Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-353/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmmə Asəf oğl katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 3, mənzil 17-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Əbulfət oğlu xx.xx.2023-ci il tarixində tamah niyəti, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əvvəlcədən tanıdığı şəxs Zərərçəkmiş şəxs İnqlab oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, bağlar massivi ev-160a fərdi yaşayış evinə qonaq qismində qalarkən evin həyətindən cəmi dəyəri 10000 manat təşkil edən 2000 manat dəyərində 4 mərtəbəli ayağ altı, 1000 manat dəyərində fontan, 300 manat dəyərində dəmir manqal, 500 manat dəyərində latun stol, hər birinin dəyəri 100 manat olmağla ümumi dəyəri 1200 manat olan 12 ədəd pəncərə dəmir barmağlığı, 1500 manat dəyərin 220 volt gücündə 1 ədəd stabilizator, 1000 manat dəyərində mərmər daşlar, 1000 manat dəyərində antik mis somavar, 500 manat dəyərində aliminum somavar, hər birinin dəyəri, ümumi qiyməti 500 manat olan 2 ədəd radiator, 300 manat dəyərində zibil qabı, 200 manat dəyərində hava təziqini gücləndirinən mono metir, 400 manat dəyərində mis kabel gizli gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi 04 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs CMnin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əvvəlcədən tanıdığı şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qonaq qismində qalarkən evin həyətindən 2000 manat dəyərində 4 mərtəbəli ayaqaltı, 1000 manat dəyərində fontan, 300 manat dəyərində dəmir manqal, 500 manat dəyərində latun stol, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədəd pəncərə dəmir barmaqlığı, 1500 manat dəyərində 220 volt gücündə 1 ədəd stablizator, 1000 manat dəyərində mərmər daşlar, 1000 manat dəyərində antik mis somavar, 500 manat dəyərində alüminium somavar, hər birinin dəyəri 250 manat ümumi dəyəri 500 manat olan 2 ədəd radiator, 300 manat dəyərində zibil qabı, 200 manat dəyərində hava təzyiqini gücləndirən monometr, 400 manat dəyərində mis kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. xx.xx.2023cü il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Xəzər rayon prokuroru Fəxri Ələsgərov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X2 ifadəsində 2022-ci ilin sentyabr ayında ünvan 1 ünvanında yerləşən özünəməxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Lakin, müstəntiq Cavidan Allahverdiyev tərəfindən 18 fevral 2023-cü il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında”, 10 fevral 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında”, 13 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında”, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarlarda və ittiham aktının nəticəvi hissəsində isə Təqsirləndirilən şəxs cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətdiyi qeyd edilmişdir. Eləcə də iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında ona zəng vuraraq bağa gəlməsini və bağda olan özünəməxsus dəmirləri aparıb satmağı xahiş etmişdir. Göründüyü kimi, işin hallarından məlum olur ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə oğurluq cinayət əməlini törətməsinə baxmayaraq, müstəntiq həmin cinayət əməlinin törədilməsi vaxtını 22 sentyabr 2023-cü il tarix kimi qeyd etməklə qeyd olunan ziddiyyətləri aradan qaldırmamışdır. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin məcəllənin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Bundan başqa həmin məcəllənin 298.4-cü maddəsinə əsasən ittiham aktının nəticə hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi ittiham aktı 18 mart 2023-cü il tarixdə təsdiq edilməsinə baxmayaraq, müstəntiq tərəfindən cinayətin törədilmə tarixi 21 sentyabr 2023-cü il olaraq qeyd edilmişdir. Müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 223.3.2, 289.3.1 və 298.4-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə iclasında Müdafiəçi cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, oğurluq cinayət əməlinin 22 sentyabr 2022-ci il tarixdə törətməsinə baxmayaraq müstəntiq Cavidan Allahverdiyev tərəfindən 18 fevral 2023-cü il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında”, 10 fevral 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında”, 13 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında”, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərarlarda və ittiham aktının nəticəvi hissəsində isə Təqsirləndirilən şəxs cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətdiyi qeyd edilmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 223.3.2, 289.3.1 və 298.4-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə əsasən ttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 298.4-cü maddəsinə əsasən Bu Məcəllənin 298.3-cü maddəsinin tələblərini yerinə yetirərkən məhkəmə göstərilən şəxslərə müvafiq olaraq ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətini göndərməlidir (təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının surətinin verilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməsinə görə məhkəmə bu şəxslərə həmin sənədləri göndərmir). Məhkəmə həmçinin bu Məcəllənin 298.3-cü maddəsində göstərilmiş şəxslərə aşağıdakılara dair bildiriş göndərməlidir. Göstərilənlərə əsasən CPM-nin müvafiq maddələrinin qeyd olunan tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 11 aprel 2023-cü il tarixdə bitdiyi nəzərə alınmalı və onun həbsdə saxlama müddəti 01 ay, yəni 11 may 2023-cü il tarixədək uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.1, 303.3.1, və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 220010794 saylı cinayət işi üzrə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 11 may 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti məlumat üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisinə, dövlət ittihamçısına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunsun, icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-353/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-353/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver