Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-346/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası artırılaraq 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə xx.xx.2024-cü il tarixdə azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonunun Xələc kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, “Mehriban Qonşular” adlandırılan küçədə yerləşən “AL” marketin yaxınlığına kimi daşımış, həmin gün saat 12:35-də Xəzər RPl-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin yolda piyada hərəkətdə olarkən saxlanılaraq orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 il olar ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sonucu dəfə tutulmamışdan bir gün əvvəl axşam saatlarında istifadə etmişdir. Həmin maddələri Bakı şəhərinin müxtəlif yerlərindən ayrı-ayrı tammadığı şəxslərdən alır. Üzərindən aşkar edilmiş “patı” kimi tanıdığı psixotrop maddəni isə xx.xx.2025-ci il tarixdə səhər saatlarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Suraxanı rayonunun ərazisində 10 manata almışdır. Bir hissəsini həmin gün axşam saatlarında istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə 12-13 radələrində Xəzər rayonu. Binə qəsəbəsi, X9, “Mehriban Qonşular” adlandırılan küçədə yerləşən “AL” marketin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı yaxınlaşıb videoçəkiliş aparamaqla özlərini təqdim etmişlər və onun da özünü onlara təqdim etməyini tələb etmişlər. Özünü təqdim etdikdən sonra ona bildirilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya predmet varsa könüllü təqdim etsin.Üzərində saxladığı içərisində “patı” kimi tanıdığı maddə olan 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim etmiş, sonra isə polis əməkdaşları üzərinə videoçəkilişlə yoxlama keçirmişlər. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 3-cü PŞ-nə gətirərək təhvil vermişlər. Orada polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Rövşən adlı şəxsin narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Rövşən adlı şəxsin anket məlumatları öyrənilmiş, onun cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş, həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun və Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 12:35 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, “Mehriban Qonşular” adlandırılan küçədə yerləşən “AL” marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Bundan sonra əvvəlcə ona təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim edərək içərisində “patı-şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü bir gün əvvəl Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərini yoxlamışlar və heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. 3-cü PŞ-də şöbə rəisinə raportla tərəfindən məruzə olunmuş, müvafiq araşdırma aparılması baş təhqiqatçı polis mayoru Anar Hacıyevə həvalə olunmuş və dərhal baş təhqiqatçı tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında baş təhqiqatçı polis mayoru X4 xidməti iş otağında onun, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, bundan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində Xəzər RPİ-nin 3- cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən götürülərək onunla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildiyini bildirmişdir. ifadəsində əlavə olaraq şahid qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və 3-cü PŞ-də üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiq olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, 10 fevral 2025-ci il tarixdə saat 12:35-də Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2la birlikdə həyata keçirdiyimiz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1997-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, Mehriban qonşular küçəsində yerləşən “Al” marketin yaxınlığında saxlanılarkən ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “patışüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin təqdim etdiyi bir ədəd büküm bir ədəd zərfdə qablaşdılırılaraq araşdırmaya təqdim olunması üçün Təqsirləndirilən şəxs götürülmüş və onunla birlikdə Xəzər RPl-nin 3-cü PŞnə gətirilmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyev tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmamışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə bir ədəd büküm araşdırmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bükümdən başqa üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş, təqdim etdiyi bükümdə “patı-şüşə" kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq baş təhqiqatçı polis mayoru Anar Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə bir ədəd 01 dəqiqə 36 saniyədən ibarət videogörüntü mövcuddur. Diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 10 fevral 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və polis sahə rəisi polis mayoru Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular adlandırılan küçədə vət.Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş, təqdim etdikdən sonra onun da özünü təqdim etməsini tələb etmiş, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Xəzər RPl-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 saxanılan şəxs Təqsirləndirilən şəxs də sual verərək həmin bükümün içərisindəki maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “patı-şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq araşdırmaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞnin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. “Digər diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə bir ədəd 03 dəqiqə 14 saniyədən ibarət videogörüntü mövcuddur. Videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 10 fevral 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü Polis Şöbəsinin inzibati binasında baş təhqiqatçı polis mayoru Anar Hacıyevin xidməti iş otağında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçı polis mayoru X8 və polis sahə rəisi polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmış, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd büküm aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürüldüyünü bildirdmişdir. Bu zaman Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 həmin zərfi araşdırmaya təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilərək üzərindən aşkar edilərək götürülmüş və araşdırmaya təqdim edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə nə olduğunu, haradan, kimdən, neçəyə və nə məqsədlə əldə etdiyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs cavab verərək həmin bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baş təhqiqatçı ona üzərində təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cavab verərək üzərində başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyev tərəfindən bükümə baxış keçirildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürmüşdür. Sonda Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs sual verərək hər hansı bir şikayət və ya etirazı olub-olmamasını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təsirə məruz qalıb-qalmamasını, eləcə də təqdim etdiyi maddənin özünə məxsus olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək heç bir şikayət və ya etirazı olmadığını, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını və təqdim etdiyi maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra müdafiəçinin bundan artıq sualı olmadığını bildirərək və bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/600/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs; Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,624 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1114 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,624 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Bakı şəhər Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı içərisində videogörüntü olan 02 ədəd “CD” formatlı disk sübut növü kimi qiymətləndirilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bərəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun cəzası artırılaraq 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması özünün səmimi etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olması, törədiyi əməli etiraf etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Cinayət qanunvericiliyin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-nin 18.1-ci maddəsi). Residivin müəyyən edilməsi zamanı bu CMnin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır (CM-nin 18.4-cü maddəsi). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-nin 83.3-cü maddəsi). Qanunvericiliyin qeyd edilən tələblərindən irəli gələn hal odur ki, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edildikdən sonra iki il keçmədən, yəni məhkumluğu ödənilməmiş və götürülməmiş, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 09 iyul 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 0,574 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 111 (bir yüz on bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 09 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,574 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 111 (bir yüz on bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(003)-346/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-346/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver