Məhkəmə qərarları › İş №1(003)-36/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-36/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-36/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri «Faiq Nağıyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X12 Milhemin iştirakı ilə, xx xxxx 1970-ci ildə Küveyt Dövlətində doğulmuş, İsveç Krallığının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, İsveç Krallığı, Mutala şəhəri, Vortencalken Viqen küçəsi, 38 b ünvanında qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş X12 Milhemin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, X12 X13 vətəndaşı olmaqla Fələstin Dövlətinin Qəzza şəhərinə getmiş, orada Fələstin Dövlətinin vətəndaşı Mohammed B.A.Shaheenin hər hansı Avropa ölkəsinə gedib orada müvafiq əsaslar olmadan siyasi mühacir kimi sığınacaq əldə etməklə yaşamasını təmin etmək məqsədi ilə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 2018-ci ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərinə gedib onunla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncuya guya Andeas Petropoulos adlı Yunanıstan Respublikasının vətəndaşına məxsus olmasına dair rekvizitlərin əks etdirildiyi AN ******* nömrəli pasportu 3.000 ABŞ dollarına satmış, pasportdan istifadə etmək üçün sonuncunun fotoşəklini yapışdırıb saxtalaşdırmış, dövlət sərhədini qanunsuz keçmək barədə təlimat vermiş, təlimatına əsasən Mohammed B.A.Shaheenlə birlikdə xx xxxxxx 2018-ci il tarixdə Türkiyə Respublikasından öz şəxsi pasportunu təqdim etməklə 076 saylı təyyarə reyslə Azərbaycan Respublikasına gətirmiş, verdiyi təlimata əsasən Mohammed B.A. Shaheen Bakı Beynəlxalq hava limanında Andeas Petropoulosa məxsus Yunanıstan Respublikasının vətəndaşlığına dair saxta pasportdan istifadə edərək Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim edib özünün həmin şəxs olmasına inandırmağa çalışmış, lakin nəzarəti həyata keçirən şəxslərin xidmətdə sayıqlığı nəticəsində cinayətkar qəsdini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən saxlanılmış, o isə məsuliyyətdən yayınaraq Mohammed B.A.Shaheeni tanımadığını bildirərək Azərbaycan Respublikasının qorunan dövlət sərhədini qanunsuz keçmiş, xx xxxxxx 2018ci il tarixdə, saat 02:16 da dövlət sərhədini qanunsuz keçərək Bakı Beynəlxalq Aeroportdan 339 saylı reyslə Türkiyə Respublikasının İstanbul şəhərinə qayıtmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş X12 Milhem özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, X3 qarşı yalan ifadə verir, onun barəsində dediklərinin hamısı yalandır və həqiqətə uyğun deyil, həmin şəxsi təsadüfən görüb tanımış, onunla və onun qohumları ilə heç bir tanışlığı yoxdur, nə ona, nə də başqa şəxslərə saxta pasport düzəltməmiş, həmin şəxsdən və onun qohumlarından pul almamışdır. Heç kimə heç bir saxta sənəd düzəltməmiş, X16 Shaheni 2018-ci ilin dekabr ayının 30 da Türkiyənin Sabiha Gökcan hava limanında ağlamaq həddində narahat vəziyyətdə görüb ona köməklik edərək onunla birlikdə Azərbaycana gəlmişdir. O, Türkiyədə olanda pasport kontrolu və dövlət sərhədini keçəndən sonra arvadı ilə telefon əlaqəsi saxlayanda, arvadı ona uşağı Zeinin xəstələnməsini, əməliyyyat olunmasının zəruriliyini demiş, geri qayıtmaq istədikdə ona imkan verilməmiş, ancaq Bakıya gedib qayıtmalı olduğunu, ona görə də Bakıya uçmuş, azərbaycanda pasport kontrolunu keçib yenidən arvadının İsveçdən onun üçün aldığı aviabiletlə Türkiyəyə qayıtmışdır. Həmin vaxt Mohammed Bassamı pasportu yoxlayan şəxslər tutmuş, onu sorğu sual etmiş, sorğu-sual zamanı ondan həmin şəxsi tanıyıb-tanımamağını soruşmuş, o, isə sonuncunu tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə onun barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, o, xx xxxxxx 2018-ci il tarixdə, saat 09:00-dan xx xxxxxx 2019-cu il tarixdə saat 09:00-dək «X8 Aeroportu» sərhəd nəzarəti şöbəsində terminal-1 gəlmə zalında növbə rəisi kimi xidmətdə olmuş, xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində Azərbaycan Hava yollarının İstanbuldan Bakıya uçan 076-cı reysi ilə sərnişinlər dövlət sərhəddindən keçməyə başlamış, baş leytenant Yeganə Fərhadova bir nəfər əcnəbinin sənədlərinin qaydasında olmamasına görə saxlayıb bu barədə ona məruzə etmiş, həmin şəxs AN3712805 nömrəli Yunanstan Respublikasının vətəndaşlığı barədə pasport təqdim etmiş, onunla təxminən 40 dəqiqə söhbət etdikdən sonra həmin şəxs özünün Fələstin Respublikasının vətəndaşlığı barədə pasportunu təqdim etmişdir. Həmin pasporta əsasən onun Fələstin Respublikasının vətəndaşı Mohammed V.A.Şaheen olması müəyyən olunmuşdur. Yunanıstan Respublikasının vətəndaşlığına dair pasportu Türkiyədə kimdənsə aldığını etiraf etmişdir. Onun təqdim etdiyi Yunanıstan pasportunu yoxladıqda həmin pasportun sahibinin bir dəfə Bakıda VİP zaldan uçması müəyyən olunmuşdur. X7 B.A.Şaheen adlı şəxsi saxlayan zaman onun yanında bir nəfər müsəlman mənşəli kişi olmuş, onunla paralel uçub gələn həmin kişi Şahenin dilini başa düşdüyü üçün Yeganənin dediklərini ona tərcümə etmiş, Mohammed B.A.Şaheenin yanında olan şəxsin adı Milhem olmuş, ona təqdim olunmuş fotoşəkilli siyahının 98 və 100-cü şəxs Mohammed B.A. Şaheenlə birlikdə asan viza almaq istəyən Milhem Basem olmasını tanımış, Milhemin ərəb milliyyətindən olaraq İsveç vətəndaşlığına dair pasportu olmuş, Milhem Basem Azərbaycan Respublikasına gəlib sonra isə geriyə-İstanbula qayıtmışdır. Milhem Basemin pasportunda azacıq şübhə hiss etmiş, lakin o, geri qayıdacağını dediyi üçün onu saxlamamışdır. Milhem Basemi ikinci dəfə saat 20-19 da təkrar geriyə qayıtmaq üçün rəsmiləşdirilməsini nəzarətçi gizir Əhmədli Nərmin həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 eyni məzmunlu ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Bassam yaşadığı şəhərdə sürücü işləyir. X18 Aliyaci evdar qadındır. Böyük qardaşı Şadi ailəlidi üç qızı var işsizdir. Əhməd subaydır, avtomaşın alqı-satqısı ilə məşğul olur. Qardaşı Mahmud ailəlidir, bir oğlu bir qızı var. Muhammed Shafi 1999-cu ilin qış ayında xəstəlikdən vəfat etmişdir. Bassamın iki qardaşı birinin adı Valid, ikinci qardaşı Nimirdir. Təxminən 5-6 il bundan əvvəl Validin qızı Məriham əslən fələstinli Almaniya Federativ Respublikasının vətəndaşı ilə ailə qurub Almaniyanın adını unutduğu şəhərində yaşayırlar. Bundan başqa Xaliq 20 ildən artıqdır ki, Almaniyanın Hamburq şəhərində yaşayır. X15 yaşayır. Məlum olduğu kimi Fələstində yəhudilər insanları uzun illərdir zülm içərisində yaşadır. X16 Shahen gözünü açandan həmişə insanların yəhudilər tərfindən qətlə yetirilməsinin, öldürülməsinin şahidi olmuş, ona görə də o, qərara almışdır ki, Fələstindən baş götürüb Avropa ölkələrindən birinə gedib, orada məskunlaşaraq iş tapıb yaşasın. X16 Shahen öyrənmişdir ki, Fələstin vətəndaşlarına Belçikada sığınacaq verib qəbul edirlər. Buna görə də istəmişdir ki, qayıqla dəniz vasitəsi ilə Belçikaya getsin. xx xxxxxxxx 2018-ci il tarixdə yol maşını ilə Misirin Qahirə şəhərinə getmiş, 24-xx xxxxxx 2018-ci il tarixdə Qahirədən İstanbula uçmuşdur. Bir ay İstanbulda Fələstinli tanışları Vasem, Yunis və Abdulrahmanın yanında yaşamışdır. Bir ay sonra İstanbuldan avtobusla İzmirə getmiş, oradan valideynləri ilə telefon əlaqəsi saxlamış, onlar ona dəniz yolu ilə Belçikaya getməyi rəva bilməmişdir. Bassem bir nəfər Fələstinli tapmış, həmin fələstinli insanları Fələstindən avropa ölkələrinə göndərilməsinin təşkili ilə məşğul olmuşdur. Həmin şəxsin Türkiyədə pasport düzəltmək üçün başqa bir adamı olmuşdur. Bassem həmin pasport düzəldən şəxsə 3 min ABŞ dolları məbləğində pul vermiş və həmin şəxsin mobil telefonunun nömrəsini ona vermişdir. O həmin Milhem Basem adlı şəxsin **********118 nömrəli mobil telefonun whatsappına zəng vurub danışmış, hazırda unutduğu kafedə onunla görüşmüş və ondan onun fotoşəkili yapışdırılmış Yunanıstan vətəndaşlığı barədə saxta pasportu qəbul etmişdir. Fotoşəkili həmin şəxsə Bassem göndərmişdir. Saxta pasportu verən Milhem Basem adlı şəxs təlimatlandırmışdır ki, X16 Shahen əvvəlcə qanuni pasportu ilə Türkiyədən hər hansı bir üçüncü ölkəyə uçur, üçüncü ölkəyə çatanda öz pasportunu deyil saxtalaşdırdığı Yunanstan pasportunu təqdim edir və pasportda giriş barədə möhür vurdurmuşdur. Üçüncü ölkənin hansı ölkə olacağı X16 Shahen üçün fərq etməmişdir. Milhem Basemin təlimatına əsasən üçüncü ölkə kimi Azərbaycanı seçmiş və bilet alıb təyyarə ilə Türkiyədən xx xxxxxx 2018-ci il tarixdə Milhem Basemlə birlikdə İstanbuldan Azərbaycan Respublikasına uçmuşlar, Bakı hava limanında o, saxta papsportu təqdim etmiş, özünü Yunanıstan vətəndaşı Andreas Petropoulos olduğunu inandırmağa çalışmış, lakin sənədi yoxlayan şəxslər ona inanmamış, saxta sənədlə dövlət sərhədini keçməyə cəhd etməyinə görə onu saxlamışlar. Əvvəcə qorxduğu üçün Milhem Basem haqqında bəzi xüsusatı gizlətmişdir. Milhem Basem onu Azərbaycana gəlməyi özü müəyyənləşdirmiş, atasının verdiyi pulla ona və özünə Azərbaycana bilet almış və birlikdə təyyarədə Azərbaycana uçmuşlar. Milhem Basem milliyətcə ərəbdir. Lakin onun pasportu İsveç Krallığının vətəndaşlığına mənsubdur. Milhem Basem onun saxlanıldığını görmüş, lakin özünü şübhələndirmədən sənədini təqdim edib keçmiş, sənədləri yoxlayan məmurlar soruşduqda onu tanımadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 441 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Andreas Petropoulos adına olan AN3712805 nömrəli Yunanıstan Respublikası pasportunun səhifələri (2-ci səhifədən başqa) və Mohammed B.A.Shaheen adına olan ******* nömrəli Fələstin Respublikasının pasportunun səhifələri xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blankdan ibarət olmaqla mətbəə çap üsulu vasitəsi ilə hazırlanmışdır. Andreas Petropoulos adına olan AN3712805 nömrəli Yunanıstan Respublikası pasportunun 2-ci səhifəsi mətbəə üsulu ilə deyil, axınlı printerdə çap edilmişdir, sonradan pasportun vərəqinin üzərinə yapışdırılmışdır və xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır. Mohammed B.A.Shaheen adına olan ******* nömrəli Fələstin Respublikasının pasportu “Requla firmasının istehsalı olan FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi pasport ilə eynilik təşkil edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 524 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Andreas Petropoulos adına verilmiş, tünd zoğalı rəngli üzlüyü olan P GRC AN3712805 №-li Yunanıstan Respublikasının ümumvətəndaş pasportunun ikinci səhifəsində olan şəkildə və Mohammed B.A.Shaheen adına verilmiş, qara rəngli üzlüyü olan ******* №-li Fələstin Respublikasının ümumvətəndaş pasportunun birinci səhifəsində olan şəkildə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Mohammed Şhaheen saxta pasport təqdim etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət şöbəsinin sərnişin nəzarəti bölmələrinin sərhədin mühafizə kitabının 4-cü bölməsindən edilmiş çıxarışdan görünür ki, xx.xx.2018-ci ildə İstanbuldan gələn 89 sərnişindən 11-ci sərnişin saxlanılmış, Sərhədin mühafizə planı üzrə Terminal-1 üçub gəlmə zalında «3» nömrə altında növbə rəisi kapitan X5, 12 nömrə altında xidmət aparan sənədlərin yoxlanışını baş leytenant X6 həyata keçirmişlər. İş materiallarına əlavə edilmiş sərhəd keçmə hesabatına dair portaldan çıxarışın surətindən görünür ki, X12 Milhem xx xxxxxx 2018-ci il tarixdə saat 17:38-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuş, xx xxxxxx 2018-ci il tarixdə, saat 02:16-da isə Azərbaycan Respublikasının ərazisindən çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 Milhemin əməli Azərbaycan Respublikası CM-nin 318.2 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X12 Milhem tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.2 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Təqsirləndirilən şəxs X17 Milhemin Azərbaycan Respublikası CM-in 320.1-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 320.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” X11 Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında X11 Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət xx xxxxxx 2018-ci ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsində qeyd olunur ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Lakin, təqsirləndirilən şəxs X17 Milhem Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən X17 Milhem Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin sözügedən cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ X17 Milhem Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməsin. X17 Milhem Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X17 Milhemin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 19 (on doqquz) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. X17 Milhem barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. X17 Milhemin barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra X17 Milhem Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar