Məhkəmə qərarları › İş №1(003)-35/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-35/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-35/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində şifahi razılıq əsasında aylıq kirayə haqqı ödəmədən yaşadığı vət. Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən bağ evindəki yardımçı otağın qapısının kilidini sındırıb qanunsuz daxil olaraq oradan 01 metri 8 manat olmaqla ümumi dəyəri 2400 manat olan 300 metr uzunluğunda dəmir borunu, 01 metri 15 manat olmaqla ümumi dəyəri 1500 manat olan 100 metr uzunluğunda «U» profilini, 01 metri 7 manat olmaqla ümumi dəyəri 3500 manat olan 500 metr uzunluğunda qutu profilini, 01 ədəd 100 manat dəyərində dəmir ev qapısını, 01 ədəd 1000 manat dəyərində ala qapını, 01 ədəd 120 manat dəyərində plastik qapını, 1 kv.metri 60 manat olmaqla ümumi dəyəri 3600 manat olan 60 kvadrat metr ölçüdə alkaponu, 01 kvadrat metri 3,5 manat olmaqla ümumi dəyəri 350 manat olan 100 kvadrat metr ölçüdə lambirini, 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 2 ədəd sobanı, 01 ədəd 50 manat dəyərində çuqun radiatoru, 01 ədəd 100 manat dəyərində kaçalka nasosunu, 01 ədəd 150 manat dəyərində 60 metrlik quyu nasosunu, 01 ədəd 50 manat dəyərində 1 ədəd aqidel su nasosunu, 01 ədədi 75 manat olmaqla ümumi dəyəri 150 manat olan 2 ədəd kaçalka boru elivatorunu, 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 2 ədəd kaçalka ştanq elevatorunu, 01 ədəd 50 manat dəyərində Xəlilov açarını, 01 ədəd 50 manat dəyərində sepli açarı, 01 ədəd 200 manat dəyərində yataq taxtını, 01 ədədi 25 manat olmaqla ümumi dəyəri 125 manat olan 05 ədəd armatur əyən açarını, 01 ədədi 30 manat olmaqla ümumi dəyəri 120 manat olan 04 ədəd mismar çıxardanı, 01 metri 6 manat olmaqla ümumi dəyəri 950 manat olan 150 metr uzunluğunda künclüyü, 01 kub metri 200 manat olmaqla ümumi dəyəri 600 manat olan 03 kub metr taxtanı, 01 tonu 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 2 ton armaturu, 01 ədəd 200 manat dəyərində 100 litrlik dəmir su qızdırıcısını, 01 ədəd 150 manat dəyərində 1 tonluq plastik çəni, 01 ədədi 80 manat olmaqla ümumi qiyməti 400 manat olan 05 ədəd beton vibratorunu, 01 ədəd 50 manat dəyərində qiymətində seyf zamokunu, 01 əddə 200 manat dəyərində 200 litrlik vannanı, 01 ədəd 100 manat dəyərində kaçalka matorunu, 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 05 ədəd oturacaq stullarını, 01 ədəd 100 manat dəyərində ştamp qəlibi, 01 ədəd 50 manat dəyərində yelləncək oturacağını, 01 metri 50 manat olmaqla ümumi dəyəri qiyməti 150 manat olan 03 metr uzuluğunda aliminium məftili, 01 ədəd 50 manat dəyərində pərli kondisioner matorunu, 01 ədəd 180 manat dəyərində yerşumlayan aparatı, 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 05 ədəd su kranlarını, 01 ədəd 50 manat dəyərində dəmir yatağı, 01 ədəd 25 manat dəyərində taxta dikti, 01 ədəd 100 manat dəyərində əl kranını, 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 150 manat olan 03 ədəd uşaq yatağını, 01 metri 1 manat olmaqla ümumi dəyəri 120 manat olan quyu nasosu üçün nəzərdə tutulmuş trosu, 01 ədəd 25 manat dəyərində çuqun çanağı, 01 metri 1 manat olmaqla ümumi dəyəri 100 manat olan 100 metr uzunluğunda çuqun çanağı, 100 manat dəyərində qiymətində müxtəlif latunbronza materiallarını, 01 ədəd 100 manat dəyərində kompressoru, 01 ədəd 100 manat dəyərində avtomobil televizorunu və 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 2 ədəd ştanq açarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 20465 (iyirmi min dörd yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayından ailəsi ilə birlikdə qaynı İntiqamın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki bağ evinə köçmüşlər. Qaynının bağ evinin yanında hasarının üzərində “satılır” sözü yazılan ev olmuşdur. Həmin vaxt kirayə ev axtardığından orada qeyd olunmuş nömrəyə zəng vurmuş və telefona cavab verən qadına ona kirayə ev lazım olduğunu demişdir. Bir neçə gün sonra həmin qadın onun işlədiyi tikinti materiallarının satıldığı dükana gələrək həmin bağda yaşayaraq bağa baxmağa adam lazım olduğunu və kirayə pulu istəmədiyini demişdir. O, ev sahibi ilə razılaşaraq evə baxmış və qadın açarı ona verib evə yaxşı baxmağı tapşırmışdır. Qaynı İntiqam həmin evin kommunal problemlərini aradan qaldırdıqdan sonra 2020-ci ilin oktyabr ayında ora köçmüşlər. Daha sonra Zərərçəkmiş şəxs adlı şəxs gələrək evin sahibi olan qadının oğlu olduğunu bildirmişdir. Bir neçə ay sonra qadın evə baş çəkmək üçün gəlmişdir. 2020-ci ilin dekabr ayının sonlarında yeni il bayramı qabağı təmizlik məqsədi ilə yoldaşı Fərqanə evin həyətini təmizləyərkən çoxlu sayda dəmir parçalarını tapıb bir kənara yığmışdır. O, həmin dəmir parçalarının işə yararsız olduğunu düşünüb 2020-ci ilin dekabr ayında evlərinin qabağına gələn dəmiryığanlara ümumilikdə 38 manat pula satmışdır. Evin sahibi qadına və oğlu Zərərçəkmiş şəxs bu barədə heçnə deməmişdir. 2021-ci ilin aprel ayında qadın və Rauf evə gələrək evdən çıxmağı tələb etmişlər. Daha sonra evə baxıb evin vəziyyətini bəyənməmiş və narazı halda evi tərk etmişlər. O, ev sahibinin tələbindən sonra ailəsi ilə birlikdə bağ evini tərk etmişdir. O, Raufun evindən dediyi məbləğdə hər hansı bir əşya oğurlamamışdır. Oğurluq cinayətini törətmədiyini bildirdi və körpə uşaqlarının olmasını nəzərə alaraq barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, istintaq zamanı 09 noyabr 2021-ci il tarixdə axtarış nəticəsində tutularaq istintaqa təhvil verilmiş və müstəntiq tərəfindən onunla bağlı zəruri istintaq hərəkətləri aparıldıqdan sonra 10 noyabr 2021-ci il tarixdə azad olunmuşdur. Bundan başqa məhkəmənin çağırışlarına gəlmədiyinə görə 05 may 2022-ci il tarixdə axtarış nəticəsində tutularaq Xəzər RPİ-nin MSY-nə, oradan isə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında Çöl Şüvəlan bağlarında yerləşən atasına məxsus bağ evi boş qaldığı üçün oradan oğurluq olmuşdur. Anası Rədifənin məsləhəti ilə 2020-ci ilin oktyabr ayında həmin evi Emil adlı şəxsə yaşamaq üçün kirayə vermişdir. 2021-ci ilin aprel ayının 11-də axşam tərəfi anası ilə birlikdə bağa gedərkən bağlı və kirayəyə verilməyən otaqda icazə almadan soba qurulduğunu görmüşlər. Evə baxış zamanı yardımçı otaqların seyf kilidlərinin qırıldığını və həyətdə ala-qapının olmadığını müəyyən etmişlər. Yardımçı otaqlara baxış keçirərkən oradan istintaq zamanı ərizəsində və izahatında qeyd etdiyi əşyaların oğurlandığını aşkar etmişlər. Oğurluq zamanı ona ümumilikdə 20465 manat məbləğində maddi ziyan dəymişdir. 11 aprel 2021-ci il tarixdə köməkçi otağın qapısında olan qıfılın sındırılması ilə bağlı Emilə bildirdikdə Emil məlumatının olmadığını bildirmişdir. Həmçinin əşyaların yerində olmadığına görə Emilə öz iradını bildirəndə Emil heç bir etiraf etməmişdir. O, da həmin günü DİN-nin 102 zəng xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Həmin əşyaları köməkçi otağa qardaşı Fuadla yığmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, yay aylarında Şüvəlan qəsəbəsindəki bağ evidə istirahət edir. Böyük qardaşı Adil Məlikovun bağ evi də, onun bağ evi ilə yan yanadır. 2019-cu ildə qardaşı Adil rəhmətə getdikdən sonra ev boş və baxımsız qaldığınan qardaşı arvadı Rədifə və oğlu Rauf bağ evini 2020-ci ilin oktyabr ayında Emil adlı şəxsə vermişlər. Emil ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Özü də, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayına qədər orada qonşu kimi yaşamışdır. 2021-ci ilin fevral ayında qardaşının 40 mərasimi ilə bağlı Suraxanı qəsəbəsinə getmiş və 2 həftə orada yaşamışdır. Sonra yenidən Şüvəlan qəsəbəsindəki bağ evinə qayıtmışdır. 2021-ci ilin aprel ayında qardaşı oğlu Rauf və anası Rədifə həmin şəxsləri bağ evindən çıxarmışlar. O, Emil ilə qonşuluqda yaşadığı müddət ərzində onun hər hansı bir oğurluq əməlinin şahidi olmamışdır. Lakin ola bilsin ki, 2021-ci ilin fevral ayında 2 həftəlik Suraxanıda qaldığı müddət ərzində Emil nə isə oğurluq etsin. Çünki Emil ailəsi ilə birlikdə həmin həyətə yeni köçdükləri zaman Emilin əlində dəmir parçası ilə həyətdə olan əl damının qapısını sındırdığını görüb ona iradını bildirmiş, lakin Emil ev sahibi Rədifənin xəbəri olduğunu və əl damından lapatka götürəcəyini demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun ikinci əridir və 3 il olar ki, ailə qurmuşlar. Ailə qurduqdan sonra qardaşı İntiqamın Şüvəlan qəsəbəsində yerləşən bağ evində kirayə yaşamağa başlamışlar. 2020-ci ilin oktyabr ayından isə qardaşının bağ evinin yanında yerləşən qadına məxsus evdə yaşamağa başlamışlar. Bir neçə ay sonra həmin qadın evə baş çəkmək üçün gəlmişdir. 2020-ci ilin dekabr ayının sonlarında yeni il bayramı qabağı həyəti təmizləyərkən çoxlu sayda dəmir parçalarını tapıb bir kənara yığmışdır. Emil həmin dəmir parçalarının yararsız olduğunu fikirləşib evin qabağına gələn dəmiryığanlara ümumilikdə 38 manata satmışdır. Lakin bu barədə evin sahibi olan həmin qadına və oğlu Zərərçəkmiş şəxs heçnə deməmişdir. 2021ci ilin aprel ayında həmin qadın və Rauf adlı şəxs evə gələrək evdən çıxmağı tələb etmişlər və onlar bağ evini tərk etmişlər. X2 evindən dediyi məbləğdə hər hansı bir əşya oğurlamamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında bacısı Fərqanə əri Emil ilə onlara qonaq kimi gəlib yaşarmışlar. 2020-ci ilin oktyabr ayından isə bacısı Emil ilə birlikdə onun bağ evinin yanında yerləşən və satışa çıxarılan Rədifəyə məxsus evdə yaşamağı başlamışlar. Həmin evə baxdıqları üçün evə kirayə pulu verməmişlər. Bir neçə ay sonra Rədifə evə baş çəkmək üçün bacısıgilə gəlmişdir. 2021-ci ilin aprel ayında Rədifə və oğlu Rauf gələrək bacısıgildən evdən çıxmağı tələb etmişdir. Bacısıgil də, həmin evdən çıxıb getmişlər. Onun heç bir şeydən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayında çöl Şüvəlan bağlarında yerləşən bağ evini Emil adlı şəxsə kirayə vermişdir. Lakin aprel ayının 11-də axşam tərəfi oğlu Rauf ilə birlikdə bağa gedərkən ona verilmədiyi bağlı otaqda icazə almadan soba qurduqlarını, yardımçı otaqların seyf kilidlərinin qırıldığını və həyətdə olan çöl qapının yerində olmadığını görmüşdür. Yardımçı otaqlara baxış keçirərkən orada olan bütün əşyaların oğurlandığını müəyyən etmişlər. Oğlu əşyalar yığılmış köməkçi tikilinin qapısının qıfılının sındırılması ilə bağlı Emilə irad tutsa da, o, bundan xəbəri olmadığını demişdir. Sonra Rauf içəri baxanda əşyaların yerində olmadığını görüb Emilə iradını bildirdikdə Emil ondan da, xəbəri olmadığını demişdir. Ona görə də, oğlu DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Bağı Emilə təhvil verən zaman həyətdə olan hamamın qapısı bağlı, qıfıllı və köməkçi tikilinin qapısı qıfıllı olmuş və ona həmin ağzı bağlı tikililərə daxil olmaması, içərisində şəxsi əşyaların olması barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Onun özünün tikinti şirkəti var. Vaxtıkən qardaşı Rauf onunla birlikdə işlərmişdir. O, qardaşı ilə birlikdə «Karl Marks» heykəlinin yanında villa kompleksinin təmir tikinti işlərini bitirdikdən sonra tikintidən qalan tikinti materiallarını 2018-ci ilin yay aylarında aparıb ailələrinə məxsus Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlanda yerləşən bağ evindəki əl damına yığmışlar. İşi ilə əlaqədar ona beton vibratoru lazım olduğu üçün 2020ci ilin iyun iyul aylarında bağ evinə gəlib saxlanc yerinə baxarkən beton vibratorlarının yerində olduğunu aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, anası Rədifə bağ evini Emil adlı şəxsə kirayəyə vermiş və həmin şəxs sözü gedən əmlakları oğurlamışdır. Sözü gedən tikinti təmir alətlərinin bağda olan saxlanc yerinə qardaşı ilə ikisi yığmışlar. Onlarla birlikdə onların şirkət fəhlələrindən də, bir neçəsi olmuşdur. Həmin fəhlələrdən biri Ceyhun olmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Şahid5 məxsus tikinti şirkətində 4 ildən çoxdur ki, fəhləlik edir. İşə yeni başladığı vaxtlarda Fuadın qardaşı Zərərçəkmiş şəxsla birlikdə şirkəti idarə etmişlər. O, Fuadgilin şirkətinin «Karl Marks» heykəlinin yaxınlığında Villa kompleksinin təmir tikintisində fəhləlik etmişdir. 2018-ci ilin yay aylarında tikintidən qalan tikinti materiallarını və tikintidə istifadə olunan alətləri digər fəhlə Röyal ilə birlikdə Şahid5 ailəsinə məxsus Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan adlanan ərazidə yerləşən bağ evinə «İsuzu» markalı yük maşını ilə gətirmişlər. Şahid5 və qardaşı Rauf həmin vaxt bağda olmuşlar. Onlar tikinti materiallarını həyətdə olan əl damına yığmış və Rauf əl damının qapısını bağlamışdır. Yaxın vaxtlarda Şahid5 bağ evində kirayədə yaşayan Emil adlı şəxsin həmin tikinti alətlərini və tikinti materiallarını oğurladığını eşitmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, 2015-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan qəsəbəsi ərazisində dəmir yol xətdinin kənarında tikinti materialları mağazası işlədir. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 2020ci ilin dekabr ayının sonlarınadək mağazada çöl tərəfdə fəhlə işləmişdir. Lakin Emil içki düşgünü olduğundan aralarında narazılıqlar yaranmış və o, Emili işdən qovmuşdur. O, Rauf adlı şəxsi tanımır və Emilin harada yaşadığını təxmini bilir. Lakin yaşadığı evin kimə məxsus olduğunu bilmir və Emilin oğurluq edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 93-7-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsinə əsasən 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2004-cü il tarixli qərarı ilə 19 avqust 2004-cü il tarixdə 9 ay 25 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 2) Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 10 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolu, hadisə yerinə baxış protokolu, fotoşəkillər digər istintaq sənədləri ilə özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSYdən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 12 oktyabr 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin 09 noyabr 2021-ci il tarixli, 056-14977-1221 nömrəli məktubundan görünür ki, Kərimov X1 qəsəbəsində saxlanılaraq 09 noyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 09 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə axtarış nəticəsində tutularaq istintaqa təhvil verilmiş və iş üzrə zəruri istintaq hərəkətləri icra edilərək 10 noyabr 2021-ci il tarixdə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021ci il tarixədək tutulduğu 2 gün və 09 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək tutulduğu 1 gün, cəmi 3 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin 05 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə Pirallahı rayonu ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 10 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 07 may 2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 may 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək və 09 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək tutulduğu ümumilikdə 3 (üç) gün ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 05 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar