Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-359/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Dəvəçi rayonunun Çaraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şabran rayonunun Çaraq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə ziyan vurub dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin iyun ayında Şahid vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanış olduğu Zərərçəkmiş şəxs həmin qəsəbədə fərdi yaşayış evi tikib satmaqla gəlir əldə etmək üçün bankdan xeyli məbləğdə kredit götürməsinə köməklik edəcək şəxs axtardığını bilib, özünü ona banklardan dəfələrlə kredit götürməklə məşğul olan geniş əlaqəli işgüzar şəxs kimi təqdim edib Respublika Kənd Təsərrüfatı Nazirliyində və banklarda yaxın tanışları olduğunu deyib Zərərçəkmiş şəxs ona 5000 manat məbləğində pul verdiyi halda Şabran rayonunda ferma tikib fərdi təsərrüfat yaratmaq üçün “Bank” Respublika”dan 2024-cü ilin iyul ayında ona ayrılacaq 210000 manat məbləğində kredit pulundan bankın faizlərini ödəməsi və 1 il 6 ay müdldətinə qaytarması şərti ilə 100000 manat məbləğində olan hissəsini notariat orqanında təsdiq olunmaqla Zərərçəkmiş şəxs verəcəyinə dair yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs 30 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan yaşayış massivində yerləşən “Oba” marketin qarşısında 5000 manat məbləğində pulunu əlbəəl alıb verdiyi vədə əməl etməyərək aldığı pulları şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 5.000 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib barəsində olan cinayət işi üzrə məsuliyyətdən azad edilməsi, bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi, eləcəl də dövlət ittihamçısı təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət prosessual qanunvriciliyin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.1-ci maddəsi). Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir (CPM-in 40.3-cü maddəsi). Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-in 43.1.2-ci maddəsi). Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsi və zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və CPM-in 40.1, 40.3, 43.3.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs CM-nin 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(003)-359/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-359/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver