Məhkəmə qərarları › İş №1(003)-339/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-339/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-339/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Ə.K.Əlizadə küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,226 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 30 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şağan-2 qəsəbəsində yerləşə “AL” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 14:45 radələrində Xəzər rayon Pİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs kimi saxdanılaraq Xəzər rayonu 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 16:30 radələrində Xəzər rayon Pİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında iş otağında polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş təmiz çəkisi 0,226 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 05 fevral 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına kimi daşımış, həmin gün həmin evdə saat 10:45 radələrində Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Xəzər rayon Pİ-nin İŞ-də istintaq edilən cinayət işi üzrə şübhəli bilindiyindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılaraq Xəzər rayonu 2-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 11:15 radələrində Xəzər rayon Pİ-nin 2-ci X9 hissə otağına təhfil verildiyi vaxt orada növbətçi polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,232 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 11 fevral 2025-ci il tarixdə yaşadığı ünvan 2 ünvanın yaxınlığına kimi daşımış, həmin gün orada saat 12:17 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılaraq videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkcənin sağ yan cibində 01 ədəd siqaretin gümüşü, fəngli kağızına bükülmüş təmiz çəkisi 0,232 qram olan kustar üsulla hazırlanmış həmin eyni miqdarda narkotik vasitə heroin 01 ədəd bükümdə Niyazov Еmin Əli oğlundan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etməyə görə məhkum edilmişdir. 30 yanvar 2025-ci il tarixdə Şağan qəsəbəsində olarkən ağrılar hiss etdiyindən həmin narkotik vasitəni istifadə etmək qərarına gəlmişdir. Elə həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Şağan-2 ərazisində, “AL” marketin yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli polis ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini deyərək Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində axtarışdan əvvəl üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, onu təqdim etməsi təklif edilmişdir. Bunun ardınca o, əynində olan qara rəngli gödəkçənin cibindən içərisində heroin olan bir ədəd bükümü təqdim etmişdir. Sonra fevrasl ayının əvvəllərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 1 büküm metamfetamin almış və əynində olan gödəkçənin cibinə qoyaraq yaşadığı ünvana qayıtmışdır. Həmin evdə saat 10:45 radələrində Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən üzərində olan narkotik vasitəni təqdim etmişdir. Sonuncu dəfə 11 fevral 2025-ci il tarixində, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y. Yəhyazadə küçəsi, ev 17-nin yaxınlığında mülki geyimli iki nəfər polis ona yaxınlaşaraq video görüntü ilə üzərində baxış keçirmişlər. Baxış zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 1 büküm heroin narkotik vasitəsini polis əməkdaşlarına təqdim etmişdir. Ona qarşı fiziki və ya psixoloji təzyiq olmamışdır. Etdiyui əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X5 ifadəsində bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə alınmış məlumat əsasında müəyyən olunmuşdur ki, Emin adlı şəxs evində oğurluq yolu ilə əldə olunmuş əmlak saxlayır. Eyni zamanda həmin şəxsin evində axtarışda olan X3 gizləndiyi əməliyyat yolu ilə müəyyən edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Şahid3 və Şahid1 ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Emin adlı şəxsin yaşadığı ünvan 4 ünvanına daxil olduqları zaman orada axtarışda olan X7 və Emin adlı şəxs müəyyən edilmişdir. Əməliyyat əməkdaşları özlərini onlara təqdim etmişlər. Emin adlı şəxs özünü şübhəli apardığı üçün hər iki şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Həmin şəxslər heç bir müqavimət göstərmədən əməkdaşlarla birlikdə şöbəyə gəlmişlər. Əməkdaşlar tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİnin 2-ci PŞ-də baxış keçirilən zaman onun üzərində psixotrop maddə - metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə Eminin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci X9 Hissəsinin məsul növbətçisi Şahid4 digər şahid X5 ilə oxşar məzmunda ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirmişdir ki, 11 fevral 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən olunmuşdu ki, Emin adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Əldə olunan məlumatda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində olduğu qeyd olunmuşdur. 11 fevral 2025-ci il tarixdə o və əməliyyat qrupunun digər üzvü polis əməkdaşı Şahid7 ilə birlikdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədilə Xəzər rayonu Şağan qəsəbəsinə ezam edilərkən saat 12:17 radələrində ünvan 4 Təqsirləndirilən şəxs görmüşlər. Bundan sonra ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması barədə sual vermişlər. O, əynində olan gödəkçədən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, 30 yanvar 2025-ci il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Eldəniz Abbasov ilə birgə xidmət apararkən xidmət sahəsində şübhəli hərəkətlər edən bir şəxsi Emin adını bildirdiyi şəxsi müşahidə etmişlər. Həmin şəxs saxlanılmışdır. Sonra şəxs Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçədən bir büküm maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olduğunu, onu şəxsi istifadəsi üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən əldə etdiyini bildirmişdir. Büküm açıldıqdan sonra içərisindən spesifik iyə malik narkotik vasitəyə — heroinə bənzər maddə aşkar edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm maddə zərfə qoyularaq möhürlənmiş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə rəisi X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, 05 fevral 2025-ci il tarixdə alınmış məlumat əsasında müəyyən olunmuşdur ki, Emin adlı şəxs evində oğurluq yolu ilə əldə olunmuş əmlak saxlayır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Şahid3 və Cavid Aslanov ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Emin adlı şəxsin yaşadığı ünvan 4 ünvanına daxil olduqları zaman orada axtarışda olan X7 və Emin adlı şəxs müəyyən edilmişdir. Əməliyyat əməkdaşları özlərini onlara təqdim etmişlər. Emin adlı şəxs özünü şübhəli apardığı üçün hər iki şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Həmin şəxslər heç bir müqavimət göstərmədən əməkdaşlarla birlikdə şöbəyə gəlmişlər. Əməkdaşlar tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci PŞdə baxış keçirilən zaman onun üzərində psixotrop maddə - metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə Eminin əynində olan qara rəngli şalvardan aşkar edilmişdir. Maddə əməkdaşlar tərəfindən zərfə qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Üzərindən götürülmüş maddə–metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Baş verənlərlə bağlı protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürlənmiş, daha sonra iştirakçılar tərəfindən protokol imzalanmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/622 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N157” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,232 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - Cinayət işinin bir icraatda birləşdirilməsi, icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Ş.Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:30-16:55 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan narkotik vasitə heroin təqdim etmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/420 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı S.Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:20-14:10 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/518 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-75/2025 saylı qərarından görünür ki, ********* saylı iş üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü şəxsi axtarış və götürülmə haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü şəxsi axtarış və götürülmə haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(003)-376/2017 saylı hökmü ilə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-490/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 2201 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyartorlardan birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində “F11.2” (opoidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır; - “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Rəsul və xx.xx.2016-cı il təvəllüdlü Sofiya Təqsirləndirilən şəxs övladlarıdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « psixotrop maddələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,208 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « Narkotik Vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,226 qram və 0,232 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı iki uşağının olmasını (CM- 59.1.4) həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-490/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2024-cü il tarixində cəzasının sonu ilə azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli təkrar törətməsi və cinayətlərin residivi həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,176 qram, 0,182 qram narkotik vasitə heroin, 0,158 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 275 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,176 qram, 0,182 qram narkotik vasitə olan heroin və 0,158 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 275 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 330 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saat vaxta görə 77 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar