Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-348/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə X1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Lerik rayonunun Molalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olmaqla orada yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində ünvan 1 ünvanda yerləşən “Rahat” supermarketin qarşısında və içərisində tibbi maskadan istifadə etmədiyi üçün ona xidmət göstərilməməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insalarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib həmin yerdə olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üz və baş nahiyəsinə yumruqla vuraraq, əlləri ilə bel nahiyəsindən tutmaqla qaldırıb yerə çırparaq sol qaşın sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının və çiyin qurşağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Binə qəsəbəsi Hövsan südçülük sovxozunda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 03 aprel 2022-ci il tarixdə, saat 19:50 radələrində tanışı X3 ilə birlikdə Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Rahat” supermarketə daxil olub xurma almaq istəyərkən marketin nəzarətçisi, adını sonradan bildiyi Orxan adlı şəxs maskasız olduqlarını görüb onlara bildirmişdir ki, maskadan istifadə etsinlər, əks halda alış-veriş etmək üçün icazə verilməyəcək. Ağarza Əliyev marketdən götürdüyü xurmanın pulunu vermək istədikdə pulu götürməmiş, buna görə də Ağarza xurmanı götürüb pulunu ödəmədən marketdən çıxmışdır. Bu zaman Orxan onların arxasınca gəlib, xurmanı geri qaytarmalarını tələb etmişdir. Ağarza yenidən Orxana xurmanın pulunu götürməyi təklif etmiş, lakin Orxan razı olmamışdır. Bu səbəbdən aralarında münaqişə yaranmışdır. Orxan Ağarzanın yaxasından tutmuş və xurmanı onun əlindən almaq istəmişdir. Orxan Ağarzanın yaxasından tutduğu üçün, o da əsəbiləşərək Orxanı 2 dəfə yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra marketin içərisində Orxanı yerə yıxmış və Orxan yerdə olanda 2 dəfə də onun başına yumruq zərbəsi vurmuşdur. Daha sonra ətrafda olan şəxslər Orxanı həmin yerdən uzaqlaşdırmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı həmin yerdə tanımadığı 6-7 nəfər şəxsin olduğunu görmüşdür. İlk dəfə törətdiyi əməldən peşman olaraq Orxan ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Orxanın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Binə qəsəbəsi Vaqif küçəsi döngə 2 ev 8 ünvanda qeydiyyatda olmaqla anası və qardaşı ilə birlikdə Binə qəsəbəsi yeni sahədə nömrəsiz fərdi evdə yaşayır. 26 may 2021-ci il tarixdən Binə qəsəbəsi Ə.İsazadə küçəsi 5 Sovxoz şosesi 3-cü kilometr ünvanda yerləşən “Rahat” supermarketdə müdir müavini vəzifəsində işləyir. 03 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində işlədiyi marketdə olarkən 2 nəfər müştərinin tibbi maskasız marketə daxil olduğunu görmüş, həmin şəxslərə yaxınlaşaraq tibbi maskadan istifadə etmələrini xahiş etmiş, əks halda, marketin işçiləri tərəfindən onlara xidmət göstərilməyəcəyini demişdir. Həmin şəxslər kobud surətdə tibbi maskadan istifadə etməyəcəklərini deyərək vitrindən xurma və meyvə şirəsini götürüb ödəniş etmək üçün kassaya yaxınlaşmışlar. Kassir Şahid2 da həmin şəxslərə tibbi maska taxmayacaqları təqdirdə onlara xidmət göstərilməyəcəyini bildirdikdə onlardan biri xurma və meyvə şirəsini götürmüş və marketdən çıxmışlar. Bu zaman o, həmin şəxslərin arxasınca gedib marketdən götürdükləri ərzaq mallarını geri qaytarmalarını tələb etdikdə, onlardan biri cibindən 20 manat çıxarıb sərt şəkildə ona “get, pulunu çıx” demişdir. O, bir daha həmin şəxslərə izah etməyə çalışmışdır ki, pulu kassaya vermək lazımdır, eləcə də tibbi maskadan istifadə etməsələr, onlara heç bir xidmət göstərilməyəcək. Sonradan adının Ağarza olduğunu bildiyi şəxslə marketin qarşısında mübahisə edərkən Ağarzanın yanında olan, adının sonradan Maarif olduğunu bildiyi şəxs onu əlləri ilə vuraraq itələyib marketin içərisinə salmışdır. Marketin içərisində Maarif onu qaldırıb yerə çırparaq əli ilə üzünə və başına zərbələr vuraraq ona xəsarət yetirmişdir. Maarif onu yerə yıxdıqdan sonra da yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa davam etmişdir. Bundan sonra marketdə olan işçilər və digər müştərilər onu Maarifin əlindən almışlar. Hadisə təxminən 3-4 dəqiqə davam etmiş və həmin vaxt orada marketin işçiləri və 8-10 nəfər müştəri olmuşdur. Hazırda Maarif ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Maarifə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2022-ci ilin yanvar ayından Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə satıcı işləyir. 03 aprel 2022-ci il tarixdə, saat 19:40 radələrində işlədiyi marketin qarşısında tanımadığı bir nəfər marketin müdir müavini Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, daha sonra həmin şəxsin yanında olan şəxs Orxana yumruq zərbələri vuraraq marketin içərisinə salmışdır. Həmin şəxs fənd işlədərək Orxanı qaldırıb yerə çırpmış və Orxan yerə yıxılmış vəziyyətdə olanda Orxanın baş nahiyəsinə yumruq zərbələri vurmağa başlamışdır. Marketdə olan tanımadığı şəxslərin köməyi ilə Orxanı həmin şəxsin əlindən almışlar. Bundan sonra həmin şəxslər marketdən çıxıb getmişlər. Hadisə təxminən 3-4 dəqiqə davam etmiş və həmin vaxt orada marketin işçiləri və 8-10 nəfər müştəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2021-ci ilin oktyabr ayından Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə kassir işləyir. 03 aprel 2022-ci il tarixdə, saat 19:30 radələrində işlədiyi marketə daxil olan 2 nəfər müştəri tibbi maskasız şəkildə əllərində marketdən götürdükləri və dəyəri 2 manat 40 qəpik olan xurma və 1 ədəd dəyəri 0.50 manat olan natural meyvə şirəsini təqdim etmişlər ki, məhsulu pulunu verib alsınlar. Həmin vaxt maskasız olduqları üçün kassadan maskasız olan şəxslərə məhsul satmağa icazə verilmədiyini demiş, yaxınlaşan iki nəfər şəxsdən ərzaq malları əlində olan şəxs ona kobud şəkildə cavab verərək maska taxmadığını və taxamayacağını, malını vurmasını və çıxıb gedəcəyini demiş, o, icazə olmadığını dedikdə məhsulu götürüb marketdən çıxmışdır. Bu zaman yaxınlıqda olan marketin müdir müavini Zərərçəkmiş şəxs həmin şəxslərin arxasınca getmiş, marketin çıxış qapısında onları saxlamış və məhsulları, yəni xurma və meyvə şirəsini geri vermələrini istəmişdir. Həmin şəxslərdən biri Orxana hücum edərək onu yumruq zərbələri ilə vurmuş, lakin Orxan həmin şəxsləri vurmamışdır. Hadisə təxminən 3-4 dəqiqə davam etmiş və həmin vaxt orada marketin işçiləri və 8-10 nəfər müştəri olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 aprel 2022-ci il tarixli 347 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol qaşın sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının və çiyin qurşağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 03 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Binə qəsəbəsi Ə.İsazadə küçəsi 5 sovxoz şosesi 3-cü kilometr ünvanda yerləşən “Rahat” supermarketin qarşısında və içərisində baş vermişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan “Rahat” supermarketdə quraşdırılmış video müşahidə kamerasının yaddaş qurğusunda qeydə alınmış hadisənin görüntülərinin əks olunduğu 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs “Rahat” supermarketin qarşısında iki nəfər şəxslə mübahisə etdiyi, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə hücum çəkərək onu yumruqla vura-vura supermarketin içərisinə saldığı və supermarketin içərisində ətrafda olan şəxslərin gözü qarşısında əlləri ilə belindən tutub qaldırıb yerə çırparaq xəsarət yetirdiyi və orada olan şəxslərin onları aralaşdırdığı müəyyən edilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş mübahisənin görüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 03 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir, hazırda onun Maarifdən heç bir şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq Maarifə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin, tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yetkinlik yaşına çatmayan olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozundakı evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 15 iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozundakı evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - baş vermiş dava-dalaşın görüntüsünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 90,00 (doxsan) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-348/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-348/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver