Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-35/2023 19.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi ev 10 mənzil 65-də qeydiyyatda olub Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq sovxozu yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 253/2022 saylı 02 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 31 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1-da yerləşən 0,20 ha torpaq sahəsi olan 3 mərtəhəli yaşayış evini banka girov qoyaraq, bankdan onun adına 455.000 manat kredit çıxarılmasında köməklik göstərəcəyini vəd edib Zərərçəkmiş şəxs2 buna inandıraraq, 11 aprel 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdə ondan 39640 manat pul alaraq, vədinə əməl etmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 39640 (otuz doqquz min altı yüz qırx) manat pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X3 ilə cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 adına ipoteka krediti düzəldib bankdan 71.000 manat pul çıxarılmasında köməklik göstərəcəyini vəd edib Zərərçəkmiş şəxs1 buna inandıraraq, 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 3«a»-da 2000 manat vahid niyyət ilə 21 may 2020-ci il tarixdə 5700 manat, 24 may 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Yapı Kredi» Bankının qarşısında 18600 manat, 28 may 2021-ci il tarixdə ünvan 1-da 17400 manat və 10 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Rahat» marketdəki "xxxx" MMC-ə məxsus Milliön elektron ödəmə sistemi vasitəsi ilə 3930 manat pulu ödəmiş, vədinə əməl etmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 47630 (qırx yeddi min altı yüz otuz) manat pulunu vahid niyyətlə ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs3 Nəqiliyyat Nazirliyində işə düzəldilməsində kömək edəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs3 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 1-ci mikrorayon A.Məhərrəmov 1 ünvanında yerləşən «İmperial» şadlıq sarayının həyətində 6000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 6000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs4 Nəqiliyyat Nazirliyində işə düzəldilməsində kömək edəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs4 19 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 1-ci mikrorayon A.Məhərrəmov 1 ünvanında yerləşən «İmperial» şadlıq sarayının həyətində 6000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 6000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, zərərçəkmiş şəxslərdən pulu götürdüyünü etiraf edir, lakin niyyəti onları aldatmaq olmamışdır. Onun tərəfindən Cəbrayıldan 39640 manat pul alınmamışdır. İsgəndərdən qırx yeddi min manat pul alınmış, hazırda həmin məbləğdən iyirmi bir min manatı ondadır. Məqsədi kredit işini düzəltmək olub. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə öz aralarında razılaşmışlar, onların ona qarşı şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Sədiyar oğluna və Zərərçəkmiş şəxs4 hərəsindən altı min manat olmaqla pul almışdır. 2021-ci ildən bu günədək dörd min beş yüz manat pul qaytarmış (hərəsinə 2250 olmaqla), hərəsinə dörd yüz-dörd yüz də ödəmişəm, lakin bu istintaqda qeyd olunmamışdır. Onun niyyəti aldatmq olsaydı zərərçəkmiş şəxslərin pullarını qaytarmaz idi. Zərərçəkmiş şəxslər İskəndər və Cəbrayılın ona qarşı şikayəti olmasa da, digər zərərçəkmiş şəxslər ondan şikayətçi olmuşlar. Hazırda Azad və Yaşara 3750 manat borcu qalmış, İskəndər və Cəbrayıl ilə razılaşmışlar. Əməlindən peşmandır. Onun iki qız övladı var, zərərçəkmiş şəxslərlə barışmış, razılıq əldə etmiş və dəymiş ziyanı qismən ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Bunları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. 28 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, oğluna ev almaq istəmişdir. May ayının 18 Cəbrayıl ona zəng edərək iki nəfər şəxsin ipoteka ilə pul düzəldəcəyinə vəd vermişdir. Bu məqsədlə o, həmin gün onlara iki min manat beh vermiş, daha sonra ayın 21 - 5700 manat bir vermiş, müxtəlif vaxtlarda hissə-hissə olmaqla 18.600 manat və 17.400 manat vermişdir. May ayının 28 o, 17.400 manatı vermişdir. Bir həftə sonra Camal ona zəng edərək pul çatmadığını, təcili olaraq 3930 manat pul lazım olduğunu bildirmişdir. O, özü bacarmadığına görə oğlu ilə birlikdə həmin məbləği aparatdan göndərmişdir. Daha sonra bu məsələ uzanmış və heç nə alınmamışdır. Onu aldatmışlar, yalan danışmışlar. Onun qohumları ondan xahiş etmişlər, onun körpə uşaqlarının olmasını demişlər və 5-6 aya pulu qaytaracaqlarına vəd vermişlər. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş zərərin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılığa gəlmiş, ona qarşı şikayət və tələbi yoxdur. 28 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs pul verməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, həmçinin ona dəymiş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə razılığa gəlmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. 12 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs işə düzəltmək adı ondan və onun dostundan ümumilikdə 12.000 manat pul almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, həmçinin ona dəymiş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə razılığa gəlmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilməmiş, Təqsirləndirilən şəxs ona 3750 manat borcu qalmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs işə düzəltmək adı ondan 6.000 manat pul almışdır. Həmin puldan 2250 manat ona qaytarlmış, ona 3750 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, həmçinin ona dəymiş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə razılığa gəlmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, 2020-ci ilin yanvar ayında qonşusu Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, evini satır, müştəri olarsa Cəbrayıla deməsini, hətda onun müqabildə ona hörmət edəcəyinidə söz vermişdir. Həmin ərəfələrdə o, Xırdalan şəhərin yerləşən AAAF yaşayış kompleksində yerləşən SPA mərkəzini işlətmişdir. O, həmin dövürdə oraya müştəri kimi gəlib-gedən Surayyə adlı qadını tanımış və tanışlıqları zaman həmin qadın özünü makler kimi təqdim etmişdir. O, Surayyə adlı qadına qoşnusu Cəbrayılın özünə məxsus evinin satması barədə demiş və xahiş etmişdir ki, müştəri olarsa ona desin. Surayyadə evin alınması üçün əlində müştərisi olduğunu dediyindən o, qonşusu Cəbrayıl ilə Surayyəna tanış etmişdir. Surayyanın ofisinin təxmin edərək Memar Əcəmi metrostansiyasının yaxınlığında olduğunu bilmişdir. Başqa heç bir şeydən məlumatı olmamışdır, sonradan ona məlum olumuşudur ki, Surayyə onun qonşusu Zərərçəkmiş şəxs2 iki nəfər şəxs ilə tanış etmiş, həmin iki nəfər şəxs öz növbələrində Cəbrayılı aldadaraq pulunu mənimsəmişlər. O, Cəbrayılı aldadan şəxsləri tanımamış, onun işi sadəcə Cəbrayıl ilə Surayyənı tanış etmək olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, 2020-ci ilin aprel ayında atası İsgəndər Abzərovun dostu Zərərçəkmiş şəxs2 onu yaşadığı evə dəvət etmiş, evə gəldikdə orada atası, Cəbrayıl, Camal və Mirzə adlı şəxslərdə olmuş, atası İsgəndərlə Camal və Mirzə adlı şəxslər arasında olan söhbət əsnasında həmin şəxslər atasına bildirmişlər ki, ipoteka yolu ilə ev almaqda atasına köməklik göstərəcəklər. Həmin gün atası ona bildirmişdir ki, o, gedib evdən 2000 manat behi gətirib Mirzə və Camal adlı şəxslərə versin. Həmin pulu beh olaraq Camal və Mirzə adlı şəxslər özləri atasından istəmişlər. O, evə gedib 2000 manat pul götürüb atası İsgəndərin və Cəbrayılın yanında həmin Mirzə ilə Camal adlı şəxslərə vermişdir. Həmin şəxslər yaxın günlərdə məsələni həll edib yoluna qoyacaqlarına söz vermişlər. Bundan bir neçə gün sonra atası onunla telefon əlaqəsi saxlayıb ona bildirmişdir ki, evdən 5700 manat pul aparsın, həmin şəxslər Cəbrayılın evində onu gözləmişdir. O, evdən həmin pulu götürüb Cəbrayılın yaşadığı ünvana getmiş, Cəbrayıl özü evdə olmuş, o, Cəbrayılgilə çatandan sonra Mirzədə Cəbrayılın yaşadığı ünvana gəlmiş, atası verdiyi pulu sayıb Cəbrayılın yanında Mirzəyə vermişdir. Bu hadisədən sonra təqribən 20-30 gün keçmiş, atası İsgəndər onun yanında M.Əcəmi metrosunun yaxınlığında kafedə Mirzə adlı şəxsə 17600 manat pul vermiş, həmin vaxt Mirzənin yanında Samir adlı şəxsdə olmuş, Samir özünü mənzillərin qiymətləndirməsi agentliyinin işçisi kimi təqdim etmişdir. Həmin vaxt atası mobil telefonla Camal adlı şəxsə zəng vuraraq Mirzəyə pulu verdiyini bildirmişdir. “Camal” yəni, sonradan adının Cəmaləddin olduğunu bildiyi şəxs atası İsgəndərə bildirmişdir ki, “problem yoxdur, pulu versin”. Hətda Mirzə ona özünə yeni mobil nömrə almağınıda məsləhət görmüşdür ki, ipoteka almaq üçün asan imza almamlıdır. Bundan sonra o, özünə 055 ***-**-** mobil nömrəsi də almışdır. Həmin mobil nömrəni o, işlətməmiş, nömrəni aldıqdan sonra Samirə vermişdir. Həmin nömrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər aktiv olmuşdur. Sonra o, həmin nömrəni bağlatdırmış. Bundan başqa atası həmin Camal və Mirzə adlı şəxsə başqa-başqa vaxtlarda pul vermişdir. Sonuncu dəfə isə atası İsgəndər tərəfindən 3940 manat pulu təxminən bildiyi bank vastəsilə Camalın dediyi karta atılmışdır. Onun yanında ancaq ifadəsində göstərdiyi pul məbləğləri verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı yekunlaşmış və cinayət işi baxılması üçün 24 may 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cınayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(003)-35/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xıtam verilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 1(003)- 447/2022 saylı məhkəmə hazırlıq iclasının qərarı və 18 may 2023-cü il tarixli, 1(003)- 35/2023 saylı hökmü ləğv edilmiş, cinayət işi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışmış, onun tərəfindən ona dəymiş ziyandan 2250 manat ödənilib, 3750 manat qaytarılmayıb. Onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə barışmış, onun tərəfindən ona cinayət nəticəsində dəymiş ziyan ödənilməmişdir. Onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X1 ilə barışıq əldə edilmiş, həmçinin onun tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Ona dəymiş zərər ödənilməyib, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X1 ilə barışıq əldə edilmiş, həmçinin onun tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Ona dəymiş zərər ödənilməyib, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-170/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs və “İsmayıl” adlı şəxsin arasında olan danışıq səslərinin yazılışını əks etdirən 01 ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında əldə olunmuş razılıq nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında əldə olunmuş razılıq nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs4 dəymiş 6 000 manat maddi ziyandan 2250 manatının ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs3 dəymiş 6 000 manat maddi ziyandan 2250 manatının ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-170/2023 saylı, 04 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs və “İsmayıl” adlı şəxsin arasında olan danışıq səslərinin yazılışını əks etdirən 01 ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında əldə olunmuş razılıq nəzərə alınsın. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə aralarında əldə olunmuş razılıq nəzərə alınsın. Zərərçəkmiş şəxs4 dəymiş 6 000 (altı min) manat maddi ziyandan 2250 (iki min iki yüz əlli) manatının ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs3 dəymiş 6 000 (altı min) manat maddi ziyandan 2250 (iki min iki yüz əlli) manatının ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-35/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-35/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver