Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-340/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 04 avqust 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumu X4 ilə birlikdə X3 yol nəqliyyat hadisəsi nəticəsində ölmüş övladının işinə yenidən baxılması və təqsirləndirilən şəxsin cəza almasında köməklik göstərəcəklərini vəd edib bunu ona inandıraraq, bu məqsədlə 21.09.2020-ci il tarixdə günorta saatlarında Xırdalan şəhərində yerləşən Günel Musayevaya məxsus ofisin inzibati binasının yaxınlığında küçədə 400 manat, 22.09.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında küçədə 800 manat, 24.09.2020-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasının qarşısında 200 manat pul alaraq vədinə əməl etmədən vahid niyyətlə Zərərçəkmiş şəxs qarşı dələduzluq etmiş, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 1400 manat pulunu ələ keçirərək ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sevinci Firuzə ilə o, tanış etmişdir. O, Sevinci və Firuzəni taksi kimi işləyən zaman tanımışdır. Firuzə Sevincdən onun yanında 3 dəfə ayrı-ayrı vaxtlarda ümumi olaraq 1400 manat pul almışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatdadır, lakin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayır. 26.07.2020-ci il tarixdə 2006-cı il tarixli oğlu X5 yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Onun barəsində olan cinayət işinin istintaqının aparılmasından narazı imiş. Cari ilin sentyabr ayının 18-də Nizami rayonu ərzisində “Koroğlu” Metrostansiyasının qarşısında bir nəfər şəxs Qala qəsəbəsinə müştəri axtarırmış, həmin sürücüyə yaxınlaşmış, və həmin sürücünün avtomobilinə əyləşmişdir. Yolda olan zaman sürücü qəflətən əyləci basmış və qəzadan qaçmışdır, həmin vaxt kövrəlmiş və sonradan adını Pərvin olduğunu bildiyi sürücüyə oğlunun yol nəqliyyat hadisəsində vəfat etdiyini və aparılan cinayət işindən narazı olduğunu bildirmişdir. Sonradan bilmişdir ki, həmin sürücü Təqsirləndirilən şəxsdur. Həmin vaxt Pərvin ona yaxşı vəkilin olduğunu və ona kömək edə biləcəyini demişdir. Pərvin onu Qala qəsəbəsində yerləşən 92 nömrəli məktəbin qarşısında düşürtmüşdür. Digər oğlu həmin məktəbdə oxuyur. O valideyin iclasında iştirak edib təxminən 1 saat sonra yenidən yola çıxaraq taksi gözləməyə başlamışdır. Həmin vaxt Pərvin idarə etdiyi “Toyota-Prius” markalı avtomobili saxlamış və onu çağıraraq avtomobilə əyləşməyini demişdir. O avtomobilə əyləşmiş, həmin vaxt qarşıda bir nəfər qadın əyləşmişdir. Pərvin qadını onunla tanış edib nişanlısı olduğunu və həmin qadın barəsində danışdığını, həmin qadının ona kömək edə biləcəyini demişdir. Sonradan bilmişdir ki, həmin qadın X2r. O baş vermiş hadisəni Firuzəyə danışmış, Firuzə onu arxayın etmiş, demişdir ki, “əlimiz hər yerə çatır, biz sənə kömək edəcəyik, səni DİN-in rəhbərliyinin qəbuluna aparacayıq”. Firuzəyə müqavilə ilə vəkil tutmaq istədiyini demiş, həmin vaxt Firuzə ona lazım olan bütün köməkliyini göstərəcəyini və təmənnasız kömək edəcəyini demişdir. Həmin vaxt Pərvin demişdir ki, “sən narahat olma Firuzə belə işlər çox görüb, nə lazımdırsa kömək edəcək”. 21.09.2020-ci il tarixdə günorta saatlarında əvvəldən razılığa əsasən Pərvin və Firuzə ilə birlikdə Xırdalan şəhərinə getmişlər, orada Firuzə onu Günel adlı vəkillə tanış etməyə aparmışdır. Həmin yerə çatmışlar, Firuzə ondan 400 manat pul alıb maşından düşüb Günelin ofisinə daxil olmuş, təxminən 20 dəqiqə sonra Firuzə maşına qayıdıb onu ofisə çağırmışdır. Onlar birlikdə ofisə daxil olmuşlar, orada Güneli təqdim edib vəkil olduğunu demişdir. Həmin vaxt Günel ona bir neçə sənədin lazım olduğunu, belə işlərin çox aparıldığını demişdir, sonra bu işin Tarif adlı vəkilin aparmasını məsləhət görmüşdür. Sonra Bakı şəhərinə qayıtmışlar, Pərvin və Firuzə onu 20 yanvar “Metro Stansiyasının” qarşısında düşürtmüşlər.22.09.2020-ci il tarixdə günorta saatlarında “Koroğlu” Metrostansiyasının yaxınlığında Pərvinin idarə etdiyi “Toyota Prius” markalı avtomaşında Firuzəyə 800 manat pul vermiş, həmin vaxt da ona müxtəlif bəhanələr gətirərək müqavilə bağlayacağını demişdir. Lakin hər hansı müqavilə bağlanmamışdır. 24.09.2020-ci il tarixdə saat 14.00 radələrində Pərvinlə Firuzə onu Koroğlu Metrostansiyasının qarşısında götürüb Xəzər rayon Məhkəməsinin qaşısına gəlmişlər. Həmin vaxt Firuzə ona həmin binanın Xəzər rayon prokurorluğu olduğunu demiş və rayon Prokuroru onun yaxın adamı olduğunu bildirib ona pul vermək lazım olduğunu, onu şəxsən prokurorun qəbuluna salacağını demişdir və buna görə prokurora 200-300 manat vermək lazım olduğunu bildirmişdir. Bundan sonra Firuzəyə 200 manat pul vermiş və o həmin binaya daxil olmuş, təxminən 20- 25 dəqiqə sonra çölə çıxıb prokurorla danışdığını demişdir. Firuzədən onu qəbula salıb-salmayacağını soruşmuş, Firuzə hazırda prokurorun yanında adam olduğunu deyib, özü məsələni həll etdiyini bildirmişdir. Sonra ona demişdir ki, təcili müqaviləni bağlamaq və vəkillə görüşmək lazımdır. Onlar birlikdə dəniz kənarı parka gəlmişlər, Firuzə Günelə zəng etmiş, Günel işinin olduğunu demiş və axşam görüşmək mümkün olduğunu bildirmişdir. Onlar bilrikdə “İnşaatçılar” Metro Stansiyasının qarşısına gəlmişlər, orada axşam saatlarına qədər gözləmişlər, saat 19.00 radələrində Günellə Tarif ora gəlmiş, onlar birlikdə bir kafedə oturmuşlar, həmin vaxt onlar Tarif adlı şəxsi ona vəkil kimi təqdim etmişlər. Tariflə söhbət edib onun ara adamı olduğunu başa düşmüş və aldandığını anlamışdır. Bundan sonra Firuzədən verdiyi pullarını tələb etməyə başlamış, lakin onlar müxtəlif bəhanələr gətirərək ondan yayınmışlar. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, 1400 manat pul özünə məxsusdur, həmin pulu Firuzəyə 3 dəfəyə Pərvinin yanında vermiş, hətta danışıqlarda Pərvin də Firuzənin dediklərini təsdiq edərək onu arxayın edirmiş, hər iksi vəd verirmişlər ki, onun işini düzəldəcəklər. Eyni zamanda qeyd etmişdir ki, hər dəfə Firuzə ilə Pərvinlə pul barədə söhbət edəndə ona hər ikisi dəfələrlə tapşırırlarmışlar ki, heç kimə onlara pul verməyi barədə bildirməsin, ərinə belə bildirməsin, onlar bu işi həll edəcəklər. Ona görə də onlara pulu hər dəfə azyaşlı oğlu Elvin Seydovun yanında vermiş, bu barədə başqa kiməsə deməmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə məbləği dövlət büdcəsinə ödənilməsi qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Pərvin tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21.10.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Füzuli şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 04.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 350 (üç yüz əlli) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-340/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-340/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver