Məhkəmə qərarları › İş №1(003)-358/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-358/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-358/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Albalılıq yaşayş massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən “Araz” marketin qarşısında yerdən Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********81444 nömrəli “Birbank” kartını tapıb götürmüş, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısı olan həmin “Kapital Bank" kartın hesabında saxlanılan Zərərçəkmiş şəxs məxsus pul vəsaiti hesabına 557 manat 58 qəpik məbləğində pulunu ələ keçirməsində ifadə olunan hərəkətlərlə həmin gün, yəni 10 fevral 2025-ci il tarixdə saat 19:18-də Bakı şəhəri Xəzər rayonu Şiivəlan qəsəbəsində yerləşən “Xəzər” marketdə 1.20 manat, saat 19:19-da 2.60 manat, daha sonra həmin tarixdə saat 19:28-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Oba” marketdə 5.39 manat, saat 19:31-də 7.09 manat, saat 19:32-də 4.80 manat, həmin tarixdə saat 19:34-də Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsində yerləşən “Qala” marketdə 9.50 manat, saat 19:35-də 4.50 manat, həmin tarixdə saat 20:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Araz” marketdə 8.69 manat, həmin tarixdə saat 20:47-də Bakı şəhəri, Nizami rayonu ərazisində metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən köşkdə 14 manat, saat 20:48- də 27 manat, həmin tarixdə saat 21:10-da ünvan 3 ünvanında yerləşən köşkdə 9 manat, həmin tarixdə saat 21:11-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən telefon mağazasında 30 manat, həmin tarixdə saat 21:20-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən köşkdə 4.50 manat, həmin tarixdə saat 22:23-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən meyvə-tərəvəz mağazasında 2.20 manat, həmin tarixdə saat 22:29-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 9.35 manat, habelə 11 fevral 2025-ci il tarixdə saat 11:06-da Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 1.44 manat, həmin tarixdə saat 11:32-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ərzaq mağazasında 4.50 manat, həmin tarixdə saat 12:23-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Bolpark” mağazasında 50.80 manat, həmin tarixdə saat 12:59-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən X9 mağazasında 30 manat, həmin tarixdə saat 13:06-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 15.37 manat, saat 13:06-da 3.30 manat, həmin tarixdə saat 13:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən dönərxanada 2.80 manat, həmin tarixdə saat 14:55-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Grandmarket”-də 4.70 manat, həmin tarixdə saat 15:06da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən adsız marketdə 8.90 manat, həmin tarixdə saat 17:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 11.80 manat, saat 22:08-də 42 manat, saat 22:09da 11.80 manat, saat 22:14-də 25.73 manat, həmin tarixdə saat 22:15-də Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 3.30 manat, saat 23:32-də 70.10 manat, saat 23:34-də 9 manat, saat 23:45-də 24.33 manat, həmçinin 12 fevral 2025-ci il saat 01:53-də Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 50.42 manat, saat 01:56-də 4 manat, saat 01:57-də 4 manat, həmin tarixdə saat 12:21-də Bakı şəhəri, Xəzər rayonu, X4 yerləşən “Nihad” marketdə 22.47 manat, saat 12:23-də 17 manat dəyərində ərzaq malları, qida məhsulları, tütün məmulatları, geyim əşyaları, telefon aksesuarları və digər əşyaları Zərərçəkmiş şəxs məxsus pul vəsaiti hesabına alıb elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-yə məxsus **********81444 nömrəli “Birbank” kartını POS terminallarına daxil edib ödəniş vasitəsi kimi istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 557 ( beş yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik məbləğində ziyan vurmaqla özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 10 fevral 2025-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Polis Akademiyası”-nın yaxınlığında yerləşən “Araz” marketin qarşısında olarkən yerdən "xxxx"-a məxsus olan “Birbank” bank kartı tapmışdır. Maddi vəziyyəti yaxşı olmadığından və içərisindəki pulları xərcləyə biləcəyini düşünüb xərcləmək qərarına gəlmişdir. 10 fevral 2025-ci il tarixdən başlayaraq müxtəlif ərzaq, geyim telefon aksesuarları mağazalarından alış-veriş etmişdir. Sonuncu dəfə isə kartdan istifadə etmək istədikdə kartın bloklanmasmı görmüş və istifadə edə bilmədiyini gördükdən sonra kartı sındıraraq məişət tullantıları qutusuna atmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Zərərçəkmiş şəxs məlumat verilsədə məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında onun ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin 5239-1517-4281-1444 nömrəli debet kart hesabından kartın itirilmə vaxtından bloklananadək olan müddət ərzində yəni 10 fevral 2025-ci il tarixdə saat 19:18-də Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Xəzər” marketdə 1.20 manat, həmin tarixdə saat 19:19-da həmin marketdə 2.60 manat, həmin tarixdə saat 19:28-də Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Oba” marketdə 5.39 manat, həmin tarixdə saat 19:31-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Oba” marketdə 7.09 manat, həmin tarixdə saat 19:32-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Oba” marketdə 4.80 manat, həmin tarixdə saat 19:34-də Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Qala” marketdə 9.50 manat, həmin tarixdə saat 19:35-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Qala marketdə 4.50 manat, həmin tarixdə saat 20:00-da Şüvəlan qəsəbəsində yerləşən “Araz” marketdə 8.69 manat, həmin tarixdə saat 20:47-də Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında yerləşən kiöskdə 14 manat, həmin tarixdə saat 20:48 Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyası yaxınlığında yerləşən kiöskdə 27 manat, həmin tarixdə saat 21:10-da Nizami rayonu, H.Əliyev prospekti ev 119c ünvanında yerləşən kiöskdə 9 manat, həmin tarixdə saat 21:11 -də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən telefon mağazasında 30 manat, həmin tarixdə saat 21:20-də Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən kiöskdə 4.50 manat, həmin tarixdə saat 22:23-də Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən meyvə- tərəvəz mağazasında 2.20 manat, həmin tarixdə saat 22:29-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 9.35 manat, 11 fevral 2025- ci il tarixdə saat 11:06da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X2 yerləşən “Oba” marketdə 1.44 manat, həmin tarixdə saat 11:32- də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerlənən ərzaq mağazasında 4.50 manat, həmin tarixdə saat 12:23-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Bolpark” mağazasında 50.80 manat, həmin tarixdə saat 12:59-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 mağazasında 30 manat, həmin tarixdə saat 13:06-da Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 15.37 manat, həmin tarixdə saat 13:06-da Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 3.30 manat, həmin tarixdə saat 13:10-da Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən dönərxanada 2.80 manat, həmin tarixdə saat 14:55-də Xəzər rayonu, Buzovna qəsəbəsi, “Grandmarket”-də 4.70 manat, həmin tarixdə saat 15:06-da Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən marketdə 8.90 manat, həmin tarixdə saat 17:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 11.80 manat, həmin tarixdə saat 22:08-də Sabunçu rayonu,. Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 42 manat, həmin tarixdə saat 22:09- da Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 11.80 manat, həmin tarixdə saat 22:14-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 25.73 manat, həmin tarixdə saat 22:15-də Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq YYM-də yerləşən marketdə 3.30 manat, həmin tarixdə saat 23:32- də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 70.10 manat, həmin tarixdə saat 23:34-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 9 manat, həmin tarixdə saat 23:45-də Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 24.33 manat, 12 fevral 2025-ci il saat 01:53 Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 50.42 manat, həmin tarixdə saat 01:56-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 4 manat, həmin tarixdə saat 01:57-də Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 4 manat, həmin tarixdə saat 12:21-də Xəzər rayonu, X8 Massivində yerləşən “Nihad” marketdə 22.47 manat, həmin tarixdə saat 12:23-də Xəzər rayonu, X8 Massivində yerləşən “Nihad” marketdə 17 manat olmaqla ümumilikdə 557,58 manat pul çıxarılmışdır. O ilkin ifadələrində mobil telefonda olan tətbiq vasitəsi ilə hesablayaraq təxmini məbləğ bildirmiş, bankdan əldə edilmiş məlumatda qeyd olunan 557 manat 58 qəpik pul kartını itirdikdən sonra xərclənmişdir və ona həmin məbləğdə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxsin tutulması haqqında 28 fevral 2025-ci il tarixli protokoldan məlum olur ki, h Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:45-də tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Abbasov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; -- Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir; - Sənədə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən “Araz” marketin qarşısında yerdən Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus **********81444 nömrəli “Birbank” kartını tapıb götürmüş, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısı olan həmin “Kapital Bank" kartın hesabında saxlanılan Zərərçəkmiş şəxs məxsus pul vəsaiti hesabına 557 manat 58 qəpik məbləğində pulunu ələ keçirməsində ifadə olunan hərəkətlərlə həmin gün, yəni 10 fevral 2025-ci il tarixdə saat 19:18-də Bakı şəhəri Xəzər rayonu Şiivəlan qəsəbəsində yerləşən “Xəzər” marketdə 1.20 manat, saat 19:19-da 2.60 manat, daha sonra həmin tarixdə saat 19:28-də Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsində yerləşən “Oba” marketdə 5.39 manat, saat 19:31-də 7.09 manat, saat 19:32-də 4.80 manat, həmin tarixdə saat 19:34-də Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsində yerləşən “Qala” marketdə 9.50 manat, saat 19:35-də 4.50 manat, həmin tarixdə saat 20:00-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Araz” marketdə 8.69 manat, həmin tarixdə saat 20:47-də Bakı şəhəri, Nizami rayonu ərazisində metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən köşkdə 14 manat, saat 20:48- də 27 manat, həmin tarixdə saat 21:10-da ünvan 5 ünvanında yerləşən köşkdə 9 manat, həmin tarixdə saat 21:11-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən telefon mağazasında 30 manat, həmin tarixdə saat 21:20-də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən köşkdə 4.50 manat, həmin tarixdə saat 22:23-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən meyvə-tərəvəz mağazasında 2.20 manat, həmin tarixdə saat 22:29-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 9.35 manat, habelə 11 fevral 2025-ci il tarixdə saat 11:06-da Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 1.44 manat, həmin tarixdə saat 11:32-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ərzaq mağazasında 4.50 manat, həmin tarixdə saat 12:23-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Bolpark” mağazasında 50.80 manat, həmin tarixdə saat 12:59-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən X9 mağazasında 30 manat, həmin tarixdə saat 13:06-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 15.37 manat, saat 13:06-da 3.30 manat, həmin tarixdə saat 13:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən dönərxanada 2.80 manat, həmin tarixdə saat 14:55-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Grandmarket”-də 4.70 manat, həmin tarixdə saat 15:06-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən adsız marketdə 8.90 manat, həmin tarixdə saat 17:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Oba” marketdə 11.80 manat, saat 22:08-də 42 manat, saat 22:09-da 11.80 manat, saat 22:14-də 25.73 manat, həmin tarixdə saat 22:15-də Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 3.30 manat, saat 23:32-də 70.10 manat, saat 23:34də 9 manat, saat 23:45-də 24.33 manat, həmçinin 12 fevral 2025-ci il saat 01:53-də Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən “Oba” marketdə 50.42 manat, saat 01:56-də 4 manat, saat 01:57-də 4 manat, həmin tarixdə saat 12:21-də Bakı şəhəri, Xəzər rayonu, X4 yerləşən “Nihad” marketdə 22.47 manat, saat 12:23-də 17 manat dəyərində ərzaq malları, qida məhsulları, tütün məmulatları, geyim əşyaları, telefon aksesuarları və digər əşyaları almasını təsdiq etmişdir; - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 791 nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs hər-hansı psixi xəstəlik aşkar olnumur, onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli 10573 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı ödəməsini, etdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət, həmçinin xx.xx.2025-ci il taridən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6ində cəza çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 09 (doqquz) gün olmaqla, cəmi 01 (bir) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı və ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 143 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar