Məhkəmə qərarları › İş №1(003)-34/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-34/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-34/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.4 və 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus avtomobilin siqnal verdiyi eşitdikdə avtomobilin uzaqdan idarə edən “pultu”nun onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü qızı Zərərçəkmiş şəxs1 əlində olduğunu görüb yataq otağına çağıraraq orada danlayıb əlindəki polietilen materialdan olan 01 ədəd ağcaqanad öldürən ilə, eyni zamanda sağ və sol əli ilə onun əllərinə bir neçə dəfə sonra, isə yumruğu ilə baş nahiyyəsindən bir neçə dəfə vurmaqla xəsarətləndirmiş, bundan sonra 13 fevral 2024-cü il tarixə kimi olan müddət ərzində mütəmadi olaraq müxtəlif vaxtlarda və şəraitdə cüzi hərəkətlərini bəhanə edib yenə yaşadıqları evdə dəfələrlə Zərərçəkmiş şəxs1 döyməklə ona fiziki ağrı yetirərək əzab və işgəncə vermiş, nəhayət, 13 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı həmin ünvanda yerləşən fərdi yaşayış evinin həyətində istədiyi su vedrəsi əvəzinə ona qazan gətirməsi səbəbindən mübahisə yaradaraq ailə münasibətlərinin pozulması zəminində yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlərlə söyüb təhqir edərək onu cəzalandırmaq üçün əlləri ilə saçını yolmuş və əlamətləri istintaqa məlum olmayan 01 (bir) ədəd qazan qapağı ilə Zərərçəkmiş şəxs1 kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq yerə yıxmaqla ona sol və sağ saidin, kürəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan sol mil-bilək və bel-omba oynaqlarının yumşaq toxumalarının əzilməsi xəsarətləri ilə nəticələnən Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurub təkrarən fiziki ağrı yetirərək əzab və işgəncə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində ona həyat yoldaşı X2 ilə mübahisə yaratmasını irad tutan qayınatası Zərərçəkmiş şəxs2 onun ailəsinə müdaxilə etməsini cüzi səbəb kimi bəhanə edərək arvadı X2 ilə ailə-məişət zəminində mübahisə etmiş, mübahisə zamanı ani olaraq qəflətən həyat yoldaşı Nigar Məmmədovanın dirsək və diz nahiyələrinə yumruğu ilə qəsdən vuraraq Nigar Məmmədovaya sol dirsəyin sıyrığı, sol budun, sol dizin qançırları xəsarətləri ilə müşayiət olunan sağlamlığına zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra isə qanunsuz hərəkətlərini davam etdirərək orada olan qayınatası Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı xəsarətləri ilə nəticələnən Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 il olar ki, X2 ilə rəsmi nikaha daxil olmuşdur, birgə nikahlarından 3 övladları var. Zərərçəkmiş şəxs2 qaynatasıdır. 16 fevral 2024-cü il tarixdə, gecə vaxtı saat təxminən 24 radələrində qaynatası Zərərçəkmiş şəxs2 yaşadığı evə qonaq gəlmiş və həmin gecə onlarda qalmışdır. Səhəri günü Zərərçəkmiş şəxs2 onu həyətdə görüb heç bir səbəb olmadan onunla münaqişə etmiş və əlində olan bir ədəd mətbəx bıçağı ilə üzərinə hücum etmiş və onu vurmaq istəyən zaman o, özünü qorumaq üçün yaşadığı evin həyətində onu itələmiş və sonuncu yıxılaraq xəsarət almışdır. Həmin vaxt qaynatası Zərərçəkmiş şəxs2 ona bıçaqla xəsarət yetirməmişdir. 17 fevral 2024-cü il tarixdə yaşadığı evin həyətində arvadı Nigar Məmmədovaya və qızı Zərərçəkmiş şəxs1 heç bir bədən xəsarəti yetirməmişdir. Bundan başqa təxminən 2017-ci ildə konkret olaraq ay və gün yadında qalmasa da kiçik qızı Sunayı vurmağı arvadı Nigar Məmmədova tərəfindən gizlin olaraq evdə çəkilmişdir. Həmin vaxtı qızı Sunay evdə avtomobilinin idarəetmə pultu ilə oynamış və nəticədə avtomobilinin baqajı açılmışdır. O, da bu məsələyə əsəbləşib azyaşlı qızını tənbeh etmək məqsədilə baş nahiyyəsinə br neçə dəfə vurmuşdur. Lakin Sunayı mütəmadi olaraq döyməmiş və əzab verməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Məmmədova Nigar onun qızıdır, Təqsirləndirilən şəxs isə qızı Nigarın əridir. Kürəkəni Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, lakin sonralar Elnur qızı ilə mütəmadi olaraq mübahisə etdiklərinə görə aralarında soyuqluq yaranmış, lakin aralarında heç bir zaman şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 16 fevral 2024-cü il tarixdə, saat 18 radələrində qızı Nigarın yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinə qonaq gəlmiş, həmin gün nəvələrilə bir az oynamış, axşam qızının yaşadığı evdə qonaq kimi qalmışdır. Həmin günün səhərisi, yəni 17 fevral 2024-cü il tarixdə, saat 08 radələrində yuxudan duran zaman Elnur ondan 2(iki) gün əvvəl qızı Nigardan alıb ona verdiyi mobil telefonu geri istəmiş və ona bildirmişdir ki, telefonu qızı Nigarın işlətməsinə icazə verir, lakin bu məsələni onun qardaşları və anası bilməsin. O, da Elnura özü ilə gətirdiyi qızı Nigara məxsus 01 ədəd "Samsung" markalı mobil telefonu verərək demişdir ki, mobil telefonu özü Nigara versin və şərtini də özü Nigara desin. O, öz şəxsi mobil telefonu ilə qızına məxsus mobil telefonu Elnura verməyini sübut olaraq videogörüntüyə çəkmək istəyən zaman Elnur ona imkan verməmiş və bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman Elnur üzərinə gələrək yaşadığı fərdi yaşayış evinin həyətində ani olaraq yumruğu ilə sifət nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. O, özünü müdafiə etmək üçün həyətdə masanın üzərində olan 01 (bir) ədəd mətbəx bıçağını əlinə götürərək əlində saxlamış və bu zaman Elnur bıçağı əlində görüb üzərinə gəlməyərək geri çəkilmişdir. O, həmin mətbəx bıçağı ilə Elnura xəsarət yetirməmiş, xəsarət yetirmək məqsədi də olmamışdır. Bundan sonra Elnur "Niva" markalı avtomobilinə əyləşərək evlərini tərk etmiş, o, isə qızı Nigarla sağollaşaraq evinə tərəf piyada küçə ilə getmişdir. Saat təxminən 09 radələrində yaşadığı Türkan qəsəbəsində yerləşən Ramiz adlı şəxsin marketindən çıxan zaman girərək oradan özünə siqaret alıb mağazanı tərk edən zaman küçədə görmüşdür ki, kürəkəni Elnur, onun qardaşları Nurlan və Nuru, Elnurun dayısı Baladayı ona yaxınlaşaraq maşına oturmasını istəmişlər. O, buna etiraz etmiş vı bu zaman Elnur və qardaşı Nurlan onu yumruq və təpikləri ilə döyməyə başlamışlar. Təqsirləndirilən şəxslə barışmamış ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, X2 isə anasıdır. Hazırda anası ilə birlikdə babası Zərərçəkmiş şəxs2 evində yaşayır. Təxminən 2019-cu ilin yay aylarında yaşadığı fərdi yaşayış evinin içərisində yerləşən qonaq otağının pəncərəsinə qoyulmuş, atası Təqsirləndirilən şəxs məxsus avtomobilin pultunu əlinə götürərək avtomobili uzaqdan idarə etmək üçün siqnal vermişdir. Siqnal səsini eşidərək atası onu özünün yataq otağına çağırmışdır. Həmin vaxt atası onun əlindən avtomobilin pultunu almış, sonra isə sözlə danlamışdır. Həmin vaxt atası əlində olan polimer metaldan olan 01 ədəd ağcaqanad öldürən alət ilə sağ və sol əllərinə bir neçə dəfə zərbələr endirmiş, sonra isə baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Bundan başqa 13 fevral 2024- cü il tarixdə yaşadığı evin həyətində olarkən atası Təqsirləndirilən şəxs ondan su vedrəsini gətirməyini istəmiş, o, da səhvən su vedrəsi əvəzinə qazan aparmışdır. Atası qışqıraraq onu danlamış və ani olaraq görmüşdür ki, həmin qazan onun kürəyinə dəymiş və o, xəsarət almışdır. Atası Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun səhvinə görə həmin qazanı onun kürək nahiyəsinə vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 16 aprel 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 övladları var. Təqsirləndirilən şəxsla əvvəllər münasibətləri yaxşı olsa da, sonrakı illərdə aralarında olan münasibət pisləşmişdir. Təxminən 2019-cu ilin yay aylarında qızı Sunay atası Təqsirləndirilən şəxs aldığı avtomobilinin pultunu əlinə götürüb siqnal düyməsinə toxunan zaman küçədə saxlanılan həmin avtomobilin baqaj hissəsi açıldığından və siqnal səsi gəldiyindən maşının işıqlarının yanıb-sönməsini görən və siqnal səsini eşidən Elnur qızı Sunayın bu hərəkətinə görə onu yanına çağırmışdır. Bu zaman Elnur Sunayı döymüşdür. O, qızı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən döyülmə anını mobil telefonla videoya çəkmiş, həmin videonu telefonun kart yaddaşında saxlamışdır. Təqsirləndirilən şəxs Sunayın əllərinə milçəköldürənlə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1nmın döyülməsi ilə əlaqədar olaraq Polisə şikayət etməmişdir. 13 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində mətbəxdə olarkən qızı Zərərçəkmiş şəxs1 ağlayaraq yanına gəlmiş və Təqsirləndirilən şəxs qazanı ona tərəf ataraq xəsarət yetirdiyini qeyd etmişdir. Qızının döyüldüyü anın şahidi olmsa da, qızının göz yaşları içərisində dediklərinə inanmışdır. xx.xx.2024-cü il tarixdə ailədaxili mübahisələr olduğu üçün atası onlara qonaq gəlmiş, ona vəziyyəti izah etmişdir. Axşamdan yaranmış mübahisələrə görə atasının evlərinə getməməsini, onlarda qalmasını istəmişdir. 17 fevral səhər saatlarında mübahisə daha da böyümüş, Təqsirləndirilən şəxs atasına və ona xəsarət yetirmişdir. Atasını yumruqla vuraraq göz nahiyəsinə xəsarət yetirmiş, mübahisə əsnasında o, da yüngül xəsarət almışdır. Həmin gün, yəni 17 fevral 2024-cü il tarixdə o, üç övladı ilə birlikdə atası evinə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. X2 qardaşı Təqsirləndirilən şəxs arvadıdır, Zərərçəkmiş şəxs2 isə Nigar Məmmədovanın atasıdır, yəni qardaşı Təqsirləndirilən şəxs qayınatasıdır. 17 fevral 2024-cü il tarixdə, saat təxminən 09 radələrində yaşadığı evdə olarkən anası Təranə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs2 ilə yaşadığı evdə münaqişə etmişdir. Ona görə də anası Təranə ondan və digər qardaşı Nurlandan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs ilə danışaraq onu sakitləşdirsinlər. Bu zaman o, qardaşı Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxlamış, qardaşı Elnur ona bildirmişdir ki, yaşadığı Türkan qəsəbəsinin mərkəzində yerləşən "Ramiz" adlı şəxsin mağazasının qarşısında qayınatası Zərərçəkmiş şəxs2 ilə söhbət edirlər. Qardaşı Təqsirləndirilən şəxs ilə telefonla danışıb sağollaşandan sonra digər qardaşı Nurlan ilə birlikdə Nurlanın idarə etdiyi "Mersedes" markalı avtomobillə "Ramiz" adlı şəxsin marketinin qarşısına gəlmişlər. Yolda olarkən dayısı Şahid2 onunla mobil telefonla danışmış və o, da ona mobil telefonda demişdir ki, narahat olduğu üçün o, da avtomobilinə əyləşərək "Ramiz" adlı şəxsin marketinin qarşısına gəlir. Həmin vaxt qəsəbənin mərkəzində yerləşən "Ramiz" adlı şəxsin mağazasının qarşısına çatarkən görmüşlər ki, qardaşı Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs2 ilə sözlə mübahisə edirlər. O və qardaşı Nurlan onların mübahisələrinə müdaxilə etməmişlər. Bir az keçəndən sonra həmin yerə dayısı Şahid2 avtomobili ilə gəlmiş, bu zaman dayısı ağsaqqal kimi Elnur ilə Böyükağanın yanına gedərək onları sakitləşdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 piyada harasa getmiş, o, da dayısı Baladayı, qardaşları Elnur və Nurlan ilə birlikdə anası Təranənin yaşadığı evə getmişlər. Həmin vaxt dayısı Şahid2 Böyükağanm yaxasından yapışmamış, eləcə də qardaşı Elnur və o, Böyükağaya heç bir bədən xəsarətləri yetirməmişlər. Məhkəmə iclasında digər şahidlər Şahid4 və Şahid5 verdikləri ifadələrində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etdilər. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. 17 fevral 2024- cü il tarixdə, saat təxminən 9 radələrində yaşadığı evdə olarkən bacısı Təranə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs2 ilə yaşadığı evində münaqişə etmişdir. Ona görə də bacısı Təranə ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs ilə danışaraq onu sakitləşdirsin. O, da bu zaman Təqsirləndirilən şəxs qardaşları Nurlan və Nuru ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və onlar ona bildirmişlər ki, onlar da Elnuru axtarmaq üçün yaşadıqları qəsəbənin mərkəzinə gedirlər. Həmin vaxt qəsəbənin mərkəzində yerləşən "Ramiz" adlı şəxsin mağazasının qarşısında olarkən görmüşdür ki, bacısı oğlu Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs2 ilə sözlə mübahisə edirlər. Həmin vaxt onların yanında Elnurun qardaşları Nurlan və Nurunu görmüş, Nurlan və Nuru kənarda dayanıb qardaşı Təqsirləndirilən şəxs ilə onun qayınatası Zərərçəkmiş şəxs2 sözlə mübahisələrinə müdaxilə etməmişlər. Bu zaman ağsaqqal kimi Elnur ilə Böyükağanın yanına gedərək onları sakitləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 piyada harasa getmiş, o, isə Elnur və onun qardaşları Nuru və Nurlan ilə birlikdə bacısı Təranənin yaşadığı evə getmişdir. "Ramiz" adlı şəxsin mağazasının qarşısında olarkən yalnız Elnur və Böyükağanın sözlə mübahisə etməsinin şahidi olmuşdur. Həmin vaxt o, Böyükağanın yaxasından yapışmamış, eləcə də Elnur və Nurlan Böyükağaya heç bir bədən xəsarətləri yetirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 144 nömrəli ekspert rəyindən görünür ki, l.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 155 nömrəli ekspert rəyindən müəyyən edilir ki, l.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol və sağ saidin, kürəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək və beloma oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. - Əlavə məhkəmə-tibbi ekspertizasının 29 fevral 2024-cü il tarixli 07- ə/144 saylı rəyindən görünür ki, l.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. - Əlavə məhkəmə-tibbi ekspertizasının 29 fevral 2024-cü il tarixli 06- ə/155 saylı rəyindən görünür ki, 1 .Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol və sağ saidin, kürəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək və bel-oma oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. 3.Zərərçəkmiş şəxs1 heç bir tibb müəssisəsinə müraciət etmədiyindən və onun adına heç bir tibbi sənəd olmadığından onun bədənində aşkar edilmiş sağ və sol saidin, sol budun, sağ baldırın piqmentasiya sahələrinin xəsarət izləri olub-olmaması, hadisədən uzun müddət gecdiyindən növü və eləcə də törənmə müddəti barədə konkret fikir söylənmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədiq edilmiş: - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Məmmədzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 128, 133.2.4 və 133.2.6-cı maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 128, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-73/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-144/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatəti təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(103)-383/2024 nömrəli qərarından aydın olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)- 144/2024 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs brəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-184/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla xx.xx.2024-cü il tarixinədək olmaqla, 17 gün müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Hadisə yerinə baxış və ifadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən fərdi evi və həyətini göstərərək qızı Zərərçəkmiş şəxs1 evin içərisində, qayınatası Zərərçəkmiş şəxs2 isə evin həyətində qəsdən vurmasını bildirmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, video diskdə olan videoya baxış keçirilən zaman Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 çarpayıda uzanıqlı vəziyyətdə əli ilə başına vurmaqla, saçını tutub dartmaqla yolub əzab verməsi görünür; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə Elnur oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-1858/2025 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinə görə Bu Məcəllənin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrinə görə CM-nin 133.1-ci maddəsindəki əməllər təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.4 və 133.2.6-cı maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı ümumilikdə 02 ay 17 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia üzrə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 128-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 133.2.4, 133.2.6-cı maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) ay 17 (on yeddi) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablansın və üzərində 02 (iki) il 05 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********). Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar