Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-351/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə 2021-ci ilin noyabr ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs qızını və ailə üzvlərini Bakı Metropoliteninə işə düzəldəcəyi adı ilə aldadaraq, sonuncudan hissə-hissə olmaqla 8300 manat pulu Bakı şəhəri, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Xəzri” istirahət mərkəzinin yaxınlığında olan Xəzər rayonu ərazisində alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxsdən pul aldığı vaxtı "xxxx" QSC-də növbətçi vəzifəsində işləmiş, pulu işə düzəltmək adı ilə zərərçəkmiş şəxsdən almışdır. Onun işə qəbul etmək səlahiyyəti olmamış, yalnız sənədlər vermək imkanı olmuşdur. Zərərçəkmiş şəxsdən 8300 manat məbləğində pul almış, anası ankoloji xəstə olduğundan xərcləmişdir. Zərərçəkmiş şəxs işə düzələndən sonra pul ona qalacaqdır. Zərərçəkmiş şəxsdən aldığı pulu anasının müalicəsinə xərcləmişdir. Sənədləri idarənin əsas filialına qoymuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş ziyanın 25 faiz məbləğində pulu dövlət büdcəsinə ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində bildirmişdir ki, pulu təqsirləndirilən şəxs hissələr şəklində vermişdir. Pulu təqsirləndirilən şəxsə "xxxx" QSC-də işə düzəltməsi üçün vermişdir. Həmin zaman təqsirləndirilən şəxsin "xxxx" QSCdə növbətçi vəzifəsində işləməsi barədə məlumatı olmamış, orada işə düzəltməkdə “əli keçən şəxs” kimi bilmişdir. Sonradan təqsirləndirilən şəxsi araşdırmış və ona bildirmişlər ki, təqsirləndirilən şəxsə qəti şəkildə inanmaq olmaz. Bundan sonra pulun verilməsini dayandırmışdır. Uzun müddət gözləmiş və pulunu qaytarmadığından şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərov tərəfindən toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* nömrəli cinayət işinin başlanması və istintaqın aparılması üçün icraatına qəbul edilməsi, həmçinin Zərərçəkmiş şəxs qızının iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4- cü maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş: - iş üzrə Zərərçəkmiş şəxs qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. -Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, Zərərçəkmiş şəxs qızı ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Göstərilənlərə əsasən cinayət işi üzrə məsuliyyətdən azad edilməsi və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ümumilikdə 2075 (iki min yetmiş beş) manat məbləğində pul ödənilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan o, cinayət məsuliyyətində azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 40.1, 40.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-351/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-351/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver