Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-342/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Çinarlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:16 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində Südçülük Sovxozundan Bakı şəhəri istiqamətində iki zolaqdan ibarət yolun sol zolağı ilə saatda 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağı ilə onun hərəkəti istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu soldan sağa keçən piyada X6 avtomobilin qabaq orta hissəsi ilə, Zərərçəkmiş şəxs3 isə sol qabaq fara və sol güzgü hissəsi ilə vuraraq Tunar Əliyevə sağ təpə-gicgah sərhədinin və alın nahiyəsinin əzilmiş yaraları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, burun belinin, sol saidin aşağı üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sol dizin ön-iç səthinin, sağ qalça darağı proyekyasının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin qapalı sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan, Zərərçəkmiş şəxs3 ağciyərlərin kontuziyası, ikitərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin və qarnın küt travması, sağ V-İX qabırğaların sınıqları, alının, burunun, sol əlin, sol ayağın əzilmiş yaraları, sağ və sol gözətrafı nahiyənin, sol əlin, sol ayağın qançırları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirmiş və “Chevrolut Cruze” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 3.065 (üç min altmış beş) manat, piyadaları vurduqdan sonra yolun sağ kənarında dayanmış vəziyyətdə olmuş “VAZ-2107” markalı **-CO-*** qeydiyyat nömrəli avtomobilə arxadan çırpılması nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat maddi ziyan vuraraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobili xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən ona verilmiş 22518/22 nömrəli etibarnamə ilə idarə edir, Binə qəsəbəsində çörək sexində işləyir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində avtomobillə evdən çıxıb şəhərə dostu ilə görüşməyə gedərkən Binə qəsəbəsinin mərkəzi küçəsi ilə Südçülük Sovxozundan şəhər istiqamətində 80 km/saat sürətlə yolun sol zolağı ilə hərəkət etmişdir. Həmin küçədə yolun sağ tərəfində “Avto Full” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasına çatanda dörd nəfər piyadanın yolu soldan sağa keçdiyini görmüşdür. Həmin piyadalardan ikisi yolu tez keçmiş, ikisi isə geridə qalmışdır. O, bunu görəndə artıq aralarında təxminən 20 metr məsafə olmuşdur. Fikirləşmişdir ki, onlar da yolu keçərlər, ondan sonra o da maneəsiz yoluna davam edəcəkdir. Lakin onlar yolun təxminən ortasına yaxın dayanmış, avtomobillərin intensiv hərəkətlərinə görə yolu keçə bilməmişlər. Həmin vaxt o artıq onlara çatmışdır, onlardan biri, yəni uşaq birdən addımlamış və buna görə də hadisədən yan keçə bilməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə uşağı, sol qanad və sol güzgüsü hissəsi ilə qadını vurmuşdur. Uşaq təxminən 7-8 metr qabağa düşmüş, qadın isə avtomobilin sol qanad hissəsi ilə vurduğuna görə bir az yaxın məsafəyə düşmüşdür. O, piyadalara çatanda özünü itirmiş, vuran anda əyləcə basmış, sükanı sağa çəkmiş, bu zaman yolun sol kənarında, “Avto Full” mağazasının pilləkəninin qarşısında dayanmış “VAZ-2107” markalı ağ rəngli avtomobilə çırpılmış, çırpıldıqdan sonra təxminən 8-9 metr həmin avtomobili irəliyə doğru sürümüş və nəticədə avtomobil dayanmışdır. Özünü itirmiş vəziyyətdə tez avtomobildən düşüb qabağa doğru qaçmışdır ki, yolun kənarında dayanmış taksilərdən köməyə çağırsın və vurduğu adamları xəstəxanaya çatdırsın. Bu zaman artıq vurduğu adamların başına çoxlu adamlar yığışmış, yolun sağ kənarında sürücüsünü tanımadığı bir avtomobil dayanmış, həmin avtomobilin sürücüsü də vurduğu uşağa yaxınlaşmış və birlikdə köməkləşib uşağı götürüb onun avtomobilinə qoyub təcili Sabunçu xəstəxanasına yola düşmüşlər. Həmin avtomobildə özü, vurduğu uşaq və uşağın atası olmuşdur. Uşağın vəziyyəti çox ağır olmuş, lakin qadın ona nisbətdə yaxşı olmuşdur, ona görə əvvəlcə uşağı götürüb aparmışlar. Orada olan tanımadığı şəxslər ona demişlər ki, “sən get, biz TTY çağırıb qadını da apararıq”. Yolda ailəsinə zəng edib məlumat vermişdir. Xəstəxanaya çatdıqdan sonra dərhal uşağı avtomobildən çıxararaq yuxarı qaldırıb həkimə təhvil vermişlər. Bir neçə dəqiqədən sonra həkimlər bildirmişlər ki, artıq uşaq ölmüşdür. Bir az keçdikdən sonra TTYS-nın avtomobili ilə vurduğu qadını da gətirmişlər və təcili olaraq əməliyyata salmışlar. Bu zaman qohumları da gəlib çatmışlar. Xəzər RPİnin əməkdaşları gəldikdən sonra ölmüş uşağı Mərdəkan qəsəbəsində yerləşən morqa yerləşdirmək üçün aparmışlar. O da qohumlarının avtomobilində onların arxasınca gəlmiş, bu zaman yolda ona zəng olunaraq Xəzər RPİ-nə dəvət olunmuş və birbaşa Xəzər RPİ-nə gəlmişdir. Hadisə zamanı havanın qaranlıq vaxtı olsa da, yol işıqlı olmuş, yolu aydın görmüş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, ümumiyyətlə spirtli içki qəbul etmir. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməl nəticəsində yetkinlik yaşına çatmayan uşağın ölməsindən bərk sarsılaraq peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı da tamamilə ödəyərək onlarla barışmışdır. Buna görə də hazırda onların ondan heç bir şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X12 göstərdi ki, o, Ağdaş rayonunun Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən bir ildir ki, həyat yoldaşı X1 ayrılmışdır, aralarında narazılıq vardır. Gülnarə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində oğlu Yusif ilə birlikdə kirayədə yaşayır. xx.xx.2022-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs3 ona demişdir ki, onu qızının yanına aparsın və onları barışdırsın. O da uşaqlarının anasız və iki oğlunun bir-birindən ayrı yaşamaması üçün razılaşmışdır. Həmin gün o, oğlu Tunar və qaynanası Tubətlə birlikdə Bakı şəhərinə gəlmiş və birbaşa Gülnarənin kirayədə yaşadığı evə getmişlər. Saat 15 radələrində onlar həmin evə çatmış, təxminən bir saatdan sonra qaynatası Kamal da gəlmişdir ki, birlikdə onları barışdırsınlar. Onlar orada söhbət etmiş, bir neçə saatdan sonra oradan çıxıb Xəzər rayonu Binə qəsəbəsinə, yəni qaynatasının Binə qəsəbəsində kirayədə yaşadığı evə gəlmək istəmişlər. Sulutəpə qəsəbəsindən avtobusla “Koroğlu” metro satansıyasının qarşısına gəlmiş, oradan da taksi ilə Binə qəsəbəsinə gəlib “Avto Full” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısında düşmüş və o, oğlu, qayınatası və qaynanası birlikdə yolu əks tərəfə keçmək istəyərkən gəldikləri istiqamətdəki yolu keçmiş, yolun ortasında təxminən bir metr enində beton baryeri də keçdikdən sonra əks tərəfdəki yolu keçəndə o və qaynatası yan-yana qabaqda addımlamış, oğlu və qayınanası isə onlardan təxminən bir-iki addım geridə qalmışlar. Sağ tərəfdən avtomobillər gəlmişdir, qabaqda gələn avtomobil sürətlə gəldiyinə görə o və qaynatası tez addımlayaraq yolu keçə bilmişlər. Lakin oğlu və qayınanası sağ tərəfdən gələn avtomobil artıq onlara çatdığına görə yolu keçə bilməmişlər. Elə hadisə də bu anda baş vermişdir. Belə ki, o, və qaynatası yolu keçdikdən sonra elə bilmişlər ki, oğlu ilə qayınanası da yolu keçə biləcəklər. Bir anda sağ tərəflərindən gələn avtomobilin oğlunu və qaynanasını vurduğunu görmüşdür. Oğlu bir neçə metr avtomobildən qabağa düşmüş, qaynanası isə bir az yaxına düşmüşdür. Tez oğluna yaxınlaşmış və oğlunu qucağına götürüb onu vuran avtomobilin sürücüsü ilə birlikdə yolun kənarında dayanmış vəziyyətdə olan avtomobilə mindirib xəstəxanaya, yəni X9 yola düşmüşlər. Yol boyu oğlu onun qucağında olmuşdur. X9 çatanda artıq Tunarın öldüyünü hiss etmişdir. Buna baxmayaraq, xəstəxanaya çatdırmış və orada həkimlər də baxıb bildirmişlər ki, artıq uşaq ölmüşdür. Təxminən 20 dəqiqədən sonra qaynanasını da həmin xəstəxanaya gətirmişlər. Bundan sonra qaynanasını həkimlər əməliyyata götürmüşlər, oğlunun meyidini isə polis əməkdaşları Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Morqa aparmışlar. Səhəri gün oğlunun meyidini morqdan götürüb dəfn olunması üçün Ağdaş rayonuna aparmışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxsla barışmışdır, münasibətləri yaxşıdır, onun Ceyhundan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Ceyhuna yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Ağdaş rayonu, Kotanarx kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonundan kürəkəni Rail və nəvəsi Tunarla birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində kirayədə yaşayan qızının evinə qonaq getmişdir. Sonradan həyat yoldaşı da gəlmişdir. Bir neçə saatdan sonra oradan çıxıb həyat yoldaşının Xəzər rayonu Binə qəsəbəsində kirayədə yaşadığı evə getmək istəmişlər. Oradan çıxıb avtobusla “Koroğlu” metro stansiyasının qarşısına, oradan da taksi ilə gəlib Binə qəsəbəsində adını xatırlamadığı aptekin qarşısında düşüb yolu əks tərəfə keçmək istəmişlər. Gəldikləri istiqamətdəki yolu keçmiş, sonra yolun ortasındakı beton baryeri də keçmiş, sağ tərəfdən intensiv olaraq avtomobillər onlara tərəf gəlmişlər. Həmin vaxt havanın qaranlıq vaxtı olmuşdur, əks istiqamətdəki yolun ortasına kimi gəlmiş, bu zaman görmüşdür ki, bir avtomobil sürətlə onların üstünə gəlir, yoldaşı və kürəkəni tez addamlayıb yolu keçə bilmişlər, o və nəvəsi geridə qalıb yolu keçə bilməmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil ilə onun nəvəsini vurmuş, ona isə toxunmuşdur. Nəticədə o, yerə yıxılmış, arxadan gələn Əsədli Cəfər idarə etdiyi avtomobil ilə onu əzib keçmişdir. Ona xəsarətləri Təqsirləndirilən şəxs deyil, Əsədli Cəfər avtomobil ilə xəsarətlər yetirmişdir. Bundan sonra nə baş verdiyini xatırlamır, ayılanda görmüşdür ki, xəstəxanadadır. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Əsədli Cəfər isə onunla maraqlanmamış və heç bir köməklik göstərməmişdir. O, Əsədli Cəfərdən şikayətçidir. Xahiş etdi ki, onun barəsində tədbir görülsün. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Leon Plaza” restoranına toya getmişdir. Özünə məxsus “VAZ-2107” markalı **-CO-*** qeydiyyat nömrəli avtomobilini də restoranın yaxınlığında “Avto Full” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısında saxlamışdır. Avtomobilinin idarə edilməsinə görə atasına da etibarnamə vermişdir. Həmin gün atasına avtomobil lazım olduğuna görə avtomobili restoranın həyətində saxlamamış, rahat olması üçün “Avto Full” mağazasının qarşısında saxlamışdır ki, atası gəlib oradan rahat götürə bilsin. Toyda olduğu zaman eşitmişdir ki, “Avto Full” mağazasının qarşısında yol-nəqliyyat hadisəsi baş vermişdir, yaralanan və ölən var. Tez restorandan çıxıb hadisə yerinə getmiş və görmüşdür ki, həqiqətən də yolnəqliyyat hadisəsi baş verib və hadisəni törədən avtomobil iki nəfəri vurduqdan sonra onun avtomobilinə arxadan çırpılmış, nəticədə avtomobil təxminən 6-7 metr irəliyə doğru getmiş və yolun sağ yan tərəfindəki səkiyə çıxmışdır. Hadisə nəticəsində avtomobilin arxa hissəsi deformasiyaya uğramış və 2.000 (iki min) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Ceyhuna hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, "xxxx" MMC-nin direktoru, həm də təsisçisidir. Rəhbərlik etdiyi MMC lizing şirkəti olaraq şəxslərə avtomobillərin kreditlə satışını təşkil edir. MMC-nin müştərilərindən biri olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 23518/22 nömrəli etbarnamə ilə “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli minik avtomobilini xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar edilmişdir. Həmin tarixdən etibarən Təqsirləndirilən şəxs aylıq kredit ödənişlərini vaxtında ödəyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli minik avtomobillə Binə qəsəbəsi Ə.İsazadə küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. MMC tərəfindən Təqsirləndirilən şəxs avtomobilin yalnız idarə edilməsi üçün, eləcə də xx.xx.2023-cü il tarixədək etibar edildiyinə görə hadisə nəticəsində "xxxx" MMC-ə maddi ziyan dəymişdir. "xxxx" ASC-nin qiymətləndirmə aktına əsasən "xxxx" MMC-ə ümumilikdə dəymiş maddi ziyan 3.065 (üç min altmış beş) manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə atası üçün dərman almaq lazım olmuşdur, saat təxminən 20 radələrində evdən idarə etdiyi “Nissan Note” markalı, **-LP-*** qeydiyyat nömrəli avtomobillə çıxıb aptekə getmişdir. Binə qəsəbəsinin mərkəzi küçəsi ilə hərəkətdə olarkən yolun sağ tərəfində yerləşən “Avto Full” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasına 100-150 metr qalmış qarşısında qara rəngli “Cheveolet” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil hərəkət etmişdir. Həmin mağazanın qarşısına çatanda bir anda həmin avtomobil yolu soldan sağa keçən iki nəfər piyadanı vurmuşdur. O, dərhal idarə etdiyi avtomobili saxlamış və tez düşüb kömək etməyə çalışmışdır. Vurulan piyadalardan biri təxminən 10- 12 yaşında oğlan uşağı, digəri isə qadın olmuşdur. Həmin vaxt piyadaları vuran sürücü də orada olmuşdur, özünü itirmiş və çox həyəcanlı vəziyyətdə olmuşdur. Uşaq bir qədər qarşıda, qadın isə 7-8 geridə yerdə yıxılmış vəziyyətdə olmuşdur. Həmin uşağın atası da orada olmuşdur, köməkləşib uşağı götürüb onun idarə etdiyi avtomobilə qoymuşlar və təcili X9 yola düşmüşlər, piyadaları vuran sürücü də onun avtomobilində olmuşdur. Uşağın xəsarəti ağır olduğuna görə onlar xəstəxanaya çatanda artır uşaq ölmüşdür. Buna baxmayaraq, uşağı xəstəxanaya çatdırmış və həkimlər baxdıqdan sonra bildirmişlər ki, artıq uşaq ölmüşdür. Təxminən 15-20 dəqiqədən sonra o biri yaralı piyadanı da TTYSnın avtomobili ilə X9 gətirmişlər və sağ olduğuna görə dərhal onu əməliyyata götürmüşlər. O, orada bir qədər gözləmiş, sonra ona aid heç bir iş olmadığına görə Binə qəsəbəsinə qayıtmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X3 göstərdi ki, əri Raul Əliyevlə arasında mübahisə olmuş və əri uşağı ondan soyutmuşdur. Uşaq nənəsini çox istəmiş, atası ilə qalmaq istəmişdir. Sonuncu mübahisələrindən sonra uşaq atası ilə qalmış və atası onu Ağdaşa aparmışdır. Bir müddətdən sonra uşağın xəstələnməsi xəbərini ona vermişlər, lakin onu uşağı görməyə qoymamışlar. Hesab edir ki, uşağın hüquqi varisi o olmalıdır, çünki o, uşağın anasıdır. Atası uşağı ondan zorla alıb aparmışdır. Aralarındakı nikahnamə pozulmamışdır, anası xəstəxanada müalicə olduğuna, özü də əməliyyat olunduğuna görə də hadisə vaxtı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmağı barədə ərizə ilə heç bir yerə müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 24 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində Südçülük Sovxozundan Bakı şəhəri istiqamətində iki zolaqdan ibarət yolun sol zolağında baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 199 saylı rəyindən görünür ki:
1. 2012-ci il təvəllüdlü X4 meyitində aşkar edilmiş xəsarətlər - sağ təpə-gicgah sərhədinin və alın nahiyəsinin əzilmiş yaraları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, burun belinin, sol saidin aşağı üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sol dizin ön-iç səthinin, sağ qalça darağı proyekyasının sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, təpə sümüyünün kəllə əsası sümüyünə keçən xətti sınığı, sağ bud sümüyünün aşağı üçdə birinin qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. Mərhum T.R.Əliyevin ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur.
3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum T.R.Əliyevin meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir.
4. Mərhum T.R.Əliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 4798/K, xx.xx.2022). Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 02 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər - ağciyərlərin kontuziyası, ikitərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin və qarnın küt travması, sağ V-İX qabırğaların sınıqları, alının, burunun, sol əlin, sol ayağın əzilmiş yaraları, sağ və sol gözətrafı nahiyənin, sol əlin, sol ayağın qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X13” X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına bunlar az ağır dərəcəli zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2023-cü il tarixli 8/362 saylı rəyindən görünür ki, “Chevreolet Cruze” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “Yol hərəkəti haqqında” AR Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı), 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş 24 dekabr 2022-ci il tarixli 1/7244 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 016/2-745/2023 nömrəli məktubundan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 407218 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etməsinə hər hansı bir məhdudyyət qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli BD seriyalı 407218 nömrəli sürücülük vəsiqəsindən (xx.xx.2031-ci il tarixədək etibarlı olan) görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. Məhkəmə iclasında iş materiallarında olan hadisənin videogörüntüsü qeydə alınmış diskə baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Avto Full” avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının qarşısından avtomobillər intensiv hərəkət edirlər. Saat 20:16-da dörd nəfər piyada birlikdə yolu soldan sağa doğru keçmək istəyir, avtomibillərin intenvsiv və sürətli hərəkətinə görə onlardan iki nəfər tez yolu keçə bilir, lakin digər iki nəfər isə sağ tərəfdən gələn avtomobil artıq onlara çatdığına görə yolu keçə bilmirlər. Bunun üçün yolu qaçaraq tez keçmək üçün hərəkətə başlasalar da, bunu bacarmırlar və nəticədə Binə qəsəbəsi Südçülük Sovxozu istiqamətindən Bakı şəhəri istiqamətində sürətlə hərəkətdə olan “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil onları vurur. Onlardan yolu keçmiş iki nəfər piyada avtomobillə vurulmuş piyadalara tərəf qaçırlar. Diskə baxış zamanı Zərərçəkmiş şəxs3 göstərdi ki, onu “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil vurmuş, arxadan gələn avtomobil isə onu əzmişdir. Vurulduqdan sonra onu əzmiş həmin avtomobil ibtidai istintaq zamanı aşkar edilməmiş və onun sürücüsü məsuliyyətə cəlb edilməmişdir. O, təqsirləndirilən şəxs Ceyhin Cəfərovla barışmışdır, ondan heç bir şikayəti və ya tələbi yoxdur, lakin istintaqdan narazıdır, məhkəmədən bu barədə müvafiq tədbir görülməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobil maddi sübut kimi tanınmış və ona təhvil verilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı **-CO-*** qeydiyyat nömrəli avtomobil maddi sübut kimi tanınmış və ona təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən təqdim olunmuş 0855/23 nömrəli qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze” markalı **-PR-*** dövlət qeydiyyat nömrəli avtomobilin YNH hadisəsi zamanı əzilməsi nəticəsində iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 3.065 (üç min altmış beş) manat maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən təqdim olunmuş 374 nömrəli qiymətləndirmə aktından görünür ki, «VAZ-2107» markalı, **-CO-*** dövlət qeydiyyat nömrəli avtomobilin YNH hadisəsi zamanı əzilməsi nəticəsində iş üzrə Zərərçəkmiş şəxs2 2.000 (iki min) manat maddi ziyan vurulmdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə baxışı zamanı yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən, həmçinin ibtidai istintaq zamanı yazılaraq notarial qaydada təsdiq edilmiş ərizələrdən göründüyü kimi, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 11 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsini, onlarla barışıq əldə etməsini və baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onların ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 26 dekabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı **-CO-*** qeydiyyat nömrəli avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən maddi zərərın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin zərərın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 15 iş saatına görə 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 21 iş saatına görə 126,00 (yüz iyirmi altı) manat olmaqla ümumilikdə 216,00 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolut Cruze” markalı **-PR-*** qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Maddi sübut – Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2107” markalı **-CO-*** qeydiyyat nömrəli avtomobilin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 126,00 (yüz iyirmi altı) manat olmaqla ümumilikdə 216,00 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Əkrəm Qəhrəmanov