Məhkəmə qərarları › İş №1(003)-341/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-341/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-341/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1988-ci ildə X3 şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 13 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı, Şahid3, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X8 və yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşdıqları kimi Tural Həbullazadə xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə-Hövsan südçülük sovxozu yolunun 3-cü km-də, asfalt yolun sağ tərəfində fəaliyyət göstərən avtotəmir sexinin həyətində dayanmış, Niftəliyev Zöhrab Aydın oğluna məxsus «SHACMAN SX 33** DT ***» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol tərəfindəki akkumlyator qutusundan hər birinin dəyəri 100 manat təşkil edən 2 ədəd 140 amperlik «İstok» markalı akkumulyatoru, avtomobilin kabinasının sağ qapısının kilidini dəmir parçası ilə açıb kabinanın tavan örtüyünə bərkidilmiş, hər birinin dəyəri 30 manat təşkil edən 3 ədəd «Pioner» markalı səsgücləndirici dinamiki çıxararaq orada olan əl arabasına qoyub gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşmış, əşyaları əvvəlcədən razılaşdıqları Bakı şəhəri, Xəzər rayonu, Binə-Hövsan südçülük sovxozu yolunun 3,5-ci km-də asfalt yoldan sağ tərəfdə yerləşən, sağa gedən yol küçəsinin 100 metr dərinliyindəki boşluq əraziyə gətirib qoyaraq əl arabasını avtotəmir sexinin yanına aparmış, əşyaları qoyduğu yer barədə X12 Qədimova məlumat vermiş, xx.xx.2020-ci il tarixdə Tural Həbullazadə, Təqsirləndirilən şəxs2 və Şahid3la birlikdə özünün idarə etdiyi Mersedes-Benz markalı avtomobili ilə akkumlyator və səsgücləndirici dinamiklər qoyulmuş yerə gəlmiş, əşyaları avtomobilinə yükləyərək aparıb Niftəliyev Zöhrab Aydın oğluna ümumilikdə 290 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, evlidir, himayəsində 2 azyaşlı övladı vardır. Şahid3 və Tural Həbullazadəni çoxdan tanıyır. Vüsal və Tural birlikdə Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtoyuma sexində işləmişlər. Tez-tez maşınını ona yuduzdurmuşdur. Əzizi isə Vüsal və Turala görə tanımış, Əziz həmişə onların yanına gəlib-getmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 14-15:00 radələrində Vüsal ona zəng vurub bildirmişdir ki, Tural və Əziz birlikdə Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından keçəndə orada sahibsiz vəziyyətdə bir Şaqman yük avtomobili dayandığını görmüşdür. Tural Əzizlə həmin avtomobilin akkumlyatorlarını oğurlamaq istəyir. Həmin oğurluqda iştirak etməyi Vüsal təklif etmişdir. Vüsal oğurluqda iştirak etməyi qəbul etmişdir. Vüsal demişdir ki, Tural ona telefonda akkumlyatorları Əzizlə birlikdə çıxarıb bir az irəlidəki boşluq əraziyə aparacağını, oradan da onların aparacağını, satıb pulunu bərabər bölüşməyi tapşırmışdır. Bu təkliflə razılaşdıqdan sonra Vüsal bildirmişdir ki, malları onun maşını ilə daşıyacaqlar və onlar barədə razılaşmışlar. Həmin günü gecə saat 23:30 radələrində Tural Vüsala zəng vurub bildirmişdir ki, Tural və Əziz birlikdə qeyd olunan Şaqman markalı avtomobilin 2 ədəd akkumlyatorunu və 3 ədəd səsgücləndirici dinamiklərini oğurlayıblar. Həmin əşyaları razılaşdıqları kimi hadisə yerindən uzaqlaşdırıb boşluq əraziyə aparmışlar. Vüsal isə hazırda başqa yerdə olduğunu, əşyaları gizlətməyi, sabah götürəcəklərini söyləmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Vüsalı və Əzizi öz maşını ilə Binə qəsəbəsindən götürmüş, Turalın yaşadığı evə getmişlər. Vüsal qabaq otaracaqda, Əziz isə arxa oturacaqda əyləşmişdir. Tural da arxa oturacağa əyləşmiş və oğurlanmış əşyaların gizlədildiyi yerə getmişlər. Əziz və Tural 2 ədəd akkumlyatoru və 3 ədəd səsgücləndirici dinamiki onun maşınının yanına gətirmişdir. Vüsalla birlikdə əşyaları maşına yükləmişlər. Sonra Əziz və Turaldan hadisəni törədən zaman ətrafda kimlərin olduğunu, oğurluq vaxtı onları görən şəxslərin olubolmadığını soruşmuşlar. Həm Əziz, həm də Tural oğurluq vaxtı onları heç kimin görmədiyini, ətrafda heç kimin olmadığını bildirmişlər. Bundan sonra maşına minib oradan aralaşmışlar, əşyaları satıb onlarla pulu bölüşdürəcəklərini demişlər. Əşyalar əvvəlcə onda qalmışdır. Akkumlyatorları yaşadığı evin həyətində basdırmışdır ki, heç kim görməsin. Bir neçə gün sonra, yəni ara sakitləşdikdən sonra satacağını demişdir. Təxminən xx.xx.2020-ci il tarixdə 2 ədəd akkumlyatoru torpağın altından çıxarıb Vüsalın yaşadığı evə aparmış, ona verib gizlətməyi tapşırmışdır. Vüsal isə akkumlyatorları torpağın altına basdırıb saxlamışdır. xx.xx.2020-ci il tarixdə onu Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Orada Şahid3 da görmüşdür. Onunla oğurlanmış akkumlyatorlarla bağlı söhbət etmişlər. Artıq Vüsal hər şeyi etiraf etdiyindən yalan danışmağın yersiz olduğunu düşünmüş, hər şeyi etiraf etmişdir. Sonra Vüsal qeyd olunan 2 ədəd akkumlyatorları polisə təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilmişdir. Bundan sonra həbs olunacağından qorxub gizlənmişdir. xx.xx.2020-ci il tarixdə isə könüllü olaraq istintaqa gəlib təslim olmuşdur. İstintaq zamanı müxtəlif məzmunlu ifadələr verərək həm özünün, həm də dostlarının məsuliyyətdən yayınmasına çalışmışdır. Özünü təqsirli bildiyini və peşmançılıq hissi keçirdiyini, bir daha qanuna zidd əməllər törətməyəcəyini vəd etmişdir. Artıq nə Vüsalı, nə Turalı, nə də Əzizi görmədiyini, onlarla əlaqə saxlamadığını, harada olmaları və nə işlə məşğul olmaları barədə məlumatı olmadığını qeyd etmişdir. Oğurlanmış 3 ədəd səsgücləndirici dinamikin işləyib-işləməməsini yoxlayan zaman naqillərini düz qoşmadığına görə xarab olduğunu, bu səbəbdən də gizlincə küçədə olan zibil qutularından birinə tulladığını, xx.xx.2020-ci il tarixdə 2 ədəd akkumlyatoru Vüsala verdiyini, oğurluq barəsində dəstə üzvlərindən başqa heç kimin məlumatı olmadığını və heç kimə məlumat vermədiyini bildirmişdir. Oğurluğu ona Şahid3, Vüsala isə Tural və Əzizin təklif etdiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər avtoyuma sexində fəhlə işləmiş, Şahid3 və X10 qəsəbəsinin sakini kimi tanımışdır. Vüsal və Tural əvvəllər birlikdə avtoyuma işi ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs1 da Binə qəsəbəsinin sakini kimi tanımışdır. Ruslan həmişə Vüsalın yanında olmuşdur. Ruslanın boz metal rəngli “Mercedes Benz E-class” markalı avtomobili olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 14-15:00 radələrində Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından tanışı Tural Həbullazadə ilə keçən zaman orada göy rəngli, Şaqman markalı, **-JS-*** nömrəli yük avtomobilinin sexin yaxınlığındakı boşluq ərazidə sahibsiz dayandığını görmüşlər. Tural maşının akkumlyatorlarını oğurlayıb satmaq, pul əldə edib xərcləmək qərarına gəlmiş, ona belə bir təklif etmişdir. Təklif etmişdir ki, akkumlyatoru maşının üstündən çıxarıb əl arabasına qoyub aparsınlar. Razılaşmış, Tural öz telefonu ilə bir nəfərə, yəni Şahid3 zəng vurub məlumat vermişdir. Vüsala akkumlyatorları birlikdə söküb çıxaracaqlarını, hadisə yerindən aralandıqdan sonra ona zəng vuracağını söyləmişdir. Tural, dostu Vüsalın öz dostu ilə razılaşıb zəng vuracağını söyləmişdir. X15 zəng vurub dostu ilə razılaşdığını söyləmişdir. Akkumlyatorları dostu ilə birlikdə gəlib götürəcəyini demişdir. Həmin vaxt Vüsal akkumlyatorları götürəcək dostunun adını deməmişdir. Razılaşıb xx.xx.2020-ci il tarixdə havanın qaralmasını gözləmişlər ki, ətrafdan onları heç kim görməsin və təmir sexləri bağlansın. xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Turalla birlikdə Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanına gəlmişlər. Ətrafda heç kim olmamışdır. Ətrafı gözdən keçirib onları görən şəxslərin olmadığına əmin olduqdan sonra avtotəmir sexlərinin yanında dayanmış, göy rəngli, Şaqman markalı, **-JS-*** nömrəli yük avtomobilinin sağ tərəfinə keçib oradakı akkumlyator qutusunun üstünü açmışlar. Turalla birlikdə akkumlyatorları kabellərindən ayırmışlar. Sexin yanında olan əl arabasını yanlarına gətirib, akkumlyatorları həmin arabaya yükləmişlər. Maşının kabinasının qapılarını yoxladıqda sol qapısının açıq olduğunu müəyyən etmişlər. Kabinaya qalxıb qiymətli heç bir əşya və ya pul tapmayıb, kabinanın tavanındakı 4 ədəd səsgücləndirici dinamikin 3 ədədini söküb çıxarmışlar. 4-cü dinamiki çıxarmaq çətinlik yaratdığından vaxt itirməmək üçün hadisə yerindən uzaqlaşmışlar. Akkumlyatorlar və səsgücləndirici dinamikləri yüklədikləri arabanı növbə ilə itələyərək üzü südçülük sovxozuna tərəf təxminən 100 metr aparmışlar. Ara küçələrdən birində dayanmışlar, Tural Vüsala zəng vurub akkumlyatorları oğurladıqlarını, həmçinin səsgücləndirici dinamiklər də çıxardıqlarını demişlər. Vüsal başqa yerdə olduğunu və gələ bilməyəcəyini söyləmiş, əşyaları gizlətməyi tapşırıb səhər götürəcəklərini demişdir. Turalla birlikdə akkumlyator və səsgücləndirici dinamikləri Hövsan südçülük sovxozunda bir yerdə gizlədib əl arabasını sexin qarşısına qaytarıb qoymuşlar. Sonra hərə öz evinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Vüsal və Ruslan onunla Binə qəsəbəsində görüşmüş, Təqsirləndirilən şəxs1 boz metal rəngli, «Mercedes Benz E-class» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə Turalın evinə getmişlər. Turalı da götürüb əşyaları gizlətdikləri yerə getmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Vüsal oğurluqla bağlı razılaşdığı dostu kimi dediyi şəxs Təqsirləndirilən şəxs1dur. Orada Turalla birlikdə oğurluq əşyaları maşının yanına gətirmişlər. Ruslan və Vüsal əşyaları maşının yük yerinə qoymuşdur. Əşyaları satıb pulunu onlarla bölüşdürəcəklərini vəd etmişlər. Qeyd olunan yerdən maşınla əsas yola çıxdıqdan sonra, Turalla birlikdə maşından düşmüşlər. Vüsal və Ruslan isə çıxıb getmişdir. Bir neçə gündən sonra isə Şahid3 polis işçiləri tərəfindən tutulmuş, o, həyətində basdırdığı akkumlyatorları çıxarıb polisə təhvil vermişdir. Həmin araşdırma zamanı məlum olmuşdur ki, oğurlanmış akkumlyatorları və səsgücləndirici dinamiklər əvvəlcə Ruslanın həyətində gizlədilmiş, sonra isə Vüsalın həyətinə gətirilib və gizlədilmişdir. Ona görə polis Vüsalla Ruslanı tutmuşdur. Lakin 2 gün sonra azad olunmuşlar. Həmin vaxtdan isə Turalı, Ruslanı və Vüsalı görməmiş, onlarla əlaqəni kəsmişdir. Oğurluq barəsində dəstə üzvlərindən başqa heç kimə məlumat vermədiyini, Vüsal və Ruslan tutulduqdan sonra hər şeyi onların danışdıqlarını, həmçinin həm Vüsal, həm də Ruslanın malların oğurluq olduğunu bildiyini qeyd etmişdir. Belə ki, akkumlyatorları götürməyə gedəndə Ruslan və Vüsal hadisə barəsində ətraflı məlumat verməyi tələb etmişlər. Turalla birlikdə onlara oğurluğu hansı formada həyata keçirdiklərini danışmışlar. Onların hər ikisini əmin etmişlər ki, oğurluq zamanı ətrafda heç kim olmayıb və onları heç kim görməmişdir. Bundan sonra akkumlyatorları və səsgücləndirici dinamikləri Vüsal və Ruslan götürüb getmişlər. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Niftəliyev Zöhrab Aydın oğlu bildirdi ki, fərdi qaydada sürücük fəaliyyəti ilə məşğul olur, özünə məxsus, etibarnamə ilə idarə etdiyi Şaqman markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli yük avtomobili ilə yüklərin daşınması işini icra edir. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində həmin yük avtomobilini təmir etdirmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinə aparmışdır. Maşını sexin həyətində saxlayıb qapılarını açarla bağlamışdır. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində maşının yanına gəldikdə avtomobilin kabinasının sağ qapısının kilidinə başqa bir açar salınıb təzyiq göstərilərək açıldığını müəyyən etmişdir. Kabinanın içərisinə baxdıqda tavan örtüyündə olan, hər biririn dəyəri 30 manat təşkil edən 4 ədəd «Pioner» markalı səsgücləndirici dinamikin 3 ədədinin oğurlandığını aşkar etmişdir. Həmçinin maşının akkumlyator boşluğuna baxdıqda, akkumlyator qutusundan hər birinin dəyəri 350 manat təşkil edən 2 ədəd «İstok» markalı akkumlyatorun oğurlandığını müəyyən etmişdir. Beləliklə də 3 ədəd səsgücləndirici dinamik və 2 ədəd akkumlyatorun oğurlanması nəticəsində ona ümumilikdə 790 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 bildirdi ki, xx.xx.2005-ci ildə Lerik rayonu Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi qaydada təkər təmiri ilə məşğu lolan, əvvəllər məhkum olunmamış, Lerik rayonu H.Aslanov küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz özütikilidə yaşayan HəbullazadəTural Vüsal oğlu, onun oğludur. Birlikdə eyni evdə yaşayırlar. Tural Həbullazadənin qanuni nümayəndəsi qismində tanınmış və istintaqda iştirak etmişdir. Tural əvvəllər Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtoyuyucuda Vüsal adlı şəxslə birlikdə işləmişdir. Oğlu istintaqa cəlb olunduqda məlum olmuşdur ki, Tural xx.xx.2020-ci il tarixdə Vüsal, Əziz və Ruslan adlı şəxslə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Turalın ona danışdığından belə bilmişdir ki, həmin günü Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avto təmir sexinin yanında dayanmış bir yük maşınından Təqsirləndirilən şəxs2la birlikdə 2 akkumlyatoru və 3 ədəd səsgücləndirici dinamiki oğurlayıb gizlətmişlər. Növbəti gün Vüsal, Əziz və Ruslan birlikdə həmin akkumlyator və səsgücləndirici dinamikləri gizlətdikləri yerdən çıxarmış, Ruslanın maşınına yükləmişlər. Vüsal və Ruslan oğurluq əşyaları satıb pulunu Tural və Əzizlə bölüşdürəcəklərini vəd etmişdir. Lakin sonradan Vüsal və Ruslan tutulduqlarından oğlu Turalda istintaqa cəlb edilmişdir. Bunların hamısını Tural sonradan ona danışmışdır. Turalın deməsindən bilmişdir ki, Tural, Vüsal, Əziz və Ruslan oğurluq barədə əvvəlcədən razılaşmış və oğurluğu planlaşdırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtoyuyucuda Şahid3 yanında işləmişdir. xx.xx.2020-ci il tarixdə Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından tanışı Təqsirləndirilən şəxs2la keçən zaman orada göy rəngli, Şaqman markalı, **- JS-*** nömrəli yük avtomobilinin təmirə dayandığını görmüşdür. Saat təxminən 14-15:00 radələrində avtomobilin sexin yaxınlığındakı boşluq ərazidə sahibsiz dayandığını görüb Əzizlə maşının akkumlyatorlarını oğurlayıb satmaq, pul əldə edib xərcləmək qərarına gəlmişdir. Əziz onun təklifi ilə razılaşdığından akkumlyatorları sata biləcək Şahid3 zəng vurub məlumat vermişdir. Vüsala akkumlyatorları Əzizlə birlikdə söküb çıxaracağını, hadisə yerindən aralandıqdan sonra ona zəng vuracağını söyləmiş, Vüsal isə dostu ilə razılaşıb ona zəng vuracağını demişdir. Sonra Vüsal ona zəng vurub dostu ilə razılaşdığını, akkumlyatorları dostu ilə birlikdə gəlib götürəcəyini söyləmişdir. Həmin vaxt Vüsal akkumlyatorları götürəcək dostunun adını deməmişdir. Razılaşmış və bununla bağlı Əzizə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə havanın qaralmasını gözləmişlər ki, ətrafdan onları heç kim görməsin və təmir sexləri bağlansın. xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Əzizlə birlikdə Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtotəmir sexlərinin yanında dayanmış, göy rəngli, Şaqman markalı, **-JS-*** nömrəli yük avtomobilinin sağ tərəfinə keçib oradakı akkumlyator qutusunun üstünü açmışlar. Əzizlə birlikdə akkumlyatorları kabellərindən ayırmışlar. Sexin yanında olan əl arabasını yanlarına gətirib akkumlyatorları həmin arabaya yükləmişlər. Maşının kabinasının qapılarını yoxladıqda sol qapısının açıq olduğunu müəyyən etmişlər. Kabinadan qiymətli heç bir əşya və ya pul tapmadıqlarından, kabinanın tavanındakı 4 ədəd səsgücləndirici dinamikdən 3 ədədini söküb çıxarmışlar, hadisə yerindən uzaqlaşmışlar. Akkumlyatorları və səsgücləndirici dinamikləri yüklədikləri arabanı növbə ilə itələyərək üzü südçülük sovxozuna tərəf təxminən 100 metr getmişlər. Ara küçələrdən birində dayanmışlar. Vüsala zəng vurub akkumlyatorları oğurladıqlarını, həmçinin səsgücləndirici dinamiklər də çıxardıqlarını demişdir. Vüsal başqa yerdə olduğunu və gələ bilməyəcəyini söylədiyindən, əşyaları gizlətməyi tapşırıb səhər götürəcəyini demişdir. Əzizlə birlikdə akkumlyator və səsgücləndirici dinamikləri Hövsan südçülük sovxozunda bir yerdə gizlədib əl arabasını sexin qarşısına qaytarıb qoymuşlar və hərə öz evinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində Vüsal onun dalınca evə gəlmişdir. Vüsal, Təqsirləndirilən şəxs1 boz metal rəngli, «MersedesBenz E-class» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Vüsal oğurluqla bağlı razılaşdığı dostu kimi dediyi şəxs Təqsirləndirilən şəxs1dur. Ruslan maşını idarə etmişdir, qabaq oturacaqda Şahid3, arxa oturacaqda isə Təqsirləndirilən şəxs2 əyləşmişdi. Birlikdə akkumlyatorları gizlətdikləri yerə getmişlər. Orada Əzizlə birlikdə oğurluq əşyaları maşının yanına gətirmişlər. Ruslan və Vüsal əşyaları maşının yük yerinə qoymuşlar. Əşyaları satıb pulunu onlarla bölüşdürəcəklərini vəd edib getmişlər. Bir neçə gündən sonra isə Şahid3 polis işçiləri tərəfindən tutulmuş, o, həyətində basdırdığı akkumlyatorları çıxarıb polisə təhvil vermişdir. Həmin araşdırma zamanı məlum olmuşdur ki, oğurlanmış akkumlyatorları və səsgücləndirici dinamiklər əvvəlcə Ruslanın həyətində gizlədilmişdir. Sonra isə Vüsalın həyətinə gətirilib və gizlədilmişdir. Ona görə polis Vüsalla Ruslanı tutmuşdur. Lakin 2 gün sonra azad olunmuşlar. Həmin vaxtdan isə Əzizi və Vüsalı görməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, akkumlyatorları götürməyə gedəndə Ruslan və Vüsal hadisə barəsində ətraflı məlumat verməyi tələb etmişlər. Əzizlə birlikdə onlara oğurluğu hansı formada həyata keçirdiklərini danışmışlar. Onların hər ikisini əmin etmişlər ki, oğurluq zamanı ətrafda heç kim olmayıb və onları heç kim görməyib. Bundan sonra akkumlyatorları və səsgücləndirici dinamikləri Vüsal və Ruslan götürüb getmişlər. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X9 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Şahid3 onun oğludur və birlikdə eyni evdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə yaşadığı evə polis işçiləri gəlmiş, polis işçilərinin iştirakı ilə onun gözü qarşısında oğlu Vüsal həyətdəki torpağı qazıb oradan 2 ədəd avtomobil akkumlyatorunu çıxarmış, polis işçilərinə təhvil vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həyətdəki torpağın altından Vüsalın qazıb çıxararaq polisə təqdim etdiyi akkumlyatorlar oğurluqdur. Oğlu Vüslla söhbət zamanı o, hadisə barədə məlumat verib bildirmişdir ki, 2 nəfər azyaşlı dostu 2 ədəd akukumlyatoru oğurlamış, ona zəng vurub məlumat vermiş, bundan sonra Ruslan adlı dostunun maşını ilə həmin akkumlyatorları gətirib Ruslanın həyətində basdırmışlar. Bir neçə gün sonra isə akkumlyatorları Ruslanın həyətindən götürüb Vüsal öz həyətinldə torpağın altında basdırmışdır. Bunu həm Vüsal, həm də Ruslan söhbət zamanı özləri şəxsə etiraf etmişlər. Bundan başqa bildirmişdir ki, onların həyətindən akkumlyatorlar çıxarılan zaman səsgücləndirici görməmiş və səsgücləndirici oğurluğunu bilmədiyini əlavə etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Əvvəllər Binə qəsəbəsi Hövsan südçülük sovxozunda avtoyuyucuda işləmiş, hazırda isə Türkan daş karxanasında fəhlə işləyir. Tural Həbullayevi çoxdan tanıyıram, eyni qəsəbənin sakinləridirlər və Tural bir müddət onun yanınmda fəhlə işləmişdir. Birlikdə avtomobillərin yuyulması işi ilə məşğul olmuşlar. Həmin avtoyuyucu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda fəaliyyət göstərirdi. xx.xx.2020-ci il tarixdə saat təxminən 14-15 radələrində Tural ona zəng vurub bildirmişdir ki, Əziz adlı tanışı ilə birlikdə Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından keçəndə orada sahibsiz vəziyyətdə bir Şaqman yük avtomobili dayandığını görüb. Əzizlə birlikdə həmin avtomobilin akkumlyatorlarını oğurlamaq istədiyini bildirmişdir. Həmin oğurluqda iştirak etməyi təklif etmişdir. Oğurluqda iştirak etməyi qəbul etmiş, akumlyatorları çıxarıb bir az irəlidəki boşluq əraziyə aparacağını Tural ona söyləmişdir. Oradan da onun götürüb aparmağını, satıb pulunu bərabər bölüşməyi tapşırmışdır. Bu təkliflə razılaşıb malları daşımaq üçün maşına ehtiyac olduğunu söyləmişdir. Maşını olan bir dostu olduğunu, oğurluğu ona təklif edəcəyəyini, razılaşsa akkumlyatorları oğurlayıb onun maşını ilə daşıyıb satacaqlarını, pulunu 4 yerə böləcəklərini Turala söyləmişdir. Bu səbəbdən də dostu Təqsirləndirilən şəxs1 zəng vurmuş, ona vəziyyəti danışmış, Ruslan bu oğurluqda iştirak etməyə razılaşmışdır. Həmin günü gecə saat 23:30 radələrində Tural ona zəng vurub Əzizlə birlikdə qeyd etdiyi Şadman markalı avtomobilin 2 ədəd akkumlyatorunu və 3 ədəd səsgücləndirici dinamiklərini oğurladığını demiş, əşyaları razılaşdıqları kimi hadisə yerindən uzaqlaşdırıb boşluq əraziyə apardığını tapşırmışdır.,Hazırda başqa yerdə olduğundan əhyaları gizlətməyi, sabah götürəcəklərini Turada demişdir. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qəsəbədə görüşmüş, Ruslanın maşını ilə Turalın yaşadığı evə getmiş, Ruslan boz metal rəngli, dövlət qeydiyyat nömərsini xatırlamadığı «Mersedes- Benz E-class» markalı avtomobili idarə etmiş, özü qabaq otaracaqda, Əziz isə arxa oturacaqda əyləşmişdir. Tural da arxa oturacağa əyləşmiş və oğurlanmış əşyalar gizlədilmiş yerə getmişlər. Əziz və Tural 2 ədəd akkumlyatoru və 3 ədəd səsgücləndirici dinamiki Ruslanın maşınının yanına gətirmişlər. Ruslanla birlikdə əşyaları maşına yükləmişlər. Sonra onlardan hadisəni törədən zaman ətrafda kimlərin olduğunu, oğurluq vaxtı onları görən şəxslərin olub-olmadığını soruşmuş, həm Əziz, həm də Tural oğurluq vaxtı onları heç kimin görmədiyini, ətrafda heç kimin olmadığını bildirmişlər. Bundan sonra maşına minib oradan aralaşmışlar. Əşyaları satıb onlarla pulu bölüşdürəcəklərini söyləmişlər. Əşyalar əvvəlcə Ruslanda qalmışdır. Ruslan əşyaları torpağın altına basdıracağını demişdir. Bir neçə gün sonra, yəni ara sakitləşdikdən sonra satacağını söyləmişdir. Təxminən xx.xx.2020-ci il tarixdə Ruslan 2 ədəd akkumlyatoru gətirib ona vermiş və gizlətməyi tapşırmışdır. Akkumlyatorları açıqda saxlamaqdan ehtiyat etdiyindən yaşadığı evin həyətində, yəni Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsin özütikili evin həyətində torpağı qazaraq akkumlatorları orada basdırmışdır. xx.xx.2020-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PB-nə dəvət edilmiş, orada Təqsirləndirilən şəxs1 da görmüş, onunla oğurlanmış akkumlyatorlarla bağlı söhbət edildikdə artıq Ruslanın hər şeyi etiraf etdiyini bilib yalan danışmağın yersiz olduğunu düşünmüş, hər şeyi etiraf etmişdir. 2 ədəd akkumlyatoru polisə təqdim etmişdir. Həmin akkumlyatorları həytindən qazılaraq çıxarmış, protokol əsasında ondan götürülmüşdür. xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilmişdir. xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisində cəlb edilmişdir. İstintaq zamanı müxtəlif məzmunlu ifadələr verərək həm özünün, həm də dostlarının məsuliyyətdən yayınmasına çalışmışdır. Artıq nə Ruslanı, nə də Əzizi görmədiyini, onlarla əlaqə saxlamadığını, onların harada olmaları və nə işlə məşğul olmaları barədə məlumatı olmadığını bildirmişdir. Oğurluq əşyaların xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 qaldığını, xx.xx.2020-ci il tarixdə Ruslanın ona yalnız 2 ədəd akkumlyatoru verdiyini, ona görə səsgücləndirici dinamiklərin aqibəti barədə məlumatı olmadığını əlavə etmişdir. Həmçinin bildirmişdir ki, oğurluq barəsində dəstə üzvlərindən başqa heç kimin məlumatı olmamış, heç kimə məlumat verməmişdir. Ruslan tutulduqdan sonra hər şeyi danışmışdır. Oğurluğu isə ona Tural telefonda təklif etmişdir. Həmin vaxt yanında Əzizin də olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs1 isə oğurluğu özü təklif etmişdir. Növbəti gün oğurluq əşyaları hamı birlikdə gizlədilmiş yerdən götürmüşlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1578 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş 2 ədəd qara rəngli 140 amper «İstok» markalı akkumlyatorların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200 (2x100) manat müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1717 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2u fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, inadkarlıq, emosionallıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona ittiham elan olunmalı əmələ görə, cinayəti törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən, hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Şirvan şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının, Saratov şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törmətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən “cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törmətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsinicəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 2 gün müddət və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tutulduğu 1 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd qara rəngli 140 amper «İstok» markalı akkumlyatorların zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2020-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 ədəd qara rəngli 140 amper «İstok» markalı akkumlyatorların zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar