Məhkəmə qərarları › İş №1(003)-343/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-343/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-343/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısının, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsv Vahid oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonu, Çarhan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Şamaxı rayonu, Çarhan Ərazi dairəsi, Çarhan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs1 Qəhraman oğluna məxsus Bakı şəhəri ünvan 2 ünvanında yerləşən evinin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Şahid1 Təqsirləndirilən şəxs sığortalamaq üçün küçənin başında dayanmış, Təqsirləndirilən şəxs isə evə pəncərədən qanunsuz daxil olaraq yataq otağında yerləşən şkafdakı balondan 500 manat nağd pulu, şkafın üzərindən 1500 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl boyunbağı və üzərində brilliant qaşlar olan qızıl qolbağından ibarət dəsti, 200 manat dəyərində 1 cüt qızıl sırğanı, 2000 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl sırğa və üzərində brilliant qaşlar olan qızıl üzükdən ibarət dəsti, 1 ədəd 800 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl kişi üzüyünü, 1 ədəd 150 manat dəyərində qızıl üzüyü, çəkməcədən 60 manat dəyərində gümüş sırğa və üzükdən ibarət dəsti, 25 manat dəyərində 2 ədəd gümüş qolbağını, 100 manat dəyərində svarovski sırğa və svarovski üzükdən ibarət dəsti, digər yataq otağında şkafda asılmış pencəyin cibindən 300 manat nağd pulu və yataq otağında olan çarpayının altından 1200 nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 6835 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 21-22 radələrində tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən evinin qarşısına gəlmiş və əvvəlcədən razılaşdıqları kimi Şahid1, onu sığortalamaq üçün küçənin başında dayanmış, Təqsirləndirilən şəxs isə evə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabındakı pul qabından ümumi dəyəri 3750 manat təşkil edən 1 cüt qaşlı qızıl sırğa, 1 ədəd qaşlı qızıl klon, 1 ədəd qaşlı qızıl üzük və 1 ədəd qaşlı qızıl qolbağından ibarət dəsti və 250 manat dəyərində 1 ədəd «Rəsul» sözü formasında sadə qolbağını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 4000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hər iki epizod oğurluq cinayəti üzrə özünü təqsirli bilir, oğurluq cinayətlərini Şahid1 ilə birlikdə törətmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində arvadı X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan qudası X1 yaşadığı ünvana getmişlər. xx.xx.2023-cü il tarixdə oğlu Bəxtiyar Allahverdiyev onunla telefon vasitəsilə əlaqə saxlayaraq evin dəmir barmaqlıqlarının sındığını demiş, həmin tarixdə saat 16 radələrində yaşadığı evə çatıb baxan zaman evin pəncərəsinin dəmir barmaqlığının sındığını, evin dağınıq olduğunu, yataq otağında yerləşən şkafda olan içərisində 500 (beş yüz) manat nağd pul olan balonun, şkafın üzərindən 1500 manat dəyərində 1 ədəd dəstüzərində brilliant qaşlar olan qızıl boyunbağı və 1 ədəd üzrəində brilliant qaşlar olan qızıl qolbağı, 200 manat dəyərində 1 cüt qızıl sırğa, 2000 manat dəyərində 1 ədəd dəst- 1 cüt üzərində brilliant qaşlar olan qızıl sırğa 1 ədəd üzərində brilliant qaşlar olan qızıl üzük, 1 ədəd 800 manat dəyərində üzərində brilliant qaşlar olan kişi üçün qızıl üzük brilliant, 1 ədəd 150 manat dəyərində qızıl üzük, çəkməcədən 1 ədəd dəst- 60 manat dəyərində 1 cüt gümüş sırğa, 1 ədəd gümüş üzük, 25 manat dəyərində 2 ədəd gümüş qolbağ, 1 ədəd dəst-100 manat dəyərində 1 cüt svarovski sırğa, 1 ədəd svarovski üzük, digər yataq otağından şkafda asılmış pencəyimin cibindən 300 (üç yüz) manat nağd pulun və yataq otağında olan çarpayının altından 1200(min iki yüz) nağd pulun oğurlandığını aşkar etmişdir. Hadisə baş verən gün evə dəqiq baxmadığını, sonradan isə çəkməcədən 1 ədəd dəst- 60 manat dəyərində 1 cüt gümüş sırğa, 1 ədəd gümüş üzük, 25 manat dəyərində 2 ədəd gümüş qolbağ, 1 ədəd dəst-100 manat dəyərində 1 cüt svarovski sırğa, 1 ədəd svarovski üzük oğurlandığını da aşkar etmişdir. Evdən 2000 (iki min manat) məbləğində nağd pul, 4835(dörd min yeddi yüz) manat dəyərində qızıl-zinət, gümüş və svarovski əşyaların oğurlanması nəticəsində ona cəmi 6835 (altı min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində yaxınlıqda yaşayan qohumunun ad günü şənliyinə getmək üçün ailə üzvləri ilə birlikdə yaşadığı evdən evin qapı və pəncərələrini, həyət darvazasının qapısını bağlayıb piyada həmin qohumugilə getmişlər. Orada təxminən 2-3 saat oturduqdan sonra evə qayıtmışlar. Qapını açıb içəri girmiş, divanda oturmuş, həmin vaxt evin qonaq otağının pəcərəsinin açıq olduğunu görmüşdür. Dərhal evdə olan dəyərli əşyalara baxdıqda naməlum şəxs və ya şəxslərin evin qonaq otağının plastik pəncərəsini hansısa alət və ya dəmirlə açaraq evə daxil olduqlarını, yataq otağında olan paltar dolabındakı pul qabından yoldaşına aldığı ümumi dəyəri 3750 manat təşkil edən 1 cüt qaşlı qızıl sırğa, 1 ədəd qaşlı qızıl klon, 1 ədəd qaşlı qızıl üzük və 1 ədəd qaşlı qızıl qolbağından ibarət komplektin və 250 manat dəyərində «Rəsul» sözü formasında 1 ədəd sadə qolbağının oğurlandığını aşkar etmişdir. Evin digər otaqlarını axtarıb başqa heç bir şey oğurlanmadığını müəyyən etmişdir. Ona görə də dərhal zəng vurub bu barədə DİN-nin 102 Xidməti-zəng mərkəzinə məlumat vermiş, bir qədər sonra polislər gəlmiş, müvafiq araşdırma aparmış, baş vermiş hadisə barədə ərizə yazıb şikayət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 4000 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 3 ildən artıqdır ki, tanıyır. Aralarında dostluq münasibətləri vardır. Aprel ayının sonlarında evdə anası ilə xırda mübahisələri olduğu üçün arvadı ilə evdən çıxıb Şamonun evində yaşamışlar. Həmin ərəfədə Şamo ona birlikdə oğurluq edərək qazanc əldə etməyi təklif etmişdir. Belə ki, maşını oluğu üçün maşın ilə oğurluq edəcəkləri məhlələrin arası ilə dolaşarkən ev sahibləri olmayan evi müyyən etdikdən sonra Şamo həmin evə daxil olmalı, o, isə Şamonu sığortalamaq üçün, yəni ev sahibi və ya başqa şəxs gələcəyi təqdirdə ona xəbər vemək məqsədi ilə məhlənin və ya küçənin baş tərəfində dayanmalı olmuşdur. Bu məqsədlə hazırda dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində məhlələrin arası ilə gəzərkən evlərdən birində heç kimin olmadığını görmüşlər. Əvvəlcədən razılaşdıqları kimi o, maşın ilə həmin evin yaxınığında dayanmış, Şamo evə daxil olmaq üçün maşından düşmüş, o, maşını sürüb bir qədər kənarda, küçənin baş tərəfində dayanmış və yola nəzarət etmişdir ki, ev sahibi və ya başqa şəxs gələrsə telefonla Şamoya məlumat versin. Şamo evin həyətinin hasarından keçərək həmin evin həyətinə düşmüş, evin pəncərəsinin dəmir barmaqlığını çıxarıb pəncərədən evə daxil olmuş, bir qədər sonra isə gəlib evdən qızılziynət əşyaları və pul oğurladığını demişdir. Birlikdə həmin qızıl-ziynət əşyalarını hazırda üvanını dəqiq xatırladığı qızıl alıqı-satqısı mağazasına satmışlar. Satılmış qızılların pulundan Şamo ona da vermişdir. Bundan başqa hazırda dəqiq xatırlamadığı tarixdə yenə də oğurluq etmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq massivində maşını ilə məhlələrin arası ilə dolaşarkən evlərdən birinin sahibinin ailəsi ilə birləkdə həyət darvazasını bağlayıb çıxdıqlarını görmüşlər. Onların evdən tam uzaqlaşmasını gözləyib həmin küçəni maşın ilə dolanmışlar. Ev sahibinin artıq getdiklərindən tam əmin olduqdan sonra o, Şamonu həmin küçədə düşürmüş, özü isə şübhə yaranmaması üçün və ev sahibi və ya başqa şəxsin gələcəyi təqdirdə Şamoya xəbər vermək məqsədi ilə maşını sürüb küçənin baş tərəfində saxlamışdır. Təxminən 20-25 dəqiqədən sonra Şamo gəlmiş, evdən qızıl-ziynət əşyaları oğurladığını demişdir. Birlikdə yaşadıqları evə getmişlər. xx.xx.2023-cü il tarixdə oğurladıqları qızıl- ziynət əşyalarını Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» adlı yerin yaxınlığında qızıl alıqı-satqısı mağazasına satmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Anatolyeviç bildirdi ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ona 2 ədəd 583 əyarlı qızıl qadın üzüyünü göstərib pul götürmək üçün girov qoymaq istədiyini demiş, qızıla baxıb onunla razılaşdıqdan sonra şəxsiyyətini təsdiq edən sənədinin surətini götürməklə qızılı 636 manat qiymətləndirmiş və Şamoya 600 manat pul vermişdir. Bu barədə girov bileti yazılaraq bir nüsxəsini Şamoya vermiş, bir nüsxəsini isə özündə saxlamışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs ayda 36 manat pul ödəməli, 2 ay ərzində ödəməyəcəyi təqdirdə isə həmin qzılar satışa çıxarılmalı olduğunu demişdir. Lakin Şamo aylıq pulu ödəmədiyi üçün həmin qızıllar artıq satışa çıxarılmışdır. Bu hadisədən təxminən 3 ay sonra 18 may 2023-cü il tarixdə işdə olarkən polislər mağazaya daxil olmuş, ona oğurluq yolu ilə əldə olunan qızıl-ziynət əşyalarını aldığını demişlər, maraqlanıb polislərə həmin qızılları girov bileti əsasında aldığını və girov biletinin surətini çıxarıb polislərə təqdim etmiş, həmin biletdə olan şəxsin, Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs girov qoyduğu qızıl-ziynət əşyalarının oğurluq yolla əldə olunmasından məlumatı olmadığını, çünki, Təqsirləndirilən şəxs qızılları təhvil verərəkən özünə məxsus olduğunu və şəxsiyyətini təsdiq edən sənədinin surətini təqdim etdiyini, qızılları təqdim edərəkən tək olduğunu bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən şəxsiyyətini təqdim etdikdən sonra adı ona məlum olan Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ona müxtəlif növ qızıl-ziynət əşyalarını göstərib satmaq istədiyini demiş, həmin qızıllara baxıb yoxlayıb çəkisini müəyyən etdikdən sonra ona 2860 manat verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi alıb alqı-satqı qəbzi yazmış, həmin qəbzdə Şamonun ad familyasını, qızılın qramını, satıldığı tarixi, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin nömrəsini və qızılın alış qiymətini qeyd edib imzalatdıqdan sonra ona 2860 manat vermişdir. Qızılı ona təqdim edən Təqsirləndirilən şəxs qızılların özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadığını, cavabdeh olduğunu demişdir. Bundan təxminən 10 gün sonra o, yenə də mağazaya gəlib 2 ədəd qolbağı göstərib onları da satmaq istədiyini demiş, qolbağılara baxıb qızıl olmadığını müəyyən etdikdən sonra almamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təkrar mağazaya gəlib 1 cüt qızıl sırğa, 1 ədəd sadə qaşlı üzük və 2 ədəd qızıl qolbağını verib satmaq istədiyini demiş, qızılları yoxladıqdan sonra Təqsirləndirilən şəxs 1170 manat pul vermişdir. Bunula bağlı yenə də eyni qaydada qəbz yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs mağazaya gəlməmiş, mənə heç bir qızıl və sair satmamışdır. xx.xx.2023-cü il tarixdə mağazaya polislər gələrək oğuruluq yolla əldə olunmuş qızılziynət əşyaları aldığını demişlər. Aldığı qızıl-ziynət əşyalarını yazdığı qəbzin surətlərini çıxarıb polislərə təqdim etmişdir. Qızılları isə aldıqdan təxminən 1-2 gün sonra tanımadığı zərgərlərə lom şəklində satmışdır. Təqsirləndirilən şəxs qızıl-ziynət əşyalarını satarkən özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadığını, cavabdeh olduğunu bildirdiyi üçün onların oğurluq olmasından məlumatı olmamış, onu tanımamış, əvvəllər də görməmişdir. O, qızıl-ziynət əşyalarını satarkən yanında başqa bir şəxs də olmuş, həmin şəxs kənarda dayanmış, qızılların alqı-satqısı ilə əlaqədar həmin şəxs onunla heç bir razılaşma və ya danışığa getməmiş, onun kim olması barədə heç bir məlumatı olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən şəxsiyyətini ona təqdim etdikdən sonra adı ona məlum olan Təqsirləndirilən şəxs mağazaya daxil olaraq ona müxtəlif növ qızıl-ziynət əşyalarını lom kimi satmaq istədiyini demiş, həmin qızıllara baxıb yoxlayıb çəkisini müəyyən etdikdən sonra ona 1620 manat verə biləcəyini demiş, Şamo fikirləşib razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi alıb alqı-satqı qəbzi yazmış, həmin qəbzdə Şamonun ad familyasını, qızılın qramını, satıldığı tarixi, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin nömrəsin və alış qiymətini qeyd edib imzalatdıqdan sonra ona 1620 manat vermişdir. Qızılı ona təqdim edən Təqsirləndirilən şəxs qızılların özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadığını, cavabdeh olduğunu demişdir. Bundan təxminən ay yarım sonra, yəni xx.xx.2023-cü il tarixdə mağazaya polislər gəlmiş, oğurluq yolla əldə olunmuş qızıl-ziynət əşyaları aldığını demişlər, aldığı qızıl ziynət əşyalarını yazdığı qəbzin surətini çıxarıb polislərə təqdim etmişdir. Qızılları isə aldıqdan təxminən 2-3 gün sonra tanımadığı zərgərlərə lom şəklində satmışdır. Təqsirləndirilən şəxs ona satdığı qızıl-ziynət əşyalarının oğurluq yolla əldə olunmasından məlumatı olmadığını, çünki, qızılları alarkən Təqsirləndirilən şəxs qızılların ona məxsus olduğunu, özü satdığını, qeyri- qanuni olmadğmı, cavabdeh olduğunu demiş, onu əvvəllər tanımadığını, görmədiyini, qızılları ona satarkən yanında başqa bir şəxs də olmuş, lakin həmin şəxs kənarda dayanmış, qızılların alqı-satqısı ilə əlaqədar həmin şəxs onunla heç bir razılaşma və ya söhbət etməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılaraq 06 ilə endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə, saat 11:15-də Bakı şəhəri Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 31 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş, ona görə də ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş, ona görə də ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 iki azyaşlı uşağı var. İş materiallarında olan 31 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı ünvan 1-də yerləşən nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saata görə 108 manat, ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar