Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-342/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ Qarabağ müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 5-ci döngədə yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı «Vaz 2107» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmişdir. Bundan sonra yaşadığı ünvanın qarşısında avtomaşının salonunda qurlaşdırılımış 01 cüt 50 manat dəyərində yan şüşələrin pərədəsini, 01 ədəd 140 manat dəyərində istifadədə olunmuş «JEC» markalı 2500 vatlıq səsgücləndiricini, 01 ədəd 150 manat dəyərində Vyetnam istehsalı, istifadədə olmuş «Sony XS-NV1200» markalı 1800 vatlıq səsgücləndiricini (bosavik), 01 ədəd 180 manat dəyərində istifadədə olmuş «Pioner 8450» markalı maqintafonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 520 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 mart 2022-ci il tarixdə, saat 17 radələrində baş etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Oba” marketin qarşısında saxladığı «Vaz 2107» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı talama məqsədi olmadan ələ keçirmişdir. Bundan sonra yaşadığı ünvanın qarşısında avtomaşının salonunda qurlaşdırılımış 01 ədəd 480 manat dəyərində «Pioner 9650» modelli maqintafonu, 01 cütü 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 02 cüt Vyetnam istehsalı, istifadədə olmuş «Pioneer TS-6975 V2» markalı 550 vatlıq səsgücləndiricini (bosavik), 01 cütü 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 02 cüt Viyetnam istehsalı, istifadədə olmuş «Pioneer A-6977 S» markalı 650 vatlıq səsgücləndiricini (bosavik), 01 ədədi 180 manat olmaqla ümumi dəyəri 360 manat olan 02 ədəd 1000 vatlıq usiliteli, 01 ədədi 220 manat olmaqla ümumi dəyəri 440 manat olan 02 ədəd 1800 vatlıq bosaviki, 01 ədəd 250 manat dəyərində monobloku, 01 ədəd 70 manat dəyərində elektirik tənzimləyicini, ümumi dəyəri 80 manat olan elektirik kabelini və 01 ədəd 160 manat dəyərin 90 amperlik akumlyatoru gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla qazidir. Səhhətində olan problemlərlə bağlı Maştağa qəsəbəsində yerləşən 1 saylı psixatriya xəstəxanasında 2021-ci ildən qeydiyyatdadır. Famil ilə 2021-ci ildə Binə qəsəbəsində yerləşən çay evində təsadüfən tanış olmuşdur. Həmin vaxt Famil özünə məxsus «Vaz 2107» markalı, **-TV-*** dövlət nömrə nişanlı avtomaşını 4500 manata satdığını bildirmişdir. O, Familə 3500 manat pulu olduğunu, qalan 1000 manat pulu 3 ay müddətinə ödəyə biləcəyini demişdir. Famil 3 saat ərzində ona məlumat verəcəyini demiş və sonra zəng edərək pulu götürüb gəlməsini bildirmişdir. Bir saat sonra Famil onu Binə qəsəbəsində yerləşən Məscidin yanından götürüb onun yaşadığı evə getmişlər. Maşın arvadı Böyükxanım Balayevanın və bacısı Çimnaz Mərdanovanın xoşuna gəldiyindən onların yanında 3500 manatı sayıb Familə vermişdir. Famil də, maşının açarını ona vermişdir. O, avtomobili idarə etmiş və yolda Famil maşının sənədlərində problem olduğunu, qaydasına qoyub maşını 3-4 günə təhvil verəcəyini demişdir. O, Binə qəsəbəsi, Südçülük sovxozunda 160 saylı marşrut avtobusunun sonuncu dayanacağında maşını Familə təhvil vermişdir. İki gün sonra Familə zəng edərək Siyəzən rayonuna getmək üçün maşını verməsini xahiş etmişdir. Famil avtomaşını gətirib 160 saylı marşrut avtobusunun sonuncu dayanacağında ona vermişdir. O, rayona gedib-gəlmiş və bir neçə gün sonra maşını Familə geri qaytarmışdır. Həmin vaxt maşının səs gücləndiriciləri və aparaturası yerində olmuşdur. Bundan sonra bir neçə dəfə Famil ilə danışsa da, sonradan Familə zəng çatmamışdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Familin evinin qarşısına getmiş və maşın orada olduğundan içərisinə baxmış və açarları külqabında olduğunu görüb götürmüş və öz evlərinə getmişdir. Fikirləşmişdir ki, Famil borcunu ödədikdən sonra maşını Familə qaytarar. Bundan15 dəqiqə sonra Famil ona zəng edərək maşını tələb etmiş, o isə pulunu verdikdən sonra maşını qaytaracağını demişdir. Familin ona borcu olduğundan əsəbləşib maşında olan 01 cüt yan şüşələrin pərdəsini, 01 ədəd usiliteli, 01 ədəd bosaviki və 01 ədəd “Pioner” markalı maqintafonu maşının üstündən sökərək qəsəbədə yaşayan “Vaz 2107” markalı avtomaşın sürən tanışı Ceyhuna pay vermişdir. 30 sentyabr 2021-ci il tarixdə o, Mərdanla Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun sonuncu dayanacağında görüşüb maşını Mərdana vermiş və bir qədər sonra Famil ona 2000 manat pulu vermiş, qalan 1500 manat pulu bir ay müdətində ödəyəcəyini demişdir. Lakin o, Famildən pulunu geri ala bilməmişdir. 11 mart 2022-ci il tarixdə Binə qəsəbəsində olarkən Familin maşınını Binə qəsəbəsində Məscidin yanında görmüşdür. Səhhəti ilə bağlı Maştağa qəsəbəsində yerləşən 1 saylı psixatriya xəstəxanasında müalicə aldığından və bununla bağlı ona dərmanlar verildiyindən özündə olmamışdır və maşını götürüb idarə etmək istəmişdir. Maşının sürücü tərəfdən qapısı bağlı olsa da, sərnişin tərəfdən açıq olduğundan külqabından açarı götürüb maşını işə salmış və bir qədər idarə etdikdən sonra maşını evinin qapısında saxlamışdır. Bundan sonra maşında olan “Pioner 9650” modelli maqnitafonu, 04 cüt səsgücləndiricini, 02 ədəd usliteri, 02 ədəd bosaviki, 01 ədəd monobloku, 01 ədəd elektirik tənzimləyicini, elektirik kabellərini və 01 ədəd akumlyatoru yerindən sökərək həmin kalonkalardan 2 cütünü Ceyhuna pay vermiş, qalan əşyaları isə qəsəbədə tanımadığı şəxsə ümumilikdə 300 manata satmışdır. Həmin günü axşam tanışı Ceyhun zəng edərək polis bölməsinin əməkdaşlarının ona zəng vuraraq maşını istədiklərini demiş və maşını ona verməsini demişdir. O, Ceyhunun maşını ondan alıb Familə vermək istədiyini başa düşmüşdür. Buna baxmayaraq maşını Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun dayanacağında Ceyhuna vermişdir. Ceyhun da, maşını aparıb polisə təhvil vermişdir. Törətdiyi əməldən səmimi peşmançılığını, iki azyaşlı uşağının olduğunu və İİ Qarabağ müharibəsində iştirak edərək qazi olduğunu bildirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayında Xəzər RPİ-nin DYP-nin əməkdaşı polis mayoru Mais Dadaşov ona zəng edərək onun idarə etdiyi «Vaz 2107» markalı, **-TV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Səbail rayon ərazisində piyada vuulduğunu bildirib maşını Xəzər DYPŞ-yə təqdim etməsini xahiş etmişdir. Həmin gün avtomaşınını evakuatorla DYPŞ-nin əməkdaşları Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən cərimə meydançasına yerləşdirmişlər. X4 yanına getmiş və orada yol kameralarına düşdüyünü və barəsində avtoxuliqanlıqla bağlı tədbir görülməli olduğunu demişdir. Binə qəsəbəsində sovxoz yaxınlığında meyvə tərəvəz mağazası işlədən Mərdanla görüşmüş və Mərdan maşını cərimə meydançasından çıxarmaq üçün 200 manat pul istəmişdir. O, Mərdana 200 manat pul vermiş və iki saat sonra zəng edərək kafedə görüşmüşlər və işin həlli üçün ondan 1500 manat pul istəmişdir. O, hazırda 1100 manat pulu olduğunu, əlavə olaraq 3 gün ərzində 200 manat verə biləcəyini demişdir. Mərdan onunla razılaşmış və birlikdə cərimə meydançasına gedib maşını çıxmışlar. İki gün sonra onun mobil nömrəsinə avtomaşında olan konstruktiv dəyişikliklərlə bağlı 150 manat cərimə yazılması barədə məsaj gəlmişdir. Bir gün sonra Mərdan əlaqə saxlayaraq ondan 200 manatı istəmiş, o isə Mərdana bildirmişdir ki, «sən məni aldatmısan mənə cərimə gəlib 150 manat və həmin cərimə avtoxuliqanlıqla bağlı deyil». Mərdan cəriməni sildirəcəyini bildirib 200 manat pulu ondan tələb etmiş, lakin o, pulu verməyəcəyini demişdir. Bundan bir gün sonra işdə olan zaman qardaşının arvadı Həcər Hüseynova ona zəng edərək maşının yerində olmadığını bildirmişdir. O, Mərdana zəng edərək maşını qaçırdığını bildirmişdir. Lakin Mərdan bu işdən xəbəri olmadığını, Fərruxa olan borcunu vermədiyi üçün avtomaşını Fərruxun qaçırdığını bildirmişdir. O, Mərdana Fərruxa borcu olmadığını demişdir. Mərdan «Fərrux qazimizdi qanını tökər üstünə polisə müraciət etmə gətir borcunu ver maşını qaytaraq» deyə ona bildirmişdir. O, səhəri günü 3-cü PŞ-nin əməkdaşı Mahirə yaxınlaşıb ondan baş verənlərlə bağlı köməklik etməsini xahiş etmişdir. Mahir də, Mərdanı çağırıb maşını qaytarmasını tələb etmişdir. Mərdan isə polis əməkdaşına onun Mərdangilə 2000 manat borcu olduğunu demişdir. Mahir Mərdangilə «sən maşını gətir qaytar sənin borcunu ödəyərlər» demişdir. 01 oktyabr 2021-ci il tarixdə Mərdan maşını ona təhvil vermişdir. Maşının salonuna baxarkən 50 manat dəyərində yan pərdələr, 280 manat olan 2500 vatlıq usilitel, 1800 vatlıq 180 manat dəyərində basovka və 250 manat dəyərində «Pioner 8450» maqnitafonu maşında olmamışdır. O, bu barədə Mərdandan soruşmuş, Mərdan isə Fərruxa deyəcəyini, ona dəymiş maddi ziyanı ödəyəcəyini demişdir. İki ay ərzində Mərdan ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. 11 mart 2022-ci il tarixdə, saat 16:30 radələrində maşını Binə südçülük sovxozunda Məscidin yaxınlığında olan "OBA" marketin yanında saxlayıb iş yerinə getmişdir. Saat 18 radələrində geri qayıdanda maşının yerində olmadığını görüb Mərdana zəng etmişdir. Lakin Mərdan bu barədə məlumatı olmadığını bildirdiyi üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra 3-cü Polis şöbəsinə ərizə ilə müraciət etmiş və Vüsal adlı polis əməkdaşı onunla birlikdə yaxınlıqda olan marketin kameralarına baxmışdır. Bu zamanı maşını Fərruxun qaçırdığını görmüşlər. Bundan sonra polis Seymur adlı şəxslə telefon əlaqəsi saxlamış və gətirib maşını təhvil vermələrini demişdir. Bundan 4-5 saat sonra Seymur adlı şəxsin qardaşı "Ceka" ləqəbli şəxs avtomaşını 3-cü Polis şöbəsinə gətirib təhvil vermişdir. Maşının içərisinə baxdıqda salonda olan 01 ədəd 480 manat dəyərində "Pioner 9650" modelli maqnitafon, 1 cütü 180 manat olan ümumi dəyəri 380 manat olan 02 cüt 650 vatlıq səsgücləndirici, 01 cüt 180 manat dəyərində 550 vatlıq səsgücləndirici, 01 ədəd 180 manat olmaqla ümumi dəyəri 360 manat olan 2 ədəd 1000 vatlıq usilitel, 01 ədədi 220 manat olmaqla ümumi dəyəri 440 manat olan 02 ədəd 1800 vatlıq bosavik, 01 ədəd 250 manat dəyərində monoblok, 01 ədəd 70 manat dəyərində elektirik tənzimləyici, ümumi dəyəri 80 manat olan elektirik kabeli və 01 ədəd 160 manat dəyərində 90 amperlik akumlyatorun oğurlandığını görmüşdür. Bunun nəticəsində ona ümumilikdə 2280 manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində cinayət işi vardır və hazırda həmin iş üzrə həbsdədir. 2022-ci ilin mart ayının ortalarında Xəzər RPİ-nin PPX-nin əməkdaşı kimi tanıdığı Elnur adlı şəxs zəng edərək qəsəbədə yaşayan Familə məxsus «Vaz 2107» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomaşını qaçıran tanışı Fərruxu tapmaqda köməklik etməyini demişdir. O, bir saat sonra maşını Fərruxun qapısında görüb Fərruxu evdən çağıraraq maşın aparılmadığı halda problem olacağını demişdir. Fərrux Famil adlı şəxsin ona borcu olduğu üçün maşını qaçırdığını bildirmiş və o, maşını sürərək aparıb Xəzər RPİ-nin 3-cü PŞ-nə təhvil vermişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Fərrux ona 1 cüt yan şüşələrin pərdəsini, 01 ədəd usiliteli, 1 ədəd bosaviki və 1 ədəd “Pioner” markalı maqintafonu hədiyyə vermişdir. Fərrux həmin əşyaların ona borcun əvəzində verildiyini demişdir. Bundan sonra həmin əyşaları qardaşının idarə etdiyi avtomaşına quraşdırmışdır. 2022-ci ilin mart ayında Fərrux yenə ona 2 cüt kalonka pay vermişdir. Sonra şikayət olduğunu bilib həmin əşyaları sahibinə qaytarmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında tanışı Famil onun mağazanı işlədən bibisi oğlu Fuada yaxınlaşaraq idarə etdiyi maşının DYPŞnin cərimə meydançasına yerləşdirildiyini bildirərək köməklik göstərməsini xahiş etmişdir. Həmin gün Fuad ona zəng edərək bu barədə demişdir. Fuad bildirdikdən sonra Famil ona zəng edərək onunla görüşmüş və maşınını cərimə meydançasından çıxarması üçün ona 200 manat pul vermişdir. O, DYPŞ-yə getmiş, lakin avtomaşınının çıxarılması üçün cərimələrinin ödənilməsi gərək olduğundan çox pul istəmişlər. Famil 200 manatdan əlavə ona 800 manat pul vermiş və o, avtomaşının çıxarılması üçün həmin pulu cərimələrə ödəmişdir. Lakin etibarnamənin müddəti keçdiyindən avtomaşını buraxmamışlar. Bundan sonra o, Familin etibarnaməsini yeniləmək üçün özü 100 manatdan artıq pul ödəmişdir. Famil isə həmin pulu 10-12 gün ərzində verəcəyini demişdir. Lakin Famil onun pulunu ödəməmişdir. Buna görə də, 2021-ci ilin sentyabır ayının 29-da Familin qardaşının qapısına getmiş və Familin ona 100 manat borcu olduğunu demişdir. Familin qardaşı ona bildirmişdir ki, get nə bilirsən elə. O, mağazaya qayıtmış və Qarabağ qazisi kimi tanıdığı Fərruxun mağazada olduğunu görüb bu barədə ona demişdir. Fərrux isə Famildən onun borcunu alıb qaytaracağını demişdir. Bir neçə saat sonra Fərrux zəng edərək Familə məxsus maşını qaçırdığını demişdir. Həmin günün axşam Familin qardaşı Füzuli zəng edərək 30 dəqiqə ərzində maşını gətir təhvil verməsini demişdir. O, maşının Fərruxda olduğunu demişdir. 30 sentyabr 2021-ci il tarixdə onu 3-cü PŞ-nə dəvət etmişlər və o, maşını tapıb təhvil vercəyinə söz vermişdir. Həmin gün Fərrux maşını gətirib ona Sovxozda 160 saylı marşurut avtobusunun son dayanacağında təhvil vermişdir. O, maşına quraşdırılmış maqnitafonun, səsgücləndiricilərin və s. yerində olmadığını görüb harada olduğunu soruşmuş, Fərrux isə 01 cüt yan şüşələrin pərdəsini, 01 ədəd usiliteli, 01 ədəd bosaviki və 01 ədəd “Pioner” markalı maqnitafonu sökərək satdığını demişdir. Maşını səhəri gün Familə vermiş və avadanlıqları qaytarmasını Fərruxa deyəcəyini bildirmişdir. Lakin Fərrux həmin avadanlıqları vermədiyindən özü məcbur olub həmin əşyaları alaraq Familə dəymiş ziyanı tam ödəmişdir. Fərruxun ikinci dəfə həmin avtomaşını qaçırmasından xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3li oğlu istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, onun baş etibarnamə ilə aldığı «Vaz 2107» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə olunması üçün Famil ona etibarnamə vermişdir. 29 sentyabr 2021-ci il tarixdə işdə olarkən Fərrux adlı şəxs ona zəng edərək Mərdanın pulu Familə qaytardığını, lakin Familin ona olan borcunu vermədiyini və buna görə də, maşını apardığını, pulu verəndə maşını gətirib verəcəyini demişdir. Təxminən 10-15 dəqiqə sonra Famil zəng edərək maşının saxladığı Binə qəsəbəsi döngə 5-də yerləşən evin qarşısından qaçırıldığını demişdir. O, Mərdana zəng edərək Fərruxla maşını geri qaytarmasını deməsini bildirmişdir, lakin Mərdan Fərruxa heç bir söz deyə bilməyəcəyini demişdir. Təxminən 4-5 gün sonra maşının içərisində ki, avdanlıqlar sökülmüş vəziyyətdə maşını Familə qaytarmışlar. Buna baxmayaraq 11 mart 2022-ci il tarixdə Fərrux adlı şəxs təkrar olaraq maşını qaçırmışdır. Onun Famil ilə Mərdanın, eləcə də, Fərruxun arasında olan hər hansı borc məsələsindən heç bir məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 may 2022-ci il tarixli, 9/3228 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 470,00 manat, 2 adda malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140,00 manat müəyyən edilir. - İstifadədə olunmuş «JEC» markalı 2500 vatlıq səsgücləndirici- 140 manat; - Viyetnam istehsalı, istifadədə olmuş «Sony XS-NV1200» markalı 1800 vatlıq səsgücləndirici (bosavik)- 150 manat; - İstifadədə olmuş «Pioner 8450» markalı maqintafon - 180 manat; - Viyetnam istehsalı, istifadədə olmuş «Pioneer TS-6975 V2» markalı 550 vatlıq səsgücləndirici (bosavik)- 60 manat; - Viyetnam istehsalı, istifadədə olmuş «Pioneer A-6977 S» markalı 650 vatlıq səsgücləndirici (bosavik)- 80 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 aprel 2022-ci il tarixli, 1096 nömrəli rəyindən görünür ki, «İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs üzvi emosional davamsız tip şəxsiyyət aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə İİ Qarabağ müharibəsində iştirak etməsi, xx.xx.2020-ci il tarixdə gedən döyüşlərdə yanında mərmi partlaması nəticəsində kontuzya alması, hospitalda və xəstəxanada müalicə alması, sonradan əsəbi hallar keçirməsi, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, xx.xx.2021-ci il tarixdə MN Hərbi Polikninkasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək onda “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, ifadəli davranış pozuntuları, retroqrad amneziya, kəkələmə, tez-tez baş verən funksional tumalarla. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda metr, sol qulaqda 3 metr məsafədən eşitməsi ilə» diaqnozu müəyyəm edilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamı dəyişkənliyi. Retroqrad amneziya, kəkələmə, tez-tez baş verən funksional tutmalarla. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kəskin ifadə olunmuş davranış pozuntusu” diaqnozu ilə ona İİİ qrup əlillik təyin edilməsi, hazırkı müayinə zamanı yoxlanılan şəxsdə müəyyən edilən əsəbiliyi, emosional qeyri-sabitliyi, əhvalının dəyişkənliyi və.s) sübut edir. İİ yekun hissə Təqsirləndirilən şəxs üzvi emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Üzvi emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. AR CM-nin 21 ve 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur». İş materiallarına əlavə olunmuş 20 aprel 2022-ci il tarixli «baxış keçirmə barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədəli oğluna məxsus avtomobildən oğurlanmış əşyaların bir qismi, yəni 01 ədəd istifadədə olunmuş «JEC» markalı 2500 vatlıq səsgücləndirici, 01 ədəd Viyetnam istehsalı, istifadədə olmuş «Sony XS-NV1200» markalı 1800 vatlıq səsgücləndirici, 01 ədəd istifadədə olmuş «Pioner 8450» markalı maqintafon, 01 ədəd Viyetnam istehsalı, istifadədə olmuş «Pioneer TS-6975 V2» markalı 550 vatlıq səsgücləndirici (bosavik), 01 ədəd Viyetnam istehsalı, istifadədə olmuş «Pioneer A-6977 S» markalı 650 vatlıq səsgücləndirici (bosavik) maddi sübut əhəmiyyəti kəsb etdiyindən X1 məxsus Vaz 2107 markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 26 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2014-cü il tarixli qərarı ilə cəza müddəti 3 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1120 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını, iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, İİ Qarabağ müharibəsində iştirak edərək qazi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, İİ Qarabağ müharibəsində iştirak etməsini, qazi olmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 185.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 aprel 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 25 may 2022-ci il tarixli qərarından görünür ki, 01 ədəd istifadədə olmuş “Jec” markalı 2500 vatlıq səsgücləndirici, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Sony XS- NV1200” markalı 1800 vatlıq səsgücləndirici, 01 ədəd istifadədə olmuş “Pioner8450” markalı maqnitafon, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner TS-6975 V2” markalı 550 vatlıq səsgücləndirici və 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner A-6977 S” markalı 650 vatlıq səsgücləndirici maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd istifadədə olmuş “Jec” markalı 2500 vatlıq səsgücləndirici, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Sony XS- NV1200” markalı 1800 vatlıq səsgücləndirici, 01 ədəd istifadədə olmuş “Pioner8450” markalı maqnitafon, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner TS-6975 V2” markalı 550 vatlıq səsgücləndirici və 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner A-6977 S” markalı 650 vatlıq səsgücləndiricinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd istifadədə olmuş “Jec” markalı 2500 vatlıq səsgücləndirici, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Sony XS-NV1200” markalı 1800 vatlıq səsgücləndirici, 01 ədəd istifadədə olmuş “Pioner8450” markalı maqnitafon, 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner TS-6975 V2” markalı 550 vatlıq səsgücləndirici və 01 ədəd Vyetnam istehsalı istifadədə olmuş “Pioner A-6977 S” markalı 650 vatlıq səsgücləndiricinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-342/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-342/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver