Məhkəmə qərarları › İş №1(003)-35/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-35/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-35/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1971-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsində vergi müfəttişi işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Veri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu YYM-də nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq rəsmi sənəd hazırlamış və saxta sənəddən istifadə etmiş, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayınn əvvəllərində, Zərərçəkmiş şəxs sonuncunun 2006-cı il tarixdə 1000 m2 torpaq sahəsini icarəyə götürməsinə dair qanuni sənəd verəcəyi barədə yalan vəd verməklə aldadaraq, Xəzər rayonu Şağan qəsəbəsi Şağan bələdiyyəsinin mülkiyyətində olan 1000 m2 torpaq sahəsinin Zərərçəkmiş şəxs icarə verilməsinə dair, hüquq verən saxta olan, “torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 57 nömrəli müqavilə 1000 m2 torpaq sahəsinin X5 icarə verilməsinə dair, hüquq verən saxta olan, “sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 58 nömrəli müqavilə hazılayaraq, eyni zamanda bu saxta sənədlərdən istifadə edib onların əsasında Şağan bələdiyyəsindən qeyd olunan torpaq sahəsinin Zərərçəkmiş şəxs istifadəsinə verilməsi haqqında xx.xx.2022-ci il tarixli 125 nömrəli, Rəşad Qafarovun istifadəsinə verilməsinə dair xx.xx.2022-ci il tarixli 125 saylı arayış alaraq həmin sənədləri ona 2900 manata satmaqla zərərçəkmiş şəxsə eyni miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 2013-cü ildən 2022-ci ilin iyul ayına kimi Şağan Bələdiyyəsində vergi agenti vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs təhkim olunduğu sahənin sakini kimi tanımış, lakin onunla heç bir əlaqəsi olmamışdır. “SOCAR”a aid torpaq sahəsi xidmət göstərdiyi ərazi olmuşdur. Elçin də onu Bələdiyyə işçisi kimi tanımışdır. Tanışlıqları olsa da, o, Elçinə torpaq sahəsi göstərməmişdir. “SOCAR”ın ərazisində yüzlərlə yerlər var, ola bilər ki, işlədiyi dövrdə müraciət etdiyinə görə ya o, ya da ki, başqa əməkdaşla gedib yeni massivdə yerləşən torpağa baxmışlar. Lakin o, Elçinə həmin torpaq sahəsinə görə icarə müqavilələri verməmiş və belə bir müqavilənin verilməsini təşkil etməmiş, Elçindən 2900 manat pul almamış, ona hər hansı bir sənəd verməmişdir. Pulla bağlı Elçin ona zəng etməmişdir, ola bilsin ki, hansısa məsələ ilə bağlı zəng etmişdir. Şikayət etməzdən əvvəl Elçinin pulla bağlı ona heç bir müraciəti olmamışdır. 2015-ci ildə o, Elçinə müqavilə vermişdir. Müqaviləni kimin tərtib etdiyini bilmir və Elçindən həmin müqaviləyə görə pul almamışdır. Hesab edir ki, o, heç bir cinayət törətməmişdir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2007-ci ildə X1 adlı şəxslə birlikdə ona 0,15 ha torpaq sahəsini 40000 ABŞ dollarına təklif edərək bu torpağın qanuni əsaslarla Afər adlı şəxsə məxsus olduğunu bildirib eyni qiymətə satmışlar. Sonradan isə bu torpağa dair başqa şəxsin çıxarış aldığı məlum olmuş və həmin ərəfədə Afər artıq vəfat etmiş olduğundan, o, verdiyi pulu Fərəcdən və Əliövsəddən tələb etməyə başlamışdır. Fərəc özünün payına düşən 19000 manatı qaytarsa da, Əliövsəd ödəməli olduğu pulun əvəzində ona xx.xx.2022-ci il tarixdə ona Şağan qəsəbəsinin ərazisində 0,02 ha torpaq sahəsini göstərib 2006-cı ildən özünün istifadəsində olduğunu, lakin tikinti işləri aparmaq üçün “SOCAR”ın işçilərindən icazə tələb olunduğunu bildirmişdir. Şərtləşmişlər ki, gələcəkdə bu torpağı satmasın, Əliövsəd pulunu qaytarandan sonra danlşlb razılaşsınlar. Bundan sonra orada ev tikmək üçün daş tökmüşdür. 2022-ci ilin avqust ayının əvvəllərinə "xxxx"nin işçiləri oraya gələrək torpaq sahəsinin həmin MMC-nin istifadəsində olduğunu deyib tikinti işlərinin aparılmasını qadağan etmişlər. Həmin vaxt o, torpaq sahəsinin ona məxsus olmasına inandırmaq üçün bu şəxslərə bir neçə il bundan əvvəl əldə etdiyi, Abşeron Südçülük-tərəvəzçilik sovxozunun Buzovna qəsəbəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin X3 ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli 0,96 nömrəli əmrdən çıxarış təqdim etmişdir. Lakin bu, qanuni sənəd hesab edilməyərək tikintinin aparılmasına qadağa götürülməmiş və ondan tələb olunmuşdur ki, torpaq sahəsinin Şağan bələdiyyəsinin mülkiyyətində olması, habelə ona istifadəyə verilməsi barədə rəsmi arayış təqdim etsin. Bundan sonra arayış almaq üçün bələdiyyənin işçisi olan Təqsirləndirilən şəxs müraciət etmişdir. Əli bildirmişdir ki, belə bir arayışın verilməsi üçün əvvəlcə torpağın onun adında olmasının həqiqiliyinə dair müqavilə olmalıdır və bu müqaviləni onun adına 2800 manata təşkil edə bilər. O, razılaşaraq 2022-ci ilin avqust ayının ilk günlərində Binə qəsəbəsində Əli ilə görüşüb ona 14000 manat pul vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə yenidən həmin yerdə Əli ilə görüşərək ona 1400 manat pul vermişdir. Elə həmin axt Əli ondan müqavilə üzrə ödəilməsi üçün lazım olduğunu deyərək 100 manat rüsum almışdır. Bundan bir neçə gün sonra isə Əli ona Şağan bələdiyyəsinin həmin dövrdə sədri olmuş X6 şəxsində bələdiyyəsinin mülkiyyətində 1000 kvm torpaq sahəsinin Zərərçəkmiş şəxs icarəyə verilməsinə dair 57 saylı xx.xx.2006-cı il tarixli, eyni ölçüdə torpaq sahəsinin X9 verilməsinə dair 58 saylı xx.xx.2006-cı il tarixli müqavilələr, həmçinin bu müqavilələrin əsasında göstərilən torpaq sahələrinin onun və Rəşad Qafarovun istifadəsində olmasını təsdiq edən, hazırda Şağan Bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid1 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli arayışlar vermişdir. Sonralar həmin sənədlərin saxta olması ona məlum olmuşdur. Sənəddə tarix 2006-cı il göstərilmiş, Təqsirləndirilən şəxs isə həmin sənədi ona 2021-ci ildə “SOCAR”a təqdim etmək üçün vermişdir. Sənədin möhürü əsil olmuş, saxtalığı onda şübhə doğurmamışdır, tarix isə onu maraqlandırmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyan məbləğindən 300 manatı indiyə qədər ödəməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir, bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək həmin məbləği ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs Şağan bələdiyyəsinə müraciət edərək ona məxsus olan torpaq sahəsi ilə bağlı arayış almaq istədiyini bildirmişdir. Buna görə də Şağan bələdiyyəsinin vergi agenti Şahid2 tərəfindən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin həqiqətən də Şağan qəsəbəsinin inzibati ərazisinə aid olduğuna görə bələdiyyə tərəfindən həmin şəxsə 12 avqust 2022-ci il tarixli, 124 və 125 nömrəli arayışlar verilmişdir. Bu arayışları Zərərçəkmiş şəxs təqdim etdiyi, torpaq sahəsinin icarəyə verilməsi haqqında 57 və 58 nömrəli müqavilələri gördükdən sonra vermişdir, lakin qeyd olunan müqavilələrin saxta olması barədə heç bir məlumatı olmaımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 2019-cu ildən Şağan Bələdiyyəsində vergi agenti vəzifəsində işləyir, qəsəbənin bağlar massivi onun xidmət etdiyi sahədir. 12 avqust 2022-ci il tarixdə Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid1 Elçin İskəngərovun muraciəti əsasında Elçinə Şağan qəsəbəsinin ərəzaisində torpaq sahələrini icarəyə götürməsi barədə arayışlar verilməsi ilə bağlı ondan həmin şəxs tanıyıb tanımadığını soruşduqda, o, tanımadığını bildirmişdir. Həmin vaxt yanında olan Təqsirləndirilən şəxs isə həmin şəxsləri tanıdığını deyərək 57 və 58 saylı torpaq sahəsinin icarəyə veriməsi barədə müqavilələri təqdim etmişdir. Verilmiş arayışlarda və müqavilələrdə sözügedən torpaq sahələri Təqsirləndirilən şəxs xidmət etdiyi əraziyə aid olmuşdur. Məhz bu hallara görə o və Şahid1 Təqsirləndirilən şəxs təqdim etdiyi müqavilərəin həqiqiliyinə və torpaq sahələrinin həqiqətən Zərərçəkmiş şəxs və Rəşad Qafarova icarəyə verilmiş olduğuna inanaraq arayışları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, normal münasibətləri vardır. 2007-ci ildə tanışı Fərəc adlı şəxslə birlikdə mərhum Afər adlı şəxsin 0.15 ha torpaq sahəsini Elçinə 19.000 manata satmışlar. Mərhum Afər torpağına müştəri tapdıqlarına görə həmin puldan onlara 1000 manat vermişdir. Bundan sonra həmin torpaq sahəsinə görə başqa şəxs çıxarış almış, nəticədə Elçin həmin torpaq sahəsində özünə ev inşa etdirə bilməmişdir. Bu ərəfədə artıq Afər vəfat etdiyinə görə Elçin torpağa görə ödədiyi pulu ondan tələb etməyə başlamışdır. Həmçinin sonradan bilmişdir ki, Elçin 8 ilə əvvəl torpaq sahəsinə görə məhkəmələrə müraciət edibdir. Təxminən 2 ildir ki, Elçin ondan tələb edir ki, özünü Afərin anasının yanına aparsın ki, mərhuma ödədiyi pulu ondan tələb etsin. O, Afərin anasının xəstə və yaşlı adam olduğunu, Afərin diğər qardaşının da həbsdə olduğunu desə də, Elçin bu halda Afərin məzarının üstünə gedib qəbrinin təhqir edəcəyini söyləmişdir. Afər onun uzaq qohumum olduğu üçün Elçinin bu sözü ona pis təsir etmiş, Elçinə özünün Şağan qəsəbəsində yerləşən 0,02 ha ölçüdə pay torpağını təklif edərək bildirmişdir ki, sənədi yoxdur, ancaq orada “SOCAR”ın əməkdaşları ilə razılaşıb tikinti işləri aparmaq olar, torpağı götürsün, daş hasarını çəksin, dəyərinin 19.000 manatını çıxıb qalan hissəsini ona versin. Elçin razılaşmış və o, bu toropaq sahəsini 19.000 manatın əvəzində Eliçinə verməsi barədə yazılı qəbz vermişdir. Sonradan hasar çəkmək və tikinti işləri aparmaq üçün "xxxx"nin əməkdaşları ilə razılaşa bilməmişdir. Bundan sonra Elçin onun qapısına gəlmiş və ona demişdir ki, birdən ölüb edərsə, dilindən kağız yazsın ki, pulu ona ödəyəcək. O da həmin vaxt Elçinə kağız yazıb vermişdir ki, xx.xx.2021-ci il tarixdə 19.000 manat ödəyəcəkdir. Lakin pulu düzəldə bilməmişdir. Bundan sonra isə o, Elçinə 19.000 manat borcun etirafı barədə yazılı vərəq vermişdir. Göstərilən torpaq sahəsi 2015-ci ildən onun istifadəsindəir, bu məddət ərzində o, torpaq sahəsinə hasarın özülünü atmışdır. O, Elçindən hər hansı məbləğdə pul almamışdır. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan “SOCAR” şirkətinin xx.xx.2022-ci il tarixli İ.İ.-07/312 saylı məktubundan görünür ki, X2 tikinti işləri apardığı ərazi “Abşeronneft” NQÇİ-nə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, X4 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs adına xx.xx.2018-ci il tarixdə muvafiq məhkəmə qərardadı və qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun 0,0713 ha topaq sahəsi qeydiyyatdan keçmiş, həmin torpaq sahəsi xx.xx.2019-cu ildə notarial qaydada X7 adına özgəninkiləşdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz hazırlanaraq Zərərçəkmiş şəxs verilmiş və sonuncu tərəfindən istintaq orqanına təqdim edilən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 57 və 58 nömrəli müqavilələr, Şağan bələdiyyəsindən Zərərçəkmiş şəxs və Rəşad Qafarovun bu bələdiyyəyə məxsus torpaq sahələrini icarə götürmələri barədə verilmiş, sonradan ləğv edilən xx.xx.2022-ci il tarixli 124 və 125 nömrəli arayışlar iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq rəsmi sənəd hazırlamaqla və saxta sənəddən istifadə etməklə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunmuşdur. Məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən imtina etmişdir. Azərbaycan Respublikasının CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən imtinası qəbul edilməli, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 321.2.1 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İttiham tərəfinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar