Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-350/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil oğlunun, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lerik Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(048)- 33/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə 01 (bir) il 01 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Lerik rayonunun Blaband ərazi dairəsinin Şinəbənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan tanışı Elvin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs İsrafil oğluna məxsus olmaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nedftçilər küçəsi, döngə 7, nömrəsiz fərdi evin qarşısında hərəkətsiz dayanmaqla saxladığı "QAZ-3110" markalı **-BE-*** qeydiyyat nömrəli avtomobilin sol qabaq qapısının şüşəsini əli ilə endirmə üsulla açma yolu ilə avtomobilin salonuna daxil olaraq, aralarında razılaşmaya görə Elvin adlı şəxsin ətrafa nəzarət edib gələ-gedən olduqda xəbər vermək üçün müşahidə apararaq Təqsirləndirilən şəxs avtomobilin salonundakı iki qabaq oturacaqların arasında kilidsiz vəziyyətdə olan qolqoyanın içərisindən Zərərçəkmiş şəxs məxsus pul qabını görürərək onun içərisindən 1.900 manat nağd pul, bir ədəd 10 manat dəyərində markası istintaqa məlum olmayan kişi ətri, bir qutu 2,8 manat dəyərində "Want" markalı siqaret və bir qutunun dəyəri 3,1 manat olan ümumilikdə 6,2 manat dəyərində iki qutu "Pall Mall" markalı siqaretini götürüb aparmaqla əldə etdiyi nağd pulları tanışı Elvin adlı şəxslə aralarında bölüşdürüb şexsi ehtiyaclarına xərcləyib, etiri istifadə edərək, siqaretləri isə aralarında bölüşdürüb çəkib istifade ederek Zərərçəkmiş şəxs İsrafil oğluna 1.919 (min doqquz yüz on doqquz) manat məbləğində ziyan vurub özgənin əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin yanvar ayında tanışı Elvin adlı şəxslə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən istixanada fəhlə işləmiş, həmin ərəfələrdə arada Elvinin Binə qəsəbəsində kirayədə yaşadığı evdə qalmışdır. xx.xx.2025-ci il tarixdə işdən bir qədər gec çıxmışlar, gecə saatlarında Elvinlə birlikdə işdən çıxıb evə gedərkən artıq xx.xx.2025-ci il saat 01 radələri olmuş, ara yollarla əsas yola avtobus dayanacağına çıxmaq üçün piyada getmişlər. Ara məhəllədə bir evin qarşısında boz rəngli "Qaz-3110" markalı hazırda qeydiyyat nömrəsni xatırlamadığı avtomobil dayanmış vəziyyətdə qabaq sol qapısının şüşəsi bir az aşağı olduğunu görmüşlər. Ətrafa nəzər yetirdikdə heç kimin onları görmədiyinə əmin olduqdan sonra avtomobilə yaxınlaşıb həmin şüşəni əlləri ilə aşağı endirib qapının kilidini içəri tərəfdən qaldıraraq açmışlar. Oradan avtomobilə daxil olaraq əvvəlcə qabaq iki oturacaq arasındakı qolqoyanın içərisinə baxmışlar, qolqoyan kilidli olmamışdır, içərisində bir ədəd pul qabı olmuşdur, həmin pul qabını götürüb içərisinə baxanda görmüşlər ki, içərisində pul var, həmin pulları götürmüşlər. Sonra Elvin ətrafa nəzər yetirərək müşahidə etmişdir ki, gələn-gedən olsa xəbər versin. Pərviz həmin qolqoyanın içərisini yenidən axtarmış, qiymətli bir əşya olmasa da, bir ədəd adını xatırlamadığı ətir, bir qutu "Want" siqareti və iki qutu "Pall Mall" siqaretini götürüb tez oradan uzaqlaşmışlar. Yolda pulu sayıb görmüşlər ki, 1.900 manat puldur. Əsas yola avtobus dayanacağına çıxıb birlikdə avtobusla yaşadıqları evə getmişlər. Evdə pulları aramızda bölmüşlər, siqaretləri ikisi birlikdə çəkmişlər, ətiri isə evdə saxlayıb istifadə etmişlər, istifadə edib qurtardıqdan sonra şüşəsini tullamışlar. Tanışı Elvin adlı şəxsin yalnız adını bildiyini, soyadı və ya ata adını bilmədiyini, əlaqə nömrəsini də əvvəllər bildiyini, lakin ondan uzaqlaşdıqdan sonra nömrəsi yadından çıxardığını, hazırda nömrəsini xatırlamadığını, bildiyinə görə Elvin hazırda həmin evdə də yaşamadığını bildirmişdiur. Bundan başqa oğurluq və ya başqa cinayətlər törətmədiyini, hadisə baş verən zaman əvvəlki törətdiyi cinayətinə görə barəsində çıxarılmış məhkəmə hökmünə əsasən ona nəzarət cihazı tətbiq olunmadığını, tutulduğu günə kimi, eləcə də oğurluq edən zaman ayağında nəzarət cihazı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İsrafil oğlu göstərmişdir ki, evlərin tikinti və təmir işlərində briqadir kimi işləyir, eyni zamanda özü də usta və fəhlələrlə birlikdə işləyir. 2025-ci ilin yanvar ayında Buzovna qəsəbəsində bir ünvanda iş götürüb usta və fəhlələrlə birlikdə işləmişdir. Evin tikin və təmiri üçün materiallar lazım olmuşdur, ev sahibi özü ona materialların pulunu, yəni 1.900 manat pul vermişdir ki, səhəri gün işə gələndə özü alıb gətirsin. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində özü məxsus idarə etdiyi "QAZ-3110" markalı, **-BE-*** qeydiyyat nömrəli avtomobilimlə evə getmiş və avtomobili həmişəki kimi yaşadığın evin qarşısında saxlamışdır. Həmin 1.900 manat pulu da öz pul qabına qoyub, eyni zamanda pul qabını da pulla birlikdə avtomobilin qabaq iki oturacağının arasında olan qolqoyanın içərisinə qoymuşdur. Bundan başqa orada ona məxsus ətiri, bir qutu "Want" markalı və iki qutu "Pall Mall" markalı siqareti olmuşdur. Evə çatandan sonra avtomobildən düşmüş və qapılarını kilidləmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 09:30 radələrində tikinti materialları almağa getmək üçün avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilin qabaq sürücü tərəfdəki qapısı və şüşəsi açıq vəziyyətdədir. Artıq başa düşmüşdür ki, avtomobilinə daxil olunub. Tez qolqoyanın içərisindəki pul qabına baxıb aşkar etmişdir ki, işlədiyi evin sahibinin ona verdiyi 1.900 manat pul oğurlanmışdır. Bundan başqa ona məxsus hazırda adını xatırlamadığı 9 manat dəyərində ətiri, bir qutu 2,8 manat dəyərində "Want" markalı və iki qutu ümumi dəyəri 6,2 manat olan "Pall Mall" markalı siqaretim oğurlandığını aşkar etmişdir. Qeyd etmişdir ki, ilkin izahatında iki qutu "Pall Mall" markalı siqareti yarımçıq olduğunu bildirsə də, əslində həmin siqaretlər bütöv olmuşdur, yarımçıq qutuların biri üzərində digəri isə bardaçokda olmuşdur, həmin siqaret qutusu oğurlanmamışdır. Bundan sonra dərhal DİN-in 102 zeng xidməti mərkəzinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsin atası tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş X2 bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi, ev 7-də 2025-ci ilin yanvar ayının əvvəllərindən təmir-tikinti işləri aparılır. Həmin işləri Zərərçəkmiş şəxs İsrafil oğluna həvalə etmişdir. Bəzən tikinti matariallarını özü alıb gətirmişdir, çox vaxt isə lazım olan tikinti materiallarının pulunu Səxavətə vermişdir ki, Səxavət özü alıb gətirsin. xx.xx.2025-ci il tarixdə təmir-tikinti işlərində lazım olan materialları Səxavət yazmış və onları almaq üçün lazım olan məbləğ 1.900 manat təşkil etmişdir. Həmin məbləği Səxavətə vermişdir ki, səhəri gün Səxavət işə gəlməmişdən əvvəl onları alıb özü ilə gətirsin. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Səxavət ona zəng vurub bildirmişdir ki, dünən verdiyi 1.900 manat pulu axşam avtomobilində saxlayıb, səhər avtomobilə yaxınlaşanda pulun və digər əşyalarının oğurlandığını aşkar etmişdir. Buna görə Səxavət bildirmişdir ki, "mənim səhlənkarlığım olmuşdur, ona görə öz pulumla materialları alıb gətirərəm". Həmin gün Səxavət öz pulu ilə onun evinin təmir-tikinti işlərinə lazım olan 1.900 manat dəyərində materialları alıb gətirmişdir, bu səbəbdən ona ziyan dəyməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs İsrafil oğlunun ünvan 1 ünvanında yaşadığı evin qarşısıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olan "QAZ-3110" markalı **- BE-*** qeydiyyat nömrəli avtomobildən xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində avtomobilin sol qabaq qapısının şüşəsi endirilərək qapısının açılması yolu ilə avtomobilə daxil olunmuş və avtomobildən nağd pul, bir ədəd ətir və üç qutu siqaret oğurlanmışdır. Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2- 1239/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs İsrafil oğluna məxsus "QAZ- 3110" markalı **-BE-*** qeydiyyat nömrəli avtomobildən oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri tədqiq edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 05 ədədi (sol sürücü qapısından götürülmüş) xx.xx.1994-cü ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (03 dəfə), orta ve arsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Bakı şəhşər Xəzər Rayon Prokurorluğuna vəsatət verilmiş, lakin vəsatət təmin olunmayaraq Bakı şəhər Xəzər rayon prokuroru tərəfindən barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunması barədə qərar qəbul edildiyindən həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hökmə əsasən xx.xx.2024-cü il tarixdə CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lerik rayon İczra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 02-167/2025N nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdəndir, cəza çəkdiyi dövrdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib ona 1 ay 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 177.2.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar zərər çəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və zərər çəkmiş şəxslə barışıq əldə edilməsidir (CM-nin 59.1.12 və 59.1.13-cü maddələri). CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İstintaq orqanı tərəfindən CM-nin 61.1.1-ci maddəsinə istinadən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi qeyd edilsə də, məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs hazırki əməli cinayətlərin təkrarlığını yaratmır. Belə ki, cinayət qanunvericiliyin tələbinə görə CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir (CM-nin 16.1-ci maddəsi). CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir (CM-nin 16.2-ci maddəsi). Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təyin ediləcək cəza ilə bağlı məhkəmə asağıdakı qaydada şərh verməyi zəruri hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərər şəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə baxmayaraq əvvəllər qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmasını, bundan nəticə çıxarmayıb cəza çəkdiyi dövrdə inzibati və cinayət məsuliyyətinə səbəb olan iki oğurluq hadisələrinin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınıb azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah edilməsi və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, cəza çəkdiyi dövrdə 1 ay 15 gün inzibati həbs müddətinin çəkilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesaba alınmamasını, CM-nin 67-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) hökmlərin məcmusu üzrə əvvəlki hökmlə çəkilməmiş cəzanın hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 02 iyul 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "başqa yerə getməmək haqqındqa iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lerik Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(048)-33/2024 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 01 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (ay) ay 16 (on altı) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulma hesabı ilə hesablanmaqla 1 (ay) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə həmin cəza hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 01 (bir) gün, həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 02 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "başqa yerə getməmək haqqındqa iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(003)-350/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-350/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver