Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-354/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna Mərdəkan yolu Bağlar yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Bağlar yaşayış massivi nömrəsiz fərdi yaşayış evinin qarşısında qardaşı oğlu X2 ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən Musa Cabarovun sifət nahiyəsindən iki dəfə yumruqla vuraraq, sağ göz almasının ağlı qişasının qansızması, sağ göz ətrafı nahiyənin qançırı, sağ üst göz qapağının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X2 onun qardaşı oğludur və onunla qonşuluqda yaşayır. xx xxxx 2020ci il tarixdə, saat təxminən 22 radələrində oğlu Yadulla ona zəng edərək Musanın sərxoş vəziyyətdə onu söyərək təhqir etdiyini demişdir. O, Yadullaya Musaya heç nə etməməyi tapşırmış və evdən çıxaraq Musanın yaşadığı küçəyə getmişdir. Həmin vaxt onun arxasınca oğlu Rasim də gəlmişdir. O, həmin yerə çatanda Musanın sərxoş olduğunu görmüş və ondan onun ünvanına nə üçün söyüş söydüyünü soruşmuşdur. Həmin vaxt Musa yenə onu söydüyünə görə, o, başı ilə bir dəfə Musanın sifət nahiyəsindən zərbə vurmuşdur. Həmin zərbədən Musa yerə yıxılmış və ayağa qalxaraq onun üstünə cummaq istəyəndə oğlanları Rasim və Yadulla onu kənara çəkmiş və onlar çıxıb evə getmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Musa Polis Şöbəsinə gedərək onlardan şikayət etmişdir. Mübahisə 2-3 dəqiqə davam etmiş, həmin vaxt ətrafda heç kəs olmamışdır. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Musa ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Musanın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X2 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi, Rasim və Yadulla isə əmisi Əmrahın oğullarıdır. Atası Məmmədhəsən rəhmətə getdikdən sonra onun əmisi Əmrah və ailəsi ilə münasibəti soyumağa başlamışdır. Onun yaşadığı evlə əmisi Əmrahın yaşadığı ev arasında təxminən 100-150 metr məsafə vardır. Əmisi oğlu Yadulla yay ayları bağ evinə gələn qonşuya həyətdə bəzi işlərdə kömək edir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinə keçən gecə, saat təxminən 03:00 radələrində Buzovna qəsəbəsi bağlar adlanan ərazidə yerləşən evində olan zaman qonşunun həyətindən yüksək tonlu musiqi səsləri eşitmişdir və həmin musiqi səsləri 1 həftə imiş ki, davam edirmiş. Musiqi səsindən yata bilmədiyi üçün dözə bilməyib həyətin hasarına yaxınlaşaraq əmisi oğlu Yadullanı səsləyib küçəyə çağırmışdır. Sonra isə özü də küçəyə çıxmışdır. O, Yadullanın qonşunun qapısının ağzında olduğunu görüb, ona evin sahibini çağırmağını demişdir. Yadulla isə ona möhkəm səslə gözləməyi deyərək qırağa çəkilib mobil telefonla atası Əmraha zəng etmişdir. Təxminən 5-10 dəqiqədən sonra əmisi Əmrahın və digər əmisi oğlu Rasimin ona tərəf gəldiklərini görmüşdür. Onlar ona yaxınlaşanda o, nə baş verdiyini soruşmüş və yenə də evin sahibini çağırmağı Yadullaya demişdir. Bu vaxt əmisi Əmrah iki dəfə ardıcıl olaraq yumruqla onun sifət nahiyəsinə zərbə endirmiş və o, zərbələrin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman əmisi Əmrah, əmisi oğulları Rasim və Yadulla hər üçü qaçaraq uzaqlaşmışlar. O isə güclə ayağa qalxıb öz evinə getmiş, 2 gün nə həkimə, nə də ki, polisə müraciət etməmiş, lakin gözü ağrıdığı üçün 2-ci PŞ-nə gedərək ərizə və izahat yazmışdır. Hazırda əmisi Əmrah ilə barışmışdır, o, ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq əmisi Əmrah barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Şahid qardaşı, Musa Cabarov isə əmisi oğludur. Musa tüfeyli həyat tərzi keçirdiyindən təxminən 7-8 ildir ki, onunla münasibəti yoxdur. xx xxxx 2020-ci il tarixdə, Musanın yaşadığı evin yaxınlığında qonşuda olmuşdur. Həmin bağ evinin sahibi evə nəzarət etməyi ona tapşırmışdır. Həmin gün saat təxminən 22 radələrində Musa darvazanı döyərək onu söyüşlə çölə çağırmış, o, darvazadan çölə çıxdıqda Musanın sərxoş olduğunu görmüş, ona baş qoşmamaq üçün geri qayıdan zaman Musa yenidən onu və ailə üzvlərini söyüşlə təhqir etməyə başlamışdır. O, dərhal atasına zəng edərək, Musanın sərxoş vəziyyətdə onların ailə üzvlərini pis formada təhqir etdiyini demişdir. Atası ona Musaya heç nə etməməyi demiş və gələcəyini bildirmişdir. Bundan təxminən 5- 10 dəqiqə sonra atası və arxasınca qardaşı Rasim gəlmişdir. Həmin vaxt atası Musadan nə üçün onları təhqir etdiyini soruşmuş və Musa yenidən söyüş söydüyü üçün atası başı ilə Musanın sifətindən bir dəfə vurmuşdur. Həmin zərbədən Musa yerə yıxılmış və ayağa qalxaraq atası Əmrahın üstünə cummaq istəyəndə o və Rasim atalarını kənara çəkmiş və çıxıb evə getmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Musa Polis şöbəsinə gedərək şikayət etmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, kənarda başqa şəxslər olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid oğlu da oxşar, eyni məzmunlu ifadə verərək X3 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 683 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - sağ göz almasının ağlı qişasının qansızması, sağ gözətrafı nahiyənin qançırı, sağ üst gös qapağının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs X2 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Əmrah ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Əmrahın barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X1 və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 ümumilikdə 5 iş saatına görə cəmi 30,00 (otuz) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 (on beş) iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə ümumilikdə 5 iş saatına görə cəmi 30,00 (otuz) manat və Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-354/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-354/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver