Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-346/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış və daşıyaraq istintaq təcridxanasında saxlanılan şəxsə ötürülməsinə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla narkotik vasitə heroini 29 mart 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində 5 manat müqabilində əldə edib daşıyaraq yaşadığı ünvanda saxlamışdır. 30 mart 2022-ci il tarixdə həmin narkotik vasitəni suya qataraq məhlul hazırlayıb yaşadığı ünvan 3 ünvanında oğlu Şahid1 məxsus qara rəngli maykanın çiyin hissələrinə hopturaraq həmin maykanı qurudub 30 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan oğlu Şahid1 apardığı sovqatın içərisinə qoyaraq daşımışdır. Təcridxananın nəzarət buraxılış məntəqəsində keçirilən baxış zamanı təmiz çəkisi 0,250 qram olan rəngli maykanın çiyin hissələrinə hopturulan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Tərlan narkotik vasitəyə görə 15 mart 2022-ci il tarixdə tutulmuş və 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Oğlu onunla danışarkən dözülməz ağrılarının olduğunu bildirdiyi üçün 29 mart 2021-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 5 manata bir büküm heroin almışdır ki, oğluna aparsın. Bunun üçün narkotik vasitəni oğlunun qara rəngli maykasına hopturub aparacağı sovqatın içərisinə qoyub 30 mart 2022-ci il tarixdə təcridxanaya aparmışdır. Sovqat təcridxananın əməkdaşları tərəfindən yoxlanılarkən qara rəngli maykaya hopturduğu narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı X1 nəzarət şöbəsinin böyük nəzarətçisi vəzifəsində işləyir. 30 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində sovqatların yoxlanması otağında olarkən təcridxanada saxlanılan 1986-cı il təvəllüdlü Şahid1 anası Təqsirləndirilən şəxs gətirdiyi sovqata hal şahidlərinin iştirakı ilə baxış zamanı maykaya hopturulmuş narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında RNŞ-nin böyük nəzarətçisi Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitələri qanunsuz saxladığına görə həbs olunmuş və 17 mart 2022-ci il tarixdən 3 saylı İstintaq təcridxanasında saxlanılır. Uzun illərdir narkotik istifadə etdiyinə görə ağrıları olur və anası ilə telefonla danışarkən ağrılarının olduğunu demişdir. 30 mart 2022-ci il tarixdə istintaq təcridxanasında olarkən anası Təqsirləndirilən şəxs ona gətirdiyi sovqatın içərisində qara rəngli maykaya hopturulmuş narkotik vasitə keçirtmək istəyərkən saxlanıldığını bildirmişlər. Onun həmin narkotik vasitədən xəbəri olmamış və anasının narkotik vasitəni haradan əldə etməsindən xəbəri yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 Valeryeviç istintaq zamanı ifadəsində göstərmişdir ki, 3 saylı İstintaq təcridxanasında təsərrüfat briqadasında saxlanılır. 30 mart 2022-ci il tarixdə, saat 14 radələrində təcridxanasında onun iştirakı ilə həbsdə saxlanılan Şahid1 anası Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış zamanı içindən narkotik vasitəyə bənzər maddəyə hopturulmuş qara rəngli mayka aşkar olunmuşdur. Həmin mayka onun, digər hal şahidinin, nəzarətçilərin və Təqsirləndirilən şəxs iştirakı ilə götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol onun tərəfindən imzalanmışdır. 02 avqust 2022-ci il tarixdə məhkəməyə Şahid5 Valeryeviçin ərizəsi daxil olmuşdur. Ərizədə istintaqa zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 istintaq zamanı ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdən 3 saylı İstintaq təcridxanasında təsərrüfat briqadasında saxlanılır. 30 mart 2022-ci il tarixdə, saat 14 radələrində onun, digər hal şahidinin və nəzarətçilərin iştirakı ilə təcridxanada həbsdə saxlanılan Şahid1 anası Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş sovqata baxış zamanı narkotik vasitəyə bənzər maddəyə hopturulmuş qara rəngli mayka aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. 02 avqust 2022-ci il tarixdə məhkəməyə Şahid4 ərizəsi daxil olmuşdur. Ərizədə istintaqa zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2022-ci il tarixli, 6/1711 nömrəli arayışından görünür ki, “tədqiqata təqdim edilmiş üzərində, “...Vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilərkən sovqatda olan qara rəngli maykaya hopturulmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına – 0,05 qram sərf edildikdən sonra 0,200 qram qalıq qalmışdır ”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli, 6/1880 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində, “...Vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilərkən sovqatda olan qara rəngli maykaya hopturulmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına – 0,05 qram sərf edildikdən sonra 0,150 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 04 aprel 2022-ci il tarixli, 1534 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş «3 saylı İT-nin ƏB-nin rəisi Elçin Fərhadov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, 30 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində Təqsirləndirilən şəxs 3 saylı İT-nın İ rejim 4 saylı kamerasında saxlanılan Şahid1 gətirdiyi sovqatın içərisində olan qara rəngli maykaya hopturulmuş vəziyyətdə narkotik vasitə aşkar olunaraq qablaşdırılaraq möhürlənmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 avqust 2018-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, 1963-cü ilə təvəllüdlü olmaqla yaşını və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsinin sanksiyasında isə nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317- 1.1-ci maddəsi ilə təyin olunmuş qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla cəza təyin olunmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 31 mart 2022-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək saxlanılıdığı Xəzər RPİ-nin MSYdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 10 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qara rəngli maykaya hopturulmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,150 qram iş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qara rəngli maykaya hopturulmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,150 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təyin olunmuş qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası islah işlərinin iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qara rəngli maykaya hopturulmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,150 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-346/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-346/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver