Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-341/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12.10 Sədrlik edən hakim X4, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndə və vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Revpublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 dekabr 2024-cü il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs ailəvi yaşadıqları fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuşdur. O, həyətdəki evin arxa tərəfindən plastik pəncərəni sıxıb açmaqla evin yaşayış sahəsinə qanunsuz daxil olaraq ikinci mərtəbəsindəki yataq otağında yerləşən kamotun üstündəki başqa saxlanc yeri olan qutunun içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus olan 750 əyarlı, 7 qram çəkisində olan 1500 manat dəyərində brilliant qaşlı qızıl dairəvi 13 bucaqlı üzük və bir cüt qızıl 13 bucaqlı sırğa komplektini, 750 əyarlı, 14 qram çəkisində olan 3000 manat dəyərində brilliant qaşlı qızıl damcı formalı üzük və bir cüt qızıl damcı formalı sırğa komplektini, 585 əyarlı, 8 qram çəkisində olan 1300 manat dəyərində qızıl kəpənək formalı üzük və bir cüt qızıl kəpənək formalı sırğa komplektini, 585 əyarlı, 12 qram çəkisində olan Rusiya istehsalı 1400 manat dəyərində qızıl üzük və bir cüt qızıl sırğa komplektini, 585 əyarlı, 8 qram çəkisində olan 800 manat dəyərində qızıl üzük və bir cüt qızıl sırğa komplektini, 750 əyarlı, 18 qram çəkisində olan 1800 manat dəyərində qızıl qolbaq və üzüyünü, 585 əyarlı, 32 qram çəkidə, biri 8 qram olan cəmi 3520 manat dəyərində 4 ədəd boyunbağını,1 ədəd 585 əyarlı 3 qram olan 300 manat dəyərində qızıl kulonunu, 3 ədəd 585 əyarlı 18 qram cəmi 1900 manat dəyərində qızıl sırğalarını, 585 əyarlı cəmi 10 qram çəkidə cəmi 1500 manat dəyərində bir ədəd qırmızı qaşlı qızıl sırğanı, iki ədəd qırmızı qaşlı qızıl üzüklərini, bir ədəd svarovski 200 manat dəyərində boyunbağını və iki cüt cəmi 300 manat dəyərində svarovski sırğaları götürüb əvvəlcədən özü ilə gətirdiyi sellofan torbaya yığıb aparmaqla istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxslərə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs ümumilikdə 17520 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildirmişdir ki, o, əvvəllər oğurluq etdiyi evin yaxınlığında işləmiş və orada təmir-tikinti işlərinin getməsini görmüşdür. 23 dekabr 2024-cü il tarixdə pula ehtiyacı olduğundan həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişdir.Həmin gün saat 22:00 radələrində oraya yaxınlaşmış, evdə heç kimin olmadığını işığın yanmadığını görüb həyətə qanunsuz daxil olmuş, daha sonra evin arxasındakı plastik pəncərəni sıxıb açmaqla evə daxil olmuşdur. O, evin ikinci mərtəbəsindəki yataq otağına daxil olmuş və kamotun üstündə olan qutunu götürüb içərisinə baxmışdır. Qutuda olan qızıl-zinyət əşyalarını özü ilə götürdüyü sellofana yığmış, evdən qaçıb çıxıb getmişdir.Hal-hazırda o, oğurluq hadisəsinin üstündən xeyli vaxt keçdiyinə görə qızıl-zinyət əşyalarının siyahısını tam olaraq xatırlamadığını bildirmişdir. Oğurluq etdiyi gündən bir həftə ərzində qızılları təxminən 4-5 yerə satmış və təxminən 11000 manat pul əldə etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızılları sürücülük vəsiqəsiylə satmış və qızılları satarkən ona məxsus olmasını demişdir. Həmçinin o bildirmişdir ki, əldə etdiyi pulları öz xeyrinə xərcləmiş, heç kim bu əməldə onunla əlbir olmamış və evin yerini heç kim ona göstərməmişdir. O, qızılları satdığı dükanların yerini təxmini olaraq xatırlayır, dəqiq bilmədiyinə görə onların yerini göstərə bilməmişdir. Əldə etdiyi pulları öz xeyrinə xərcləmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında 13 ildir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda həyətdə təmir-tikinti işləri gedir, evi 3 mərtəbəlidir, pəncərələrdə dəmir barmaqlıqlar yoxdur. 23 dekabr 2024-cü il tarixdə saat 09:00 radələrində o və oğlu işə getmişlər, saat 18:00 radələrində Xalid onun iş yerinə gəlmiş, birlikdə şəxsi işləri ilə əlaqədar olaraq işdən çıxıb başqa yerə getmişdilər. Təxminən saat 23:00 radələrində hər üçü birlikdə evə qayıtmışdılar. O, qızı Nigarın otağına daxil olmuş, kamotun üstünə qızıl sırğasını və üzüyünü çıxarıb qoymuşdur. Daha sonra 00:30 radələrində yatmışdır. Səhəri gün, yəni 24 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində ona məlum olmuşdur ki, 2-ci mərtəbədə olan qızı Nigarın otağında kamotun üstündəki qutudan onun qızılları oğurlanmışdır. O, bu barədə həyat yoldaşına, daha sonra isə oğluna məlumat vermişdir. Oğlu dərhal polisə zəng etmiş, hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1la birlikdə qutuya baxanda aşkar etmişdir ki, oradan ona məxsus olan 750 əyarlı, 7 qram çəkisində olan 1500 manat dəyərində brilliant qaşlı qızıl dairəvi 13 bucaqlı üzük və bir cüt qızıl 13 bucaqlı sırğa komplekti, 750 əyarlı, 14 qram çəkisində olan 3000 manat dəyərində brilliant qaşlı qızıl damcı formalı üzük və bir cüt qızıl damcı formalı sırğa komplekti, 585 əyarlı, 8 qram çəkisində olan 1300 manat dəyərində qızıl kəpənək formalı üzük və bir cüt qızıl kəpənək formalı sırğa komplekti, 585 əyarlı, 12 qram çəkisində olan Rusiya istehsalı 1400 manat dəyərində qızıl üzük və bir cüt qızıl sırğa komplekti, 585 əyarlı, 8 qram çəkisində olan 800 manat dəyərində qızıl üzük və bir cüt qızıl sırğa komplekti, 750 əyarlı, 18 qram çəkisində olan 1800 manat dəyərində qızıl qolbaq və üzüyü, 585 əyarlı, 32 qram çəkidə, biri 8 qram olan ümumi 3520 manat dəyərində 4 ədəd boyunbağı,1 ədəd 585 əyarlı 3 qram olan 300 manat dəyərində qızıl kulonu, 3 ədəd 585 əyarlı 18 qram ümumi 1900 manat dəyərində qızıl sırğaları, 585 əyarlı ümumi 10 qram çəkidə ümumi 1500 manat dəyərində bir ədəd qırmızı qaşlı qızıl sırğası, iki ədəd qırmızı qaşlı qızıl üzükləri, bir ədəd svarovski 200 manat dəyərində sepi və iki cüt svarovski ümumi 300 manat dəyərində sırğaları oğurlanmışdır. Həmçinin o bildirmişdir ki, ibtidai istintaq ona dəymiş ziyanın məbləğini 17520 manat kimi qeyd etsə də, əslində ona dəymiş maddi və mənəvi məbləği 30.000 manatdan artıqdır. O, qızılları müxtəlif vaxtlarda nağd qiymətinə şəhərin fərqli qızıl mağazalarından almışdır. Hadisə zamanı evindən əl- barmaq izləri də çıxmış və polis əməkdaşları tərəfindən aşkar edilmiş əl-barmaq izləri götürülmüşdür. Daha sonra evə baxış zamanı müəyyən etmişlər ki, evin birinci mərtəbəsinin plastik pəncərəsi açıqdır, naməlum şəxs və ya şəxslər oradan qonaq otağında daxil olub sonra elə oradan çıxıb getmişdirlər. Hadisə 23 dekabr 2024-cü il tarixdə saat 18:00 radələrindən 23:30 radələri aralığında baş vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona ittiham aktında göstərilən ziyanın, yəni 17520 manatın tam ödənildiyini nəzərə alaraq, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını, məhkəməyə təqdim etdiyi mülki iddiadan imtina etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə edən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, Abdulla oğludur. 23 dekabr 2024-cü il tarixdə saat 09:00 radələrində oğlu və həyat yoldaşı birlikdə işə getmişlər, saat 18:00 radələrində o, evdən çıxıb yoldaşının iş yerinə getmişdir. Həmin vaxt isə evinin həyətində Oruc adlı usta işləyirdi. Təxminən saat 20:00 radələrində həyətdə işləyən Oruc usta ona zəng edib həyətdə gördüyü işi bitirib getdiyini demişdir. Həmin günü saat 23:30 radələrində hər üçü evə gəlmiş, yoldaşı qızı Nigara məxsus otağa daxil olub qızıllarını çıxarıb kamotun üstünə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 06:00 radələrində həyat yoldaşı oyanmış və işə hazırlaşan zaman o, qızıllarının oğurlanmasını demiş və oğlu polisə zəng etmişdir. O, bildirmişdir ki, evdən Zibeydənin 17520 manat dəyərində qızılları kamotun üstündə olan qutudan oğurlanmışdır. Hadisədən sonra o da kamotun üzərinə əl gəzdirdiyinə görə əl barmaq izləri kamotun üzərinə düşmüşdür. O, heç kimdən şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində ifadə edən Şahid2 bildirmişdir ki, o, 1 ildir ki, zərərçəkmiş şəxsin əri Xalid adlı şəxsi tanıyır. Xalidin evinin həyətində təmir işləri aparmışdır. 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən həyətyanı sahəsi olan 3 mərtəbəli evin həyətində təmir işlərini görmüşdür. 23 dekabr 2024-cu il tarixdə, saat 12:00 radələrində həmin evə getmiş və həyətdə olan sanitar qovşağını təmir etməyə başlamışdır. Xalid saat 18:00 radələrində evdən çıxıb avtomobiliylə getmiş və ondan xahiş etmişdir ki, işini bitirəndən sonra evin həyətində olan dəmir qapını bağlayıb getsin. O da saat 19:10 radələrində oradan çıxıb getmiş, qapını bağlayan zaman oralarda heç kimi görməmişdir. 24 dekabr 2024-cü il tarixdə Xalid hadisə barədə, yəni yoldaşının qızıllarının oğurlanması haqqında ona məlumat vermişdir. Onun həmin cinyətin törədilməsindən xəbəri yoxdur. Teyyub adlı şəxsi tanımamışdır. Polis tərəfindən onun da əl-barmaq izləri götürülmüşdür. Baş vermiş hadisə barədə xəbərsiz olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsindən evə daxil olmuşdurlar. O bildirmişdir ki, evdən çıxan zaman pəncərəyə fikir verməmişdir, həyətdə də başqa adam olmamış, küçədə də heç kimlə rastlaşmamışdır. İş materiallarında olan tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 3/351 saylı rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş 1, 3, 4, 5 “a”, “b”, “c” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri və 2 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar.Təqdim edilmiş 5”a” saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, ”b” adsız barmağından, ”c” isə onun çeçələ barmağından qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxs ondan şikayətçi deyil, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 06 (altı) gün müddət 01 günə 02 gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Orxan Qnyazovun 21 yanvar 2025-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və Xəzər RPİ 1-ci PŞnin əməliyyatı müvəkkili polis leytenantı Şamil Qasımzadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Həmçinin Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 4(003)-148/2025 saylı, 20 mart 2025-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında yerləşən evdə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Eyni zamanda CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,29 manat (altmış beş manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirlən şəxs tərəfindən ziyan ödənilməsi ilə əlaqədar mülki iddiasından imtina etdiyindən zərərçəkmiş şəxsə vurulmuş 17520 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 165 manatın və vəkil xərci 2500 manatın, ümumilikdə 25000 manat məbləğində pul vəsaitinin mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 ödənilməsinə dair mülki iddiayaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı mülki iddiasından imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 11 manat miqdarında Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi2 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 24 saat vaxt sərf etmişdir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdən – 25 iyul 2025-ci il tarixədək tutulduğu cəmi - 04 (dörd) ay 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanında çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,29 (altmış beş manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 vurulmuş 17520 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 165 manatın və vəkil xərci 2500 manatın, ümumilikdə 25000 manat məbləğində pul vəsaitinin mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 ödənilməsinə dair mülki iddiayaya xitam verilsin. Cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 24 saat hüquqi xidmətin dəyəri 264 (iki yüz altmış dörd) manat "xxxx"ASC-nin Xəzər filialına (kod 200156, VÖEN********** m/hAZ37NABZ********** **********. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(003)-341/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-341/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver