Məhkəmə qərarları › İş №1(003)-345/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-345/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-345/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Büosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babər rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiylə tanışı Şahid2 qohumları Şahid1 və Zərərçəkmiş şəxs1 16000 manat müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyi vədini verərək xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Şamaxinka ərazisində yerləşən 43 saylı notariat kontorunda ilkin olaraq Şahid2 notarial qaydada xx.xx.2021-ci il tarixədək müddət ərzində iş alınmadığı təqdirdə qaytarma şərti ilə 10000 manat pul, xx.xx.2021-ci il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 qalan 6000 manat pulu vahid niyyətlə alıb vədinə əməl etməyərək zərərçəkmişə ümumilikdə 16000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiylə Zərərçəkmiş şəxs2 “British Petroleum Azərbaycan” şirkətinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi dəniz kənarı ərazidə açacağı iş yerində on nəfər fəhlənin üzərində nəzarətçi vəzifsinə işə düzəldəcəyi adı ilə aldadıb xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 2500 (iki min beş yüz ) manat məbləğdə nağd pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib verdiyi vədlərinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiylə X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yəni SOCAR-a məxsus Bakı şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin mühafizə xidmətinin rəisi vəzifsinə işə, düzəldəcəyi vədini verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında 2000 manat pulunu, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, X11 Massivində isə qalan 2000 manat pulunu vahid niyyətlə ələ keçirib vədlərinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs2 Əhsən adlı tanışı vasitəsi ilə tanımışdır. O, özünü mötəbər bir şəxsin yaxın qohumu kimi təqdim etmiş Kamran adlı şəxslə tanış olmuşdur. Kamran ona bildiririmiş ki, dayısı böyük bir şirkətin sahibidir və dayısına görə sözü hər yerdə keçir. Əgər “Socar” və ya “BP” şirkətində mühafizəçi və ya fəhlə kimi işlmək istəyən olanda həmin şəxsə desə həmin şəxs üç-dörd min manat pul müabilində həmin şirkətlərdə işə düzəldə bilər. Həmçinin Kamran ona bildirdimiş ki iş üçün hər müraciət etdiyi şəxsdən aldığı puldan 200 manatını ona verəcək. Bundan sonra o, söhbət əsnasında tanıdığı şəxlərə bu cür iş yerləri olması barədə məlumat verirmiş. Elə bu mövzuda söhbətlər zamanı o, tanışı Əhsənədə “BP” şirkəti tərəfindən Qaradağ rayonun Səngəçal qəsəbəsində dəniz kənarı ərazidə yeni yaradacaq iş yerində fəhlə kimi işçi lazım olacağını demişdir. Əhsəndə ona özünün də işə ehtiyacı olduğunu həmçinin əsgər yoldaşının qaynı olan Piribəy adlı şəxsində bu işdə işləmək istəyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra dəqiq tarix xatırlmasada Piribəy adlı şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək nömrəni Əhsndən aldığını və o, deyən işdə işləmək istədiyni bildirib işin nə olacağını soruşmuşdur. O, da Piribəyə telefonda bildirmişdir ki, “BP” şirkəti tərəfindən Səngəçal qəsəbəsi ərazisində dəniz kənarında iş yeri açılacaq və orada aylıq 600 manat pul müqabilində fəhlə kimi işçilər lazım olacaq. Piribəy ondan həmin işə düzəlmək üçün nə lazım olduğunu soruşduqda o, Piribəyə bildirmiş ki, Kamran tanışı var həmin şəxsin vasitəsi ilə 3000 manat pul müqabilində bu işi düzəldə bilər. Piribəy ona o qədər pulunun olmadığını bildirdikdə o, Piribəyə demiş ki onda 1000 manat verər yerdə qalan 2000 manatı isə işə çıxandan sonra aldığı maaşla verər. Piribəydə onunla razılaşmışdır. Həmçinn o, Piribəyə bildirmişdir ki, puldan əlavə ailə tərkibi və yaşayış yerindən arayışlar almasını, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin notarial qaydada təqsdiq olunmuş surətləridə işinin düzəlməsi üçün lazım olacaqmış. Bundan bir müddət sonra o, Piribəyə zəng edərək niyə gəlmədiyi barədə soruşduqda Piribəy ona hazırda 1000 manat pul tapa bilmədiyini, lakin bankdan kredit götürmək üçün müraciət etdiyinə görə həmin kreditin verilməsini gözlədiyini bildirmişdir. Bundan təxminən bir həftə sonra o, Piribəylə telefon vasitəsi ilə əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində Piribəy və yanında olan bir nəfər sonradan adının Natiq olduğunu öyrəndiyi qohumu ilə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metro stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında görüşmüşdür. Orada Piribəy qohumu Natiqin yanında Səngəçal qəsəbəsində BP şirkəti tərəfindən yaradılacaq iş yerində fəhlə kimi işə düzəltməyi müqabilində ona sayıb 1000 manat nağd pul və hazırlamasını bildirdiyi sənədləri vermişdir. Oda pulu aldıqdan sonra Piribəyə bildirmişdir ki narahat olmasın 5-10 gün ərzində şirkətdən zəng edilib forma ilə bağlı çağrıb bədən ölçüləri götürəcəklərmiş. Bundan sonra o Piribəylə razılaşıb ayrılmışlar. O, elə həmin gündə Piribəydən aldığı 1000 manat pulu aparıb 28 May metro stansiyasının yaxınlığında Kamran adlı tanışına vermişdir ki Piribəyin işin həll etsin. Kamranda ondan pulu alıb orada bir ofisə getmiş ki guya pulu ora verir. Ona da demişdiki yerdə qalan 2000 manat pulu alan zaman ona 200 manat pul verəcəkmiş. Bundan təxminən bir ay keçdikdən sonra Piribəy ona zəng edərək işlə bağlı heç kimin zəng etmədiyini və çağırmadıqlarını bildirmişdir. Bundan sora o, Kamrana zəng edərək Piribəyi çağırmamaqlarının səbəbin soruşduqda Kamran ona demişdir ki, bəs işdə problemlər var həll olunacaq narahat olmasın. Lakin xeyli vaxt keçəsədə Kamranın dediyi işlər alınmamış və o, başa düşmüşdür ki, Kamran onu aldatmışdır. Bundan bir müddət keçsədə o, Piribəyi, həmçinin Əhsənidə işə çağırmamışlar. Bundan sonra Əhsən ondan Nəsimi RPİ- nin 19-cu PŞ-nə şikayət etmişdir. O, məcbur qalıb Əhsənin 1000 manat pulunu cibindən ödəmişdir. Bundan başqa bildirmişdir ki, 2021-ci ilin may aynın əvəllərində, tanışı Şahid2 ona demişdir ki qohumları Şahid1 və Zərərçəkmiş şəxs1 “Socar” şirkətinə işə düzəltmək istəyirmiş. O, da İzafiyə demiş ki, düzəltmək olarmış. Bir müddət sonra o, İzafi ilə əlaqə saxlayıb demiş ki “Socar” şirkətinə işə düzəltmək alınmasa Gömrük komitəsinə düzəldəcəyəm. İzafigil də onunla razılaşmışlar. Bir neçə gün sonra o, İzafiyə zəng vuraraq demiş ki, “Socar” şirkətinə işə düzəltmək alınmır. Daha sonra o, İzafigillə may ayınnın sonlarında 20 yanvar metrosunun alatava çıxışında görüşmüşdür. O, Şahid1 və Zərərçəkmiş şəxs1 DGK-nə işə düzəltmək üçün 20000 manat pul lazım olduğunu lakin tanışlığıqlarının xətrinə 16000 manat pul alacağını bildirmişdir. Həmin şəxslər onunla razılaşmışlar. O, İzahiyə təklif etmişdir ki, pulu ona notarial qaydada borc müqaviləşi şəklində versin ki həmin pulu qaytarmadığında ona cinayət məsuliyyəti yaranmasın və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Şamaxinkada yerləşən 43 saylı notariat kontorunda İzafi onunla görüşüb ona notarial qaydada 10000 manat pul vermişdir ki qohumları Şahid1 və Zərərçəkmiş şəxs1 DGK-nə işə düzəltsin. O, İzafidən 10000 manat pulu notarial qaydada almış və qalan 6000 manatı nə vaxt verəklərini İzafidən soruşmışdır. İzafi isə cavabında biraz müddət istəmişdir ki o vaxta kimi də iş məsələsi alınar və verərlər. Bu söhbətdən bir neçə vaxt keçmiş və onlar bir neçə dəfə müxtəlif yerlərdə görüşmüşlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs1 ilə Yasamal rayonu 20 yanvar metrosunun yanında görüşmüşdür və ondan qalan 6000 manatı almışdır. Həmin vaxt o, Mübarizdən 600 manat da borca pul istəmişdir ki 1 həftəyə qaytaracaq. Mübariz onunla razılaşmış və ona ümumilikdə 6600 manat pul vermiş və o, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan qaçmağa başlamışdır. Həmin vaxt ərzində o, Mübarizə 5500 manat pul qaytarmışdır. Bundan başqa bildirmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində ortaq tanışı olan Şahin vasitəsi ilə o, Həsən Həsənovla tanış olmuşdur. Həmin tanışlıq zamanı Həsən ona bildirmişdir ki o əvvəllər hərbiçi olub mayor rütbəsinə kimi xidmət etmiş və təqaüdə çıxmışdır. Daha sonra isə özəl şirktlərin birində mühafizə xidmətinin rəisi işləmişdir. Hardasa iki ilə yaxındır ki işsizdir yenə də mühafizə ilə bağlı bir iş axtarırmış. O, da Həsənə bildirmişdir ki, “Socar” şirkətində ümumi təhlükəsizliyin rəisi onun qohumudur həmin qohumu vasitəsi ilə “Socara” məxsus 03 ədəd X6 təhlükəsizlik xidmətinə nəzarət edən şəxs kimi işə düzəldə bilərmış. Həsən ondan həmin işə düzəlmək üçün nə tələb olunduğunu və nə qədər əmək haqqı alacağın soruşduqda o, demişdir ki, işin düzəlməsi üçün sağlamlıq barədə və yaşayış yerindən arayışlar, 3x4 ölçüdə şəkillər, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətləri və 4000 manat pul lazımmış. Bunları verib işə düzəldikdən sonra isə ayda 1500 manat əmək haqqı alacaqmış. Həsəndə ona bildirmişdir ki, hazırda 4000 manat pulu yoxdur. Bu zaman o, demişdir ki, onda Həsəni həmin işin Abşeron rayonunda yerləşən şöbəsinə yəni orada olan Socar YDM-nin mühafizəsinə rəis kimi 2000 manat pul müqabilində işə düzəldə bilərmış. Həsəndə onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Həsən onunla tanışı Şahinin yanında ünvan 5 ünvanın yaxınlığında görüşmüş dediyi işə düzəlməsi müqabilində ona 2000 manat pul vermişdir. O, pulu alaraq Həsənə iki gün içərisində onun işlərinin həll edilib işə düzəlməsi əmrini çıxartdıracağını bildirmişdir. O, Həsənin sənədlərini və pulu aparıb Kamran adlı tanışına vermişdir. Bir neçə gün sonra Kamran ona zəng edərək Həsənin sənədlərinə baxdiqda Həsənin hərbidə işləməsini mayor rütbəsində olmasını nəzərə alaraq verdiyi qədər yəni 2000 manatda versə Həsəni daha yaxşı işlə təmin edə biləcəyini bildirmişdir. O, da bununla bağlı Həsənə zəng edib Bakı şəhəri üzər “Socar” YDM-də mühafizə xidmətini rəisi kimi işə düzəltmək imkanının olduğunu bu iş üçün əlavə 2000 manat pul lazım olduğunu demişdir. Həsəndə onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində o, Həsən və onun qaynı Cəfərov Əkbərlə görüşmüşdür. Orada Həsən ona Bakı şəhəri üzrə “Socar” YDM-də mühafizə xidmətində rəis kimi işə düzəltməyi müqabilində əlavə olaraq 1200 ABŞ dolları yəni 2000 manat pul vermişdir. O, Həsəndən pulu aldıqdan sonra bildirmişdir ki narahat olmasın bir iki gün içərisində şirkətdən çağırıb işə başlası üçün əmrini verəcəklərmış. Bundan sonra o, həmin 2000 manat puluda aprım Kamran adlı tanışına vermişdir. Kamran həmin pulun üzərindən 200 manat çıxardıb ona vermişdir ki işin dalınca gedib gələn zaman xərc çəkirmiş. Bir neçə gün sonra Həsən ona zəng edərək onu heç bir yerə zəng edib çağırmadıqlarını bildirmişdir. Oda Kamranla danışıb yenidən Həsənə bildirmişdir ki narahat olmasın işdə problemlər olub yaxın günlərdə işi düzələcəkmiş. Bir müddət sonra isə o, Həsənin vəfat etdiyini öyrənmişdir. Son zamanlar isə Həsənin arvadı ilə əlaqə saxlayıb onlara pullarını qaytaracağını onunda aldadıldığını bildirimişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 9000 manat ödədiyini, qalan 7600 manat ziyanın ödənilməsi ilə bağlı aralarında razılıq əldə etdiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə şikayətinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 2021-ci ilin may ayının əvəllərində, yeznəsi Şahid1 ilə birlikdə əmisi oğlu Şahid2 ilə telefon vasitəsi ilə əlaqə saxlayıb ikisinin də dövlət işinə düzəlmək istədiklərini deyə bildirmişlər. İzafi onlara Seymur adlı dostunun olduğunu, bunu Seymura bildirəcəyini demişdir. Bir neçə gün sonra özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən səxs onlara telefon vasitəsi ilə əlaqə saxlayaraq yeznəsi ilə onu "Socar" şirkətinə alınmayacağı təqdirdə isə Baş Gömrük İdarəsinə işə düzəldə biləcəyini bildirmişdir. Onlar Seymurla razılaşmışlar. Sonralar İzafi ilə əlaqə saxlayaraq şirkətə işə düzəlməyin alınmayacağını bildirmişdir. İlk dəfə Seymurla may ayının sonlarında 20 Yanvar ərazisində görüşmüşlər. Seymur onların ikisinində BGİ-nə düzəlmək üçün ümumilikdə 20000 manat, endirimlə birikdə ümumi 16000 manat pul alacağını bildirmişdir. Onunla razılaşmışlar 2021-ci ilin may ayında onunla notariusda görüşərək İzafıl Seymura onun Bakı Baş Gömrük İdarəsinə işə düzəltmək məqsədilə nötarial qaydada 10000 manat pul vermişdir. Seymurla bir çox görüşləri olmuşdur. Sonuncu dəfə iyun ayında Seymurla Yasamal rayonu, 20 Yanvar ərazisində görüşərək 6600 manat pul vermişdir. Belə ki BBGİ-nə işə düzəlmək üçün qalan 6000 manatı vermişdir. Lakin verdiyi 600 manatı O, ondan borc kimi istəyərək 1 həftə ərzində qaytaracağını bildirmişdir. Qeyd etmək istəyirmiş ki həmin vaxtdan sonra Seymur, müxtəlif bəhanələr gətirərək pulu verməməyə pulu verməkdən boyun qaçırmağa başlamışdır. İşin almmadığı müddətdə hissə-hissə 5000 manat pul qaytarmışdır. Bildirmək istəyirmiş ki aldadılmaqları nəticəsində ona dəyən ümumi ziyan 11600 manatdır.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 9000 manat ödənilmiş, qalan 7600 manat maddi ziyanın ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuş, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Hafiz oğlu bildirdi ki, onun yeznəsi Şahid4 ona zəng edərək əsgər yoldaşı Əhsənin Seymur adlı bir tanışı olduğunu və sonuncunun onu BP şirkətində nəzarətçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Seymurun ***-***-**-** mobil nömrəsini alaraq əlaqə saxlayıb iş barədə məlumat almışdır. Həmin vaxt Seymur ona bildirmişdir ki BP şirkəti tərəfindən Sanqaçal qəsəbəsi tərəfdə dəniz kənarında açılacaq yeni iş yerində on nəfər şəxsin üzərində nəzarətçi vəzifəsi təsis ediləcək və onu həmin vəzifəyə işə düzələ bilərmiş. O, Seymurdan qeyd etdiyi işin düzəlməsi üçün nə tələb olunduğunu soruşduqda Seymur ona demişdir ki, ailə tərkibi və sağlamlıq barədə arayışlar, şəxsiyyət vəsiqəsinin və hərbi biletin notarial qaydada təsdiq olunmuş surətləri və 3000 manat pul lazım olacaq. O, Seymurdan həmin işdə nə qədər əmək haqqı alacağını soruşduqda sonuncu bildirmişdir ki, ayda 1500 manat maaş verəcəklərmiş. O, da Seymurla razılaşaraq bir həfətə ərzində dediyi sənədləri toplamış və “Kapital Bankın” Hacıqabul filialından 3000 manat kredit götürmüşdür. Bundan sonra o, Seymurla əlaqə saxlayıb dediyi sənədləri hazır etdiyini lakin pulun 3000 manat yox 2500 manat olduğunu bildirmişdir. Seymur pulun məbləğinin 2500 manat olmasına etiraz etdikdə o, Seymura bildirmişdir ki ilk maaşı alan zaman 500 manatıda ödəyəcək və bununlada Seymurda onunla razılaşmışdır. O, 2021-ci ilin may ayının axırlarında Seymurla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında görüşüb Seymurun ona dediyi iş üçün topladığı sənədləri Seymura vermişdir. Seymur sənədləri ondan aldıqdan sonra bildirmişdir ki yaxın qohumu BP şirkətində işləyir onun sənədlərini aparıb göstərəcəkmiş. Bir neçə gün sonra Seymur onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq sənədlərinin qydasında olduğunu işə düzəlməyi üçün pulu götürüb gəlməyini bildirmişdir. Oda Seymura hazırda pulu olmadığını, lakin kredit üçün banlka müraciət etdiyini yaxınlarda bankdan pul götürəcəyini bildirmişdir. Bir müddət sonra o, bankdan pul götürüb Seymurla telefon vasitəsi ilə əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında görüşmüşdür. Həmin vaxt yanlarında onun əmisi oğlu Şahid3 var imiş. Orada o, Təqsirləndirilən şəxs onu BP şirkətində on nəfər fəhlənin üzərində nəzarətçi kimi işə düzəltməsi müqabilində müxtəlif əskinaslarla sayıb 2500 manat pul vermişdir. Seymur pulu aldıqdan sonra ona narahat olmamağını işini artıq danışdığını 5-10 gün içərisində şirkətdən iş forması ilə bağlı onunla əlaqə saxlaycaqlarını və onu dəvət edib bədən ölçülərini götrəcəklərini bildirmişdir. Bundan sonra o, Seymurdan ayrılıb dediyi vaxtı gözləməyə başlamışdır. Lakin Seymurun dediyi vaxt gəlib çatsada işlə bağlı heç kim onunla əlaqə saxlamamışdır. Bu səbəbdən o, Seymurla əlaqə saxlayan zaman sonuncu ona xx.xx.2021-ci il tarixə kimi gözləməyini, işinin alınmayacağı təqdirə hüquq mühafizə orqanlarına şikayət etməyini bildirmişdir. Oda həmin tarixi gözləmiş, Seymurun dediyi işdən xəbər çıxmadığını gördükdən sonra başa düşmüşdür ki həmin şəxs onu aldadaraq işə düzəldəcəyi barədə yalan vəd verib 2500 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, Seymurla dəfələrlə ləaqə saxlayıb pulunu tələb etsədə Seymur hər dəfəsəində müxtəlif bəhanələr gətirərək onun pulunu ödəməkdən yayımışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 1988-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Onların birgə nigahdan bir qız övladı varmış. Əri Həsən əvvəllər hərbiçi olsada təqaüdə çıxdıqdan sonrar özəl şirkətlərin birində mühafizə xidmətinin rəisi vəzifəsində işləmişdir. Təxminən iki ilə yaxın imiş ki işsizmiş. Mahiyyəti üzrə bildirmişdir ki, əri Həsən 2021-ci ilin noyabr ayının əvvəllərində ortaq tanışları vasitsəi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Seymur özünü əri Həsənə “Socar” şirkətində ümumi təhlükəsizliyin rəisi işləyən şəxsin qohumu kimi təqdim edərək ərinə “Socara” məxsus 03 ədəd X3 təhlükəsizlik xidmətinə nəzarət edən şəxs kimi işə düzəldə biləcəyini bildirmişdir. Həsən Seymurdan işə düzəlmək üçün nə tələb olunduğunu və nə qədər əmək haqqı alacağını soruşduqda Seymur bildirmişdir ki, işin düzəlməsi üçün sağlamlıq barədə və yaşayış yerindən arayışlar, 3x4 ölçüdə şəkillər, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətləri və 4000 manat pul lazımmış. Bunları verib işə düzəldikdən sonra isə ayda 1500 manat əmək haqqı alacağını bildirmişdir. X12 bildirmişdir ki onda hazırda 4000 manat yoxmuş. Bu zaman Seymur bildirmişdir ki, onda dediyi işin Abşeron rayonunda yerləşən şöbəsinə 2000 manat pul müqabilində işə düzəldə bilərmiş. Həsəndə Seymurla razılaşaraq 20,11.2021-ci il tarixdə Seymurla ünvan 5 ünvanın yaxınlığında görüşmüş Seymura işə düzəlməsi müqabilində 2000 manat vermişdir. Seymurda Həsəndən pulu alaraq iki gün içərisində işlərin həll edib işə düzəlməsi əmrini çıxartdıracağını bildirmişdir. Bundan bir neçə gün keçdikdən sonra Seymur yenidən əri ilə əlaqə saxlayaraq daha yaxşı bir iş yəni Bakı şəhəri üzrə “Socar” YDM-də mühafizə xidmətini rəisi kimi işə düzəltmək imkanının olduğunu bu iş üçün əlavə 4000 manat pul lazım olduğunu demişdir. Həsən isə Seymurla razılaşmayaraq əlavə olaraq anacaq 2000 manat verməyə imkanının olduğunu bildirmişdir. Bundan sonra Seymur Həsənlə razılaşıb xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində qardaşı X7 yanında görüşərək Seymura Həsəni Bakı şəhəri üzrə “Socar” YDM-də mühafizə xidmətində rəis kimi işə düzəltməsi üçün əlavə 2000 manat pul vermişdir. Bununlada Seymur ərini işə düzəltmək üçün onlardan ümumilikdə 4000 manat pul almışdır. Seymur ərindən pulu aldıqdan sonra bildirmişdir ki narahat olma bir iki gün içərisində Həsəni şirkətdən çağırb işə başlamaq üçün əmrini verəcəklər. Bundan sonra əri Seymurun dediyi kimi verdiyi vaxtı gözləsədə heç kimin zəng etmədiyini görüb Seymurun onları aldatdığını başa düşərək zəng edib pulunu geri tələb etməyə başlamışdır. Lakin Seymur hər dəfəsində müxtəlif bəhanlər gətirərək işin yubandığını lakin həll olunacağını bildirirmiş. Bu səpgidə əri ilə Seymur arasında çoxsaylı danışıqlar olurmuş. Əri hər dəfəsində Seymura işlə bağlı verdiyi vədə əməl etmədiyi üçün 4000 manat pulunu geri qayatarmasını bildirirmiş. Seymur isə müxtəlif bəhanələrlə pulu qaytarmırmış. Həmin ərəflərdə yəni xx.xx.2021-ci il tarixdə əri Həsən Hsənov ürək xəstəliyindən anidən vəfat etmişdir. Bundan sonra o, özü Seymurla danışıb pullarını istəsədə Seymur hər dəfəsində ona müxtəlif vədlər verib pulunu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əlağa oğlu bildirdi ki, o, 2021-ci ilin fevral ayında qohumu Şahid1 ona zəng edərək özü və qayını Mübarizin Bakı şəhərində işə düzəlmək istədiyini bildirmiş və bu məqsədlə ondan kömək istəmişdir. O da özünün kömək edə bilməyəcəyini, lakin Bakı Dövlət Universitetində işlədiyi vaxt tanıdığı və hazırda Dövlət Gömrük Komitəsində işlədiyini bildiyi tanışı Təqsirləndirilən şəxs kömək edə biləyəcini demişdir. İlqar və Mübariz ondan Seymura həmin şəxsləri işlə təmin edib-edə bilməyəcəyini soruşmağını istəmişlər. O, da Seymura zəng edərək həmin təklifi etdikdə, Seymur ona müsbət cavab vermiş və İlqar ilə Mübarizi ‘SOCAR ASC-də işə təyin etdirə biləcəyini bildirmişdir. Bunun üçün Seymur ümumilikdə 20 min manat pul tələb etmiş və həmin məbləği həmin müəssisədə işləyən yüksək vəzifəli şəxsə verəcəyini bildirmişdir. O, Seymurun ona dediyi məbləği İlqar və Mübarizə bildirmişdir, qarşı tərəf deyilən məbləği ödəməyə razı olmuşdur. 19 fevral 2021-ci ildə Mübariz yol taksisi ilə 10 min manat pulu ona göndərmiş və o, həmin məbləği 22 fevral 2021-ci il tarixdə Notarial qaydada Seymura vermişdir. Bundan bir neçə gün sonra İlqar və qaynatası onunla görüşərək əlavə 10 min manat da İlqarın işə qəbul edilməsi üçün ona vermiş, lakin o, Seymurdan ehtiyat etdiyi üçün həmin məbləği özündə saxlamışdır. Təxminən 2021-ci ilin may-iyun aylarında İlqar və Mübariz ona zəng edərək işə qəbul məsələsinin həll olunmadığını, ona verdikləri pulu Seymurdan geri almağını istəmişlər. O, növbəti günlərin birində Seymur, İlqar və Mübarizin iştirakı olan görüş təşkil etmişdir. Həmin görüşdə Seymur ilkin olaraq İlqar və Mübarizin SOCAR-da işə qəbul edildiyini və 1200 manat əməkhaqqı təyin olunduğunu bildirsə də, təkrar görüş zamanı Seymur həmin məsələnin həllinin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, İlqar və Mübarizdən aldığı 10 min manatı geri vermiş və Seymura verdiyi digər 10 min manatı isə geri verməsini tələb etmişdir. Bu zaman Seymur cavab olaraq vəsaitin həmin şəxsdə olduğunu, istənilən vaxt verə biləcəyini deyərək İlqar və Mübarizə növbəti təklifini etmişdir. Seymur bildirmişdir ki, özü hazırda DGX-də yüksək əməkhaqqı ilə işləyir və İlqar ilə Mübarizi həmin qurumda işə qəbul etdirilməsinə göstərə bilərmiş. Seymurun təklifinə müsbət yanaşan İlqar və Mübariz yaxın günlərdə Seymurla təkrar görüşəcəyini və bu barədə təkrar müzakirə edəcəklərini bildirmişlər. Qeyd olunan görüşdən sonra onda olan məlumata görə Təqsirləndirilən şəxs onun qohumu İlqarın və Mübarizin DGX-də işə qəbul olunması adı ilə onları aldadaraq əlavə 6600 manat olmaqla, ümumilikdə 16600 manat pul vəsaitlərini almışdır. Qeyd olunan şəxslərin arasında aparılan növbəti danışıqların, pul verilməsi və pulun geri qaytarılmasının iştirakçısı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Tamis oğlu eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Naxçıvan MR-nın, Babək rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, istintaqdan yayındığı üçün Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilov tərəfindən Azərbaqycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materillarında olan 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Əliyev X8 RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Yasamal Ryon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə, xx.xx.2022ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 17:00-dan hesablanmışdır. İş materiallarında olan 10 may 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Pünhan Əbilov tərəfindən cinayət işinmin ərazi aidiyyəti üzrə Xəzər RPİ-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozması ilə əlaqədar tutulması üçün axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək onun barəsində 01 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarında olan 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 9000 manat ödənilmiş, qalan 7600 manat maddi ziyanın ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam şəkildə ödəməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 9000 manat ödəməsini, qalan 7600 manat ziyanın ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilməsini, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Hafiz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə şikayətinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, etdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar