Məhkəmə qərarları › İş №1(003)-340/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-340/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-340/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, maraqlı şəxs X7 nümayəndəsi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında 27 avqust 1961-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 42-ci dalan nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonunda olduğu vaxt 2021-ci ilin sentyabr ayında avtomobillərin təmiri sexində Şahid7 məxsus olan «Orel Tiqra» markalı ** UJ *** dövlət nömrə nişanlı bir avtomobilin ehtiyat hissələri sökülmüş halda təmir olunduğunu görüb təmirdən sonra onu almaq istəyən Zərərçəkmiş şəxs özünü nüfuzlu və nasaz avtomobilləri təmir etdirib ucuz qiymətə satmaqda işgüzar şəxs kimi təqdim etməklə onunla iş birliyi quracağını yalandan deyib müəyyən məbləğdə pul verdiyi halda həmin avtomobili təmir etdirib başa çatdırdıqdan sonra ucuz qiymətə almasına və onun adına sənədləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, eyni zamanda əlavə pul verdiyi halda Zərərçəkmiş şəxs satıb pul qazanmaq üçün digər nasaz avtomobilləri də təmir etdirərək üçün ucuz qiymətə almasına və adına sənədləşdirilməsinə köməklik göstəcəyinə dair yalan vədlər verib aldadaraq, sonradan mobil telefon vasitəsilə əlaqə saxladıqları vaxt digər «Chevrolet Aveo» markalı, «Peugeot» markalı, ağ rəngli «Opel Astra» markalı, qara rəngli «Opel» markalı və «VAZ-21011» markalı olmaqla dövlət nömrə nişanları və sahibləri məlum olmayan avtomobillərin şəkillərini və texniki pasportlarının onda olmasını mobil telefonunda Zərərçəkmiş şəxs göstərib ona həmin avtomobilləri də təmir etdirib ucuz qiymətə ona satılmasına və adına sənədləşdirilmə işinə köməklik göstərəcəyini deyib, həmçinin «Opel Tiqra» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobili onun istifadəsinə verəcəyini və sonradan sənədləşmə apartdıracağını deyib bir daha inandırmaqla razılaşdıqdan sonra Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edərək, qeyd olunan həmin cəmi altı ədəd avtomobili təmir işlərinin görülməsini, Zərərçəkmiş şəxs satılmasına və onun adına sənədləşdirilməsinə köməklik göstərəcəyi adı altında Zərərçəkmiş şəxs hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin sentyabr ayının axırıncı ongünlüyündə Bakı şəhəri Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında özünün idarə etdiyi istintaqa markası və qeydiyyat nömrə nişanı məlum olmayan avtomobilin salonunda 20000 manat, 2021-ci ilin oktyabr ayının ortalarında yaşadığı Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava ərazində yerləşən fərdi yaşayış evinin yaxınlığında yenə həmin avtomobilin salonunda 8005 manat məbləğində pulu əlbəəl olaraq Zərərçəkmiş şəxs almaqla, xx.xx.2021-ci il tarixdə saat 15:06-da Bakı şəhəri Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Ödəmə terminalından Zərərçəkmiş şəxs əvvəlcədən təqdim etdiyi özünün istifadəsində olan 4***********8708 kart hesabı nömrəsinə 440 manat, xx.xx.2021-ci il tarixdə saat 17:02-da yenə həmin ünvandakı Onlayn Ödəmə terminalından özünün 4***********8708 kart hesabı nömrəsinə 800 manat, xx.xx.2021-ci il tarixdə saat 16:42-da yenə həmin ünvandakı Onlayn Ödəmə terminalından özünün 4***********8708 kart hesabı nömrəsinə 500 manat, xx.xx.2021-ci il tarixdə saat 13:24-da yenə həmin ünvandakı Onlayn Ödəmə terminalından özünün 4***********8708 kart hesabı nömrəsinə 430 manat köçürtdürüb Zərərçəkmiş şəxs almaqla, 2022-ci ilin yanvar ayının axırıncı ongünlüyündə Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava ərazində yerləşən fərdi yaşayış evinin yaxınlığında 270 manat və 2022-ci ilin oktyabr ayının ikinci ongünlüyündə ünvan 3 ünvanda yerləşən 7 saylı Notariat Kontorunda 2000 manat məbləğində pulu Zərərçəkmiş şəxs əlbəəl almaqla, ondan cəmi 32.445 manat məbləğində pulu avtomobilləri təmir etdirmək, ona ucuz qiymətə satılmasına və adına sənədləşdirilməsinə köməklik edəcəyi adı altında alıb verdiyi vədlərə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 32.445 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək fərqli, birbirini təkzib edən ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Elnarə Kərimovanın vasitəsilə 2016-cı il tarixdən tanıyır tanımış. Elnarə Kərimova da onu əmlak komitəsində işləyən tanışı Nizamin vasitəsilə tanıyıb. Təxminən 2021-ci ilin sentyabr-oktyabr ayında Qəbələ rayonunda özünə məxsus “Opel Vectra” markalı avtomobili təmir eləmək üçün avtomobil təmiri sexinə aparmışdır. Həmin vaxt avtomobil təmiri sexində olan qəzaya uğramış “Opel Tiqr” markalı avtomobil olmuşdur. Maşınını düzəltdirən zaman, Mərdan həmin avtomobilin ətrafında gəzdiyini görüb, Bakıya qayıdan zaman yolda bu barədə söz açmış, Mərdan da həmin avtomobili almaq istədiyini bildirmişdir. Avtomobilin sahibini qiyabi olaraq tanıdığı üçün onu tapıb maşını 1700 manata satdığını demişdir. Maşının müəyyən görülməli işləri olduğuna görə Mərdandan “Opel Tiqr” markalı avtomobilə görə 2100 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində alıb, Qəbələyə getmişdir. İlqara maşını almaq üçün 1.400 manat pul vermiş, bundan sonra avtomobilin dəmirçi işinin görülməsi üçün də əlavə olaraq Mərdanın ona verdiyi puldan 500 manat ustaya vermiş, 100 manat salonda olan oturacaqlarına xərcləmişdir. Mərdanın verdiyi 2.100 manatdan qalan 100 manatını öz yol xərci etmişdir. Bundan sonra Mərdan maşını götürməyə gedəndə maşın sahibinə 300 manat verib, bundan əlavə təmirə xərclədiyi məbləği tam olaraq bilmirmiş. Özü maşın dəmirçisi və rəngsazıdır, Mərdan bu işdən başı çıxan adam kimi ona təklif etmişdir ki, Qəbələ rayonundan köhnə vurulmuş və zədə görmüş maşınları alaq, həmin maşınları təmir edib, baha qiymətə satmaqla qazanc əldə etsin. O da “Chevrolet Aveo” xeçbek markalı, “Peguaet” markalı, ağ rəngli “Opel Astra” markalı və “Vaz 21011” avtomobilləri ona şəkillərini göstərmişdir. Konkret olaraq hansı maşına görə nə qədər aldığını unutmuş, 4 avtomomobilin alınmasına və təmirinə görə Mərdandan ümumulikdə 12.100 manat pul almışdır. İş materiallarına əlavə olunmuş kağız yazıdakı qəbzi öz xəttillə yazmışdır. Mərdandan 5 maşın almaq üçün ümumilikdə 14.200 manat pul almışdır. Mərdandan “Opel Tiqr” markalı avtomobilə görə 2100 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində alıb, Qəbələyə getmişdir. İlqara maşını almaq üçün 1.400 manat pul vermiş, bundan sonra avtomobilin dəmirçi işinin görülməsi üçün də əlavə olaraq Mərdanın ona verdiyi puldan 500 manat ustaya vermiş, 100 manat salonda olan oturacaqlarına xərcləmişdir. Mərdanın verdiyi 2.100 manatdan qalan 100 manatını öz yol xərci etmişdir. Qalan 12.100 manatı öz maddi ehtiyacları üçün xərcləmişdir, çünki Mərdan həyat yoldaşı Xatirədən 29000 manat, Elnarədən 3000 manat pul almış, Qəbələ rayonu, Nizami küçəsində olan 10 sot torpaq sahəsinin məhkəmə proseslərini sona çatdırmamışdır. Qəbzi yazan zaman maşın üçün aldığı, maşınların təmiri üçün xərclədiyi pulları düzgün hesablamamışdır. Məhkəmə iclasında ziddiyyətli ifadələr verən Təqsirləndirilən şəxs ilkin mərhələdə ümumilikdə istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Zərərçəkmiş şəxs köhnə maşınları alıb sonradan baha qiymətə satılması üçün aldığı 14.200 manat məbləğində pulun “Opel Tiqr” markalı avtomobilin alınması və təmiri ilə bağlı xərclədiyi puldan qalan hissəsini Zərərçəkmiş şəxs onun arvadı və qızından aldığı 32.000 manat pul alıb Qəbələ rayonu, Nizami küçəsində olan 10 sot torpaq sahəsinin məhkəmə proseslərini sona çatdırmadığına görə zərər çəkmiş şəxsə qaytarmayaraq öz ehtiyaclarına xərclədiyini bildirib dolayı yolla zərər çəkmiş şəxsə qarşı dələduzluq əməlini etiraf etsə də, məhkəmə istintaqının sonrakı mərhələsində, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxsla köhnə maşınların alınıb təmir etdirildikdən sonra satılması ilə bağlı sövdələşmələri olmamış, ondan heç bir vaxt, o cümlədən borca, pul almamışdır. Lakin həmin gün keçirilən məhkəmə iclasında verilən sualları cavablandırarkən Zərərçəkmiş şəxs borca 14.200 manat məbləğində pul almasını bildirmişdir. Həmin borcu hansı məqsədlə və nə vaxt alınması soruşulduqda isə bir daha qeyd edilən məbləğin məhz köhnə beş ədəd maşınların alınıb təmir etdirildikdən sonra satılması ilə bağlı sövdələşmələrinə görə almasını, lakin 2021-ci ilin sonlarında və ya 2022-ci ilin yanvar ayının əvvəlində Qəbələ rayonu, Nizami küçəsində olan 10 sot torpaq sahəsinin məhkəmə prosesi ilə bağlı Zərərçəkmiş şəxs müsbət nəticə əldə edə bilmədiyi üçün ondan aldığı pulu qaytarmayaraq verdiyi vədə əməl etməmişdir. Köhnə maşınların alınıb təmir etdirildikdən sonra satılması ilə bağlı sövdələşmələrinə görə 14.200 manat aldığı halda nəyə görə bu işin görülməsi üçün 19.300 və 16.800 manat məbləğində pul alması barədə iki qəbzin verilməsinə dair suallara isə bildirmişdir ki, həmin qəbzlər onun tərəfindən yazılmış, üç maşının fotoşəkillərini göstərib xx.xx.2021-ci il tarixdə həmin maşınların alınması ilə bağlı 19.300 manat məbləğində pulun Zərərçəkmiş şəxs alınması, həmin məbləğdə pulu Zərərçəkmiş şəxs etibarından istifadə edib öz ehtiyacları üçün xərcləməsi barədə qəbzi Zərərçəkmiş şəxs tərəfindən edilən hədə-qorxu nəticəsində yazmış, bu qəbz 2022-ci ilin yanvar ayının əvvəlində yazılmış, həmin vaxt zərər çəkmiş iki nəfər şəxslə gəlib onu hədələmiş, lakin bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmiş, şikayət etməməsinə səbəb Zərərçəkmiş şəxs aralarında olan münasibətlərlə bağlı razılığa gələcəklərinə dair vəd verməsi olmuş, maşınların alınması, təmiri və sonradan rəsmiləşdirilməsi ilə bağlı çəkiləcək xərclərin 16.800 manat olması barədə qəbz isə onun tərəfindən könüllü yazılıb Zərərçəkmiş şəxs verilmişdir. Lakin bu qəbzdə hesablamanı düzgün aparmamış, Zərərçəkmiş şəxs 16.800 manat deyil, 14.200 manat məbləğində pul almışdır. Sonradan arvadı və qızı tərəfindən Zərərçəkmiş şəxs olan borcu tam şəkildə qaytarılmış, hazırda onun zərər çəkmiş şəxsə borcu yoxdur. Baxmayaraq ki, pulun alınması barədə Zərərçəkmiş şəxs qəbz vermiş, aldığı pulun qaytarılması barədə zərər çəkmiş şəxsdən qəbz tələb etməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs da ziddiyyətli ifadələr verib ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli xusuatları qeyd etmişdir. Belə ki, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs sədrəddin oğlu ilə 2021-ci ilin sentyabr ayında Qəbələ rayonunda olarkən avtomobil təmirində bir avtomobilin üzərində satılması barədə elan yazılmışdır maraqlananda Adil bidirmişdir ki, qohumlarının sexidi, maraqlanıb deyərəm ki, neçəyə satırlar. Bir müddət sonra Adil zəng edərək bildirdi ki, “maşın sahibi maşını pula ehtiyacı olduğuna görə təcili satır, əgər almaq fikrin varsa pulu ver mən aparıb çatdırım, çünki maşın üçün baxan çoxdur, yəqin ki tez satılacaq”. Avtomobilin son qiyməti ilə maraqlandıqda Adil bir necə dəqiqədən sonra yenidən zəng edib bildirdi ki, “Mərdan müəllim, mən də çox xahiş etdim, baha deyirdilər, qiyməti aşağı salaraq maşını xırda təmirlə birlikdə 4.250 manata satır, daha aşağı qiymətə satmaq fikirləri yoxdur”. Avtomobilin təmiri təxminən neçə günə başa çatacağını soruşduqda Adil dedi ki, “təmirdən narahat olma, mənim oğlum da orada işləyir, mən özüm də üzərlərində nəzarət edəcəm ki tez qurtarsınlar”. Təxminən beş-altı gün sonra Adil yenidən zəng edərək bildirdi ki, onun tanışında yaxşı maşınlar var, bankrot olduğuna görə dəyərdəyməzinə satmaq istəyir. Avtomobildən başı çıxmadığını, bir maşının bəs etdiyini dedikdə, Adil bildirdi ki, “sən narahat olma, mənim başım çıxır pis maşını sizə təklif etmərəm, bu maşınlara bir balaca əl gəzdirilsə çoxlu qazanc var”. Adilin təklifindən şirniklənib həmin atomobillərlə maraqlananda bildirdi ki, avtomobillərin sayı 6 ədəddir, hamısını alan olsa, lap ucuz verər, çünki ona təcili pul lazımdır və həmin avtomobillərin telefonunda olan şəkillərini və texniki pasportlarını göstərdi. Bu avtomobillər “Chevrole” qara rəngli, “Pejo” qırmızı rəngli, “Opel Astra” ağ rəngli, “Opel Tiqr” sarı rəngli, “Opel” qara rəngli və “Juquli 21011” markalı idi. Adilə almaq istədiyini bildirib ustalarla maraqlanmalı və məsləhətli olduğu halda alıb-almayacağı fikirini bildirəcəyini demişdir. Ertəsi gün Adil yenidən zəng edərək xəbər aldı ki, maşınları almaq fikri var ya yoxdur, çünki bunlar maşınları təcili satmaq istəyirlər. Tanıdığı bir neçə avtomobil təmiri emalatxanalarındakı ustalarla maraqlandıqda onlar bildirdilər ki, “əgər siz deyən vəziyyətdədırsə, alsanız xırda təmir etdirsəniz qazanc əldə edə bilərsiniz”. Bundan sonra onda inam yarandı ki, bu avtomobilləri alsa qazanc götürə bilər. Təqsirləndirilən şəxs növbəti dəfə zəng edərək avtomobilləri alıb-almayacağını xəbər almış, ona razı olduğunu dedikdə Adil ondan şəxsiyyət vəsiqəsinin surətini və pulu ona verməli olduğunu bildirdi. Razılaşıb pulu özü ilə götürüb 20.000 (iyirmi min) manat pulu və şəxsiyyət vəsiqəsinin kserosurətini sənədləşmə üçün 2021-ci ilin sentyabr ayının axır ongünlüyündə Bakı şəhəri Yasamal rayonu İşatçılar metrostansiyasının yaxınlığında Adil ilə görüşüb onun avtomobilində vermişdir. Bir müddət sonra Adil maşınlarda problem çıxdığını bildirib yenə də pul lazım olduğunu deyib bildirdi ki, “sən narahat olma, mən haradasansa pulu sizdən alım aparıb verim, çünki mən bu gün Qəbələyə gedəcəyəm”. Onunla razılaşıb 2021-ci ilin oktyabr aynın ortalarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava ərazində yerləşən fərdi yaşayış evinin yaxınlığında Adilin avtomobilində 8.005 manat pulu sayıb Adilə vermişdir. Adil dedi ki, “narahat olma, maşınlar çox az günə həllini tapacaq və sənə veriəcək”. Həmin vaxt tanışı Etibar da yanında idi. Bundan sonra Adil dəfələrlə zəng edərək həmin avtomobillərin təmiri üçün pulun ödənilməli olduğunu bildirdiyindən onun adına olan bank hesablarına 2021-ci ilin dekabr ayında 4 dəfə olmaqla yəni, xx.xx.2021-ci il tarixdə saat 15:06-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından Adilin təqdim etdiyi 4****8708 kart hesabı nömrəsinə 440 manat, xx.xx.2021-ci il tarixdə saat 17:02-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından Adilin təqdim etdiyi 4****8708 kart hesabı nömrəsinə 800 manat, xx.xx.2021-ci il tarixdə saat 16:42-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından Adilin təqdim etdiyi 4****8708 kart hesabı nömrəsinə 500 manat, xx.xx.2021-ci il tarixdə saat 13:24-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından Adilin təqdim etdiyi 4****8708 kart hesabı nömrəsinə 430 manat pulu göndərmişdir. 2022-ci ilin yanvar ayının axır ongünlüyündə Adil təmir üçün pul lazım olduğunu bildirib Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava ərazində yerləşən fərdi yaşayış evinin yaxınlığında Adilin avtomobilində 270 manat pulu ona vermişdir. Uzun müddət keçməsinə baxmayaraq Adil verdiyi vədləri yerinə yetirmirdi. Lakin buna baxmayaraq hələ də onu inandırıb narahat olmadığını deyib vaxt alırdı. Artıq 2022-ci ilin yay ayları da ötmüşdür. Danışıqlarına görə 2022-ci ilin oktyabr ayında Adil ilə görüşməli idi. Həmin ərəfədə işi ilə əlaqədar Şüvəlan qəsəbəsindəki 7 saylı Notariat Kontorunda olduğu vaxt Adil ona zəng vurub yenə pul lazım olduğunu bildirib işləri yeknulaşdırdığını, adına etibarnamələri hazırlanmasını demişdir. Razılaşaraq özündə olmadığı üçün Adil gələnə kimi tanıdığı Şahid5 aldığı 2.000 manat pulu Emilin iştirakı ilə Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Notariat Kontorunun qarşısında Adilə vermişdir. Lakin Adil yenə də hər hansı bir iş görmədiyi, ona inamı və etibarı qalmadığı üçün verdiyi 32.455 (otuz iki min dörd yüz əlli beş) manat pulunun qaytarılmasını tələb etmişdir. Çoxsaylı müraciətlərindən sonra Təqsirləndirilən şəxs avtomobillərin alınması üçün ona verdiyi pulu təsdiq edən əl yazması kimi özündən düz-qoş edib yazdığı qəbzi ona verib qısa vaxtda pulu qaytaracağını bildirdi. Onun vəd etdiyi həmin tarixdən xeyli vaxt keçsə də, Adil vədinə əməl etməmiş vəd etdiyi müxtəlif tarixdə aldığı pulu qaytarmamış, telefon zənglərinə cavab verməyib ondan yayınmışdır. Axır vaxtlar o telefon zənglərimə cavab vermir, telefonunu bağlamışdır. Əlavə olaraq onuda qeyd edim ki, Adilin məndən borc istədiyi iki dəfə olmaqla 1750 manat bir 1500 manatda bir pulları Adilə vermişəm lakin borcuda geri qaytarmayıb. Altı ədəd, yəni “Chevrole” qara rəngli, “Pejo” qırmızı rəngli, “Opel Astra” ağ rəngli, “Opel Tiqr” sarı rəngli, “Opel” qara rəngli və “Juquli 21011” markalı avtomobillərin olmasını bilirdi, həmin avtomobillərdən yalnız “Opel Tiqr” avtomobili görmüş və onun dövlət qeydiyyat nişanı ** UJ ***-dır. Hazırda həmin maşın onun mülkiyyətindədir. Digər avtomobillərin hər hansı bir nömrə nişanını və ya sahibinin kim olmasını bilmir, çünki Təqsirləndirilən şəxs həmin 5 ədəd avtomobilin fotoşəkillərini gösdərmiş, lakin şəkillərdə də nömrələri görünmürdü. Avtomobillərin hansınasa ödənilməsi üçün hər hansı bir məbləğ təyin olunmamışdır, qeyd olunan pulları ümumi 6 ədəd avtomobillər üçün Təqsirləndirilən şəxs istədiyinə görə ona vermişdir. Əvvəllər tanımadığı Pərvin adlı şəxs onun istifadəsində olan mobil nömrəsinə ***-***-**-** nömrəsindən yığaraq onunla əlaqə saxlayıb Mərdan olub olmadığımı soruşmuş, o da Mərdan olduğunu bildirdikdən sonra göy metalik rəngli “Opel Tiqr” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olmasını və həmin avtomobili hissələrə söküldüyünü, avtomobilin Adil tərəfindən alındığını bildiyini, hazırda isə həmin avtomobili aparacağını bildirmişdir. Pərvindən maşını aparmamağı xahiş edib onu gözləməsini demiş və ertəsi gün Pərvin ilə görüşmək üçün Adillə birlikdə Qəbələ rayonuna gedib orada Pərvinlə görüşmüşdür. Adil əməlini başa düşüb onun birlikdə getmək istəməsə də, Adili məcbur olaraq onunla getməsini bildirib aparmışdır. Pərvinə bildirmişdir ki, Adil həmin avtomobil ilə yanaşı bir neçə avtomobilərə görə ondan 20.000 manat alıb. Orada Adilin bildirməsindən ona məlum olmuşdur ki, həmin puldan guya 3500 manatını Adil Pərvinə həmin avtomobili almaq üçün verib, Pərvin isə bunun yalan oldğunu iki dəfəyə yalnız 500 manat pulun Adil tərəfindən Pərvinə verildiyini qeyd etmişdir. Həmçinin Pərvin bildirmişdir ki, Adil ona əvvəlcədən demişdir ki, Mərdan adında adam səndən soruşsa deyərsən ki, “Opel Tiqr” markalı avtomobilə görə guya Adil Pərvinə 3.500 manat verib. “Opel Tiqr” markalı avtomobili “gözü tutduğu” üçün Pərvinlə razılaşıb avtomobili Pərvindən almaq üçün onda qalan 500 manat olmaqla əlavə olaraq 2.200 manat Pərvinə vermiş və atomobili adına rəsmiləşdirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ondan həmin maşına görə aldığı 3500 manat pulu qaytarmamışdır. Göründüyü kimi həmin “Opel Tigra” markalı avtomobili öz vəsaiti hesabına yenidən pul verərək almış olmuşdur. Digər avtomobillərə görə onunla hər hansı bir sənədləşdirilmə olmamış, hansı sexdə, hansı təmir işləri aparılması və qeyd etdiyi kimi avtomobillərini dövlət qeydiyyat nişanları barədə hər hansı bir məlumatı olmamışdır, ümumiyyətlə avtomobillərin hazırda harada yerləşməsindən məlumatı yoxdur. Adildən hansı avtomobilə görə hansı məbləğdə pul xərclənməsini və bu barədə dəqiq bildirməsini sorşuduqda, Adil ona yayındırıcı sözlər deyib heç vaxt dəqiq bir fikir bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə iclasında nəyə görə altı və yaxud yeddi ədəd işlənmiş, təmirə ehtyacı olan maşınlara görə 32.455 manat məbləğində, yəni artıq pul verməsi sualına Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə köhnə avtomaşınların ucuz qiymətə alınıb təmir etdirilərək baha qiymətə satılmaqla qazanc əldə edilməsi ilə bağlı sövdələşməsi olmamış, həmin maşınların normal, işlək vəziyyətdə olmaları barədə Adilin dediklərinə inanıb ittihamda qeyd edilən məbləğdə pulu ona vermişdir. Yeddi işlək maşını satmaq niyyəti ilə deyil, sonradan qohumlarına hədiyyə etmək fikri ilə almaq istəmişdir. Sözügüdən maşınların hansı vaxt Təqsirləndirilən şəxs tərəfindən ona təhvil verilməsi sualına Zərərçəkmiş şəxs bildirmişdir ki, bu barədə onların razılıqları olmamış, sadəcə 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsini başa düşdükdə ondan pullarını tələb etməyə başlamış və ilkin olaraq 19.300 manat, sonra isə 16.800 manat məbləğdə pulunun mənimsənilməsi barədə Adilin xətti ilə yazılmış iki qəbz almışdır. İlk öncə 19.300 manat pulunun mənimsənilməsi barədə qəbzin 2021-ci ilin oktyabr-dekabr ayları arası verilməsini bildirsə də, nəyə görə Təqsirləndirilən şəxs onu aldadmasını bildiyi halda 2021-ci ilin dekabr ayının sonlarınadək ona pul köçürməsi etməsi sualına isə cavab vermişdir ki, həmin qəbz 2022-ci ilin yanvar ayının ilk günlərində hədəqorxu gəlinməyərək Təqsirləndirilən şəxs tərəfindən könüllü verilmiş, qısa bir müddətdən sonra isə maşınlara aid çəkilmiş xərcələr də qeyd edilməklə 16.800 manata nisbətdə yeni qəbz alınmışdır. Qəbzlərin birində Təqsirləndirilən şəxs aldadaraq onun 19.300, digərində isə 16.800 manat məbləğində pulunun mənimsənilməsi qeyd edildiyi halda, nəyə görə bu məbləğlərdə dəymiş ziyanı qəbul edib sonda Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona 32.455 manat məbləğində ziyan dəyməsi barədə istintaq zamanı verdiyi ifadəsinə münasibət bildirən Zərərçəkmiş şəxs bildirmişdir ki, qəbzlərdə qeyd edilən məbləğin cəmi ona dəymiş ziyanı təşkil edir (halbuki, qəbzlərdə qeyd edilən məbləğlərin cəmi 32.455 manat deyil, 36.100 manat təşkil edir). 2021-ci ilin sonunda və ya 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu aldadmasını anlayıb nəyə görə 2022-ci ilin oktyabr ayının ikinci ongünlüyündə ünvan 4 ünvanda yerləşən 7 saylı Notariat Kontorunda 2.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs əlbəəl verməsi sualına isə Zərərçəkmiş şəxs bildirmişdir ki, bu hal ifadəsində müstəntiq tərəfindən düzgün qeyd edilməmiş, həmin pulu qeyd edilən yerdə və şəraitdə Adilə 2021-ci ilin oktyabr ayında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4 ildir ki tanıyır. Belə ki, Zərərçəkmiş şəxs hüquqşünasdır və onun bir çox məsələdə hüquqşünas kimi ona köməklik göstərmişdir. xx.xx.2022-ci il tarixdə vərəsəlik işi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxsla birlikdə Şüvalan qəsəbəsində yerləşən 07 saylı Notariat kontorunda olduğu vaxt Zərərçəkmiş şəxs ondan 2000 manat borc pul istəyib bildirmişdir ki, Adil adlı şəxs onun üçün sərfəli qiymətə avtomobil alacaqdır və həmin avtomobilin təmiri üçün 2000 manat pul ona verməlidir. Şüvalan qəsəbəsində yerləşən baba evinə gedib 2000 manat pul götürərək Zərərçəkmiş şəxs vermişdir. Zərərçəkmiş şəxs onun yanında 07 saylı Notariat kontorunun qarşısında 2000 manat pulu Adil adlı şəxsə vermiş. Həmin vaxt Adil adlı şəxsin danışığından dələduz olduğundan şübhələnmiş və Zərərçəkmiş şəxs bu barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Abubəkir qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs 2016-cı il tarixdən tanıyır, Adili qızı Elnarə Kərimovanın vasitəsilə tanımış, Elnarə Kərimova da onu əmlak komitəsində işləyən tanışı Nizaminin vasitəsilə tanıyıb. 2022-ci il tarixdə eşitmişdir ki, Mərdanla həyat yoldaşı Adil öz aralarında razılaşıblar ki, maşın satıb qazanc əldə etməklə bağlı biznes qursunlar. Sonradan onların arasında pul məsələsinin yaranmasını eşidib, 2022-ci ilin yanvar ayında 13.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Adana adlı kafedə Zərərçəkmiş şəxs vermiş, lakin onların mübahisələri yenə davam etdiyini görüb, maraqlanaraq eşitmişdir ki, Adil borcun təxminən 14000 manat olduğunu bildirir, Zərərçəkmiş şəxs isə borcun 18000- 19000 manat olduğunu deyir. Buna görə qayını Qabil Kərimovdan 3000 manat borc alıb, qızı Elnarınin vasitəsilə Mərdana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Zərərçəkmiş şəxs tanışı Nizami adlı şəxsin vasitəsilə tanımışdır. 2022-ci il tarixdə eşitmişdir ki, Zərərçəkmiş şəxsla atası Adil öz aralarında razılaşıblar ki, maşın satıb qazanc əldə etməklə bağlı biznes qursunlar. Sonradan onların arasında pul məsələsinin yaranmasını eşidib, əvvəlcə anası Xatirə 13.000 manat pulu Mərdana vermişdir. Sonradan yenə də onların arasında mübahisənin davam etdiyini görüb, anası əmisi Qabildən pul götürüb, Mərdana aparıb verməyini xahiş etmişdir. O da qeyd edilən 3000 manat pulu Nizaminin yanında aparıb Mərdana vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs 19 idən çoxdur tanıyır, yaxşı münasibətləri var. Şahid2 tanışıdır, 2013-cü il tarixdən 2018-ci ilin sonuna kimi qeyri-rəsmi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs müraciətində bildirdiyi 6 ədəd maşın almaq üçün Təqsirləndirilən şəxs ümumilikdə 32455 manat pul verməsini Zərərçəkmiş şəxs eşitmişdir. Şahid2 heç bir məbləğdə onun yanında Zərərçəkmiş şəxs pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, «Opel Tiqra» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobil ona məxsus olmaqla Qəbələ şəhərində 2.000 manata satışa qoyulmuşdur. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs zəng vuraraq maşını həmin qiymətə almağa hazır olduğunu dedikdə onunla razılaşmış və Adil ona hissə-hissə 1.300 manat məbləğində pul vermişdir. Pulu tam ödəmədiyi üçün Adili axtarsa da tapa bilməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs maşınla maraqlanaraq onunla görüşmüş və onun sözlərindən başa düşmüşdür ki, Adil bu maşını alması adı ilə Mərdandan 3.500 manat məbləğində pul götürmüşdür. Buna görə Mərdan maşının alınması üçün qalan pulu ödəyərək həmin maşını almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, həmkəndlisi Şahid7 özünə məxsus «Opel Tiqra» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobili satmaq üçün onun işlədiyi avtomobil təmiri sexinin qarşısında qoymuşdur. Uzun müddət maşın satılmasa da, sonradan məlumat almışdır ki, maşını Adil adlı şəxsin vasitəsi ilə Mərdan adlı şəxs almışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-xəttşünaslıq ekspertizasının 15 aprel 2025-ci il tarixli ETM-015/X/25 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 vərəqədə “Qəbz” adlı sənəddəki “Qəbiz. Mən Təqsirləndirilən şəxs... ” sözləri ilə başlayıb, “İmzam təstiq edirəm. İmza AZE №1398490” sözləri ilə bitən yazılarla 01 ədəd dama-dama dəftər vərəqinin bir tərəfindəki “Şevralet...” sözləri ilə başlayıb, “...+ 1500 man bor aldım» sözləri ilə bitən, digər tərəfindəki «Tiqr ...» sözləri ilə başlayıb, «... 250 aformut 1800 man» sözləri ilə bitən rəqəmli yazılar - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş, 01 vərəqədə “Qəbz” adlı sənəddəki “Qəbiz. Mən Təqsirləndirilən şəxs... ”sözləri ilə başlayıb, “İmzam təstiq edirəm. İmza ... AZE№1398490” sözləri ilə bitən yazılar və qəbzin sonundakı imza; 01 ədəd dama-dama dəftər vərəqinin bir tərəfindəki “Şevralet...” sözləri ilə başlayıb, “...+ 1500 man bor aldım» sözləri ilə bitən, digər tərəfindəki «Tiqr ...» sözləri ilə başlayıb, «... 250 aformut 1800 man» sözləri ilə bitən rəqəmli yazılar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, terminallardan ödəniş olunmasını əks etdirən qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 4****8708 kart hesabı nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 15:06-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından 440 manat, xx.xx.2021-ci il tarixdə saat 17:02-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından 800 manat, xx.xx.2021-ci il tarixdə saat 16:42-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından 500 manat, xx.xx.2021-ci il tarixdə saat 13:24-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Oba» marketdə olan Onlayn Odəmə terminalından 430 manat ödəmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş qəbzdə qeyd edilmişdir ki, “mən Təqsirləndirilən şəxs uzun müddət tanıdığım Zərərçəkmiş şəxs tanıyıram. Bildirirəm ki, Mərdan maşın almaq istəyir. Mən isə ona bildirirəm ki, 3 ədəd maşınım var. Amerika istehsalı olan qara şevralit aveo xeyçberq, ağ rəngli olan opel astra 1996-cı il model, qırmızı rəngdə olan pejo 1997 model fransa maşınlarının fotoşəkillərini ona göstərdim oktyabr 20 ayın 2021-ci ilin (on doqquz min üç yüz) 19300 manat pul aldım həmin pul aldığım həmin pulu onun etibarından istifadə edərək öz ehtiyyaclarıma xərclədim.» Məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, zərər çəkmiş tərəfindən istintaq orqanına təqdim edilmiş qəbzin məzmunundan görünür ki, “Tiqr”, “Pejo”, ağ rəngli “Opel”, sarı rəngli “Tiqr”, “Şevrole” və VAZ011 markalı avtomaşınların alınması, təmir edilməsi və sənədləşməsinə görə cəmi 16.800 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən alınmışdır. Burada “Tiqr” markalı avtomaşına 3.780 manat, o cümlədən alınmasına 1.700 manat, “Pejo” markalı avtomaşına 2.250 manat, ağ rəngli “Opel” markalı avtomaşına 3.250 manat, sarı rəngli “Tiqr” markalı avtomaşına 1.800 manat, “Şevrole” markalı avtomaşına 3.950 manat, VAZ- 011 markalı avtomaşına isə 1.850 manat məbləğində pul sərf ediləcəyi qeyd edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs tərəfindən ona hədə-qorxu gələrək 19.300 manata nisbətdə ilk qəbzin alınmasına, zərər çəkmişdən cəmi 14.200 manat məbləğində borca pul almasına dair ifadəsi inandırıcı deyil, çünki özünün dediyi kimi sonradan 16.800 manata nisbətdə qəbzi könüllü olaraq yazmış və hər hansı ciddi səbəb göstərmədən zərər çəkmişin ona real hədə-qorxu gəlməsi ilə müşayiət olunan qanunsuz əməlləri olduğu halda hüquq-mühafizə orqanlarına şikayət etməmiş, eləcə də hər iki qəbzin məzmunu borcla deyil, məhz köhnə avtomaşınların alınıb təmir edilməsi və rəsmiləşdirilməsi ilə bağlıdır. Əksinə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilkin mərhələsində Zərərçəkmiş şəxs onun həyat yoldaşı Xatirədən və qızı Elnarədən otuz min manatdan artıq pul alıb onlara məxsus torpaq sahəsinin məhkəmə proseslərini sona müsbət çatdırmadığından zərər çəkmiş şəxsdən razılaşmalarına görə aldığı pulu öz maddi ehtiyacları üçün xərcləməsi hissədə dəfələrlə verdiyi ifadələri inandırıcı olmaqla, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs əldə etdiyi pulu hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, onları mənimsəməsinə yönəlməsinə, yəni dələduzluq əməlinin törədilməsinə dəlalət edir. Eyni zamanda məhkəmə, istintaq orqanı tərəfindən dələduzluq cinayət əməli nəticəsində zərər çəkmişə dəyən ziyanın məbləği ilə də razılaşmayaraq hesab edir ki, zərər çəkmişin hər iki qəbzdə göstərilən cəmi məbləği qədər Təqsirləndirilən şəxs tərəfindən pul alması barədə ifadəsi sadə məntiqə ziddir. Belə ki, hər iki tərəf qəbul etdiyi kimi ilk olaraq 19.300 manata nisbətdə verilmiş qəbzdə qeyd edilən üç maşın, sonradan 16.800 manata dair verilən qəbzdə də əks etdirilməklə, cəmi altı maşının alınması, təmiri və sənədləşdirilməsinə aid açıqlamalar verilmişdir ki, bu da heç bir halda bu qəbzlərdə göstərilən məbləğlərin toplanması anlamına gələ bilməz. Bundan başqa qəbzlərdə göstərilən məbləğlərin cəmi, ittihamda göstərildiyi kimi 32.455 manat deyil, 36.100 manat təşkil edir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində vurulmuş ziyana gəldikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş ikinci yazılan, hər bir maşına nisbətdə açıqlaması edilmiş qəbzdə qeyd edilən 16.800 manat dəymiş ziyanı təşkil edir, Təqsirləndirilən şəxs razılaşmalarına görə zərər çəkmiş şəxsdən aldığı puldan 1.300 manat məbləğində pulun Şahid7 verməsindən başqa digər xərclərinin çəkilməsi hər hansı sübutlarla təsdiq edilmədiyi üçün dələduzluq nəticəsində əldə edilmiş məbləq 16.800 manat omaqla, dəymiş ziyan isə 15.500 manat müəyyən olunur. İstər təqsirləndirilən, istərsə də zərər çəkmiş şəxs həm bir-birlərinin ifadələrinə, həm də özlüyündə ziddiyyətli ifadələr versələr də, bu ifadələrdən, eləcə də şahidlərin, o cümlədən təqsirləndirilən şəxsin arvadı və qızının ifadələrindən müəyyən edilmiş hallar odur ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətləri sonuncunun təqsirləndirilən şəxsin ailəsinə mülki işlə bağlı hüquqi yardım göstərilməsi ilə əlaqədar yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla avtomaşınların sonuncu üçün alınması ilə əlaqədar sövdələşmələri olmuş, lakin Zərərçəkmiş şəxs tərəfindən bu işlərin görülməsi üçün müəyyən məbləğdə pul verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona verilən puldan yalnız 1.300 manat məbləğində pulu “Opel Tiqra” markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin alınması üçün həmin maşının sahibi Şahid7 vermiş, aldığı qalan məbləğdə pulu isə mənimsəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonunda olduğu vaxt 2021-ci ilin ortalarında avtomobillərin təmiri sexində Şahid7 məxsus olan «Opel Tiqra» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri sökülmüş halda təmir olunduğunu görüb təmirdən sonra onu almaq istəyən Zərərçəkmiş şəxs qeyd edilən avtomobilin alınmasına götürdüyü 1.700 manat puldan 1.300 manat məbləğində pulu həmin avtomobilin sahibi Şahid7 verib sözügedən avtomobili əldə edib təmir adı ilə Qəbələ rayonunda avtomobil təmir sexinə qoyub özünü nasaz avtomobilləri təmir etdirib ucuz qiymətə satmaqda işgüzar şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs inandırmaqla, onunla iş birliyi quracağını yalandan deyib əlavə pul verdiyi halda Zərərçəkmiş şəxs pul qazanmaq üçün digər nasaz avtomobilləri də təmir etdirərək ucuz qiymətə almasına və adına sənədləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verib onu aldadaraq, sonradan «Chevrolet Aveo» markalı, «Peugeot» markalı, ağ rəngli «Opel Astra» markalı, sarı rəngli «Opel» markalı və «VAZ-21011» markalı olmaqla dövlət nömrə nişanları və sahibləri məlum olmayan avtomobilləri də təmir etdirib ucuz qiymətə ona satılması, adına sənədləşdirildikdən sonra baha qiymətə satıb qazanc əldə edəcəyi adı altında Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin dekabr ayının sonunadək avtomobilləri təmir etdirmək, onların ucuz qiymətə alınmasına və adına sənədləşdirilməsinə köməklik edəcəyi adı ilə cəmi 16.800 manat məbləğində pulu alıb, aldığı puldan 1.300 manat məbləğində pulu zərər çəkmiş şəxsin etibarını qazanmaq üçün «Opel Tiqra» markalı **-UJ-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Şahid7 vermiş, vədlərinə əməl etməyərək zərər çəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 15.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etməsi cinayət işi üzrə əldə edilmiş mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirkarın şəxsiyyətini, ahıl yaş dövründə olmasını, bu yaş dövründə insan orqanizmində qocalma prosesinin getməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini, CM-nin 69.4-cü maddəsinin müddəalarını (həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir) tətbiq etməklə təyin ediləcək cərimə cəzasının yüngülləşdirilməsini, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-nin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPMnin 187-ci maddəsi). Mülki prosessual qanunvericiliyinin müddəalarına görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir (MPM-nin 150.1.2-ci maddəsi). İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (MPM-nin 259.0.12-ci maddəsi). İbtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı dəymiş ziyanın ona qaytarılmasına dair mülki iddia qaldırlsa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyindən MPM-nin 259.0.12-ci maddəsinə əsasən onun iddia ərizəsi baxılmamış saxlanlımaldır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Xəzər RPİ-yə ünvanladığı 29 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və ünvan 6rəli fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayon prokuroru Fəxri Ələsgərovun ********* nömrəli, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə əmlak üzərinə həbs qoyulması barədə təqdimatı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 5(003)-538/2022 saylı qərarı ilə təmin olunaraq yuxarıda qeyd edilən əmlakların üzərinə həbs qoyulmuşdur. Məhkəmə istintaqı zamanı vətəndaş X8 nümayəndəsi və vəkili X1 təqdim edib əmlak üzərindən həbsin götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Müraciətdə qeyd edilmişdir ki, X4 İnzibati Məhkəməsinə cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən Təqsirləndirilən şəxs, Şahid1 Abubəkir qızı, X15, X17, Şahid8 və X10 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 4 may 2023-cü il tarixli e-2-1(116)-939/2023 nömrəli qərardadı ilə Təqsirləndirilən şəxs, Şahid1 Abubəkir qızı, Məmmədova (Kərimova) Elnarə Adil qızı, Şahid8 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2- 1 (116)-939/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 2-1 (107)-153/2024 nömrəli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati iş baxıldıqdan sonra Şəki İnzibati Məhkəməsinə qaytarılmış və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə xx.xx.2023-cü il tarixli e-2- 1(116)-939/2023 nömrəli qərar icra edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmişdir. İş üzrə üçüncü şəxslər Təqsirləndirilən şəxs, Məmmədova (Kərimova) Elnarə Adil qızı, Şahid8 və X10 nümayəndəsi Şahid1 Abubəkir qızı və onların vəkili X11 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarından kassasiya şikayəti verildiyindən inzibati iş xx.xx.2024-cü il tarixdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-2111/2024 nömrəli qərarı ilə üçüncü şəxslər tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1 (116)-939/2023 nömrəli qərarı icraya yönəldilmişdir. Lakin qərar cavabdeh orqan tərəfindən icra olunmadığından iddiaçı, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqana cərimənin tətbiq edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1 (116)-939/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardadda isə göstərilmişdir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-21- 3-42/2-4681/2024 nömrəli məktubda qeyd edilmişdir ki, 0,03 ha torpaq sahəsinin (********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış) üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(003)-538/2022 nömrəli qərarı ilə həbs qoyulmuşdur. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 5(003)-538/2022 nömrəli qərarı mübahisəli daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. İstinad olunan Qərar mübahisəli daşınmaz əmlakın statusunu məhdudlaşdırmaqla, müvafiq icra hərəkətlərinin həyata keçirilməsinə və hüquqların dövlət reyestrində qeydiyyatının ləğv edilməsinə mane olur. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının dövlət qeydiyyatı ləğv edilmədən hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsi mümkün deyildir. Odur ki, ərizənin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-538/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə hazırda mülkiyyət hüququ ilə X9 məxsus ünvan 7 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsdən azad edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir (CPM-nin 253-cü maddəsi). Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir (CPM-nin 254-cü maddəsi). Məhkəmə, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-939/2023 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 2-1 (107)-153/2024 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-2111/2024 nömrəli qərarını, Şəki İnzibati Məhkəməsinə cavabdeh orqana göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu, X7 Şəki İnzibati Məhkəməsinə cavabdeh inzibati orqanın cərimə edilməsi barədə ərizəsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-939/2023 nömrəli cavabdeh inzibati orqanın cərimə edilməsində imtina edilməsi barədə qərardadını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(003)-538/2022 nömrəli qərarı ilə Qəbələ şəhəri, Lütfiyar İmanov küşəsi, 59 B ünvanında yerləşən 0,03 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməli, Qəbələ şəhəri, Hüseyn Cavid küşəsi, 4 ünvanında yerləşən 0,07 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs isə gələcəkdə zərər çəkmiş tərəfindən verilə biləcək mülki iddianın təmin tədbiri kimi saxlanılmalıdır. Maddi sübut kimi tanınmış qəbzlər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək həbsdə saxlanıldığı müddət nəzərə alınsın, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2.000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(003)-538/2022 nömrəli qərarı ilə Qəbələ şəhəri, Lütfiyar İmanov küşəsi, 59 B ünvanında yerləşən 0,03 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(003)-538/2022 nömrəli qərarı ilə Qəbələ şəhəri, Hüseyn Cavid küşəsi, 4 ünvanında yerləşən 0,07 ha həyatyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs saxlanılsın. Maddi sübut kimi tanınmış qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar