Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-350/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu il tarixdə İmişli rayonunun Hacırüstəmli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Hacırüstəmli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağlar massivində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 aprel 2021-ci il tarxidə saat 00 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə qanunsuz olaraq evin hasarından daxil olmaqla oradan 1 ədəd balaca ölçülü işıq generatorunu, istifadədə olmuş hamam duşunu, istifadədə olmuş bağ qayçısını, istifadədə olmuş dəmir kəsən qayçını, istifadədə olmuş plastik boru kəsən qayçını, istifadədə olmuş laqonda daşını, istifadədə olmuş metrəni, istifadədə olmuş su tərəzisini, istifadədə olmuş hamam su tapançasını, istifadədə olmuş dairəvi formalı rezini, istifadə olunmamış 7 ədəd su rezin borusunu, istifadədə olmuş 2 ədəd çəkici, istifadədə olmuş 3 ədəd lampa patronunu, istifadə olunmamış 5 ədəd elektrik keçiricisini, istifadədə olunmuş 2 ədəd elektrik vilkasını oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 aprel 2021-ci il tarxidə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə qanunsuz olaraq evin hasarından daxil olmaqla, evin giriş qapısını sındıraraq oradan 1 ədəd 100 manat dəyərində qaz balonunu və 250 manat dəyərində qab-qacaq dəstini oğulayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 350 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hazırda atası ilə birlikdə fəhləliklə məşğul olur. 17 aprel 2021-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək niyyətinə düşmüşdür. Həmin gün saat 00 radələrində yaşadığı bağlar massivində yarımtikili olan evdən oğurluq etmək məqsədi ilə hasardan keçərək evin həyətinə daxil olmuşdur. Həyətdə qapısı açıq olan əl damına daxil olub oradan 1 ədəd işıq generatorunu, 1 ədəd laqondanı, 1 ədəd su nasosunu, hamam aksesuarlarını, su tapançasını, 1 ədəd duşu, 1 ədəd üzüm qayçısını, 1 ədəd çəkici, 1 ədəd işıq yandıranı, 1 ədəd kəlbətini oğurlayaraq gəldiyi kimi hasardan keçmiş və oğurladığı əşyaları da hasardan keçirdərək yaşadığı evin həyətinə gətirib gizlətmişdir. 18 aprel 2021-ci il tarixdə işıq generatorunu Sabunçu bazarına apararaq orada tanımadığı şəxsə 20 manata satmış və həmin pulu özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı digər əşyaları isə yaşadığı evin həyətində yerləşən evin arxasında gizlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman oğurladığı əşyaları və işıq generatorunu satdığı yeri onlara göstərmişdir. Oğurladığı generatoru hasardan keçirtmək üçün onun alt hissəsinə taxtalar qoyaraq taxtanın köməkliyi ilə hasarın yuxarı hissəsinə yerləşdirmiş və hasarın üstündən keçirdərək aparmışdır. Bundan başqa, 17 aprel 2021-ci il tarixdə saat 01 radələrində oğurluq etdiyi evin yaxınlığında yerləşən hasarı uçuq olan evin həyətinə daxil olmuş, orada qapısı açıq olan vaqondan 1 ədəd qaz balonu oğurlamış və həmin balonu da polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq cinayətlərini tək törətmiş, əməllərindən heç kimin məlumatı olmamışdır, oğurluq əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır və hazırda onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, onun Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində evi vardır. Həmin ev tam təmirli olmadığı üçün, o, orada yaşamır, lakin evə gedərək həyətində əkinçiliklə məşğul olur. 17 aprel 2021-ci il tarixdə səhər saatlarında evə gəldikdə evin qapısının sındırıldığını görmüşdür. Həmin vaxt evdən 1 ədəd balaca ölçülü işıq generatoru, istifadədə olmuş hamam duşu, istifadədə olmuş bağ qayçısı, istifadədə olmuş dəmir kəsən qayçı, istifadədə olmuş plastik boru kəsən qayçı, istifadədə olmuş laqonda daşı, istifadədə olmuş metrə, istifadədə olmuş su tərəzisi, istifadədə olmuş hamam su tapançası, istifadədə olmuş dairəvi formalı rezin, istifadə olunmamış 7 ədəd su rezin borusu, istifadədə olmuş 2 ədəd çəkic, istifadədə olmuş 3 ədəd lampa patronu, istifadə olunmamış 5 ədəd elektrik keçiricisi, istifadədə olunmuş 2 ədəd elektrik vilkası oğurlanmışdır. İstintaqın ilkin mərhələsində ona məxsus evdən su nasosunun oğurlandığını göstərsə də, əslində su nasosu deyil, su tərəzisi oğurlanmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, onun Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində evi vardır. Həmin ev tam təmirli olmadığı üçün, o, orada yaşamır, lakin evə gedərək həyətində əkinçiliklə məşğul olur. 17 aprel 2021-ci il tarixdə səhər saatlarında həmin evə gəldikdə, evin qapısının sındırıldığını görmüşdür. Həmin vaxt evdən 1 ədəd qaz balonunun və qabqacağın oğurlandığını aşkar etmiş, hadisə barədə Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət etmiş, oradan polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Oğurluq nəticəsində ona 350 manata yaxın maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2021-ci il tarixli, 9/3021 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 218,50 manat müəyyən edildi. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2021-ci il tarixli, 9/3021 saylı rəyi ilə tanış olaraq onlara məxsus oğurlanmış əşyaların həmin rəydəki kimi qiymətləndirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd balaca ölçülü işıq generatoru, istifadədə olmuş hamam duşu, istifadədə olmuş bağ qayçısı, istifadədə olmuş dəmir kəsən qayçı, istifadədə olmuş plastik boru kəsən qayçı, istifadədə olmuş laqonda daşı, istifadədə olmuş metrə, istifadədə olmuş su tərəzisi, istifadədə olmuş balaca ölçülü qaz balonu, istifadədə olmuş hamam su tapançası, istifadədə olmuş dairəvi formalı rezin, istifadə olunmamış su şlankı, istifadədə olmuş çəkic, istifadədə olmuş lampa patronu, istifadə olunmamış elektrik keçirici, istifadədə olmuş elektrik vilkası maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2018-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 332.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il intizam xarakterli hərbi hissədə saxlamaq cəzasına məhkum edilmişdir. 07 mart 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 23 aprel 2021-ci il tarixdə ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağlar massivindəki evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutlar – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd balaca ölçülü işıq generatorunun, istifadədə olmuş hamam duşunun, istifadədə olmuş bağ qayçısının, istifadədə olmuş dəmir kəsən qayçının, istifadədə olmuş plastik boru kəsən qayçının, istifadədə olmuş laqonda daşının, istifadədə olmuş metrənin, istifadədə olmuş su tərəzisinin, istifadədə olmuş balaca ölçülü qaz balonunun, istifadədə olmuş hamam su tapançasının, istifadədə olmuş dairəvi formalı rezinin, istifadə olunmamış su şlankının, istifadədə olmuş çəkicin, istifadədə olmuş lampa patronunun, istifadə olunmamış elektrik keçiricisinin, istifadədə olmuş elektrik vilkasının sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək saxlanıldığı 01 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağlar massivindəki evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd balaca ölçülü işıq generatorunun, istifadədə olmuş hamam duşunun, istifadədə olmuş bağ qayçısının, istifadədə olmuş dəmir kəsən qayçının, istifadədə olmuş plastik boru kəsən qayçının, istifadədə olmuş laqonda daşının, istifadədə olmuş metrənin, istifadədə olmuş su tərəzisinin, istifadədə olmuş balaca ölçülü qaz balonunun, istifadədə olmuş hamam su tapançasının, istifadədə olmuş dairəvi formalı rezinin, istifadə olunmamış su şlankının, istifadədə olmuş çəkicin, istifadədə olmuş lampa patronunun, istifadə olunmamış elektrik keçiricisinin, istifadədə olmuş elektrik vilkasının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-350/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-350/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver