Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-357/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə aldadaraq ona satdığı «Toyota» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək adı ilə «Həci» adlı şəxs vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ondan alaraq naməlum istiqamətdə aparmaqla Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirib avtomobili geri qaytarmadan Zərərçəkmiş şəxs 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi üzrə məhkəmə iclasında araşdırılmış hallardan (cinayət işinin materiallarından, proses iştirakçılarının izahatlarından, şahid ifadələrindən) müəyyən edilir ki, Zərərçəkmiş şəxs tərəfindən “Toyota” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi barədə danışıqlar və həmin avtomobilə görə pulun verilməsi Bakı şəhəri, Xətai Rayonunun ərazisində yerləşən “Həzi Aslanov” adına metrostansiyanın yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlədiyi ofisdə həyata keçirilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aid deyil və iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki cinayət işi üzrə məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs mülkiyyət hüququ ilə özünə məxsus olmayan və özü də digər bir şəxsdən icarəyə götürdüyü avtomobili öz avtomobili olduğunu bildirərək zərərçəkmiş şəxsə satmış, bunun müqabilində isə təqsirləndirilən şəxsə ittihamda istinad edilən dələduzluq əməlinin predmeti olan 4500 manat məbləğində pul vəsaiti zərər çəkmiş şəxs tərəfindən Bakı şəhəri, Xətai Rayonunun ərazisində təqsirləndirilən şəxsə verilmiş və bununla da təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanı yaranmışdır. Təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanının pul vəsaitini əldə etdikdən dərhal sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət əməlinin törədilmə yeri Bakı şəhəri Xətai Rayon ərazisi müəyyən edilməlidir. Ali Məhkəmə Plenumunun yuxarıda gösərilən qərarında həmçinin göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırkı iş üzrə cinayət əməlinin törədildiyi yer Bakı şəhəri Xətai rayonunun ərazisi hesab olunduğundan cinayət işi həmin yerin yurisdiksiyasına uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Müdafiəçi təqdim etdiyi hesabat arayışlarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə cəmi 42 saat vaxt sərf etmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiəsinə sərf edilmiş cəmi 42 (qırx iki) saata görə 252 (iki yüz əli iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-357/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-357/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver