Məhkəmə qərarları › İş №1(003)-345/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-345/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-345/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Köçəriyeviçin, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, 13 iyul 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Ucar rayonu, Şahlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Şahlıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Mayak bağlarında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi Mayak bağlarında yerləşən Zərərçəkmiş şəxs Köçəriyeviçə məxsus bağ evinin həyətində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən balta və bıçaqla Zərərçəkmiş şəxs baş, sinə və qarın nahiyyəsindən qəsdən vurub ona təpə nahiyəsinin hematoması, döş qəfəsinin sol yarısının plevra boşluğuna (döş boşluğuna) nüfuz etməyən bir ədəd, qarnın ön divarının qarın boşluğunda (daxilə) nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Mayak bağlarında tək yaşayır. Zərərçəkmiş şəxs Köçəriyevi o, bir neçə ildir ki tanıyır. Belə ki, İldus onunla qonşuluqda yaşayır. 08.02.2021-ci il tarixdə səhər saat 08 radələrində evdə olduğu zaman İldus yaşadığı evə gələrək onu həyətə çağırmışdır. O, İldusun yanına getdikdə İldus ona telefonunu itirdiyini və ona zəng etməyini demişdir. O, İldusa zəng etdikdə İldusun üzərindən telefon səsi gəlmiş və İldus ondan xərclik üçün pul istəmişdir. O, İldusa pulunun olmadığını bildirmiş və bundan sonra İldus çıxıb getmişdir. Bir neçə saat sonra polis əməkdaşları yaşadığı evə gələrək onun İldusa xəsarət yetirdiyini bildirmişlər. Təxminən 3 il bundan əvvəl İldus ona dostunun Şüvalan qəsəbəsində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini onun satmağını xahiş etmişdir. O, həmin torpaq sahəsini satdıqdan sonra o, İldusa 1000 manat pul verməli olmuşdur. Lakin, o, İldusa bildirmişdir ki, özünə məxsus olan torpaq sahəsini satdıqdan sonra ona 1000 manat pul verəcək. Zərərçəkmiş şəxs yalan danışır, o, İldusu əli ilə vuraraq ona xəsarət yetirmişdir, lakin onu vuran zaman əlində balta və ya bıçaq olmamışdır. Həmin bıçaq ona məxsus olmamışdır. Balta isə ona məxsusdur. Belə ki, hadisədən 3-4 gün qabaq İldus həyətində ağac doğramaq üçün ondan həmin baltanı almışdır. Bu səbəbdən balta İldusda qalmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Köçəriyeviç ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Mayak bağlarında yerləşən evində tək yaşayır. Təqsirləndirilən şəxs o, təxminən 7 ildir ki, tanıyır. Belə ki, Əlvan onunla qonşuluqda yaşamışdır. Bildirmişdir ki, təxminən 3 il bundan əvvəl onun dostunun Şüvalan qəsəbəsində torpaq sahəsi olmuş və dostu ona həmin torpaq sahəsini satmağı tapşırmışdır. O, yaşlı olduğu üçün həmin torpaq sahəsini satmağı Əlvana tapşırmış və həmin alqı-satqıdan Əlvan ona 3500 manat pul borclu qalmışdır. Lakin, Əlvan ona olan borcunu qaytarmamışdır. 07.02.2021-ci il tarixdə o, Əlvanı küçədə görmüş və ona olan borcunu istədikdə Əlvan ona sabahsı gün yəni, 08.02.2021-ci il tarixdə borcunu verəcəyini bildirmişdir. Sabahsı gün, yəni 08.02.2021-ci il tarixdə o həyətdə iş gördüyü zaman, təxminən saat 08 radələrində Əlvan onun mobil nömrəsinə zəng vurmuş və onlara gəldiyini, qapını açmağını bildirmişdir. O, həyətin qapısını açmış və Əlvana içəri keçməyini bildirərək geri qayıdarkən birdən başının arxa hissəsindən küt alətlə iki dəfə zərbə dəymişdir. O, fırlanıb baxanda görmüşdür ki, Əlvan əlində balta ilə dayanmışdır. Əlvan onu söyərək ona olan borcunu qaytarmayacağını bildirmiş və əlindəki baltanın arxası ilə alın nahiyyəsindən də bir zərbə vurmuşdur. O, müvazinətini itirmiş və həmin vaxt Əlvan əlində olan bıçaqla iki dəfə qarın nahiyyəsinə və bir dəfə sinəsinə vurmuşdur. Bundan sonra o huşunu itirmiş və yerə yıxılmışdır. O, ayıldıqda isə artıq saat 10 radələri olmuşdur. O, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Hadisə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Mayak bağlarında yaşadığı evin həyətində baş vermişdir. Hadisə vaxtı o, təpə, döş və qarın nahiyələrindən xəsarət almış və həmin xəsarətləri ona Əlvan balta və bıçaqla yetirmişdir. Hadisə zamanı orada o və Əlvan olmuşdur. Başqa heç kim olmamışdır. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs yalan danışmış, Təqsirləndirilən şəxs onun həyətində əlindəki balta və bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Həmin balta və bıçaq isə hadisə günü polis əməkdaşları evinə gələn zaman protokollaşdıraraq ondan götürmüşlər. Zərərçəkmiş şəxs Köçəriyeviç ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 01.03.2021-ci il tarixli, 142 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində təpə nahiyəsinin hematoması, döş qəfəsinin sol yarısının plevra boşluğuna (döş boşluğuna) nüfuz etməyən 1 ədəd, qarnın ön divarının qarın boşluğunda (daxilə) nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin hematoması küt əşya təsirindən; döş qəfəsinin sol yarısının və qarnın ön divarının deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alət ola bilsin bıçaq təsirindən onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 08.02.2021-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silahların tədqiqi” ekspertizasının 03 iyun 2021-ci il tarixli, 3/865 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tiyəsi əyilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd balta zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs Köçəriyeviç ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Köçəriyeviç tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Əlvan tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Ucra rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd bıçaq və 01 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd bıçaq və 01 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, ümumilikdə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar