Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-352/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında məhkum olunmamış, Yardımlı rayonu, Gengərə kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,438 qram narkoik vasitə heroini 13 dekabr 2022-ci il tarixdə Bakı şəhər, Suraxanı rayonu ərazisindən 10 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan Qəsəbəsinə daşımış və 13 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından o, qeyd olunan ünvanda saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman, onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,438 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yenləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada dayanmış Kamaz markalı avtomobilin üzərindən hər birinin qiyməti 350 manat olan ümumiliklə 700 manat dəyərində 2 ədəd akkumulyatorunu açıb götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 700 manat dəyərində ziyan vumraqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 2022-ci ilin dekabr ayının əvvəllərindən Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada olan 100 manat dəyərinə 1 ədəd velosipedi, 100 manat dəyərində 1 ədəd samovarı, 200 manat dəyərində 40 metr uzunluğunda dəmir boruları, 60 manat dəyərində 30 metr uzunluğunda kabeli, 400 manat dəyərində 1 ədəd plasmas su çənini, 200 manat dəyərində olan 1 ədəd İran istehsallı qaz sobasını, 200 manat dəyərində 40 metr uzunluğunda plastik boruları, 60 manat dəyərində 1 ədəd plastik pəncərəni, 50 manat dəyərində 1 ədəd 2X2 ölçüdə dəmir künclük və barmqalıqdan hazırlanmıq çərçivəni, 50 manat dəyərində 5X15sm ölçüdə taxtaları, 80 manat dəyərində 1 ədəd dəmir borunu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 dekabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən evin qarşısında dayanmış T-30 markalı traktorun radiatorunun 250 manat dəyərində radiatorunu, həmin evin həyətinə hasardan aşmaqla qanusuz dazil olaraq orada olan 500 manat dəyərində qaynaq aparatını, 50 manat dəyərində 1 ədəd əl arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 800 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2023-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 7 ünvanında yerləşən evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub oradan 400 manat dəyərində olan 6 ədəd şvelleri və 06 ədəd 3 metrlik dəmir boruları, həyətdəki yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olaraq oradan 200 manat dəyərində olan 01 ədəd İran istehsallı qaz sobasını, 50 manat dəyərində olan 01 ədəd dreli və 50 manat dəyərində olan 01 ədəd laqondanı götürməklə gizli olaraq talayıb X2 800 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 8 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən olan Kamaz markalı avtomobilin 2 ədəd akkumulyatorlarını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında Zərərçəkmiş şəxs5 məxsus Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, döngə 1 ünvanında yerləşən bağ evinə qapının qıfılını qırıb açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 80 manat olan 1 ədəd aluminum qazanı, dəyəri 70 manat olan 1 ədəd dar boğazlı aluminum qazanı, dəyəri 20 manat olan 1 ədəd kiçik aluminum qazanı, dəyəri 25 manat olan 1 ədəd aluminum çaydanı, dəyəri 35 manat olan 1 ədəd aluminum tavanı, dəyəri 50 manat olan 1 ədəd elektrik samovarını, dəyəri 230 manat olan 1 ədəd Salute markalı velosipedi, dəyəri 700 manat olan 1ədəd Bagema meyva qabını, dəyəri 120 mana olan 24 ədəd büllur stəkanları, dəyəri 120 manat olan 1 ədəd büllur külqabını, cəmi dəyəri 400 manat olan kondisionerə aid 2 ədəd radiatorları, dəyəri 50 manat olan 1 ədəd maqnitafonu, dəyəri 120 manat olan 1 ədəd balıqçı tilovunu, həyətdə yerləşən dəyəri 150 manat olan 1 ədəd Marqus markalı su motorunu götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2155 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə , özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 dekabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında Zərərçəkmiş şəxs1 ünvan 5 ünvanın yerləşən evin qarşısında küçədə saxladığı T-30 markalı traktorun radiatorunun 250 manat dəyərində radiatorunu söküb götürdükdən sonra , həmin evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada olan 500 manat dəyərində 1 ədəd qaynaq aparatını, 50 manat dəyərində 1 ədəd əl arabasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 800 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında Zərərçəkmiş şəxs5 məxsus Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, döngə 1 ünvanında yerləşən bağ evinə qapının qıfıını qırıb açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 80 manat olan 1 ədəd aluminum qazanı, dəyəri 70 manat olan 1 ədəd dar boğazlı aluminum qazanı, dəyəri 20 manat olan 1 ədəd kiçik aluminum qazanı, dəyəri 25 manat olan 1 ədəd aluminum çaydanı, dəyəri 35 manat olan 1 ədəd aluminum tavanı, dəyəri 50 manat olan 1 ədəd elektrik samovarını, dəyəri 230 manat olan 1 ədəd Salute markalı velosipedi, dəyəri 700 manat olan 1ədəd Bagema meyvə qabını, dəyəri 120 mana olan 24 ədəd büllur stəkanları, dəyəri 120 manat olan 1 ədəd büllur külqabını, cəmi dəyəri 400 manat olan, kondisionerə aid 2 ədəd radiatorları, dəyəri 50 manat olan 1 ədəd maqnitafonu, dəyəri 120 manat olan 1 ədəd balıqçı tilovunu, həyətdə yerləşən dəyəri 150 manat olan 1 ədəd Marqus markalı su motorunu götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2155 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, onun üzərində narkotik vasitə olmuş, ona elan edilmiş oğurluq cinayətlər ilə bağlı isə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 aid əmlakların oğurlanması hissəsində özünü təqsirli bilir, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid əmlakların oğurlanması hissəsində özünü təqsirli bilmir. Həmin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid əmlakların oğurlanması hissəsində cinayət əməllərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təsir və təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 aid epizodlar üzrə oğurluq hadisələrini törətmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır, özünə məxsus Kamaz 5511 markalı markalı avtomobillə müxtəlif yük daşımalarla məşqul olur. Həmişə maşını yaşadağı evin həyətində saxlayır. 15 yanvar 2023-cü tarixdə səhər saatlarından evdən həyətə çıxarkən görmüşür ki, maşınının üzərindəki iki ədəd akkumulyatorlar yerindən çıxarılıb oğurlanıb. Əvvəlcə DİN-nin 11022 xidmətinə məlumat vermiş, evinə polis əməkdaşları hadisə yerin baxış keçirərək və ərizə və izahatı alınmışdır. Bir iki gündən sonra məlum olmuşdur ki, bu oğurluğu həmkəndlisi Təqsirləndirilən şəxs2 etmişdir. Akkumulyatorların hər birinin qiyməti 350 manat olmaqla oğurluq nticəsində ona 700 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək, təqsirləndirilən şəxslərə qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ünvan 10 ünvanında yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus Kamaz markalı avtomobillə müxtəlif yük daşımalarla məşqul olur. Həmişə maşını evin həyətində saxlayır. Bundan başqa özünə məxsus olan T-30 markalı traktoru vardır və traktoru yaşadığı küçədə evindən bir qədər aralıda saxlayır. 2022-cilin noyabr ayının ortalarında dəqiq xatırlamadağı tarixdə səhər həyətə çıxanda görmüşür ki, maşınının üzərindəki iki ədəd akkumulyatorlar yerindən çıxarılıb oğurlanmışdır. Bu barədə heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. 28 dekabr 2022-ci il tarixdə isə səhər saatlarında həyətə çıxanda görmüşdür ki, həyətdə maşınıın arxasına qoyduğu qaynaq aparatı və yanında olan əl arabası oğurlanmıışdıır. Sonra isə küçəyə çıxarkən traktorun üzərindəki radiatorun da oğurlandığınıı aşkar etmişdir. 03 yanvar 2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə həm maşınının akkumulyatorlarının, həm qaynaq aparatının və traktorunun radiatorunun oğurlanması barədə məlumat vermiş, bir neçə gündən sonra məlum olmuşdur ki, bu oğurluqları həmkəndlisi, eləcə də qohumum olan Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 birlikdə törədiblər. Oğurlanmış akkumulyatorların hər birinin qiyməti 350 manat, qaynaq aparatının qiyməti 500 manat, radiatorun qiyməti 250 manat, əl arabasının qiyməti 50 manat olmaqla oğurluq nəticəsində ona ümumilikdə 1500 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, ünvan 11 ünvanında qızı Leyla Hacıyeva, oğlu Taleh Qəhrəmanov və nəvəsi ilə birlikdə yaşayır. Bundan başqa Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsində bağ evi vardır. Bağ evi 0,025 ha torpaq sahəsi və iki otaqlı bir mərtəbəli yaşayış binasından ibarətdir. Bağ evinə yaz-yay mövsümündə yaşayırıq. Ona görə də orada lazımi əşyalar o cümlədən qab-qacaqlar vardır. Payız-qış mövsümündə bağ evinə hərdən bir gəlib əşyaların yerində olub olmadığını yoxlayır. Növbəti dəfə 17 yanvar 2023-cü il tarixd saat 12:40 radələrində qızı Leyla ilə birlikdə bağ evinə gələrkən görmüşdür ki, evin giriş qapsının önünda olan, dəmir barmaqılqdan hazırlanmış çərçivə qapının qıfılı qırılmış, arxasındakı taxta qapı açıqdır. O, bundan təxminən 10 gün əvvəl bağ evində olmuş və oradan çıxarkən həmin çrçivə qapını özüm qıfılla bağlamış olduğuna görə bu vəziyyəti görüb başa düşmüşdür ki, evə kənar şəxs girmiş, oğurluq olmuşdur. Ona görə də, qızı Leyla əvvəlcə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra oraya polis əməkdaşları gələrkən o, həycanlı olduğuna görə polis əməkdaşlarını suallarına Leyla cavab vermiş və onlarla birlikdə evə girib hansı əşyaların haradan oğurlandığını göstərmiş və özünü adından ərizə vermişdir. Leyla həmin ərizədə və izahatında evdən ümumi dəyəri 750 manat olan bagemaların və qonaq dəstinin, ümumi dəyəri 600 manat olan 3 ədəd aluminium qazanların, su nososunun, oğurlandığını, kondisionerin sındırılıdğını və ümumilikdə onlara 2500 manat ziyan vurulduğunu göstərmişdir. Polis əməkdaşları gedəndən və özünə gəlmiş və evə girib əşyalarının hamısını yoxlayarkən məlum olmuşdur ki, evdən dəyəri 80 mana olan 1 ədəd böyük ölçülü aluminium qazan, dəyəri 70 manat olan 1 ədəd dar boğazlı orta ölçülü aş qazanı, dəyəri 20 manat olan kiçik ölçülü aluminum qazan, dəyri 25 manat olan 1 ədəd aluminium tava, dəyəri 70 manat olan 1 ədəd samovar, nəvəsi üçün 230 manata aldığı Salute markalı velosiped, dəyəri 150 manat olan Marqus markalı su motoru, 50 dəyərində olan markasını xatırlmadağı 2 kassetli maqnitafon, 120 manat dəyərində olan 1 ədəd balıqçı tilovu, qutuya yığıb saxladığı 700 manat dəyərində 1 ədəd bagema meyvəqabı, 120 manat dəyərində 1 ədəd büllur külqabı, 120 manat ədyərində 24 ədəd büllur stəkanlar oğurlanmışdır. bundan başqa Doveoo markalı kondisioneri yerindən çıxarılıb götürülmüş və həyətdə, ayaqyolunun yaxınlığında sökülmüş, içindəki mis metaldan olan radiatorları çıxarılıb götürülmüşdü. Həmin kondisioneri 600 manata almışdır, onun əsas hissəsi olan radiatorları 400 manat dəyərində qiymələndirir. Oğurluq nəticəsində ona cəmi 2155 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək, təqsirləndirilən şəxslərə qanunamüvafiq cəza verilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 12 ünvanında yerləşən fərdi bağ evi vardır. Həmin evdə yaz-yay mövsümündə yaşayır və orada lazımi məişət avadanlıqları və digərə əşyaları saxlayır. Bağ evimə ayda bir-iki dəfə gedib baxıb nəzarət edir. 31 dekabr 2022-c il tarixdə növbəti dəfə bağ evinə gedərkən görmüşdür ki, evdə və həyətdə olan əşyalardan 100 manat dəyərinə 1 ədəd velosiped, 100 manat dəyərində 1 ədəd samovar, 200 manat dəyərində 40 metr uzunluğunda talvarın dəmir boruları, 60 manat dəyərində 30 metr uzunluğunda kabel, 400 manat dəyərində 1 ədəd plasmas su çəni, 200 manat dəyrində olan 1 ədəd İran istehsallı qaz sobası, 200 manat dəyərində 40 metr uzunluğunda plastik boruları, 60 manat dəyərində 1 ədəd plastik pəncərə, 50 manat dəyərində 1 ədə 2X2 ölçüdə dəmir künclük və barmqalıqdan hazırlanmış çərçivə, 50 manat dəyərində 5X15sm ölçüdə taxtalar, 80 manat dəyərində 1 ədəd dəmir boru oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona cəmi 1500 manat dəyərində maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 13 ünvanında yerləşən fərdi bağ evi vardır. Həmin evdə yaz-yay mövsümündə yaşayır və orada lazımi məişət avadanlıqları və digərə əşyaları saxlayır. Orada yaşamadığı bağ evinə qonşusu Nadir Əliyev nəzarət edir. 06 yanvar 2023-cü il tarixdə saat təxminən 07 radələrində Nadir ona zəng edib bir az əvvəl bağ evinə gələrkən, həyətdə olan 6 ədəd şvellerlərin və 6 ədəd boruların oğurlandığını, evin həyətə açılan pəncərəsinin açıldığını gördüyünü, DİN-nin 102 xidmətinə zəng edib bubarədə məlumat verdiyini, evdən nə oğurlandığını bilmədiyini və onun özü gəlib evdəki əşyaları yoxlamalı olduğunu bilidrmişdir. Ertəsi gün saat 09 radələrində özü bağ evinə gəlmiş, evdəki əşyaları yoxlayanda məlum olmuşdur ki, evdən İran istehsalı olan soba, 1 ədəd direl və 1 ədəd laqonda oğurlanıb. Şvellərlərin və boruların qiyməti 400 manat, sobanıın qiyməti 300 manat, direlin qiyməti 50 manat, laqondanın qiyməti 50 manat olmaqla oğurluq nəticəsində ona 800 manat ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 onun işlədiyi, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə gələrək ona 2 ədəd akksulyatora təklfi etmiş və özünü şəxsiyytə vəsiqəsini təqdim edərək bildirmişdir ki, həmin akkumulyatorlar özünə məxsusdur. O, da Təqsirləndirilən şəxs2 sözlərinə inanaraq akkumulyatorları içindəki qurğuşunlara görə alıb məntəqəyə qoymuşdur. 29 dekabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 sonradan adlarını bildiyi Təmruz Rüstəmov adlı şəxslə onun işlədiyi məntəqəyə gələrək ona 1 ədəd latun metalından olan radiator təklif etmişlər. Onlar bu radiatorun özlərinə məxsus olduğunu bildirmişlər eyni zamanda Təmruz özünü şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, radiator 114 manata onlardan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 onun işlədiyi, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə gələrək ona hər biri 3 metr uzunluğunda olan 6 ədəd şvellerlər və 6 ədəd dəmir borular gətirb təklif etmiş və özünü şəxsiyyət vəsiqəsini təqdim edərək bildirmişdir ki, həmin bu əşyalar özünə məxsusdur. O, da Təqsirləndirilən şəxs2 sözlərinə inanaraq şvellərləri və boruları 1 kiloqramı 15 qəpikdən alaraq məntəqəyə yerləşdirmişdir. Sonradan boruların hamısını və şvellerlərin 2 ədədini digər metallarla birlikdə satmışdır. 10 yanvar 2023-cü il tarixdə polis əməkdaşlar Cavanşirlə birlikdə məntəqəyə gəlib, sonuncunun ona satdığı metalların oğurlamış olduğunu bildirmişlər. Bu vaxtadək Cavanşirin ona satdığı şvellerlər və boruları oğurladığını bilməmişdir. Sonra məntəqədə qalan 4 ədəd şvellərləri polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasiələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi barədə 1-ci PŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərar qəbul etmiş və tədbirlərin həyata keçirilməsi məqsədi ilə özü və Şahid2 oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq onlar Təqsirləndirilən şəxs2 adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamış, həmin tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evinin yaxınlığında görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasiələrin qanunsuz dövriyyəsində habelə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. O, bu barədə raportla məruzə etmiş və həmin raportla əlaqədar araşdırmanı aparılması PŞ-nin təhqiqatçısı polis kapitanı X4 həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində müdafəçisi qismində dəvət olunmuş X6, onun və Arfi Abbasovun iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən arasında qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kakos” adlandırılan narkotik vasitə heroindir və onu 12 dekabr 2022-ci il tarixdə günorta saatlarında Suraxanı rayoun Hövsan qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 10 manata alıb üzərində saxlamışdır ki, sonra qəbul etsin. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm zərfə qablaşdırılıb götürülmüş, sonda axtarış və götürmə barədə protokol tərtib olundu, bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasiələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi barədə 1-ci PŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərar qəbul etmiş və tədbirlərin həyata keçirilməsi məqsədi ilə özü və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq onlar Təqsirləndirilən şəxs2 adətən olduğu yerlərdə müşahidələr aparmağa başlamış, həmin tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evinin yaxınlığında görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasiələrin qanunsuz dövriyyəsində habelə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. O, bu barədə raportla məruzə etmiş və həmin raportla əlaqədar araşdırmanı aparılması PŞ-nin təhqiqatçısı polis kapitanı X4 həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində müdafəçisi qismində dəvət olunmuş X6, onun və Arfi Abbasovun iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən arasında qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kakos” adlandırılan narkotik vasitə heroindir və onu 12 dekabr 2022-ci il tarixdə günorta saatlarında Suraxanı rayoun Hövsan qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadə etməsi məqsədi ilə 10 manata alıb üzərində saxlamışdır ki, sonra qəbul etsin. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm zərfə qablaşdırılıb götürülmüş, sonda axtarış və götürmə barədə protokol tərtib olundu, bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 fevral 2023-cü il tarixli, 9/909 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hazırki dövrə olan orta bazar qiyməti ümumi dəyəri təxminən 600 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 6/7015 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan respublikası DİN-nin zərflər üçün №157 dairəvi möhür əksi, vət. Təqsirləndirilən şəxs2nldan aşkar.., sözləri, soyad və imzalar» qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan qəzvəi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixlə Azərbaycan Respublikasını Qanununu ilə təsdiq olunmuş Arəzrbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/909 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla ekspert rəyi verilən dövrə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 manat müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 fevral 2023-cü il tarixli, 1084 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 çəkilməmiş cəzasından 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, 21.1.1985-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəriməni tam ödəmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:40-18:50 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-baş leytenantı Cavidan Allahverdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-14/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-46/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-45/2023 saylı, 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 056779 saylı ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 056780 saylı ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 1(003)-343/2022 saylı, 02 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə 13 aprel 2023-cü il tarixə çəkilməmiş cəzası 02 il 04 ay 06 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 234.1-ci maddəsi və 3 epizod yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.4-cü maddələrinə əsasn himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəylərinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi 03 epizod üzrə tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 aid hissədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəylərinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi üzrə tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması hissəsində Təqsirləndirilən şəxs2 həmin zərər çəkmiş şəxslərə məxsus olan əşyaların oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokolundan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayətləri üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində həmin oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməllərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə marağı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həmin ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisəsinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərər çəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yenləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada dayanmış Kamaz markalı avtomobilin üzərindən hər birinin qiyməti 350 manat olan ümumiliklə 700 manat dəyərində 2 ədəd akkumulyatorunu açıb götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə 700 manat dəyərində ziyan vumraqla oğurluq etmişdir. Həmçinin ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 8 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən olan Kamaz markalı avtomobilin 2 ədəd akkumulyatorlarını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd akkumulyatoru oğurlamaqda özünü təqsili hesab etmiş, lakin Zərərçəkmiş şəxs2 aid hissədə ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 qeyd etmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 onun işlədiyi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə gələrək ona 2 ədəd akkumulyator təklfi etmiş və o, həmin akkumlayorları alıb məntəqəyə qoymuşdur. Şahidin ifadəsindən göründüyü kimi cinayətin predmetini təşkil edən olan 2 ədəd akkumulyator 2022-ci ilin noyabr ayının ortalarında təqsirləndirilən şəxs tərəfindən ona satılmışdır. Bu hal həmin akkumulyatorların Zərərçəkmiş şəxs1 məxus evin həyətindən oğurlanmasına dəlalət edir. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən oğurlanması ehtimal olunan 2 ədəd akkumulyatorun 2022-ci ilin noyabr ayının ortalarında satılması mümkün deyildir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətindən oğurlanması ehtimal olunan 2 ədəd akkumulyatorun oğurlanma tarixi ilə bağlı ittiham aktı və şahid ifadəsi arasında ziddiyyət mövcüddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəllərindən Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada olan 100 manat dəyərinə 1 ədəd velosipedi, 100 manat dəyərində 1 ədəd samovarı, 200 manat dəyərində 40 metr uzunluğunda dəmir boruları, 60 manat dəyərində 30 metr uzunluğunda kabeli, 400 manat dəyərində 1 ədəd plasmas su çənini, 200 mana dəyrində olan 1 ədəd İran istehsallı qaz sobasını, 200 manat dəyərində 40 metr uzunluğunda plastik boruları, 60 manat dəyərində 1 ədəd plastik pəncərəni, 50 manat dəyərində 1 ədəd 2X2 ölçüdə dəmir künclük və barmqalıqdan hazırlanmıq çərçivəni, 50 manat dəyərində 5X15sm ölçüdə taxtaları, 80 manat dəyərində 1 ədəd dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 8 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən olan Kamaz markalı avtomobilin 2 ədəd akkumulyatorlarını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,388 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra 2 ədəd akkumulyatorların, 1 ədəd Marqus markalı su motorunun, 1 ədəd böyük, 1 ədəd orta ölçülü və 1 ədəd kiçik öçülü aluminum qazanların, 1 ədəd aluminium çaydanın, 1 ədəd aluminum tavanın, 2 ədəd mis metaldan olan radiatorların, 1 ədəd Salute markalı velosipedin, 1 ədəd maqnitafonun, 1 ədəd balıqçı tilovunun və 4 ədəd şvellerlərin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq orada olan 100 manat dəyərinə 1 ədəd velosipedi, 100 manat dəyərində 1 ədəd samovarı, 200 manat dəyərində 40 metr uzunluğunda dəmir boruları, 60 manat dəyərində 30 metr uzunluğunda kabeli, 400 manat dəyərində 1 ədəd plasmas su çənini, 200 mana dəyrində olan 1 ədəd İran istehsallı qaz sobasını, 200 manat dəyərində 40 metr uzunluğunda plastik boruları, 60 manat dəyərində 1 ədəd plastik pəncərəni, 50 manat dəyərində 1 ədəd 2X2 ölçüdə dəmir künclük və barmqalıqdan hazırlanmış çərçivəni, 50 manat dəyərində 5X15sm ölçüdə taxtaları, 80 manat dəyərində 1 ədəd dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 8 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən olan Kamaz markalı avtomobilin 2 ədəd akkumulyatorlarını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,388 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra 2 ədəd akkumulyatorların, 1 ədəd Marqus markalı su motorunun, 1 ədəd böyük, 1 ədəd orta ölçülü və 1 ədəd kiçik öçülü aluminum qazanların, 1 ədəd aluminium çaydanın, 1 ədəd aluminum tavanın, 2 ədəd mis metaldan olan radiatorların, 1 ədəd Salute markalı velosipedin, 1 ədəd maqnitafonun, 1 ədəd balıqçı tilovunun və 4 ədəd şvellerlərin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-352/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-352/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver