiq adlı şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində ona müraciət edərək çıxarış əsasında dayısı oğlunun adına olan Şağan qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini oğlunun adına alqı-satqı müqaviləsi ilə almaq istədiyini demişdir. O, Eldəniz adlı tanışının bu işdə ona köməklik edəcəyini demiş və Eldənizi çağıraraq onları görüşdürmüşdür. Eldəniz torpaq sahəsinə alqı-satqı müqaviləsi almaq üçün 1200 manat pul lazım olduğunu demişdir. Natiq razılaşaraq həmin gün onun yanında Eldənizə 1200 manat pul vermişdir. Bir müddət sonra Natiq ona zəng edərək Eldənizin ona yalan vədlər verərək sənədi düzəltmədiyini, nə də ki, pulunu qaytarmadığını demişdir. O, Eldənizlə əlaqə saxlayaraq Natiqin pulunu, ya da sənədini düzəldib verməsini demişdir. Eldəniz isə Natiqin işini həll edəcəyini demişdir. Buna baxmayaraq eldəniz Natiqin sənədini düzəltməmiş, nə də pulunu qaytarmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 02 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1988-ci ildə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs - 1) Tərtər Hərbi Məhkəməsinin 31 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 350.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 25 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəzası Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə 1 il azaldılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmış və həmin tarixə cəzasının 8 ay 18 gününü çəkmiş, 4 ay 22 gün çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 4 ay 22 günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 22 aprel 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 21 aprel 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Taksim oğlu yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Taksim oğlu dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 4 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait vəkil X4, 24 (iyirmi dörd) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-339/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-339/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver