Məhkəmə qərarları › İş №1(003)-359/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-359/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-359/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində döğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 10 ədəd sırğa cütü-üzük-kulon-qolbaq dəsti, 6 ədəd sırğa cütü-üzük-kulon dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 1 ədəd sırğa cütü-üzük-qolbaq-dəsti, 8 ədəd sırğa cütü-üzük dəsti, 5 ədəd qolbağ, 1 ədəd kulon, 2 ədəd yaxa sancağı və 5 ədəd üzükdən ibarət cəmi çəkisi 949,51 qram təşkil edən xeyli miqdarda, ümumilikdə 139283 manat dəyərində zərgərlik məmulatlarından 1 ədəd sırğa cütü-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa cütü-üzükqolbağ-dəsti, 1 ədəd sırğa cütü-üzük-kulon dəsti, 1 ədəd sırğa cütü-üzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd yaxa sancağını iki ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi qəhvəyi rəngli əl çantasının üst cibinə, 2 ədəd sırğa cütü-üzük-kulon-qolbaq dəsti, 4 ədəd sırğa cütü-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd yaxa sancağını 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisinə, 3 ədəd sırğa cütüüzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa cütü-üzük-kulon dəsti, 2 ədəd sırğa cütü-üzük dəsti, 4 ədəd üzüyü 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisinə, 4 ədəd sırğa cütü-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa cütü-üzük-kulon dəsti və 1 ədəd sırğa cütü-üzük dəstini isə 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Eminent” sözü yazılmış qara rəngli çamadanın içərisinə yerləşdirərək 26 yanvar 2022-ci il tarixdə saat 13 radələrində J2 075 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına aparmaq üçün “X4 Aeroportu”nda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal-1 X5" gömrük postuna daxil olub tamah məqsədilə qeyd edilən gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə keçirilmiş baxış zamanı göstərilən zərgərlik məmulatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddiaçı qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2011-ci ildən "xxxx" QSC-nin “X4 Aeroportu”nda fəaliyyət göstərən Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidmətinin X-Ray qurğuları üzrə inspektoru vəzifəsində işləyir, xidməti vəzifəsi havalimanında quraşdırılmış rentgen qurğuları vasitəsilə yük və mallar yoxlayaraq onlardan təhlükəli olanların təyyarəyə daxil edilməsinin qarşısını almaqdan ibarətdir. 26 yanvar 2022-ci il tarixdə gəzmək üçün Türkiyənin İstanbul şəhərinə gedərkən valideynlərinin 2008-2009-cu illərdə təqribən 10000 ABŞ dollarına əldə etdiyi, onlar öldükdən sonra ona miras olaraq qalmış qızıl-zinət əşyalarını da İstanbul şəhərinə apararaq orada satıb əldə etdiyi gəlirlə özünə Bakı şəhərində ev almaq qərarına gəlmiş və bu məqsədlə İstanbul şəhərində satmaq niyyətində olduğu hər biri qızıldan hazırlanmış, üzərləri brilyant qaşlarla bəzədilmiş, təxminən 949 qram çəkidə olan qızıl-zinət əşyalarını qiymətinə və mənşəyinə görə çeşidləyərək onlardan 1 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-qolbağ-dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd sancaqdan ibarət olanları iki ədəd sellofan paketdə qablaşdırıb qəhvəyi rəngli əl çantasının üst cibinə, 2 ədəd sırğaüzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd sancaqdan ibarət olanları 1 ədəd sellofan paketdə qablaşdırıb üzərinə “Jian-int” sözü yazılmış göy rəngli çamadana, 3 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzükkulon dəsti, 2 ədəd sırğa-üzük dəsti, 4 ədəd üzükdən ibarət olanları 1 ədəd sellofan paketdə qablaşdırıb üzərinə Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadana və 4 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd sırğa-üzük dəstindən ibarət olanları 1 ədəd sellofan paketdə qablaşdırıb üzərinə Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadana yerləşdirmiş, ardınca onları götürərək həmin tarixdə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərindən İstanbul şəhərinə getmək üçün “X4 Aeroportu”na yollanmışdır. O, həmin tarixdə ora çatdıqdan sonra saat 13:40 radələrində “X4 Aeroportu”nun 1-ci Terminalının gediş zalının A zonasına daxil olub gömrük nəzarətindən keçmək üçün əl yükü olan qəhvəyi rəngli əl çantasını gediş zalında olan rentgen qurğusuna yerləşdirmiş, buna qədər isə üzərinə “Jian-int” sözü yazılmış göy rəngli çamadanını, üzərinə “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanını və üzərinə “Eminent” sözü yazılmış qara rəngli çamadanını minəcəyi təyyarənin baqajına yüklənməsi üçün təhvil vermişdir. İlk öncə əl yükü olan qəhvəyi rəngli əl çantası rentgen qurğusunda yoxlanılarkən gömrük əməkdaşı rentgen qurğusunun monitorunda şübhəli cizgilər görərək ondan həmin əşyaların nə olduğunu soruşmuş, o isə cavab olaraq onların qızıl olduğunu bildirmişdir. Bundan sonra çantası gömrük əməkdaşları tərəfindən açılaraq yoxlanılmış və çantanın üst cibində olan iki ədəd sellofan paketdən üzərində qaşlar olan 1 ədəd sırğaüzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-qolbağ-dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd sancaq aşkar olunmuşdur. Bundan sonra gömrük əməkdaşı ondan başqa qızıl-zinət əşyalarının olub-olmadığını soruşmuş, o isə cavab olaraq baqaja verdiyi çamadanlarında da belə əşyaların olduğunu söyləmiş, bu zaman başqa bir gömrük əməkdaşı da həmin yerə gələrək baqaja verdiyi çamadanlarda da şübhəli cizgilərin aşkar edildiyini bildirmişdir. Daha sonra gömrük əməkdaşları tərəfindən baqajları yoxlamadan keçirilərkən hər biri ona məxsus olmaqla, üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisindəki sellofan paketin içindən üzərində qaşlar olan 2 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd sancaq, üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisindəki sellofan paketin içindən üzərində qaşlar olan 3 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd sırğaüzük dəsti, 4 ədəd üzük və üzərində “Eminent” sözü yazılmış qara rəngli içərisindəki sellofan paketin içindən üzərində qaşlar olan 4 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd sırğa-üzük dəsti aşkar olunmuşdur. Bunun ardınca həmin qızıl-zinət əşyaları elektron tərəzi ilə çəkilmiş və onların ümumi çəkisinin təxminən 949 qram təşkil etdiyi müəyyən edilmiş, gömrük əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə həmin predmetləri protokol əsasında götürmüşlər. Gömrük əməkdaşı əl çantasında olan qızıl-zinət əşyalarının cizgilərini rentgen qurğusunun monitorunda görüb ondan bu barədə soruşduqda o, gömrük əməkdaşına həmin əşyaların qızıl-zinət əşyaları olduğunu demiş, bununla da onları şifahi formada gömrük orqanına bəyan etmişdir. Gömrük əməkdaşları ona həmin əşyaları yazılı bəyan etməli olduğunu söyləməmişlər, əgər ona bu barədə bildirmiş olsaydılar, o, gömrük orqanına yazılı bəyannamə də təqdim edərmiş. Apardığı qızıl-zinət əşyalarını qiymətinə və mənşəyinə görə çeşidləmiş və bu çeşidləməyə görə onların bir qismini əl çantasına, qalanlarını isə çamadanlarına yerləşdirmişdir. Bundan əvvəl Türkiyə Respublikasına, eləcə də digər ölkələrə qızıl-zinət əşyaları aparmamış, eləcə də əvvəllər Azərbaycan Respublikasında və ya hər hansı digər dövlətdə qızıl satışı ilə məşğul olmamışdır. Apardığı qızıl modelləri Türkiyədə baha olduğundan, o, onları həmin ölkədə sataraq daha çox gəlir əldə etmək istəmiş, buna görə onları Azərbaycanda satmamışdır. Qızılları satmaq üçün İstanbul şəhərində konkret yer müəyyən etməmişdir, orada ayrı-ayrı mağazaları gəzib uyğun pul təklif edənə qızılları satmağı planlaşdırmışdır. Həmin qızıl-zinət əşyaları valideynləri tərəfindən təxminən 2008-2009-cu illərdə əldə edildiyindən və bununla bağlı hər hansı sənədi saxlamadığından, onların əldə edilməsinə dair hər hansı sənəd təqdim edə bilmir. Onun satmaq üçün Azərbaycandan Türkiyəyə qızıl-zinət əşyaları aparmağından hər hansı şəxsin məlumatı olmamış, eləcə də bu əmələ yol verməyində başqa şəxslər iştirak etməmişdir, həmin predmetləri satmaq üçün Azərbaycandan Türkiyəyə təkbaşına gedirmiş. O, ayda bir dəfə istirahət üçün xarici ölkələrə gedir. Aylıq 700 manat əmək haqqı alsa da, çalışdığı "xxxx" QSC öz işçilərinə sərfəli şərtlərlə bilet satdığından o, ucuz qiymətə gediş-gəliş aviabileti ala bilir, bununla da aylıq əmək haqqım bu səfərlərinə kifayət edir. O, növbəli iş rejimi olan işdə işləyir. Belə ki, o, bir gün gündüz, ardınca bir gün gecə işdə olduqdan sonra, ardıcıl iki gün istirahət günü olur. 26 yanvar 2022-ci il tarixdə istirahət günü olduğundan, iş yerində istirahət günləri xarici ölkəyə və ya digər hər hansı yerə getməyinə məhdudiyyət olmadığından, o, həmin gün Türkiyə Respublikasına gedirmiş, qısa vaxt ərzində, yəni bir günə də geri qayıdaraq, növbəsi olan gün işə çıxacaqmış. O, malları hər hansı formada qaçaqmalçılıq yolu ilə deyil, şifahi formada gömrük əməkdaşına bəyan etməklə gömrük sərhədindən keçirdiyindən, buna baxmayaraq, gömrük əməkdaşları ona qanunvericiliyin tələblərini pozduğunu söylədiklərindən, o, buna etiraz olaraq ilkin yoxlama zamanı tərtib edilmiş bir sıra sənədləri imzalamaqdan imtina etmişdir. Bir daha bildirir ki, ölkədən aparılan qızılzinət əşyaları yazılı bəyan edilməli olmadığından, o, gömrük sərhədindən keçirdiyi qızılzinət əşyaları barədə gömrük əməkdaşlarına şifahi məlumat verməklə onlara bunu bəyan etmişdir. Buna gprə də özünü təqsirli bilmir. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Cənub Mühafizə dəstəsinin mühafizəçisi vəzifəsində xidmət etməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X5” gömrük postuna təhkim olunmuş Şahid1 göstərdi ki, o, 26 yanvar 2022-ci il tarixdə növbədə olduğu zaman xidməti vəzifəsi “X4 Aeroportu”nun T-1 Terminalının gediş zalında həyata keçirərkən saat 13 radələrində J2 075 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zonasına daxil olduqdan sonra sonuncuya məxsus əl yüklərinə gömrük əməkdaşı Şahid2 rentgen qurğusu vasitəsi ilə baxış keçirərkən qurğunun monitorunda Təqsirləndirilən şəxs məxsus əl çantasına dair əks olunmuş görüntülərdə gömrük qanunvericiliyinə əsasən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, elektron və ya yazılı formada bəyan edilməmiş zərgərlik məmulatlarının təsvirlərini görərək ona məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əl çantasında zərgərlik məmulatlarının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da cavab olaraq çantasında zərgərlik məmulatlarının olduğunu söyləmiş, ardınca o, Təqsirləndirilən şəxs məxsus əl çantasında ilkin yoxlama aparmış və içərisində zərgərlik məmulatlarının olmasını müəyyən etmişdir. Bu zaman gediş zalının bunkerində xidmət aparan gömrük əməkdaşları ona zəng edərək Təqsirləndirilən şəxs məxsus 3 ədəd çamadanı bunkerdə quraşdırılmış rentgen qurğusu vasitəsilə yoxlayarkən qurğunun monitorunda zərgərlik məmulatlarının təsvirini gördüklərini söyləmişlər, o da həmin gömrük əməkdaşlarına çamadanları gətirmələrini, həmin şəxsin əl çantasından da zərgərlik məmulatlarının aşkar edildiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yoxlama otağına dəvət edərək əl çantasına və çamadanlarında yoxlama aparmağa başlamışdır. Hal şahidlərinin iştirakı ilə apardığı yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus qəhvəyi rəngli əl çantasının üst cibində olan iki ədəd sellofan paketdən əvvəlcədən gömrük orqanına təqdim olunmamış, elektron və yazılı formada bəyan edilməmiş, üzərində qaşlar olan 1 ədəd sırğa-üzük-kulonqolbağ dəsti, 1 ədəd sırğa-üzük-qolbağ-dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğaüzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd sancaq aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs məxsus baqajlarda yoxlama keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisindəki sellofan paketin içindən əvvəlcədən gömrük orqanına təqdim olunmamış, elektron və yazılı formada bəyan edilməmiş üzərində qaşlar olan 2 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd sancaq, üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisindəki sellofan paketin içindən əvvəlcədən gömrük orqanına təqdim olunmamış, elektron və yazılı formada bəyan edilməmiş, üzərində qaşlar olan 3 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd sırğa-üzük dəsti, 4 ədəd üzük, üzərində “Eminent” sözü yazılmış qara rəngli çamadanın içərisindəki sellofan paketin içindən əvvəlcədən gömrük orqanına təqdim olunmamış, elektron və yazılı formada bəyan edilməmiş, üzərində qaşlar olan 4 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd sırğa-üzük dəsti aşkar olunmuşdur. Bunun ardınca aşkar olunan zərgərlik məmulatları “Qosmetr” markalı elektron tərəzi ilə çəkilmiş və onların ümumi çəkisinin təxminən 949 qram təşkil etdiyi müəyyən edilmişdir, yoxlama başa çatdıqdan sonra aşkar olunan zərgərlik məmulatları qablaşdırılaraq araşdırma aparılması üçün hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Təqsirləndirilən şəxs əl çantasında zərgərlik məmulatlarının olmasını ona yalnız həmin zərgərlik məmulatlarının təsvirləri rentgen qurğusunun monitorunda aşkar edildikdən və bundan sonra o, Təqsirləndirilən şəxs çantasında zərgərlik məmulatlarının olub-olmamasını soruşduqdan sonra söyləmişdir. Təqsirləndirilən şəxs baqaja verdiyi çamadanlarda zərgərlik məmulatlarının olmasını ona əvvəlcədən söyləməmişdir, bu barədə məlumatı ona ilkin olaraq bunkerdə xidmət aparan gömrük əməkdaşları söyləmişdir. Təqsirləndirilən şəxs çanta və çamadanlarında zərgərlik məmulatlarının olması barədə əvvəlcədən gömrük orqanına hər hansı formada məlumat verməmiş, elektron və ya yazılı bəyannamə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Tapdıq oğlunun və Şahid6 elan edilmiş ifadələri ilə onların da digər şahidlər - Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları təsdiq etmələri müəyyən edildi. İş materiallarından görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Şahid1 istintaq orqanına şahid qismində verdiyi ifadəni bir daha təkrarlayaraq Təqsirləndirilən şəxs üzünə sonuncunun baqaja verdiyi çamadanlarda zərgərlik məmulatlarının olmasını ona əvvəlcədən söyləmədiyini, bu barədə məlumatı ona ilkin olaraq bunkerdə xidmət aparan gömrük əməkdaşlarının dediyini bildirmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs da şahid qismində dindirmə zamanı bildirdiyi məlumatlara uyğun analoji məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus qəhvəyi rəngli əl çantasının üst cibində olan iki ədəd sellofan paketdən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, elektron və ya yazılı formada bəyan edilməmiş üzərində qaşlar olan 1 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzükqolbağ-dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbaq, 1 ədəd kulon və 1 ədəd sancaq, üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisindəki sellofan paketdən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, elektron və ya yazılı formada bəyan edilməmiş üzərində qaşlar olan 2 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd sancaq, üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisindəki sellofan paketdən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, elektron və ya yazılı formada bəyan edilməmiş üzərində qaşlar olan 3 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd sırğa-üzük dəsti, 4 ədəd üzük və üzərində “Eminent” sözü yazılmış qara rəngli çamadanın içərisindəki sellofan paketdən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, elektron və ya yazılı formada bəyan edilməmiş üzərində qaşlar olan 4 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd sırğa-üzük dəsti aşkar edilmişdir. Daha sonra aşkar edilmiş zərgərlik məmulatları elektron tərəzidə çəkilmiş və onların təxmini çəkisinin 949 qram olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 6/670 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 ədəd üzük, 9 dəst sırğa cütü-üzük, 7 dəst sırğa cütü-üzükkulon, 2 ədəd kulon, 8 ədəd qolbağ, 2 ədəd yaxa sancağı, 9 dəst sırğa cütü-üzük-kulonqolbağdan ibarət ümumi kütləsi 949,51 qram olan məmulatların hər birinin gümüşü rəngli hissələri (qaş hissələri) 583/585 əyarlı, sarı rəngli digər hissələri 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların üzərində olan qaşlar qiymətli qaşlara aid olmaqla, brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2022-ci il tarixli, 9/722 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 42 adda zərgərlik məmulatlarının 26 yanvar 2022-ci il tarixdə orta bazar qiyməti təxminən 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat təşkil edir. Həmin məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) rəyin tədqiqi hissəsində olan Cədvəldə göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əsasən X3 istiqamətində (digər hallarda Rusiya Federasiyası, Türkiyə Respublikası) olmaqla, ümumilikdə 75 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 26 yanvar 2022-ci il tarixdə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində ölkə ərazisini tərk edərkən yüklərindən qızıl-zinət əşyaları aşkar olunmuşdur. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli videogörüntülərin köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış predmeti olan diskin içərisində “1” və “2” adlı 2 video faylı vardır. “1” adlı faylda olan videogörüntüyə baxış keçirdikdə məlum olmuşdur ki, videogörüntü 29 dəqiqə 01 saniyə ölçüsündə olmaqla, onda “X4 Aeroportu”nun 1-ci Terminalının gediş zalının A zonasının sərnişinlərin ziqzaqvari maneələrin arasından üzü əl yüklərinə gömrük nəzarətinin həyata keçirildiyi rentgen qurğusu istiqamətində hərəkət etdiyi piyada yolu əks olunmuşdur. Qeyd edilən görüntülərdən görünür ki, mavi rəngli şalvar və eyni rəngli puloverəbənzər üst geyimi geyinmiş Təqsirləndirilən şəxs yaxasına bir ədəd çanta asmış vəziyyətdə üzərinə qara rəngli sellofan torba qoyduğu, nisbətən kiçik ölçülü çamadanı bir əli ilə təkərləri üzərində dartmaqla hər hansı gömrük əməkdaşı ilə ünsiyyətdə olmadan göstərilən piyada yolu ilə hərəkət edib qeyd edilən rentgen qurğusuna çatıb, eyni qaydada hər hansı gömrük əməkdaşı ilə ünsiyyətdə olmadan təsvir edilən əşyalarını rentgen qurğusunun lentinə yerləşdirir və özü metalaxtaran dedektordan keçməklə rentgen qurğusunun lentinin çıxış hissəsinə yaxınlaşır. Onun əşyalarını rentgen qurğusuna yerləşdirməsindən həmin əşyalarını rentgen qurğusundan götürənədək təxminən 1 dəqiqə vaxt keçir və bu müddət ərzində o, hər hansı gömrük əməkdaşı ilə ünsiyyətdə olmur. O, əşyalarını rentgen qurğusunun lentindən götürərkən bir nəfər kişi gömrük əməkdaşı ona yaxınlaşaraq ünsiyyətdə olur və onu videogörüntünün qeyd alındığı, ziqzaqvari maneələrdən üzü rentgen qurğusu istiqamətdə sol tərəfə dəvət edir və Təqsirləndirilən şəxs rentgen qurğusundan çıxan əşyalarını götürərək gömrük əməkdaşının göstərdiyi istiqamətdə bir qədər hərəkət edərək orada yerləşən masaya yaxınlaşır. Gömrük əməkdaşı tərəfindən Həmin masanın üzərində Təqsirləndirilən şəxs yanında sonuncuya məxsus çantalar yoxlanılır. Görüntülər uzaq məsafədən qeydə alındığı üçün yoxlama nəticəsində çantalardan hər hansı əşyanın aşkar edildiyi görünmür, yoxlama bitdikdən sonra Təqsirləndirilən şəxs videogörüntünün qeyd alındığı, ziqzaqvari maneələrdən üzü rentgen qurğusu istiqamətdə sağ tərəfə dəvət edilir, orada gömrük əməkdaşı Təqsirləndirilən şəxsla bir qədər ünsiyyətdə olduqdan sonra Təqsirləndirilən şəxs bir daha metalaxtaran dedektordan keçirilir, daha sonra gömrük əməkdaşı ilə birgə videokadrdan çıxır və bununla da videogörüntü başa çatır. “2” adlı faylda olan videogörüntüyə baxış keçirdikdə məlum olmuşdur ki, videogörüntü 28 dəqiqə 55 saniyə ölçüsündə olmaqla, onda “X4 Aeroportu”nun 1-ci Terminalının gediş zalının A zonasının əl yüklərinə gömrük nəzarətinin həyata keçirildiyi rentgen qurğusundan üzü sərnişinlərin ziqzaqvari maneələrin arasından hərəkət etdiyi piyada yolu istiqaməti (“1” adlı faylda olan videogörüntülərin əksi) əks olunmuşdur. Bu videogörüntülərdə Təqsirləndirilən şəxs hərəkətləri “1” adlı faylda təsvir edilənlərlə eynilik təşkil edir. Yalnız “1” adlı faylda olan görüntülərdən fərqli olaraq onun çantalarının gömrük əməkdaşı tərəfindən masanın üzərində ilkin olaraq yoxlanılmasına dair hissə bir qədər dəqiq görünür. Belə ki, rentgen qurğusunda xidmət aparan qadın gömrük əməkdaşı yuxarıda təsvir edilən kişi gömrük əməkdaşına məlumat verdikdən sonra kişi gömrük əməkdaşı Təqsirləndirilən şəxs əşyaları ilə birgə masa istiqamətində dəvət edərək (digər videogörüntüdə olduğu kimi bu görüntüdə də həmin dəvətlə əlaqədar gömrük əməkdaşı ilə Təqsirləndirilən şəxs arasında baş vermiş ünsiyyətə qədər Təqsirləndirilən şəxsla hər hansı gömrük əməkdaşı arasında danışıq müşahidə edilmir) onun yanında masanın üzərində yaxasından asdığı əl çantasını yoxlamağa başlayır. Yoxlama zamanı çantanın içərisindən paketlərdə zərgərlik məmulatları olması ehtimal edilən əşyalar aşkar edilir, lakin məsafə uzaq olduğundan həmin əşyaların nədən ibarət olduğu tam müşahidə edilmir. Bu yoxlama zamanı Təqsirləndirilən şəxs müşayiət etdiyi nisbətən kiçik ölçülü, təkərli çamadan və qara rəngli sellofan torba rentgen qurğusunun yanında qalır. Gömrük əməkdaşı ilkin yoxlamanı bitirdikdən sonra Təqsirləndirilən şəxs geri qayıdaraq həmin çamadan və torbanı götürür, bunun ardınca “1” adlı faylda olan görüntülərlə eynilik təşkil edən şəkildə hərəkət edərək videokadrdan çıxır, bununla da videogörüntü başa çatır. İş materiallarında olan "xxxx" QSC-dən daxil olmuş 28 aprel 2022-ci il tarixli, 11/1873 nömrəli məktub və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2014-cü il tarixdən "xxxx" QSC-də əmək faliyyətinə başlamış, 01 yanvar 2022-ci il tarixdə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidmətinin Rentgen qurğuları üzrə qrupunda növbəli iş rejimi ilə inspektor vəzifəsinə keçirilmiş, 25 yanvar 2022-ci il tarixdə saat 20:00-da gecə növbəsinə başlamış və 26 yanvar 2022-ci il tarixdə saat 08:00-da iş vaxtı bitdiyi üçün növbədən getmişdir, iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 12 may 2022-ci il tarixli, xx/xx/018014 nömrəli məktubdan görünür ki, ümumilikdə dəyəri 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat olan zərgərlik məmulatlarının ixrac gömrük proseduru üzrə ödənişləri əməliyyat haqqı 300 manat, əməliyyat haqqı üzrə ƏDV 54 manat olmaqla, cəmi 354 manat təşkil edir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Dövlət Gömrkü Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük Prosedurları və Ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə mülki iddiaçının nümayəndəsi, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan və "xxxx" QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və Bakı şəhəri Xəzər RİH başçısının Binə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 10 ədəd sırğa cütü-üzük-kulon-qolbaq dəsti, 6 ədəd sırğa cütü-üzük-kulon dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 1 ədəd sırğa cütü-üzük-qolbaq-dəsti, 8 ədəd sırğa cütü-üzük dəsti, 5 ədəd qolbağ, 1 ədəd kulon, 2 ədəd yaxa sancağı və 5 ədəd üzükdən ibarət cəmi çəkisi 949,51 qram təşkil edən xeyli miqdarda, ümumilikdə 139283 manat dəyərində zərgərlik məmulatlarından 1 ədəd sırğa cütü-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa cütü-üzük-qolbağ-dəsti, 1 ədəd sırğa cütü-üzük-kulon dəsti, 1 ədəd sırğa cütüüzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd yaxa sancağını iki ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi qəhvəyi rəngli əl çantasının üst cibinə, 2 ədəd sırğa cütü-üzük-kulon-qolbaq dəsti, 4 ədəd sırğa cütü-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd yaxa sancağını 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisinə, 3 ədəd sırğa cütü-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa cütü-üzük-kulon dəsti, 2 ədəd sırğa cütü-üzük dəsti, 4 ədəd üzüyü 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisinə, 4 ədəd sırğa cütü-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa cütü-üzük-kulon dəsti və 1 ədəd sırğa cütü-üzük dəstini isə 1 ədəd sellofan paketdə qablaşdırmaqla müşayiət etdiyi üzərində “Eminent” sözü yazılmış qara rəngli çamadanın içərisinə yerləşdirərək 26 yanvar 2022-ci il tarixdə saat 13 radələrində J2 075 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına aparmaq üçün “X4 Aeroportu”nda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal-1 X5" gömrük postuna daxil olub tamah məqsədilə qeyd edilən gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi, həmin tarixdə keçirilmiş baxış zamanı göstərilən zərgərlik məmulatlarının aşkar edilərək götürülməsi faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün zərgərlik məmulatlarını gömrük orqanına şifahi bəyan etdiyini, qaçaqmalçılıq cinayətinə yol vermədiyini bildirmişdir. Onun göstərdiyi həmin dəlillər 26 yanvar 2022-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokol, 13 aprel 2022-ci il tarixli videogörüntülərin köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və cinayət işi materiallarına əlavə edilmiş digər sübutlarla təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq, qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, iş və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə dəyəri 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat olan zərgərlik məmulatları onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan zərgərlik məmulatlarının dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə zərgərlik məmulatlarının Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş zərgərlik məmulatlarının müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Belə ki, həmin məbləğ Cinayət Məcəlləsində əmlak xarakterli cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının yuxarını həddindən də böyükdür. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxsi ifrat yükə məruz qoyacaqdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin Xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş ümumilikdə dəyəri 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat olan zərgərlik məmulatlarına dair münasibət bildirərək hesab edir ki, həmin zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsin CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək ümumilikdə dəyəri 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat olan zərgərlik məmulatlarının ixrac gömrük proseduru üzrə ödənişlərin əməliyyat haqqının 300,00 (üç yüz) manat, əməliyyat haqqı üzrə ƏDV 54,00 (əlli dörd) manat olmaqla, cəmi 354,00 (üç yüz əlli dörd) manat təşkil etdiyini, qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada və həcmdə ödənilməli olan gömrük ödənişlərinin Dövlət Büdcəsi vəsaiti hesab edilməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.3-cü maddəsinə əsasən Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti olduğunu, mülkiyyətə vurulmuş ziyanın isə ziyan vurmuş şəxs (şəxslər) tərəfindən tam həcmdə ödənilməli olduğunu göstərmiş və dövlətə vurulmuş 354,00 (üç yüz əlli dörd) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə (Adı: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) Dövlət Büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə mülki iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı etiraf etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs 354,00 (üç yüz əlli dörd) manat pul tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti olan 139283,00 (bir yüz otuz doqquz min iki yüz səksən üç) manat pulun qırx faizi miqdarında, yəni 55713,20 (əlli beş min yeddi yüz on üç, iyirmi) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan Təqsirləndirilən şəxs əl çantasının üst cibində olan bəyan edilməmiş iki ədəd sellofan paketdən aşkar edilmiş 1 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzükqolbağ-dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük dəsti, 1 ədəd qolbağ-kulon dəsti, 2 ədəd qolbağ, 1 ədəd kulon və 1 ədəd sancaq, üzərində “Jian-int” sözü yazılmış göy rəngli çamadanın içərisindəki sellofan paketdən aşkar edilmiş 2 ədəd sırğa-üzükkulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd üzük, 3 ədəd qolbağ, 1 ədəd sancaq, üzərində “Eminent” sözü yazılmış qəhvəyi rəngli çamadanın içərisindəki sellofan paketdən aşkar edilmiş 3 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 4 ədəd sırğa-üzük-kulon dəsti, 2 ədəd sırğa-üzük dəsti, 4 ədəd üzük və üzərində “Eminent” sözü yazılmış qara rəngli çamadanın içərisindəki sellofan paketdən aşkar edilmiş 4 ədəd sırğa-üzük-kulon-qolbağ dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd sırğa-üzük dəstindən ibarət olmaqla, cəmi çəkisi 949,51 qram təşkil edən, gümüşü rəngli hissələri (qaş hissələri) 583/585 əyarlı, sarı rəngli digər hissələri 750 əyarlı qızıldan hazırlanmış, üzərində olan qaşlar qiymətli qaşlara aid olan brilyantdan hazırlanmış zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 200,00 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 354,00 (üç yüz əlli dörd) manat pul tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar