Məhkəmə qərarları › İş №1(003)-343/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-343/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-343/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində təxminən saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub orada olan əl damının içərisindən 1 metri 5 manat olmaqla ümumi qiyməti 500 manat olan 100 metr uzunluğunda dəmir borunu, 1 metri 1 manat olmaqla ümumi qiyməti 30 manat olan 30 metr uzunluğunda 20-lik plastik borunu, 1 komplekti 25 manat olmaqla ümumi qiyməti 500 manat olan 20 komplekt mis borunu, 1 metri 2 manat olmaqla 15 ədəd 5 metrlik və 25 ədəd 3 metrlik, ümumi uzunluğu 150 metr olmaqla ümumi qiyməti 300 manat olan mis kabelləri, 1 ədəd 30 manat qiymətində stolüstü qaz sobasını, 1 ədədi 3 manat olmaqla ümumi qiyməti 18 manat olan 6 ədəd bel dəmirini, eni 5 sm, uzunluğu 10 sm olan və 1 ədədi 18 manat olmaqla ümumi qiyməti 270 manat olan 15 ədəd döşəmə taxtasını, 1 metri 3 manat olmaqla ümumi qiyməti 90 manat olan 30 metr uzunluğunda 20lik qaz turbasını, 1 metri 1 manat olmaqla ümumi qiyməti 100 manat olan 100 metr uzunluğunda aliminium kabeli və 1 ədəd 200 manat qiymətində idman velosipedini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2038 (iki min otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında əldə etdiyi cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin mart ayının əvvəllərində saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub orada olan əl damının şüşəsini sındıraraq içərisindən 1 ədəd 180 manat qiymətində otbiçən aparatı və 1 metri 70 qəpik olmaqla ümumi qiyməti 140 manat olan 200 metr uzunluğunda kamera kabelini, həmçinin bağ evinin həyətində olan hamam otağının qapısının kilidini güc tətbiq edib sınırmaqla içərisindən 1 ədəd 70 manat qiymətində olan samovarı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 Aqil oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub orada olan qarajın qıfılını sındıraraq içərisindən 1 ədəd 70 manat qiymətində dreli, 1 ədəd 120 manat qiymətində laqondanı, 1 ədəd 120 manat qiymətində preparatoru, 1 ədəd 80 manat qiymətində taxtakəsən mişarı və 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 2 ədəd usta alətlərini yığmaq üçün nəzərdə tutulmuş yeşikləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 490 (dörd yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 mart 2022-ci il tarixdə saat 02:00-da Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanda yerləşən bağ evininin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub evin arxa pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə pəncərədən içəri keçərək oradan 01 ədəd 80 manat qiymətində 24 ölçülü, “Salyut” markalı velosipedi, 01 ədəd 80 manat qiymətində üzərində markalanma göstəriciləri olmayan, 24 ölçülü, qara-qırmızı rəngli velosipedi və 01 ədəd 120 manat qiymətində “Samsung” markalı komputer monitorunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında əldə etdiyi cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin mart ayının əvvəllərində saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq orada olan əl damının şüşəsini sındırıb içərisindən 1 ədəd 180 manat qiymətində otbiçən aparatı və 1 metri 70 qəpik olmaqla ümumi qiyməti 140 manat olan 200 metr uzunluğunda kamera kabelini, həmçinin bağ evinin həyətində olan hamam otağının qapısının kilidini güc tətbiq edib sınırmaqla içərisindən 1 ədəd 70 manat qiymətində olan samovarı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər zeytun şirkətində işləmiş, sonradan müəyyən səbəblərdən dolayı işdən ayrılası olmuşdur. Maddi sıxıntılar ucbatından oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə tez-tez gəzmişdir. Bu məqsədlə Türkan qəsəbəsində gəzərkən yaşayış olmayan evin olduğunu müəyyən etmişdir. Həmin evi bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olmuşdur. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus bağ evindən dəmir, plastik və mis boruları, 20 ədəd kompotları, mis və aliminium elektrik kabellərini o tək oğurlayıb yaşadığı ünvana yığmışdır. Həmin əşyaları məhlədə tanımadığı dəmiryığan şəxslərə ümumilikdə 50 manata satmışdır. Kompotları isə Sabunçuda yerləşən rus bazarında ümumilikdə 20 manata satmışdır. Bundan başqa 2022-ci il tarixdə mart ayının əvvəllərində saat 19 radələrində tanışı Zülfüqarla birlikdə Xaləddin adlı şəxsin həyətində söhbət etmişlər. Söhbət zamanı Zülfüqara təklif etmişdir ki, oğurluq etsinlər. Zülfüqar ilkin olaraq narazlıq etsə də, sonradan içkili olduğu üçün və maddi vəziyyəti aşağı olduğuna görə onunla razılaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 məxsus olan Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən Xaləddin adlı şəxsin evinin yaxınlığında yerləşən evə oğurluq etmək üçün getmişlər. İlkin olaraq o, daha sonra Zülfüqar hasardan həyətə daxil olmuşdur. O əl damının pəncərəsindən içəri daxil olmuşdur. Əl damından elektrik naqili və 01 ədəd ot biçən aparatı götürüb pəncərədən Zülfüqara vermişdir. Daha sonra həyətdə olan hamam otağının kildini güc tətbiq edərək sındırıb içəri daxil olmuş və 01 ədəd balaca samovarı götürüb Zülfüqarla birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 məxsus olan həyətdən oğurladıqları elektrik naqillərini həmin gecə Xaləddin adlı şəxsin həyətində yandırmışlar və təxminən 6-7 kilo mis əldə etmişlər. Səhəri gün mis və balaca samovarı məhlədə dəmiryğanlara 100 manata satmışlar, əldə etdikləri pulu yarıya bölmüşlər. Ot biçən aparatı isə o yaşadığı evin həyətinə aparıb qoymuşdur ki, bir neçə gündən sonra onu da satsın. Bir neçə gündən sonra isə o otbiçən aparatı da məhlədə dəmiryğanlara xatırlaya bilmədiyi qiymətə satmışdır. Bundan başqa o, yenə də Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində evləri müşahidə edərək yaşayış olmayan evləri müəyyən edib həmin evlərdən oğurluq etmək məqsədi ilə tez-tez gəzmişdir. Bu məqsədlə Türkan qəsəbəsində gəzərkən yaşayış olmayan evin olduğunu müəyyən etmişdir. Həmin evi bir neçə dəfə müşahidə etdikdən sonra evdə yaşayış olmadığına tam əmin olmuşdur. Bundan sonra novruz bayramı ərəfəsində yəni 19 mart 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 Aqil oğluna məxsus bağ evinin həyətinə hasardan keçməklə orada olan qaraja daxil olub oradan 1 ədəd dreli, 1 ədəd laqondanı, 1 ədəd preparatoru, 1 ədəd (taxtakəsən mişar) lobziki və usta alətlərini yığmaq üçün istifadə olunan 2 ədəd qutunu oğurlamışdır. Həmin əşyaları Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 02:00-da əvvəllər Hacıağa kişiyə məxsus olduğunu bildiyi Zərərçəkmiş şəxs4 məxsus bağ evinə hasardan keçmə yolu ilə daxil olmuş, bağ evinin dəmir qapısı qıfıllı olduğu üçün arxada yerləşən plastik pəncərənin dəmir barmaqlığını sındıraraq pəncərədən keçmə yolu ilə içəri daxil olub oradan 2 ədəd velosipedi və 1 ədəd komputer monitorunu götürüb pəncərədən həyətə çıxarmışdır. Həmin əşyaları 2 dəfəyə oradan daşıyıb yaşadığı ünvana aparmışdır. Həmin əşyaları yaşadığı evin həyətində olan qarajda saxlamışdır. Velosipedin birini özünə saxlamış, birini isə sürmək üçün tanışı Təqsirləndirilən şəxs2 vermişdir. Monitoru isə Hövsan qəsəbəsində yerləşən elektrik avadanlıqları mağazasına 100 manata satmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsini dolandırmaq üçün daş karxanasında fəhlə işləmişdir. Təqsirləndirilən şəxs1 qəsəbə sakinidir. Həmin şəxs onunla birlikdə məhəllədə yaşamışdır. 2022-ci il tarixdə mart ayının əvvəllərində saat 19 radələrində tanışı Təmruzla birlikdə Xaləddin adlı şəxsin həyətində söhbət etmişlər. Söhbət zamanı Təmruz ona təklif etmişdir ki, oğurluq etsinlər. O, ilkin olaraq narazlıq etsə də, sonradan içkili olduğu üçün və maddi vəziyyəti aşağı olduğuna görə Təmruzla razılaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs2 məxsus olan Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən Xaləddin adlı şəxsin evinin yaxınlığında yerləşən evə oğurluq etmək üçün getmişlər. İlkin olaraq Təmruz, daha sonra o hasardan həyətə daxil olmuşdur. Təmruz əl damının pəncərəsindən içəri daxil olmuşdur. Əl damından elektrik naqili və 01 ədəd ot biçən aparatı götürüb pəncərədən ona vermişdir. Daha sonra Təmruz həyətdə olan hamam otağının kilidini güc tətbiq edərək sındırıb içəri daxil olmuş və 01 ədəd balaca samovarı götürüb birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 məxsus olan həyətdən oğurladıqları elektrik naqillərini həmin gecə Xaləddin adlı şəxsin həyətində yandırmışlar və 6-7 kilo mis əldə etmişlər. Səhəri gün mis və balaca samovarı məhlədə dəmiryğanlara 100 manata satmışlar, əldə etdikləri pulu yarıya bölmüşlər. Ot biçən aparatı isə Təmruz yaşadığı evin həyətinə aparıb qoymuşdur ki, bir neçə gündən sonra onu da satsın. Bir neçə gündən sonra isə Təmruzdan öyrənmişdir ki, Təmruz otbiçən aparatı da məhlədə dəmiryğanlara satmışdır. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, özü şəhərdə Nəsimi rayonu ərazisində ailəsiylə birlikdə yaşayır. Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində isə onun bağ evi vardır. Həmin bağ evində yaşayış olmasa da, yay aylarında o ailəsiylə birlikdə həmin evə gəlib istirahət etmişdir. Evdə yaşayış olmasa da o mütəmadi olaraq oraya baş çəkmişdir. Sonuncu dəfə o xx.xx.2021-ci il tarixdə bağ evinə nəzarət etmək üçün gəlmişdir. O təxminən saat 16 radələrində evdən çıxmışdır. Evdən çıxarkən evin həyətində yerləşən əl damına baxış keçirən zaman ona məxsus olan əşyaların orada olduğunu görmüşdür. Təxminən 1 ay sonra yəni 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində o yenidən bağ evinə gəlmişdir. Həyətə girən zaman həyətdəki əl damının plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. O əl damının qapısını açıb içəri daxil olmuşdur. İçəri daxil olan zaman içəri baxış keçirməyə başlamışdır. İçəri baxış keçirən zaman orada olan 1 metri 5 manat olmaqla 100 metr uzunluğunda ümumi qiyməti 500 manat olan dəmir borunun, 1 metri 1 manat olmaqla 30 metr uzunluğunda ümumi qiyməti 30 manat olan 20-lik plastik borunun, 1 komplekti 25 manat olmaqla ümumi qiyməti 500 manat olan 20 komplekt mis borunun, 1 metri 2 manat olmaqla 15 ədəd 5 metrlik və 25 ədəd 3 metrlik, ümumi uzunluğu 150 metr olmaqla ümumi qiyməti isə 300 manat olan mis kabellərin, 1 ədəd 30 manat qiymətində stolüstü qaz sobasının, 1 ədədi 3 manat olmaqla ümumi qiyməti 18 manat olan 6 ədəd bel dəmirinin, eni 5 sm, uzunluğu 10 sm olan, 1 ədədi 18 manat olmaqla ümumi qiyməti 270 manat olan 15 ədəd döşəmə taxtasının, 1 metri 3 manat olmaqla 30 metr uzunluğunda, ümumi qiyməti 90 manat olan 20-lik qaz turbasının, 1 metri 1 manat olmaqla 100 metr uzunluğunda, ümumi qiyməti 100 manat olan aliminium kabelin, 1 ədəd 200 manat qiymətində markasını xatırlaya bilmədiyi idman velosipedinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra o bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, özü şəhərdə Yasamal rayonu ərazisində ailəsiylə birlikdə yaşayır. ünvan 4 ünvanda isə onun atasından qalma bağ evi vardır. Həmin bağ evində yaşayış olmasa da yay aylarında o ailəsiylə birlikdə həmin evə gəlib istrahət etmişdir. Evdə yaşayış olmasa da o mütəmadi olaraq oraya baş çəkmişdir. Sonuncu dəfə o xx.xx.2022-ci il tarixdə bağ evinə nəzarət etmək üçün gəlmişdir. O təxminən saat 17 radələrində evdən çıxmışdır. Evdən çıxarkən ona məxsus olan əşyaların orada olduğunu görmüşdür. Səhəri gün yenidən saat 17 radələrində o bağ evinə gəlmişdir. Həyətə girən zaman evin arxasındakı plastik pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. O evin qapısını açıb içəri daxil olmuşdur. İçəri daxil olan zaman içəri baxış keçirməyə başlamışdır. İçəri yataq otağına baxış keçirən zaman orada olan 01 ədədi 200 manat qiymətində olan “Stels” markalı velosipedin, 01 ədəd 200 manat qiymətində “Salyut” markalı velosipedin və 01 ədəd 100 manat qiymətində olan komputer monitorunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra o bu barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xətai rayonu ərazisində ailəsiylə birlikdə yaşasa da, Türkan qəsəbəsi, 25 A ünvanında yerləşən 1 otaqlı bağ evi vardır. O yay aylarında həmin bağ evinə ailəsiylə birlikdə gəlib istirahət etmişdir. İl ərzində həmin evdə yaşayış olmasa da, o arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 15 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda, həyətdəki hamam otağında və əl damında əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində o yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Evin darvazasını açıb içəri girmişdir. Həyətdə olan əl damının pəncərəsinin şüşəsinin sındırıldığını görmüşdür. Daha sonra həyətdə olan hamam otağının qapısının kilidinin sındırıldığını görmüşdür. Hamamın qapısı açıq olduğu üçün ilk növbədə oraya girib içəri baxmışdır. Baxış zamanı hamam otağında olan 1 ədəd 70 manat qiymətində olan samovarın oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək polislərin hadisə yerinə gəlməsini istəmişdir. Bir neçə dəqiqədən sonra polislər hadisə yerinə gəlmişlər. Polislərin yanında o əl damının qapısını açıb içəri baxış keçirmişdir. İçəri baxış keçirən zaman əl damından 1 ədəd 180 manat qiymətində otbiçən aparatın, 1 metri 70 qəpik olan 200 metr uzunluğunda olmaqla ümumi qiyməti 140 manat olan kamera kabelinin oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində ailəsiylə birlikdə yaşasa da, Türkan qəsəbəsində 1 otaqlı bağ evi də vardır. O yay aylarında həmin bağ evinə ailəsi ilə birlikdə gəlib istirahət etmişdir. İl ərzində həmin evdə yaşayış olmasa da, o arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 17 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda, həyətdə və qarajda əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 12 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində o yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Qarajın darvazasının qıfılını açıb içəri qaraja girmişdir. Qarajdan həyətə bir başa çıxış olmuşdur. Qaraja baxış keçirən zaman oradan 1 ədəd 70 manat qiymətində drelin, 1 ədəd 120 manat qiymətində laqondanın, 1 ədəd 120 manat qiymətində preparatorun, 1 ədəd 80 manat qiymətində taxtakəsən mişarın, və 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 2 ədəd usta alətlərini yığmaq üçün nəzərdə tutulmuş yeşiklərin oğurlandığını aşkar etmişdir. Daha sonra həyətə və evin içərisinə baxış keçirmişdir. Lakin orada olan əşyaların yerində olduğunu görmüşdür. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat verərək hadisə yerinə polislərin gəlməsini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. 04 aprel 2022-ci il tarixdə saat 12 radələrində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində xidmət apararkən özlərini şübhəli aparan iki nəfər şəxsi saxlayıb polis sahə məntəqəsinə gətirmişlər. Polis sahə məntəqəsində şifahi sorğusual zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu və həmin şəxslərin Zərərçəkmiş şəxs4 məxsus evdən və həmçinin Türkan qəsəbəsi ərazisində bir neçə evdən oğurluq etdiklərini müəyyən etmişlər. Bundan sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Daha sonra barələrində daha ciddi tədbir görülməsi üçün məntəqəyə post-patrul xidmətinin əməkdaşlarını çağırıb polis şöbəsinə aparmaları üçün PPXB-nın əməkdaşlarına təhvil vermişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixdə saat 12 radələrində Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində xidmət apararkən özlərini şübhəli aparan iki nəfər şəxsi saxlayıb polis sahə məntəqəsinə gətirmişlər. Polis sahə məntəqəsində şifahi sorğu-sual zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu və həmin şəxslərin Zərərçəkmiş şəxs4 məxsus evdən və həmçinin Türkan qəsəbəsi ərazisində bir neçə evdən oğurluq etdiklərini müəyyən etmişlər. Bundan sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Daha sonra barələrində daha ciddi tədbir görülməsi üçün məntəqəyə post-patrul xidmətinin əməkdaşlarını çağırıb polis şöbəsinə aparmaları üçün PPXB-nın əməkdaşlarına təhvil vermişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis baş serjantı rütbəsi daşıyır. 04 aprel 2022-ci il tarixdə saat 12 radələrində Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri - polis baş serjantı Şahid4 və polis serjantı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 6354 çağırışlı avtopatrulla xidmət apararkən çağırış əsasında Türkan qəsəbəsi ərazisində yerləşən polis sahə məntəqəsinə gəlmişlər. Polis sahə məntəqəsinə gələn zaman iki nəfər tanımadıqları şəxslərin ərazi polisləri tərəfindən Türkan qəsəbəsi ərazisində baş vermiş oğurluqlarla bağlı saxlanıldıqlarını öyrənmişlər. Daha sonra həmin şəxslərin barələrində daha ciddi tədbir görülməsi üçün avtopatrul maşınına əyləşdirib Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixdə saat 12 radələrində Şahid3 və Şahid5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 6354 çağırışlı avtopatrulla xidmət apararkən çağırış əsasında Türkan qəsəbəsi ərazisində yerləşən polis sahə məntəqəsinə gəlmişlər. Polis sahə məntəqəsinə gələn zaman iki nəfər tanımadıqları şəxslərin ərazi polisləri tərəfindən Türkan qəsəbəsi ərazisində baş vermiş oğurluqlarla bağlı saxlanıldıqlarını öyrənmişlər. Daha sonra həmin şəxslərin barələrində daha ciddi tədbir görülməsi üçün avtopatrul maşınına əyləşdirib Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 04 aprel 2022-ci il tarixdə saat 12 radələrində Şahid3 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 6354 çağırışlı avtopatrulla xidmət apararkən çağırış əsasında Türkan qəsəbəsi ərazisində yerləşən polis sahə məntəqəsinə gəlmişlər. Polis sahə məntəqəsinə gələn zaman iki nəfər tanımadıqları şəxslərin ərazi polisləri tərəfindən Türkan qəsəbəsi ərazisində baş vermiş oğurluqlarla bağlı saxlanıldıqlarını öyrənmişlər. Daha sonra həmin şəxslərin barələrində daha ciddi tədbir görülməsi üçün avtopatrul maşınına əyləşdirib Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 6 ünvanında yaşayır. Evi iki mərtəbəlidir. Təxminən 2019-cu ildən evinin birinci mərtəbəsində “M-Tech” adlı elektron avadanlıqların satışı və təmiri mərkəzi açıb işlədir. Həmin obyekt ona məxsusdur. Özü həm usta, həm də dükan sahibidir. Təqsirləndirilən şəxs1 o müştəri kimi tanımışdır. Belə ki Təmruz onun dükanına bir neçə dəfə gəlmiş və ondan mal almışdır. Bir neçə dəfə gəldiyi üçün Təmruz onun etibarını qazanmışdır. Sonucu dəfə 25 mart 2022-ci il tarixdə Təmruz onun işlətdiyi dükana gələrək “Samsung” markalı komputer monitoru satmaq istədiyini demişdir. Təmruz ona həmin monitorun özünə məxsus olduğunu və 100 manata satdığını demişdir. O monitoru nəzərdən keçirdikdən sonra almaq qərarına gəlmiş və 100 manata Təqsirləndirilən şəxs1 həmin monitoru almışdır. O Təmruza etibar etdiyi üçün şəxsiyyət vəsiqəsinin surətini Təmruzdan almamışdır. Fikirləşmişdir ki, həqiqətən də komputer monitoru Təmruzun özünə məxsusudur. Lakin bir neçə gündən sonra polis əməkdaşları Təmruzla birlikdə dükana gəlmişlər. Polis əməkdaşlarından öyrənmişdir ki, Təmruzun ona satdığı həmin komputer monitoru oğurluq olmuşdur. Daha sonra həmin komputer monitoru polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2022-ci il tarixli, 9/3030 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280 manat müəyyən edilir. O cümlədən: - Bir ədəd “Samsung” markalı, “LS19 HANKSM/TRU” model, Çin istehsallı monitorun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla-120 manat; - Bir ədəd üzərində “Salöt” yazısı olan, 24 ölçülü, rəngli velosiped-80 manat; - Bir ədəd üzərində markalanma göstəriciləri olmayan, 24 ölçülü, qara-qırmızı rəngli velosiped-80 manat; İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1500 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə cərimə cəzası tam olaraq ödənilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 ilə barışmış və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 ilə barışmış və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 ilə barışmış və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslər qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 07 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 07 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan xüsusatları əl işarələri ilə göstərərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 05 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 05 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, ev 1 mərtəbəlidir və həyət evidir. Evin həyətində ağaclar və paltar asmaq üçün istifadə olunan iplər, həmçinin əşyaların saxlanması üçün istifadə olunan qaraj vardır. Evin həyətində olan həmin qaraja baxış zamanı orada 01 ədəd “Stels” markalı və 01 ədəd “Salyut” markalı velosiped aşkar edilmişdir. Əşyalar barədə Təqsirləndirilən şəxs1 sual verilərkən o həmin əşyaların oğurluq olduğunu və həmin əşyaları Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvandan oğurlayaraq gətirib həmin qaraja yığdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, ünvan 7 ünvanında baxış və götürmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında “M-Tech Computers” adlı elektron avadanlıqların satışı mağazası yerləşir. Mağazanın içərisindəki vitrinlərdə elektron avadanlıqlar yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 vitrinə yaxınlaşıb əli ilə “Samsung” markalı komputer manitorunu göstərərək həmin əşyanın oğurluq olduğunu və həmin əşyanı Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvandan oğurlayaraq gətirib həmin mağazaya satdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 06 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim olunan əşyaları nəzərdən keçirib bildirmişdir ki, həmin əşyalardan 01 ədəd “salyut” markalı və 01 ədəd “stels” markalı velosipedlər, həmçinin 01 ədəd “Samsung” markalı komputer monitoru ona məxsus olmaqla ünvan 3 ünvanda yerləşən ona məxsus bağ evindən oğurlanmış əşyalardır. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd olunan xüsusatları əl işarələri ilə göstərərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş 07 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 07 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 03 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən 03 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 01 ədəd Çin Xalq Respublikası istehsalı, “Samsung” markalı, “LS19HANKSM/TRU” model monitorun, 01 ədəd üzərində “САЛЮТ” yazısı olan, 24 ölçülü rəngli velosipedin və 01 ədəd üzərində markalanma göstəricisi olmayan, 24 ölçülü, qara-qırmızı rəngli velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd Çin Xalq Respublikası istehsalı, “Samsung” markalı, “LS19HANKSM/TRU” model monitorun, 01 ədəd üzərində “САЛЮТ” yazısı olan, 24 ölçülü rəngli velosipedin və 01 ədəd üzərində markalanma göstəricisi olmayan, 24 ölçülü, qara-qırmızı rəngli velosipedin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar