Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-353/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili və nümayəndəsi X4 iştirakı ilə, X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Füzuli rayonu Horadiz kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. 2021-ci ildən bu günədək "Azərbaycan Karlar Cəmiyyəti" X1. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş xx.xx.1996-cı il təvəllüdlü X8 Bakı şəhəri Xəzər Rayonu Buzovna qəsəbəsi Artçılıq yaşayış massivi nomrəsiz fərdi tikilidə yaşayır. X8 aşağıdakı Təhqir xarakterli informasiyaları vermişdir. X8 özünü əxlaqsız vəziyyətdə video görüntüyə alaraq özünə məxsus "sedran.officall.lox" instaqram sosial şəbəkəsində yerləşdirmişdir. (Hal-hazırda sözü gedən video profildədir, etik kodeksinə uyğun olaraq videonu ərizəsinə əlavə edə bilməmişdir) Bundan sonra Sədran Baxşıyev ona Whatsapp vasitəsilə zəng vuraraq ona məxsus bir videonu nişanlısına göndərmiş, onun ailə problemlərinin yarandığını və bu barədə ona kömək etməyini istəmişdir. O isə bildirmişdir ki, o sənin şəxsi işindir və o, bu səbəbə görə ona köməklik edə bilməz. Polisə müraciət etməsini bildirmişdir. Bu zaman Sədran Baxşıyev onu söyməyə və təhqir etməyə başlamışdır. X9 Azərbaycan Karlar Cəmiyyətində lal və kar kimi qeydiyyata alınmış şəxslərə və Cəmiyyətin üzvlərinə zəng vuraraq onu və zəng vurduğu şəxsləri təhqir etmiş, aralarında insident yaranmış, həmin şəxslərə məkan ataraq oraya gəlmələri üçün söyüşlər söymüşdür. Bu zaman bir neçə lal və kar Sədran Baxşıyevin atdığı məkana, Xəzər rayonu, Binə qəsəbəsinə getmiş, orada aralarında insident yaşanmışdır. Hal hazırda insidentlə bağlı Xəzər rayon polis idarəsində araşdırma gedir. Bundan sonra Sədran Baxşıyev bu vəziyyətdən istifadə edərək onun ünvanına xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə (instagram) canlı yayım zamanı nalayiq ifadələr işlətməyə və ondan 70.000 (yetmiş min) manat pul tələb etməyə başlamışdır. Pulu verməyəcəyi təqdirdə bu propaqandalarını davam etdirəcəyini və ona "hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir" deyə bildirmişdir. Sədran: “Sabah gələcəm, Karlar Cəmiyyətinə çəkiliş qrupu ilə polis də gətirəcəm. Cəmiyyətin prezidentinin boğazından ilişdirəcəm. Mənə hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir, mən ondan əl çəkməyəcəm, anamın yarasının xərcini ödəsin, 70.000-i ödəsin, ödəməsə 70.000-i onun başına oyun açacam, gözləyirəm. 70000-i (təkrar) ödəsin. Hamınız soruşursuz məndən niyə Bəhrəm? Siz hamınız kişi deyilsiz məndə sübütlar var” demişdir. Bu da bir daha sübut edir ki, Sədran bu məsələləri onun nüfuzuna ləkə gətirmək, şərəf və ləyaqətini alçaltmaq üçün qurduğu bir ssenaridir. Bundan əlavə Sədran Baxşıyev "instaqram sosial platformasında onun şəklini yuxarı ekranın sağ küncünə yerləşdirərək şəklin aşağı hissəsinə "Tpyc" sözü yazaraq, aşağıdakı ifadələri işlətmişdir: “Bu şəkildə gördüyünüz adam yəni Bəhrəm (trusdur) qorxaqdır. Sizin hamınıza söz verirəm ki, Bəhrəmi cəmiyyətin rəhbərliyindən rüsvay edib, rədd elətdirəcəm, göndərəcəm (Karlar cəmiyyətin rəhbəri Bəhrəm Hüseynovun ünvanına söyüş soyür). Şəkilə diqqqətnən baxın bunu birdə təkrar etməyəcəm, bu insan yəni Bəhrəm (trusdur) qorxaqdır”. Onu təhqir etmiş, Karlar Cəmiyətinin rəhbəri olaraq tanınmış bir şəxs kimi cəmiyyətin üzvləri, cəmiyyətin lal və kar olan əlilləri arasında onun ləyaqətini alçaltmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdə yenidən Baxşıyev Sədran digər bir video görüntüdə bildirmişdir: “Hamısının səbəbkarı onlardı. Onlar Eminin tərəfini tutdular. Emin mənim qohumum olan qızı narahat edirdi, məndə zəng etdim Bəhrəmə ki, mənə dəstək olsun, o isə dedi ki, bu kimi mövzular ona aid deyil, çizgi qoydu bu məsələyə dedi ki, get polisə müraciət et. Ondan sonra mən hirsləndim hamısı ilə ona görə savaşdım. Bəhrəm ki, çizgi qoydu bu məsələyə məndə ona söyüş söydüm (Bəhrəmin ünvanına). Süründürəcəm, əl çəkən deyiləm, ilişdirəcəm Bəhrəmi. Dayansın hələ yadda saxladım bunu”. Digər videoda Sədran Baxşıyev daha da irəli gedərək onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Sədran bildirmişdir: “Gəlsin görüşsün mənimlə, ora bura şikayət etməsin, Bəhrəm deyirəm gəlsin görüşsün mənimlə p...(nəcis) tökərəm onun başına (söyüş söyür Bəhrəmin ünvanına) gəlsin yanıma. Bəhrəmi söyüş söyür...... edərəm..... (Bəhrəm Hüseynovun ünvanına söyüş söyür) mənə kömək etmədi məndə gedim evinə Bəhrəmin ailəsinin başına oyun açım görüm xoşuna gələcək... Bəhrəm heç kimdir, ondan Cəmiyyətin prezidenti olmaz”.Bundan əlavə Sədran Baxşıyev xx.xx.2024-cü il tarixdə təkrarən davamlı olaraq sosial şəbəkədə onun barəsində nalayiq ifadələr işlədərək işgüzar nüfuzuna, şərəf və ləyaqətini alçaldaraq aşağıdakı ifadələri video vasitəsi ilə söyləyərək yayımlamış və yuxarıda göstərdiyi nüanslarla onun şəxsiyyətini təhqir etmişdir. Bundan əlavə X11 adlı şəxlə Whatsappla danışan zaman onun ünvanına nalayiq söyüşlər söyərək onun şərəfinə, ləyaqətinə, Cəmiyyətin Prezidenti olaraq nüfuzuna xələl gətirmişdir. Bildirmişdir ki, Sədran Baxşıyevin özünə aid bir neçə instagram sosial platformasında "sedran_007", "sedran.007off", "sedran.ofical" və.s profillər açaraq Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq şərəf və ləyaqətini alçaldan videolar yerləşdirmişdir. Dörd aya yaxındır ki, Sədran Baxşıyev onun barəsində videolar çəkərək, İnstagram sosial şəbəkəsində yerləşdirərək, 70.000 (yetmiş min) manat pul tələb edərək onun şərəf və ləyaqətini alçatmışdır və bu cür videoları da davam etdirir. Bundan əlavə Sədran Baxşıyevin yaydığı videolarla bağlı "Xəbər_a" saytının əməkdaşlarına məcbur qalıb müsahibə vermişdir. Bir sözlə Sədran Baxşıyev onu hal-hazıradək sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldaraq Karlar Cəmiyyətinin Prezidenti olaraq nüfuzdan salmağa cəhd göstərir. Baxşıyev Sədran bununlada yetinmir. O, "Azərbaycan Karlar Cəmiyyəti" X2 Adına Bankdan kredit götürmüşdür. Həmin şəxslərin pullarını ödəmir. X10 pullarını tələb etdikdə Sədran onları bıçaqla hədələmişdir. X8 anadangəlmə lal və kardır. Sədran Baxşıyevin sosial şəbəkədə açdığı canlı yayımlarda onların adına işlətdiyi ifadələr onun Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq Cəmiyyətin üzvləri və onu tanıyan şəxslərin yanında şərəfini, ləyaqətini ləkələmişdir. X15 Moskva şəhərində yaşayır. O da onun kimi lal və kardır. Ona zəng vuraraq Sədranın onun barəsində təhqir etməsinin səbəbin soruşur və videoların artıq sosial şəbəkələrdə yayıldığını və onun da dost tanış yanında nüfuzunun aşağı düşdüyünü bildirərək böyük narahatçılıq hissləri kecirdiyini bildirir. Əslən Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndində qeydiyyatda olan X8 hal-hazırda Xəzər rayon Binə qəsəbəsində yaşayır, anadan gəlmə lal-kardır və heç bir yerdə işləmir. Azərbaycan Karlar Cəmiyyətinin üzvlərinin adına Bankdan pullar götürür və ödəmir. Pulunu tələb edən şəxslərə isə bıçaqlayacağını bildirərək hədə qorxu gəlir və pulu verməkdən imtina edir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, onu xüsusi İttihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən, X5 Azərbaycan Respublikası Cinayət Məcəllsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili və nümayəndəsi X7 şikayətin məzmununa uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayət verən X6 şikayətində dəlillərini təsdiq edən sübutları əks etdirməmişdir. Belə ki, İnstaqram sosial şəbəkəsində onun şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasını və bunun kütləvi şəkildə baş verməsinə dair sübutlar (dəlillər) şikayətə əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci və 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, X6 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300.1.3, 302.1.7, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-353/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-353/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver