Məhkəmə qərarları › İş №1(003)-36/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-36/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-36/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Salmanov surac Çingiz oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, onun nümayəndəsi, vəkil Müdafiəçi2 Natiq oğlunun, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi, vəkil Müdafiəçi7, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, onun nümayəndəsi, vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs4, müdafiəçilər Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi6 iştirakları Təqsirləndirilən şəxs1 xx xxxxxx 1976-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir yetkinlik yaşına çatmayan və iki yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, lombard fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib müdiri olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardda Şahid4 məxsus külli miqdarda qızılın olması, həmin qızılların lombarddan çıxarılması üçün tərəfindən ödənişlər olduğu halda Nailə Xanmmədovanın iştirakı ilə qızılları ona verəcəyinə dair yalan vəd verib aldadaraq bir neçə dəfə qeyd edilən üsulla pul alıb qızılın lombarddan girovdan çıxarmasını təmin edib özünə inam yaradaraq özünü etibarlı tərəfdaş kimi göstərməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan yalan vəd verib işlədiyi Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardda Şahid4 məxsus olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın girovdan çıxarılması üçün Zərərçəkmiş şəxs1 2018-ci ilin avqust ayının ilk on günlüyündə işlədiyi lombardda Şahid4 vasitəsi ilə 2000 manat, 2018-ci ilin avqust ayının ortalarında lombardda olan qızıllara dair ödəniş cədvəlini təqdim edib qeyd edilən cədvəl üzrə həmin lombardda olan qızılın çıxarılması üçün Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən “Yaşıl bazarda” 11600 manat, 2018-ci ilin avqust ayının ortalarında sonra ödənişi olub lombarddan çıxarılmalı olan qızılı təqdim etdiyi cədvəl üzrə daha dəyərli qızılla əvəzləşdirməsi adı ilə “Yaşıl bazarda” 6500 manat, 2018-ci ilin avqust ayının sonlarında işlədiyi lombardda 1800 manat, 2018-ci ilin avqust ayının sonlarında həmin qızılların girovdan çıxarılması üçün tələb olunan həmin vaxtadək ödənməmiş faiz borcları adı ilə işlədiyi lombardda 1700 manat, 2019-cu ilin yanvar ayının əvvəllərində işlədiyi lombarda eyni adla 5000 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 28600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus guya 6800 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 26 noyabr 2020-ci il tarixdə girov bileti tərtib edərək sonuncuya vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletini ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 işçisi, cinayətə aidiyyəti olmayan Şahid2 vasitəsilə göndərdiyi 6800 manat pulu Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombardın qarşısında Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edib sonuncu ilə öz aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 bacısı, cinayətə heç bir aidiyyəti olmayan X11 aid guya 10200 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 02 dekabr 2020-ci il tarixdə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletini ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin tarixdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombarda olan zaman öz növbəsində yalandan Təqsirləndirilən şəxs2 məxsus 10200 manat dəyərində qızılların ona məxsus lombardda girovda olmasını, 10200 manat pul ödənildiyi təqdirdə həmin qiymətdə qızılların, həmçinin bundan əvvəl ona ödənilmiş 6800 manat pulun müqabilində qızılların bir gün sonra verəcəyini Şahid1 bildirməklə sonuncunu aldadaraq özünə inandırdıqdan sonra Şahid1 10200 manat pulu alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus 8000 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2020-ci ilin dekabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin girov biletini "xxxx" ASC-nin ünvan 9 ünvanında yerləşən filialın müdürü Zərərçəkmiş şəxs4 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb "xxxx" ASC-nin Bakıxanov filialında girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs4 8000 manat pulu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 məxsus guya 25700 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 17 dekabr 2020-ci il tarixdə iki ədəd girov bileti tərtib edərək sonuncuya vermişdir. Qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletlərini ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Lombardcini” adlı lombardın müdürü X6 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Lombardcini” lombardında girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra X15 İsmayılzadənin tapşırığı ilə onunla birlikdə Təqsirləndirilən şəxs1 məxsus ünvan 11 ünvanında yerləşən lombarda getmiş, Təqsirləndirilən şəxs1 da öz növbəsində girov biletlərində göstərilən dəyərdə qızılların ona məxsus lombardda girovda olmasını yalandan təsdiqlədikdən sonra Fəzayıl Nəbiyevdən 25000 manat pulu alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus guya 6800 manat dəyərində qızılzinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 26 noyabr 2020-ci il tarixdə girov bileti tərtib edərək sonuncuya vermişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə həmin girov biletini ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra “Qarant” lombardın işçisi, cinayətə aidiyyəti olmayan Şahid2 Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus lombardın qarşısında 6800 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bacısı cinayətə heç bir aidiyyəti olmayan X11 aid guya 10200 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 02 dekabr 2020-ci il tarixdə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir. O, qeyd olunan tarixdə həmin girov biletini ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın müdürü Şahid1 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Qarant” lombardda girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 ilə birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, 29 ünvanında yerləşən lombarda olan zaman Təqsirləndirilən şəxs1 da, öz növbəsində yalandan Təqsirləndirilən şəxs2 məxsus 10200 manat dəyərində qızılların ona məxsus lombardda girovda olmasını, 10200 manat pul ödənildiyi təqdirdə həmin qiymətdə qızılların, həmçinin bundan əvvəl ona ödənilmiş 6800 manat pulun müqabilində qızılların bir gün sonra verəcəyini Şahid1 bildirməklə sonuncunu aldadaraq özünə inandırdıqdan sonra Şahid1 10200 manat pulu alıb Təqsirləndirilən şəxs1la aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus 8000 manat dəyərində qızıl-zinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə girov bileti tərtib edərək Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra o, 2020-ci ilin dekabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin girov biletini "xxxx" ASC-nin ünvan 9 ünvanında yerləşən filialın müdürü Zərərçəkmiş şəxs4 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb "xxxx" ASC-nin Bakıxanov filialında girov qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs4 8000 manat pulu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus guya 25700 manat dəyərində qızılzinət əşyalarının ona məxsus lombardda girovda olmasına dair həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə 17 dekabr 2020-ci il tarixdə iki ədəd girov bileti tərtib edərək sonuncuya vermişdir. O, da, qeyd olunan tarixdə öz növbəsində həmin girov biletlərini ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Lombardcini” adlı lombardın müdürü X6 təqdim edərək yalandan özünə məxsus qızılların Təqsirləndirilən şəxs1 aid lombardda girovda olmasını, faizi yüksək olduğuna görə həmin qızılları girovdan çıxarıb “Lombardcini” lombardında girovda qoymaqla aylıq ödənişləri verməyi vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 tapşırığı ilə Fəzayıl Nəbiyev onunla birlikdə Təqsirləndirilən şəxs1 məxsus ünvan 12 ünvanında yerləşən lombarda getmiş, onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs1 girov biletlərində göstərilən dəyərdə qızılların ona məxsus lombardda girovda olmasını yalandan təsdiqlədikdən sonra sonuncu Fəzayıl Nəbiyevdən 25000 manat pulu alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 3 il olar ki, lombard fəaliyyəti ilə məşğul olur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində və Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında lombardı olmuşdur. Müştərilərə dair şəxsiyyət vəsiqələrinin surəti ilə götürülmüş qızılları girov biletində olan rekvizitlər, yəni çəkisi, növü, əyyarı qramı göstərilməklə təhvil alır. Qəbula dair qediyyatlar və satış kitabın lombardın qeydiyyat kitabında olur və həmin kitablarda qeydiyyatları özü aparır. Girov bileti üzərində olan imzalar özü və müştəri tərəfindən çəkilir, onun tərəfindən lombardın möhürü ilə təsdiq edilir. Girov biletinin bir surəti lombardda, digər bir surəti isə müştəridə olur. Müştəridən qəbul olunmuş qızılları özündə saxlamışdır. Şahid4 təxminən 3 il əvvəl onun lombardına qızıl qoyub pul götürmüş və həmin qızılların pulunu vaxtında ödəmişdir. Nailənin onun lombardında xeyi miqdarda qızılı olmuş və həmin qızıllın bir neçə aylıq faizləri yığılmışdır. 2018-ci ilin avqust ayında Nailə Neftçilər metrosunun üzərində olan lombardına gəlmiş və onun yanında sonradan adını bildiyi Tural adlı şəxs olmuşdur. Nailə bir neçə günə ona vermiş olduğu 2000 manatı həmin şəxsdən aldığını demişdir. Özünü Turala lombardı işlədən şəxs olaraq təqdim etmiş və Nailənin həmin lomardda qızılları olmasını, onun tərəfindən 2 gün bundan öncə qızılı çıxarması üçün verilmiş 2000 manatın özündə olmasını təsdiq etmiş və o, 2000 manatın ona qaytarılmasını tələb etmişdir. O, etiraz etməmiş və 4-5 gün sonra lombarddan gəlib götürməsini bildirmişdir. Tural Nailənin iştirakı ilə ondan qızılın çıxarılması üçün nə qədər pul lazım olmasını soruşmuş, o isə 2000 manatdan başqa 11600 manat pul ödənməli olduğunu demişdir. Nailə ilə Tural qızılı çıxardıqdan sonra aparıb satmalı olmuşlar, lakin kimə və hansı qiymətə satmalarını bilməmişdir. Bu zaman onlar həmin qızılların siyahısının çıxarmaqla Turala verilmələri barədə razlaşmışlar. O, siyahını Turala vermiş və həmin siyahı 10.07.17 Nailə 15.000 5 % manat ++++++++ işarəsi olmaqla önündə 383 qram, 750 əyyarlı qızılı, xx.xx.2017 Nailə 22.000 5 % ++++++ -- 556,7 qram, 750 əyyarlı, xx.xx.2017 Nailə 16.500 5 % +++- 412,5 qram 750 əyyarlı, 05.01.18 Nailə 8000 ABŞ 5 % dolları ++-- 378 qram, 750 əyyarlı, 9.03.18 Nailə 17.300 5% +- 437,6 qram 750 əyarlı qızılların siyahısı olmuşdur. O, Nailənin iştirakı ilə Turala siyahı üzrə göstərilən qiymətləri ödəməklə lombarddan qızılları çıxara biləcəyini demişdir. Bir neçə saatdan sonra Turala zəng etmiş və bazara gedərək ondan 2000 manat ilkin ödədiyi puldan başqa 11600 manat pul götürmüş və 2 gündən sonra malı gəlib götürməsini demişdir. İki gün sonra Tural ona zəng edən zaman malın yarısını gətirəcəyini, lakin Nailənin digər qızılların yarısının faizlərin xeyli müddət olar ki, ödənilmədiyinə görə buraxılmadığını bildirmişdir. Nailə isə Turala gətirilmiş malı Mum ticarət mərkəzində satıb qalan qızılı çıxarmağı demişdir. O, qızılı onlara vermiş və sonra gələrək onun demiş olduğu 7500 manat faiz borclarını Tural ona vermişdir. O, 13600 manat dəyərində pulu ödənmiş malın qalan hissəsini gətirəcəyini bildirmişdir. Səhəri günü həmin malın qalan hissəsini gətirib Turala vermişdir. Tural 8500 manat pulun üzərinə 6500 manat qoymaqla 15000 manat düzlətmiş və ona 15000 manatlıq malı çıxarmaq istədiklərini bildirmişlər. Nailənin iştirakı ilə Tural 15000 manatı ona vermiş və 2 gündən sonra gəlib malını götürməsini bildirmişdir. Lakin 2 gün sonra Tural ona zəng edəndə problemin həll olunmadığını və malın ona verilmədiyini demişdir. O, Turalı aldadıb lombard müdiri tərəfindən qramı 48 manatdan olmaqla özünün həmin qızılı almaq istədiyini bildirmişdir. Faktiki olaraq lombardın müdiri özü olmuş və yalandan müdir deyib həmin qızlı özündə saxlamaq istəmişdir. Həmin 15000 manatlıq malı Turala 18500 manat hesab etmiş və 16500 manat dəyərindəki malı həmin maldan çıxıb üzərində 300 manatda qoymaqla 1800 manat Turala vermişdir. X1rının faiz borcları adı ilə 1700 və 5000 manat pul almış və ona hər hansı qızıl verməmişdir. O, Turalın 26800 manat pulunu ələ keçirmişdir. Tural danışan zaman onun səsini yazmış və həmin səs özünün səsidir. Təqsirləndirilən şəxs2 3 il olar ki, tanıyır. Sevdanın əvvəllər onun lombardında maksimum 3000-3500 manat qiymətində girovda qızılları olmuşdur. Qızılların girovda olmasına dair ona girov bileti vermişdir. 2020-ci ilin noyabr ayında Sevda tanışı Emin və əvvəllər polisdə işləmiş tanışı ilə birlikdə Neftçilər metrosu yaxınlığındakı ona məxsus lombarda gələrək başqa lombarda girovda qızılları olduğunu, faizləri verə bilmədiyini və həmin qızılları çıxarmaq üçün pulu olmadığını demişdir. Sevda ona təklif etmişdir ki, qızılların onda girovda olmasına dair saxta girov bileti versin və həmin girov bileti əsasında “Qarant” lombardın nümayəndəsi onun lombardına gəlib ona pul ödəsin və o, da özünə məxsus qızıllarını başqa lombardan girovdan çıxarmaq üçün ona pul versin. Sevda “Qarant” lombardda tanışı olduğunu və ona köməklik edəcəyini demişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə razılaşmış və Sevda guya lombardında onun 10000-12000 manat qiymətində qızılları olmasına dair saxta girov bileti verməsini demişdir. Lakin o, qorxduğundan Sevdaya məxsus 6800 manat qızılların onda girovda olmasına dair girov biletini ona vermişdir. Sevda bunun əvəzində ona 200 manat pul vermişdir. Səhərisi gün “Qarant” lombardın müdürü Tural adlı şəxs Sevda ilə birlikdə onun lombardına gəlmişlər. Bundan əvvəl Sevda ona məxsus 10200 manat qiymətində qızılların lombardda olmasına dair girov bileti verməsini, əvəzində ona pul verəcəyini və girov biletini “Qarant” lombarda göstərəcəyini demişdir. Tural qızılları istəyərkən Turala yalandan Sevdanın onda 6800 manat qiymətində qızıllarından başqa 10200 manat qiymətində girovda qızılları olduğunu, həmin qızıllara görə ödəniş etsə bütün qızılları verəcəyini demişdir. 02 dekabr 2020-ci il tarixdə Sevda Turalla lombarda gəlmiş və Tural 10200 manat pul vermişdir. O, da girov biletinin arxasında pulun ödənildiyini yazmış və qızılları bankdan bir gün sonra çıxarıb verəcəyini demişdir. O, da həmin pulu Sevdaya vermişdir. Sevda cəmi ona 200 manat pul vermişdir. Bir neçə gün sonra Sevda ondan 8000 manat borca pul istəmiş, lakin o, pulunun olmadığını demişdir. Sevda yenidən saxta girov bileti verməsini xahiş etmiş və razılaşıb Sevdanın 8000 manat qiymətində qızıllarının lombardda olmasına dair saxta girov bileti vermişdir. Sevda sabahısı gün “Parabok” kredit təşkilatının müdürü Əlipaşa adlı şəxslə onun lombardına gəlmişlər. O, Sevdaya məxsus qızılların lombardında girovda olmasını təsdiqləmiş və qızılları iki gün ərzində bankdan çıxarıb verəcəyini demişdir. Əlipaşa ona inanmış və Sevdanın vasitəsilə 8000 manat pulu ona göndərmişdir. Sevda həmin puldan ona 500 manat vermişdir. İki gün sonra Əlipaşa bir neçə dəfə lombarda gəlib qızılları tələb etmiş, lakin Sevda qızılları gətirmədiyindən Əlipaşadan möhlət istəmişdir. O, Sevdadan qızılları Əlipaşaya qaytarmasını tələb etmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Sevda tanışı Emin adlı şəxslə birlikdə Neftçilər metrosunun yaxınlığına gəlmişlər. Lombarddan kənarda söhbət zamanı Sevda Turalın ondan şikayət etmək istədiyini, şikayət etsələr hər ikisini tutacaqlarını bildirib Turala və başqa borclarını ödəmək üçün sonuncu dəfə 19-20 min manatlıq qızıllara dair saxta girov bileti verməsini xahiş etmişdir. O isə 11500 və 14200 manat qiymətində qızıllara dair iki ədəd girov bileti vermişdir. Sevda öz xətti ilə girov biletinin arxasına qızılları təhvil alması barədə qeyd etmiş və imza çəkmişdir. Sabahsı gün Mərdəkan qəsəbəsindəki lombardda olduğu üçün Sevda “Lombardcini” adlı lombardın nümayəndəsi ilə lombarda gəlmişlər. Bundan əvvəl isə Sevda ona zəng vuraraq “Lombardcini” adlı lombardın nümayəndəsi ilə birlikdə lombarda gələcəyini, ancaq yanındakı şəxsin lombardın nümayəndəsi olduğunu guya o, bilmədiyini demişdir. Sevda lombardın nümayəndəsini ona xalası oğlu kimi təqdim etmiş və rayona getməli olduğundan qızılları ona verməsini istəmişdir. Sevda həmin lombardın nümayəndəsi ilə 24000 ya da 25000 manat pulu ona vermişlər. O, da qızılları iki gün ərzində bankdan götürüb verəcəyini demişdir. Sevda lombardın nümayəndəsi ilə çıxıb getdikdən 3-4 dəqiqə sonra Sevda tanışı Eminlə birlikdə lombarda daxil olmuşlar. Sevda Turala və Əlipaşaya olan borcunu qaytarmalı olduğunu dediyi üçün pulun hamısını Sevdaya vermişdir. Sabahsı gün Sevda və tanışı Eminlə birlikdə görüşdükdə Sevda Turala və Əlipaşaya olan borcunu ödədiyini, yerdə qalan pulu da, başqa borclarına verdiyini demişdir. Təxminən 4-5 gün sonra “Lombardcini” lombardın müdürü 3-4 nəfərlə birlikdə Mərdəkan qəsəbəsindəki lombardına gəlmiş və qızılları tələb etmişdir. O isə yalandan qızılları Sevdaya qaytardığını demişdir. Sevdanı oraya çağırmışlar və Sevda başqa bir tanışı ilə oraya gəlmişlər. Sevda onun üzünə durmuşdur ki, o, qızılları ona qaytarmamışdır. O, da girov biletinin kötüyünü onlara göstərmiş və orada Sevdanın qızılları təhvil alması barədə qeydi və imzasını görmüşlər. Sevda ilə lombardın qarşısındakı avtomobilinə əyləşmişlər və Sevda ona demişdir ki, “mən lombardın müdürünə nə deyim?” O, da Sevdaya demişdir ki, özü bilər, pulu özü xərcləyib, onu da, zibilə salıb. Sevdanın keçmiş polis əməkdaşı olan tanışı lombardın müdüründən bir həftə vaxt istəmişdir ki, Sevda pulu qaytaracaqdır. Lakin Sevda pulu qaytarmadığı üçün onların barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət olunmuşdur. İlk olaraq onu çağırmışlar. Sevda ona zəng vurub onu izahat verməyə çağırdıqlarını demiş və orada necə izahat verməsini soruşmuşdur. O, da Sevdaya izahatında qızılları ondan almasını, lakin sonradan itirdiyini deməsini bildirmişdir. Sevdanı izahat verməyə çağıranda onunla görüşmək istəmişdir. Onu da, Sevda ilə birlikdə çağırmışlar. Sevda, Emin və keçmiş polis əməkdaşı olan tanışı ilə 05 yanvar 2021-ci il tarixdə, saat təxminən 11-12 radələrində Neftçilər metrosunun yaxınlığında görüşmüşlər. Sevda mobil nömrəsində pul olmadığını bildirərək xalası qızı ilə danışmaq adı ilə onun mobil telefonunu istəmişdir. O, da mobil telefonu Sevdaya vermişdir. O, Emingillə söhbət edən zaman Sevda kənara çəkilmişdir. Bir neçə dəqiqə sonra Sevda mobil telefonu qaytarmış və Sevda izahat verməyə getmişdir. O, da təxminən yarım saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə getmişdir. İdarədə polis əməkdaşı ona Sevdanın mobil telefonu göstərmiş və telefonda onun istifadəsində olan ***-***-**-** saylı nömrəsindən Sevdanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə gələn smsi göstərmişdir. Smslərdə guya o, Sevdaya bildirmişdir ki, hər şeyi öz boynuna götürsün, yoxsa onun oteldəki görüntülərini yayacaqdır. Həmin vaxt Sevdanın onun mobil telefonundan öz mobil nömrəsinə bu məzmunlu smslər yazdığını başa düşmüşdür. Zərərçəkmiş şəxs1 şikayətinin əsasız olduğunu, “Lombardcini” lombardına dəymiş ziyanın ona aidiyyəti olmasa da, boynuna götürdüyünü və hər ay ziyanı ödəyəcəyini, digər ziyanları ödədiyini, mülki iddianı qəbul etmədiyini bildirdi və ən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, Elçinlə münasibətləri yaxşı olmuşdur. O, müxtəlif vaxtlarda bir neçə dəfə Elçinə məxsus Neftçilər metrosunun yaxınlığındakı lombarda girova qızıllar qoyub faizə pul götürmüşdür. Onun Elçinin lombardında ilkin olaraq 4000 manat dəyərində, daha sonra 23000 manat dəyərində qızılları olmuşdur. Sonradan borcunu faizləri ilə birlikdə ödəyib qızıllarını Elçindən təhvil almışdır. 2020-ci ilin noyabr ayının sonlarında Elçin maddi problemləri olduğunu bildirərək ondan borca pul istəmişdir. O, pulunun olmadığını bildirdiyi üçün Elçin ona təklif etmişdir ki, guya qızıllarının onun lombardında olmasına dair ona saxta girov bileti versin, o, da həmin girov bileti əsasında tanıdığı lombarda təqdim edib Elçinin lombardında faiz yüksək olduğu üçün qızılları çıxarmaq istədiyini bildirsin və həmin lombarddan qızılları çıxarmaq üçün Elçinə pul ödəməsini xahiş etsin. O, Elçinlə razılaşmış və Elçin onun adına guya ona məxsus 6800 manat qızılların lombarda girovda olmasına dair girov bileti təqdim etmişdir. O, həmin girov biletini 26 noyabr 2020-ci il tarixdə Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən “Qarant” adlı lombardda müdür işləyən Şahid1 təqdim edərək ona məxsus 6800 manat qiymətində qızılların Elçinə məxsus lombarda olduğunu, faizi yüksək olduğu üçün aylıq ödənişləri ödəyə bilmədiyini və qızılları çıxarıb “Qarant” lombardda qoymaq istədiyini bildirmişdir. Tural da, ona inanıb öz işçisi Rəşada 6800 manat pul vermiş və Rəşad onun iştirakı ilə pulu Elçinə ödəmişdir. Elçin qızılları iki gün ərzində bankdan çıxarıb Rəşada verəcəyini demişdir. Elçin həmin puldan ona verməmişdir. Tural Elçinin qızılları vermədiyini görüb onunla birlikdə Elçinin lombarında getmişlər. Elçin Turala onun başqa lombardda 10200 manat qiymətində qızıllarının girovda olduğunu və ora olan borcu ödənilməsə əvvəlki qızılları verə bilməyəcəyini demişdir. Elçin bununla bağlı bacısı Aygünün adına qızılların girovda olmasına dair girov bilet tərtib etmiş və həmin girov biletini Turala göstərmişdir. Tural razılaşmış və 02 dekabr 2021-ci il tarixdə Elçinin lombarına gedərək Tural Elçinə 10200 manat pulu vermiş və girov biletinin arxasında pulun ödənilməsini qeyd edərək imza çəkmişdir. Elçin qızıllarını guya başqa şəxsə girova vediyini, alıb təhvil verəcəyini demişdir. Tural sonradan Elçinin onu aldatdığını başa düşmüşdür. O isə Turala Elçinin onu aldatdığını və qızıllarını vermədiyini demişidr. 2020-ci ilin dekabr ayının əvvəllərində Elçin eyni qaydada saxta girov bileti əsasında başqa lombarddan ona ödəniş etdirməsini təklif etmişdir. O, razı olduqdan sonra Elçin adına 8000 manatlıq girov bileti tərtib etmiş və o, Bakıxanov qəsəbəsində yerləşən "xxxx"un filialına gedərək girov biletini oranın müdürü işləyən Əlipaşaya təqdim etmişdir. O, qızıllarını girovdan çıxarıb Paraboktda girov qoymaq istədiyini demişdir. Əlipaşa Elçinə zəng vuraraq onun qızıllarının onun lombardında olub-olmamasını soruşmuş, Elçin də, qızılları onun lombardında olduğunu demişdir. Bundan sonra Əlipaşa heç bir sənəd tərtib etmədən ona 8000 manat pul vermişdir. O, pulu Elçinə vermiş, lakin Elçin onu aldadaraq ona həmin puldan heçnə verməmişdir. Tural ondan və Elçindən pulu tələb etdiyi üçün Elçin “Qarant” lombarddan aldığı pulu qaytarmaq üçün onun adına yenidən saxta girov biletləri tərtib etməyi təklif etmişdir. O, razı olduğu üçün Elçin onun adına bir girov biletində 11500 manat, o birində isə 14200 manat qiymətində qızılların ona məxsus lombarda girovda olduğunu təsdiq edən iki ədəd saxta girov bileti tərtib etmişdir. Tural ona Nəsimi rayonu, Əcəmi metrosunun yaxınlığında “Lombardcini” adlı lombardda işləyən Cavidan adlı xanımın nömrəsini vermişdir. O, Cavidan adlı qadınla danışmış, lakin Cavidan xəstə olduğu üçün onu lombardın müdürü Fəzayılla əlaqələndirmiş və Fəzayıl onu lombarda dəvət etmişdir. 2020-ci ilin dekabr ayının 17-də saxta girov biletlərini götürüb “ Lombardcini” adlı lombarda getmiş və girov biletlərini Fəzailə göstərmişdir. Fəzailə ona məxsus qızılların Təqsirləndirilən şəxs1 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən lombardda girovda olduğunu və qızılları çıxarıb Lombardcini lombardda girova qoymaq istədiyini demişdir. Elçin girov biletlərində qızılların ümumi dəyərinin 25300 manat olduğunu qeyd etmişdir. Həmin gün Fəzayılla birlikdə Elçinin Mərdəkan qəsəbəsindəki lombardına getmişlər. Elçin girov biletindəki qızılların ona məxsus olduğunu və lombarda olduğunu demişdir. Fəzayıl 24000 manat pulu Elçinə vermişdir. Elçin Qarant lombarddan aldığı 17000 manat puldan qaytarmaq üçün ona 14000 manat pul vermişdir. O, həmin puldan 6000 manat pulu Qarant lombardın müdürü Turala vermişdir. Qalan 8000 manat pulu Elçinin borclu olduğu Paraboktda işləyən Əlipaşaya vermişdir. 10000 manat pulu isə Elçin özünə götürmüşdür. Lombardcini onların barələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etdiyinə görə onu və Elçini oraya çağırmışlar. Elçin ona bildirmişdir ki, izahat verəndə qorxmasın, onun adını verməsin. İkinci dəfə 05 yanvar 2021-ci il tarixdə o, həmin idarəyə çağırılanda tanışı Eminlə birlikdə Elçinlə Nizami rayonu, Neftçilər metrosunun yaxınlığındakı lombardın qarşısında görüşmüşlər. Elçin demişdir ki, onun adını verməsin, onu ifşa etməsin, öz üzərinə götürsün. O isə Elçinin əlaqələrinin güclü olduğunu və tutdura biləcəyini düşünüb özünü sığortalamaq üçün Elçinlə söhbət zamanı mobil nömrəsində pul olmadığını deyib kiməsə zəng vurmaq adı ilə mobil telefonu ondan istəmişdir. Elçin də, ona mobil telefonu vermişdir. Elçin Eminlə söhbət edərkən o, təxminən 50-60 metr kənara çəkilib onun ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “orada öz öhdənə götürməsən mənlə olan görüntüləri youtubda yayacağam, səni biabır edəcəm” məzmunlu smslər yazmışdır. Sonra mobil telefonu Elçinə qaytarmışdır. Elçinin bundan xəbəri olmamışdır. Elçinin mobil nömrəsindən öz mobil nömrəsinə bu məzmunlu smslər yazdığını onunla oraya getmiş Emin də, bilməmişdir. Ona təqdim olunan telefon danıqlarında smsləri o, Elçinə yazmışdır. Ona qulaq asdırılan səs yazılarındakı səs onun səsidir. Onun heç bir günahı olmadığını, ona heç kimin pul vermədiyini bildirdi. Təqsirləndirilən şəxs1 təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs2 təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Natiq Əliyev atası, Sərvər Əliyev əmisi, Vüsal Əliyev isə qardaşıdır. Atası 15 il olar ki, Bakı şəhərində ət mağazasında topdan ət satışı ilə məşğul olur. Bundan başqa atasının rayonda olan təsərrüfatında 100 başdan artıq heyvan olmuşdur. Elvin Cəfərov atasının əmisi oğludur və onun Ukrayna Respublikasında biznesi olmuşdur. O, ölkəni tərk edən əmisi Sərvər Əliyevə özündə saxlaması üçün 60000 ABŞ dolları pul vermişdir. X3ynatasıdır. 2018-ci ilin mart ayında bilmişdir ki, X19 Cəfərov tərəfindən ona verilmiş 60000 ABŞ dolları pulu qızıl alıqısatqı işləri ilə məşğul olan Nailə adlı qadına vermişdir. Əmisi Sərvər həmin pulu ala bilmədiyindən onun atası ilə birlikdə onun iş yerinə gəlmiş və söhbət etmişlər. Bir müddət sonra onların yaşıl bazarda olan mağazasına atasını yanına Şahid4 adlı qadın gələrək özünü qızıl alqı-satqı işləri məşğul olan qadın kimi təqim etməklə lombardlarda çoxlu sayda qızılları olmasını bildirmişdir. Həmin ərəfədə onunda Nailə ilə münasibəti yaranmış və Nailənin istifadəsində olan 055 283 78 73, 070 229 99 93, 055 257 56 15, atasının istifadəsində olan 051 391 63 00, 070 959 01 06 və ya 050 *** ** ** mobil nömrəsi isə Sərvərin istifadəsində 070 299 16 17, 050 325 96 96 nömrə və onun istifadəsində 070 *** ** ** nömrə olmuşdur. Natiq Əliyev 01 iyun 2018-ci il tarixdə 45000 manatı, 18 iyun 2018-ci il tarixdə 55000 manat, 2018-ci ilin avqust ayının 2-ci 10 günlüyündə Nailəyə iş yerlərində onun iştirakı ilə 35000 manat vermişdir. 2018-ci ilin avqust ayının 2-ci 10 günlüyündə Nailə onun yanına gələrək lombardda olan qızılını çıxarıb satmaq üçün ondan 2000 manat pul istəmişdir. O, həmin günü Nailəyə 2000 manat pul vermişdir. Səhəri günü Nailəyə zəng edərək pulunu soruşmuş, o isə sabah gətirəcəyini demişdir. O, bu barədə atasına demişdir. Səhərisi günü Nailəyə zəng edəndə yaşıl bazara gəlmiş və bildirmişdir ki, pulu Neftçilərdə lombarda olan qızılının çıxarılması üçün vermiş, lakin qalan pulu tam ödəyə bilmədiyinə görə qızı orda qalmış və qızılın çıxarılması üçün əlavə pul lazımdır. O, Nailənin sözündən sonra Neftçilər metrosunun yaxınlığında olan lombarda getmiş və Nailə də, həmin ünvana gəlmişdir. Elçin özünü lombardı işlədən şəxs kimi təqdim edərək Nailənin lomardda qızılları olduğunu və onun tərəfindən 2 gün əvvəl qızılı çıxarması üçün Nailəyə vermiş olduğu 2000 manatın onada olmasını təsdiq etmişdir. O, 2000 manatını geri tələb etmiş, Elçin isə 4-5 gün sonra gəlib götürməsini demişdir. Nailənin iştirakı ilə Elçindən qızılının çıxarılması üçün nə qədər pul lazım olmasını soruşmuş, Elçin qızılın çıxarılması üçün 2000 manatdan başqa 11600 manat pul ödənməli olmasını bildirmişdir. Elçin pulu ödəyəcəyi halda Nailənin yanında həmin qızıl-zinət əşyalarını ona verəcəyini demişdir. Nailə də, buna etiraz etməmişdir. Elçin Nailə ilə lombarda keçməklə ona hansı tərəfindən yazılmasını bilmədiyi siyahı gətirmişlər və həmin siyahını istintaqa ifadəsinə əlavə olaraq təqdim etmişdir. Siyahıda 10.07.17 Nailə 15.000 5 % manat ++++++++ işarəsi olmaqla önündə 383 qram, 750 əyyarlı qızılı, xx.xx.2017 Nailə 22.000 5 % ++++++ -- 556,7 qram, 750 əyyarlı, xx.xx.2017 Nailə 16.500 5 % +++- 412,5 qram 750 əyyarlı, 5.01.18 Nailə 8000 ABŞ 5 % dolları ++-- 378 qram, 750 əyyarlı, 9.03.18 Nailə 17.300 5% +- 437,6 qram 750 əyyarlı qızılların siyahısı Elçin tərəfindən ona verilmiş və Nailənin onun lombardında olan qızıllarının siyahısı olmasını bildirmişdir və Nailədə bunu təsdiq etmişdir. O, bazara getmiş və 11600 manatı pulu hazır etdikdən sonra Elçinə zəng edərək pulun hazır olmasını və gəlib bazardan aparmasını demişdir. Elçinlə bazarın girişində görüşmüş və pulu Elçinə vermişdir. Elçin 2 gündən sonra malı gəlib götürməyi bildirmişdir. O, 2 gündən sonra Elçinə zəng etmiş və malın hazır olduğunu demişdir. O, yaşıl bazarda olduğunu bildirdiyi üçün Elçin və Nailə bazara gəlmişdir. Elçindən malın harda olmasını soruşan zaman malın yarısını gətirdiyini, lakin Nailənin digər siyahı üzrə malların faizlərini xeyli müddət ödəmədiyindən və 7500 manat faiz borcu olduğundan qızılların yarısını müdürün buraxmadığını demişdir. Nailə gətirilmiş malı aparıb sataraq faizləri ödəməyi, sonra digər malları çıxarıb pulu qaytaracağını demişdir. O, Nailə ilə Mum ticarət mərkəzinə getmiş və Nailə avtomobildən düşüb Mum ticarət mərkəzinə getmişdir. Bir neçə dəqiqə sonra Nailə 8500 manat pul əlində avtomobilə əyləşmiş və Elçinə zəng edib faiz borcların hazır olduğunu demişdir. O, Nailə ilə yaşıl bazara getmiş və 7500 manatı o, Nailədən alıb Elçinə vermişdir. Elçin 13600 manat dəyərində pulu ödənmiş malın qalan hissəsini gətirəcəyini demişdir. Elçin səhəri günü yaşıl bazara gələrək malın qalan hissəsini gətirmiş və yenə Nailə ilə Mum ticarət mərkəzinə getmişdir. Nailə qızılları 8500 manata satıb geri qayıtmışdır. Həmin pulun üzərinə 6500 manat qoyub 15000 manat düzlətmiş və Elçinə zəng edərək siyahı üzrə 15000 manat olan qızılı çıxarmaq istədiyini demişdir. Elçin bazara gələrək Nailənin iştirakı ilə ondan 15000 manatı götürüb 2 gündən sonra gəlib malı götürməsini bildirmişdir. O, 2 gündən sonra Elçinə zəng edərək malı tələb etmiş, Elçin isə hələ problem olduğunu və malın ona verilmədiyini bildirmişdir. Bir neçə gündən sonra Elçin yenə də, malın çıxarılmasında problem olmasını və lombardın müdirinin qızılı qramı 48 manatdan olmaqla özünün almaq istədiyini demişdir. Nailəyə razılıq vermiş və həmin malı onlar üçün 18500 manat hesab etməsini və onlara siyahı üzrə olan 16500 manat dəyərindəki malı və 1800 manat pul təklif etmişdir. Onlarda onun təklifini qəbul etmiş və o, Elçinə 1800 manat lombarda pul vermişdir. Bundan sonra Elçin malı verməmiş və malın çıxarılmasının dayanmasını bildirmişdir. Bir neçə aydan sonra Nailə zəng edərək bildirmişdir ki, 1700 manat yığılmış faiz ödəniləcəyi halda Elçin malları verəcəkdir. O, 1700 manatı Elçinə lombardda ödəmişdir. Lakin Elçin yenə də, lombardın mallarını saxladığını və olduğu yerdə problem olmasını demişdir. Bir neçə aydan sonra Elçinə zəng edəndə hər dəfə bəhanə etmişdir. Sonra Nailə ona bildirmişdir ki, lombarda sonradan qoymuş olduğu malların faizi 5000 manatdır və onu ödəməsini demişdir. Həmin pulu götürmüş malı xeyrindən çıxmasını demişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində 5000 manatı aparıb Elçinə vermiş, lakin Elçin nə malı buraxmış nə də, pulu vermişdir. Sonra Elçin onun zənglərinə cavab verməmişdir. Elçinə cəmi 28600 manat pul vermiş, Elçin isə ona bir dəfə qızıl vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi, ziyan ödənilmədiyi halda ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, VÖEN atasının adına olsa da, “Qarant” lombardı o, işlədir. X14 və Neftçilər prospektində yerləşən iki filialı vardır. Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsi, 46 ünvanında yerləşən filialında müdür iş yoldaşı olmuş Şahid1dir. 26 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 adlı qadın lombarda gələrək Turala qızılları Neftçilər metrosunun çıxışında yerləşən Təqsirləndirilən şəxs1 adlı şəxsə məxsus lombardda girov qoyduğunu, faizlər yüksək olduğu üçün 6800 manat pulu ödəyib qızılları ordan çıxarıb “Qarant” lombarda girov qoymaq istədiyini demiş və bununla bağlı girov biletini göstərmişdir. Tural Sevda ilə razılaşaraq işçisi Şahid2 Elçin Abdinovun lombardına göndərmişdir. Rəşad 6800 manat pulu Sevdanın iştirakı ilə Elçinə vermiş və Elçin girov biletinin əslinin arxasına 6800 manat pulun ödənilməsini qeyd etmiş və imza atmışdır. Lakin Elçin səhəri gün qızılları vermədiyindən Tural Sevda ilə Elçinin lombardına getmişdir. Elçin Sevdanın lombarda 10200 manat borcu olduğunu və həmin qiymətdə qızılları girovda olduğunu, həmin pulu ödəsə, Sevdanın qızıllarının hamısını qaytaracağını demişdir. Sevda bacısı Aygün Ağayeva məxsus 10200 manat dəyərində qızılların Elçinin lombardında olmasına dair aktı Turala təqdim etmişdir. 02 dekabr 2020-ci il tarixdə Tural Sevda ilə birlikdə Elçinin lombardına gedərək Elçinə 10200 manat pul vermişdir. Elçin də, girov biletinin arxasında 10200 manat pulun ödənilməsinə dair qeyd etmiş və imza çəkmişdir. Elçin qızılları başqa şəxsə girova verdiyini, qızılları həmin şəxsdən alıb səhərisi gün onlara verəcəyini demişdir. Lakin Elçin qızılları söz verdiyi vaxtda qaytarmamışdır. Sonradan Sevdanın təqdim etdiyi girov biletlərinin saxta olduğunu bilib 17000 manat pulunun Sevda və Elçin tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs1 17000 manat məbləğində puldan 9400 manat ödədiyindən ona qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs2 isə 2000 manat ödəmiş, 5600 manat borcu qalmışdır və həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, “Lombardcini” adlı lombardın VÖEN-i atası X2 adına olsa da, atası lombardı ona bağışlamışdır. Lombardın Bakı şəhərində 5 filialı vardır. Filiallardan ikisi ünvan 13 ünvanında yerləşən lombarda müdür X7 təyin etmişdir. 2020-ci ilin dekabr ayının 17-də Fəzayıl Nəbiyev ona zəng edərək Təqsirləndirilən şəxs2 adlı tanıdığı bir qadının lombarda müraciət edərək Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən lombardda girovda xeyli miqdarda qızılları olduğunu, ödənişləri ödəyə bilmədiyi üçün qızılları girovdan çıxarıb onun lombardında qoymaq istədiyini, lakin pulu olmadığını, buna görə də, onun əvəzinə ödəniş edib qızılları çıxarılmasını xahiş etdiyini demişdir. Fəzayıl Sevdaya məxsus qızılları lombarddan götürmək üçün onunla birlikdə Mərdəkan qəsəbəsinə Təqsirləndirilən şəxs1 adlı şəxsə məxsus lombarda gedərək 25000 manat pul ödəməli olduğunu demişdir. O, razılıq verdiyi üçün Fəzayıl 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 95/16 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus lombarda getmişlər. Sevda ilə birlikdə xalası oğlu kimi təqdim etdiyi bir kişi də, olmuşdur. Elçin Sevdaya məxsus qızılların onda olmasını və girov biletinin onun tərəfindən tərtib olunmasını təsdiq etmiş və Sevdanın əvəzinə lombarda 25000 manat ödənilsə Sevdaya məxsus qızılların hamısını Fəzayıla verəcəyini demişdir. Fəzayıl 25000 manat lombardda Elçinə vermiş və Elçin qızıllar sabahsı gün bankdan götürdükdən sonra gəlib ondan lombarddan götürə biləcəyini demişdir. Lakin Elçin müxtəlif bəhanələr gətirərək qızılları Fəzayıla verməmişdir. Bundan 2 gün sonra o, və Fəzayıl Elçinin lombardına getmişlər. Lombard bağlı olsa da, bir qədər sonra Elçin Rəmzi adlı şəxslə oraya gəlmişlər. Elçin 25000 manat pulun müqabilində qızılları Sevdaya qaytardığını dediyi üçün Fəzayıl Sevdanı lombarda çağırmışdır. Sevda Elçinə üzbəüz demişdir ki, “qızıllarımı qaytar”. Elçin qızılları Sevdaya qaytarmasını demişdir. X24 ilə kənara çəkilmiş və lombardın qarşısında Elçin Sevdanı avtomobilə əyləşdirib 10 dəqiqəyə yaxın avtomobildə söhbət etmişlər və sonra pulu qaytarmaq üçün bir həftə vaxt istəmişlər. Rəmzi də, Elçin barəsində polisə şikayət etməməyə söz vermişdir. O, onlara vaxt versə də, Elçin və Sevda nə pulu qaytarmamışlar, nə də ki, qızılları verməmişlər. Hazırda mülki iddia ilə məhkəməyə müraciət etmişdir və mülki iddianın təmin olunaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada onun xeyrinə 25000 manat məbləğində maddi ziyanın və 165 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi, təqsirləndirilən şəxslərə müvafiq ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayından Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 31 ünvanında yerləşən "xxxx" ASC-nin Bakıxanov filialının müdürü işləyir. 2020-ci ilin dekabr ayının əvvəllərində Sevda adlı qadın gələrək Neftçilər metrosunun yaxınlığında Elçin adlı şəxsin lombardında girovda qızılları olduğunu, faizi yüksək olduğu üçün qızılları çıxarıb onların filialına qoymaq istədiyini demiş və Təqsirləndirilən şəxs1 tərəfindən möhürlə təsdiq edilmiş bir ədəd girov biletini göstərmişdir. Girov biletində Sevdanın girovda 8000 manatdan yuxarı qiymətdə qızıllarının olduğu göstərilmişdir. O, dəqiqləşdirmək üçün girov biletində qeyd olunmuş Elçinin mobil nömrəsinə zəng etmiş və Elçin Sevdanın onun lombardında qızılları olduğunu, borcu kim bağlasa qızılları bir gün sonra ona verəcəyini demişdir. O, öz hesabına 8000 manat pulu Sevdaya vermiş və səhərisi gün Elçinin lombardının qarşısında görüşüb qızılları ondan təhvil almaq barədə razılaşmışlar. Sabahsı gün Sevdadan xəbər çıxmadığı üçün saat 16-17 radələrində Elçinin lombardına getmişdir. Sevda orada olmuş və lombardın qarşısında tanıdığı “Qarant” lombardın müdürü Şahid1 görmüşdür. Söhbət əsnasında Tural Sevdanın qızıllarını lombarddan girovdan çıxarmaq üçün Elçinə pul verdiyini, lakin qızılları vermədiyini demişdir. Elçin Sevdanın ondan aldığı pulu ona verdiyini, qızılları bankdan sabah çıxarıb verə biləcəyini demişdir. Lakin Elçin hər dəfə onu aldatmışdır. O, pulu Sevdadan və Elçindən tələb etdiyi üçün 2020-ci ilin dekabr ayında Sevda 8000 manat pulu ona qaytarmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını, onlara cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 01 avqust 2020-ci il tarixdən Zərərçəkmiş şəxs2 məxsus ünvan 15 ünvanında yerləşən “Qarant” Lombardın müdürü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 iki ildən artıqdır ki, tanıyır. Belə ki, o, “Sizin Lombard”ın Xalqlar Dostluğu filialında müdür işlədiyi müddətdə Sevda orada qızıl girov qoymaqla kreditə pul götürmüş və vaxtında ödənişlər etmişdir. Sevda iş yoldaşı Şahid2 vasitəsilə onun "Qarant” lombardın müdürü vəzifəsində işlədiyini bilib 26 noyabr 2020-ci il tarixdə onun yanına gəlmişdir. Sevda özünə məxsus 6800 manat qiymətində qızılların Neftçilər metrosunun çıxışında yerləşən Təqsirləndirilən şəxs1 adlı şəxsə məxsus lombardda girovda olması barədə aktı ona göstərərək pulu yüksək faizlə götürdüyü üçün qızılları Elçinin lombardından çıxarıb onun müdür olduğu lombarda gətirmək istədiyini demişdir. O, Sevda ilə razılaşıb onunla birlikdə işçisi Şahid2 Elçin Abdinovun lombardına göndərmişdir. X10 lombardında qızılları olduğunu və ödəniş etsə sabahsı gün qızılları gəlib götürə biləcəyini demişidr. Rəşad da, 6800 manat pulu Sevdanın iştirakı ilə Elçinə vermişdir. Elçin də, Sevdanın qızıllarına dair girov biletinin əslinin arxasına 6800 manat pulun ödənilməsini qeyd etmiş və imza atmışdır. Elçin sabahsı gün qızılları vermədiyindən Sevda ilə Elçinin lombardına getmişdir. Elçin Sevdanın lombarda 10200 manat borcu olduğunu və həmin qiymətdə qızılların girovda olduğunu, həmin 10200 manat pul ödənilsə, Sevdanın qızıllarının hamısını qaytaracağını demişdir. Sevda bacısı Aygün Ağayeva məxsus 10200 manat dəyərində qızılların Elçinin lombardında olmasına dair aktı ona təqdim etmişdir. 02 dekabr 2020-ci il tarixdə o, Sevda ilə birlikdə Elçinin lombardına gedib Elçinə 10200 manat pul vermişdir. Elçin də, girov biletinin arxasında 10200 manat pulun ödənilməsinə dair qeyd etmiş və imza çəkmişdir. Elçin qızılları başqa şəxsə girova verdiyini, qızılları həmin şəxsdən alıb səhəri gün ona verəcəyini bildirmişdir. Lakin Elçin qızılları söz verdiyi vaxtda qaytarmamış, müxtəlif bəhanələr gətirərək, qızılları bu gün, sabah gətirəcəyini demişdir. X5 lombardında ümumiyyətlə qızılları olmadığını, girov biletinin saxta olduğunu demişdir. Buna görə də, Bakı şəhəri Nizami rayon Polis idarəsinə Sevda və Elçin barəsində şikayət edilmişdir. Hazırda 8000 manat zərər ödənilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, hazırda Zərərçəkmiş şəxs2 məxsus “Qarant” lombardın Bakıxanov filialında kredit mütəxəssisi işləyir. 01 avqust 2020ci il tarixdən 2021-ci ilin yanvar ayının sonlarınadək lombardın ünvan 15 ünvanında yerləşən filialında işləmişdir. Filial müdürü uşaqlıqdan tanıdığı Şahid1dir. O, Turalla “Sizin Lombard” adlı lombardda işləyəndə Sevda onun müştərisi olmuşdur. 2020-ci ilin noyabr ayının 26-da əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 lombarda gələrək ona və Turala Neftçilər metrosunun yaxınlığında Elçin adlı şəxsin lombarında qızıllarının girovda olduğunu, faiz yüksək olduğuna görə qızılları həmin lombarddan çıxarıb “Qarant” lombardda girovda qoymaq istədiyini, bunun üçün borcunu ödəmək lazım olduğunu bildirmişdir. Bununla bağlı Sevda onlara Elçin Abdinov tərəfindən möhürlə təsdiqlənmiş və orada Sevdaya məxsus 6800 manat qiymətində qızılların girovda olması qeyd edilmiş bir ədəd girov bileti göstərmişdir. Tural razı olduqdan sonra Sevdanın lombarda olan borcunu ödəmək üçün lombardın kassasından ona 6800 manat pul verilmişdir. O, da Sevda ilə birlikdə Təqsirləndirilən şəxs1 lombardına getmişlər. O, Sevdanın xahişi ilə çöldə gözləmiş və Sevda isə 6800 manat pulu ondan götürüb lombarda daxil olaraq Elçin adlı şəxsə vermişdir. Sevda 5-10 dəqiqə sonra bayıra çıxıb girov biletini öz şəxsiyyət vəsiqəsi ilə birlikdə ona təqdim etmişdir. Elçin girov biletinin arxasında pulun ödənilməsi barədə qeyd yazıb imza atmışdır. Sevda Elçinin sabahsı gün qızılları bankdan çıxarıb verəcəyini demişdir. Sabahsı gün Tural Sevda ilə Elçinin lombardına getsə də, Elçin qızılları verməmiş və Sevdanın başqa qızıllarının da, girovda olduğunu, Sevdanın lombarda 10200 manat borcu ödəniləcəyi halda qızılların hamısını verəcəyini bildirmişdir. Sevda Turala 10200 manat qiymətində qızılların Elçinin lombardında olmasına dair girov biletini göstərmişdir. Tural 02 dekabr 2021-ci il tarixdə Sevda ilə birlikdə Elçinin lombardına getmiş və Tural Elçinə 10200 manat pul vermişdir. Elçin də, girov biletinin arxasında 10200 manat pulun ödənilməsini yazaraq imza etmişdir. Lakin Elçin qızılları qaytarmamışdır. Sonradan bilmişlər ki, Sevdanın ümumiyyətlə qızılları Elçinin lombardında olmamış, girov biletləri saxta tərtib olunmuşdur. Buna görə də, Tural Bakı şəhəri Nizami rayon Polis idarəsinə Sevda və Elçin barəsində şikayət etmişdir. Həmin puldan 1000 manata yaxın qaytarılmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, ona aid qızıllar Neftçilər metrosunun yaxınlığında Təqsirləndirilən şəxs1 məxsus lombardda olmuş və o, qızılları hissə-hissə lombarddan çıxarmaq üçün Zərərçəkmiş şəxs1lə birlikdə Elçinin lombardına getmişdir. Özünə aid olan pul və Turaldan aldığı pulu Elçinə verərək qızılları Elçindən götürmüşdür. Onun Elçində hər hansı qızılı yoxdur və ondan almış olduğu pulların müqabilində Elçin qızılları tam olaraq ona təhvil vermişdir. O, Turaldan heç bir zaman pul almamış, Tural pulu Elçinə onun vasitəsi ilə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 05 avqust 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 23A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Lombardcini” adlı lombardda kredit mütəxəssisi işləmişdir. Rüfət lombarda müdür kimi Fəzayıl Nəbiyevi təyin etmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Sevda adlı şəxs ona zəng edərək nömrəsini tanışının verdiyini bildirib Neftçilər metrosunun yaxınlığında və Mərdəkan qəsəbəsində yerləşən lombardlarda girovda olan qızılları girovdan çıxarıb işlədiyi lombarda girov qoymaq üçün ona borcu ödəməkdə köməklik etməsini xahiş etmişdir. O, həmin vaxt işdə olmadığından Sevda whatsappla Təqsirləndirilən şəxs1 adlı lombard müdürü tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş iki ədəd girov biletlərinin şəkillərini ona göndərmişdir. Girov biletlərində Sevdanın və bacısı Aygünün girovda qızılları olduğu qeyd edilmişdir. O, bu barədə Fəzayıla dedikdən sonra girov biletlərinin şəkillərini və Sevdanın mobil nömrəsini ona Whatsappla göndərmişdir. O, 5 gün sonra lombarda getdikdə Fəzayıl Təqsirləndirilən şəxs2 və bacısı Aygünün adına olan girov biletlərində olan qızılların qiymətinin 25000 manat təşkil etdiyini, Sevda ilə birlikdə Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən Təqsirləndirilən şəxs1 məxsus lombarda gedərək Elçinə 25000 manat pulu verdiyini, Elçin sabahsı gün qızılları ona təhvil verməli olduğu halda vermədiyini demişdir. O, Sevdaya zəng vurmuş, X20 rayonu, Əlibəyli kəndində şəhidi olduğu üçün oraya getdiyini, bu gün qayıdacağını demişdir. O, da Tovuzlu olduğuna görə həmin kənddə yaşayan tanışına zəng vurub kənddə yenicə dəfn olunan şəhid olubolmadığını soruşmuş, ona kənddə müharibədən sonra ümumiyyətlə şəhid olmadığını demişlər. Fəzayıl Elçinə zəng vuranda Elçin Tovuz rayonunda olduğunu demişdir. Həmin vaxt lombardda işləyən zərgər Abbas müştəri adı ilə Elçinə zəng edərək Mərdəkan qəsəbəsində ona məxsus lombardın qarşısında olduğunu və 3000 manat qiymətində qızılları girov qoyub kredit götürmək istədiyini demişdir. Elçin isə lombardın qarşısında gözləməsini və gələcəyini demişidr. Həmin vaxt Sevda və Elçinin dələduzluq etdiklərini başa düşüb lombardın sahibi Rüfət və Fəzayıl Mərdəkan qəsəbəsinə Elçinin lombardına getmişlər. Lakin Elçin və Sevda lombardın pulunu qaytarmamışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 tərəfindən ona Şahid4 aid lombardında olan qızıllara dair siyahını istintaqa təqdim edilmiş və həmin siyahıda 10.07.17 Nailə 15.000 5 % manat ++++++++ işarəsi olmaqla önündə 383 qram, 750 əyarlı qızılı, xx.xx.2017 Nailə 22.000 5 % ++++++ -- 556,7 qram, 750 əyarlı, xx.xx.2017 Nailə 16.500 5 % +++- 412,5 qram 750 əyarlı, 5.01.18 Nailə 8000 ABŞ 5 % dolları ++-- 378 qram, 750 əyarlı, 9.03.18 Nailə 17.300 5% +- 437,6 qram 750 əyarlı qızılların siyahısı olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs1 ilə arasında qızıla dair ödəmiş olduğu pullara dair səs yazısını özündə əks etdirən CD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Dialoq aşağıdakı kimidir: Tural: Alo, axşamın xeyir, Elçin məllim salam məlöyküm, nətəhərsən qağa nə var nə yox, nətəhərdi vəziyyət Elçin: Salamatçılıqdı, şükür Allaha Tural: Nağayrırsan, nətəhərsən Elçin: Sülənirəm Tural:Sülən, sənin sülənən vaxtındı Elçin: Səni nə qədər vaxtı tanıyıram Tural: Allah köməyin olsun, Elçin bizim bu məsələnin axrı nə oldu Elçin:Açığı 10 gündü mən Bakıda yox idim rayondaydım, hüzür yerindəydim. Tural: Allah rəhmət eləsin Allah köməyin olsun Elçin: Bu günləri gecə gəlmişəm, ora bura qaçıram Tural: Yox Elçin sənə bir söz deyim, yoldaşıq çörək kəsmişik, salam məlöyküm eləmişəm, mənim pulumu qaytarıb vermək və ya alıb vermək fikrin var Elçin: Vallah billah mənim başım qarışıqdı Tural: Elçin o gündə dedin sənlə əlaqə saxlayacam amma əlaqə saxlamadın, indi nağayraq nə iş görək Elçin: Hammısını yoluna qoyacağıq Tural: Nə vaxt yoluna qoyacağıq, bilirsən nə qədər pul, faiz ödəyirəm, mən bəs sənə o vaxtı pulu verəndə Elçin mən səndən xahiş elədim, alınmayacaqsa mənim pulumu ver, mənim pulumu ver, özündədirsə özün ver ondadırısa ondan al ver, çörək kəsmişik yəni mən o pulu sənə vermişəm, kişi yana mən sənə inandım verdim o pulu, balam ölsün filan ölsün, bəhman olsun, malı pulu verəcəm, mən cavabdehəm Elçin: mən heç kimin pulun malını saxlamıram, Tural:Yaxşı heç kimin pulunu malını saxlamırsansa və bu nədir, yox Elçin mən o vaxtıda sənə pulu verəndə mən sənə dedim ki, Elçin mən səni tanıyıram. Sənə dedin ki, pulun məndədir narahat olma pulun məndədir, yox Elçin mən ona o vaxtı verdiyimi vermişdim, mən sənə pulumu verəndə sənə dedim ki, səni tanıyıram, mənə dedimişdin ki narahat olma, dedinmi mənlikdə, malı verməsəm sənin pulunu verəcəm, bu işi yoluna qoy mənim pulum ver sənən artıq dərəcədə xahiş edirəm, sənə 30700 manat pul verdim, haqq hesab etdik, dedin Tural 500 çatmalıdır, gətirdim verdim, 1500 çatmalıdır, gətirib verdim. Mənim pulumu ver ya işimi yoluna qoy” İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 26 avqust 2021-ci il tarixli BKC/LGL- 14985/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd “CD” və "xxxx" MMC-dən 27 avqust 2021-ci il tarixli AZF/LGL-24096/21 nömrəli məktuba əlavə edilmiş bir ədəd “CD” diskə keçirilmiş baxışa dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daşıma xidməti vasitəsilə Bakcell şirkətinin abunəçisi olmuşdur. ***-***-**-** mobil nömrədən çıxan və daxil olan sms mətnlərinə və zənglərin siyahısına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd olunan mobil nömrə ilə mütamadi olaraq Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışlar. SMS mətnlərindən aydın olur ki, tərəflər arasında özgə əmlakını dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı söhbətlər olur. Həmin sms mətnləri aşağıdakı kimidir: xx-xx-2020 18:10:38 1.1.**********35 1.1.**********11 Oxu. 1000 manata SUBMİTTED xx-xx-2020 18:11:34 **********35 - **********11 Pulun daliyca. Gelblere qacmax istirem burdan DELİVERED xx-xx-2020 18:11:34 1.1.**********35 -**********11 Pulun daliyca. Gelblere qacmax istirem burdan SUBMİTTED xx-xx-2020 18:11:34 .**********35 - **********11 Pulun daliyca. Gelblere qacmax istirem burdan DELİVERED xx-xx-2020 18:12:03 **********35 - **********11 Bixuluram Bu deyme SUBMİTTED xx-xx-2020 18:22:01 **********5 -**********11 41000 pul gotrum Sen. Mene. Cami. 2300. Vermisen. 8000. Yerine SUBMİTTED xx-xx-2020 18:23:02 .**********35 - **********11 5500. 9000. 9500. 17000 pul gotrmusen hesabla DELİVERED xx-xx-2020 18:40:12 **********35- **********11 X22rn puluyla bir yerde menim lwimi. Hell et. Bax meni bele belaya biyabrcilixa soxdun sevda bunun axiri pis olazax. Burda hami yola ve DELİVERED xx-xx-2020 18:39:16 **********35 - **********11 rlmelidi SUBMİTTED xx-xx-2020 13:54:13 **********35 -.**********11 Saata bax DELİVERED xx-xx-2020 13:54:36.**********35 - **********11 Dolamlsan????? DELİVERED xx-xx-2020 18:03:44 **********35 -**********14 Temiz yoxsm isde sent et SUBMİTTED xx-xx-2020 23:58:07.**********35 -**********11 Tezdene o pulu Danw arendam faizim qalb prablemdi SUBMİTTED Təqsirləndirilən şəxs2 ifadəsində 05 yanvar 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olarkən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aşağıdakı məzmunlu smslər yazdığını bildirmişdir. xx-xx-2021 11:49:08.**********35 -**********11 SEVDA ORDA SEN ÖZ ÖHDENE GÖTÜRMESEN SENLE OLAN GÖRÜNTÜLERİ YUTUBA Q DELİVERED xx-xx-2021 11:49:08 **********35 -**********11 OYACAM DELİVERED xx-xx-2021 11:49:38 **********35 -**********11 Biyabır edecem seni DELİVERED xx-xx-2021 11:49:50 **********35 -**********11 Otelde olanları SUBMİTTED xx-xx-2021 11:50:08 **********35 -**********11 Herşey boynuva götür SUBMİTTED xx-xx-2021 11:50:28.**********35 -.**********11 Olmasa dediyimi edeceyem DELİVERED “Qarant” lombardın müdürü Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrəsi arasında 2020-ci ilin noyabr, dekabr və yanvar ayları ərzində dəfələrlə danışıq olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********63 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********02 saylı mobil nömrəyə göndərilən smslərdən aydın olur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişlər. Həmin smslər aşağıdakılardır: xx-xx-2020 12:11:43 **********63 - **********02 Yıx meni yıxışdır adboy vermeyivi ac kankret söz de mene bir DELİVERED xx-xx-2020 13:03:05 **********63 - **********02 Tecili yıx meni meni caxırdılar yene DELİVERED xx-xx-2020 13:23:47.**********63 -**********02 Tecili ac telfonu bölme caxırıb gedrem DELİVERED xx-xx-2020 13:24:07 1.1.**********63-**********02 Poxu acda qoymusan zibilde meni SUBMİTTED xx-xx-2020 13:24:08 **********63 - **********02 Poxu acda qoymusan zibilde meni DELİVERED xx-xx-2020 13:32:32 - **********63 -**********02 Sen bele niye edirsena dolamısan??? Yarmcıx söndürürsen????? SUBMİTTED xx-xx-2020 13:41:27 **********63 -**********02 Özün zibili cıxardırsan sora deme niye bele prablem oldu NOT_DEL_PERM xx-xx-2020 13:42:43 xx-xx-2020 13:42:43 **********63 -**********02 Özün zibili cıxardırsan sora deme niye bele prablem oldu NOT_DEL_PERM xx-xx-2020 14:00:12 **********63 -**********02 Zibili cıxıb işin tecili yıx goruş menle DELİVERED xx-xx-2020 14:09:23 **********63 -**********02 Sen sevda ortada ne oynursan bilmirem qoraddel nebilim harAGedrsen. SUBMİTTED xx-xx-2020 14:09:25 .**********63 -**********02 Ya onğulu getr catdır tecili. Meni göt vezyetnde qoymusan. 300 DELİVERED xx-xx-2020 14:09:37 **********63-**********02 Sen sevda ortada ne oynursan bilmirem qoraddel nebilim haraGedrsen. DELİVERED xx-xx-2020 14:09:37 **********63 -**********02 Sen sevda ortada ne oynursan bilmirem qoraddel nebilim harAGedrsen. SUBMİTTED xx-xx-2020 14:09:39 **********63 -**********02 Ya onğulu getr catdır tecili. Meni göt vezyetnde qoymusan. 300 SUBMİTTED xx-xx-2020 14:14:34.**********63 -**********02 0 verilmeli idi mene pul?? Catdır tecili men işderimi gedm hell ed DELİVERED xx-xx-2020 14:17:08 **********63 - **********02 Qoradele gedsen hara gedrsen özün bilersen day DELİVERED xx-xx-2020 15:05:06.**********63 - **********02 Söz diyende başa duşmedin. Butun ne qeder ne iş gormusen harayla ne DELİVERED xx-xx-2020 15:05:07 **********63 - **********02 ce butun materiallar topkayıbe . Görüm indi neyniyessen.alıb qacma DELİVERED xx-xx-2020 15:07:03 **********63 -**********02 Butun bakı rayonlarıyla ne zibil var materiallar yıxılır mendende n DELİVERED xx-xx-2020 15:07:04 **********63 -**********02 e qeder qebz vermişem arxasnda ne yazmısan hamısın istiyirler Təqsirləndirilən şəxs2 istifadəsində olan **********02 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan **********63 saylı mobil nömrəyə göndərilən smslərdən aydın olur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la vahid niyyətlə hərəkət etmişlər. Həmin smslər aşağıdakılardır: xx-xx-2020 14:52:50 **********11 - **********63 Gelrik xx-xx-2020 15:00:50 **********11 - **********63 Gelirik bu gune borcum 9150 m deki axrinci defe 450 m odeyib. Adimda nigardi DELİVERED xx-xx-2020 15:01:54 .**********11 - **********63 Getirirem ora xx-xx-2020 15:02:22 **********11 - **********63 Guya bu qohumumdu deki iki gune elaqe saxlayacam nigar xanimla xx-xx-2020 15:02:32 - **********11 - **********63 915 0m DELİVERED xx-xx-2020 15:03:54 **********11 - **********63 Yaniva 20 si gelmisdim DELİVERED xx-xx-2020 15:20:00 **********11 - **********63 Getne gelirem DELİVERED xx-xx-2020 15:20:14 **********11 -**********63 800 mgotur DELİVERED xx-xx-2020 15:20:17 **********11 - **********63 Qalani cavada SUBMİTTED xx-xx-2020 15:20:18 1.1.**********11 - **********63 Ver SUBMİTTED xx-xx-2020 15:24:03 1.1.**********11 - **********63 800 m gotur qalanin cavada ver xx-xx-2020 19:57:55 **********11 - **********63 Elcin qapiva gelmek isteyirler.yig emini alem.deyib bir birine. xx-xx-2020 09:22:15 – **********11- **********63 Hazırlaş gəl emingildə gəlir DELİVERED xx-xx-2020 09:12:56 **********11 - **********63 Hazırlaş gəl emingildə gəlir SUBMİTTED xx-xx-2020 09:29:39 **********11 - **********64 Elçinə deki gəlsin təcili SUBMİTTED xx-xx-2020 09:34:25 **********11 - **********63 Elçin gəlib götürərik səni hardasan SUBMİTTED İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 araşdırmaya təqdim etmiş olduğu Təqsirləndirilən şəxs1la danışığına dair bir ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, CD diskdə 6 ədəd səs yazısı vardır. Həmin səs yazıları Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la telefonla danışarkən Təqsirləndirilən şəxs2 tərəfindən qeydə alınmışdır. Dialoq aşağıdakı kimidir: 1-ci səs yazısı. Elçin: Vaxt ver xanımın problemi yaranıbdı diyə bilmirdi qorxdu. Götürüb verəcəy şeyi pulunu qaytaracaq. Mənə elə gəlir ki onlar orda problem yaratmaz. Danışığınızdan asılıdır orda. Sevda: həə bildim Elçin: bildin? Sevda: həə, başa düşdüm. Elçin: orda mənə orda sən deməlisənki neynəmisən onun hamısın deməlisən. Deyərsən ki qızılları itirmişəm. Belə də ki, yox mən götürməmişəm. Elçindədir. Elçin götürməyib. İndi axı o deyərlər ki, başın bişirir. Nətər yəni o deyir mən götürməmişəm. Bu deyir mən qaytarmışam Sevda: hə də başa düşürlər ki, hər ikisi də yalan danışır. Yalan ifadə verir. Elçin: deməli ya sən ya bu. Deməli ya da əlbir. Orda elə əmələ gəlmir. Nə badə mənim adım orda heç bir sənəddə keçməməlidir. Heç bir vərəqin üstündə olmamalıdır. Sevda: heç mənim də adım bantizmdə olmamalıdır. Elçin: sən yox, sən heç mənim adım ora olmağı sabah.. Sevda: sənin elə işin zadın var, lanbardın var. Mən deyərəm ki, qızılları itirdim ya da oğurladılar. 2-ci səs yazısı. Sevda: Elçin Elçin: həəəə Sevda: şey mənə banditizimdən oğlan yazdı baş müstəntiqdi .. Elçin: həəə sabah saat 12-yə? Sevda: həə 12-yə Elçin: həə məni də Sevda: səni də yığıb? Elçin: həəə Sevda: yığdı dedi 12-də sən də gəl? Elçin: həəə.. o elə bilki 25-ci bölməyə gedirsən, izahat alacaqlar sənnən fsyo Sevda: hə adi izahat kimi? Elçin: ə yoxe yoxe şey yəni deyirəm orda titrətmə nolsun o haradı. Onun dəcli yoxdu. Səni heç orda saxlaya bilməzlər. Nə də bir söz deyə bilməzlər. Sevda: həəəə Elçin: sadəcə olanı deyirsənki hal-hazırda belədi, heç mənnən də çoxdandı danışmır. Sevda: hə guya ki sənnən danışmıramda çoxdandı. Elçin: həə heç əlaqəmiz yoxdu fsyo. Sevda: hmm Elçin: elə bil ardın yoluna qoyacam, onnan sonra daa a bala onnan sonra da Allah .. səni də elə bil ..yenə sabahları əlvi atanda nəsə bir iş .. olacaq. Sevda: sabahlarım mütləq gedmək lazımdı ki onda ikimizində bir yerdə alınacaq? Elçin: a bala a bala pddeşka edliyəcikdə paddeşka iş .. olanda xırda xırda veriləcək də. Sevda: yoxe şey nə deyəcəkdim izahatı bir yerdə alıanacaq yoxsa ayrı ayrı verilir? Elçin: hə indi ayrı alındı bir yerdə alındı fərqi yoxdu. Sənə deyəcəklər nətər oldu. Sən deyəcəksən belə ayın tarixin, gedmişəəm ora müracitə eləmişəm. Sora əlaqə saxlamışam ki, mən demişəm mən dükandayam, gəlmisən ora. O da ki yerimi də əvvəllər də bir iki dəfə orda .. gətirmisən yerimi tanıyırsan. Gəldin orda baxdın ki ödənişi olundu. Sevda: hə hmm Elçin: vəssalam mən .. sonra müdür var idi mən getdim iki üç gün sonra sənə zəng vurub dedi ki, üzürüm var xahişi edirəm mənə iki üç gün verginən yasımı gedim yola verim gəlim sora gəldiyi gün də hər gün zəng vurdum ki hardasız gəlin malı götürün. Sən dedinki mən ecdəyəm, xəstəyəm. Çıxa bilmirəm. Mənə də təqribi ünvanı dedin mən də gəldim evin qabağında qırmızı qutuda, gör kuloka qoymuşdum. Malları açdım, göstərdim. Hamısını. Bir dənə ya iki dənə qutuda idi. Oları göstərdim sən də götürdün. Və yazdın ki mallarımı təhvil aldım. Etirazım yoxdur. Sağollaşdıq vəssalam. Sevda: Ayın 22 –si də? Elçin: Onnan sonra hə səndə də onda da problem olmuşduye. Nə problem olmuşduya. 22-si yoxee. Sevda: hə Elçin: ba onu demək olar 21 –i mən də ayın 22-si 22-si nəsə bir problem çıxdı. Ya qonaqlığın oldu, ya malı götürdün rayona gedirdin, getməy istəyirdin. Yolda itirdin. Sevda: hə ya oğurladılar, ya itirdim Elçin: hə yolda iri sumkan var.. özün fikirləş. Açıq qalıb. Tualetə girdin ya nə idisə sumkannan pul çıxartdın. Nəsə aldın. Onnan sonra gəldin. Rayona getmək üçüçn avtovağzala avtobusa minmək istəöyəndə baxıb gördün ki, sumkanda yoxdu. Sevda: həəə Elçin: yəni orda ya hardasa yolda baxdın ki sumkanda yoxdu. Onnanq sonra qaldın gicərək. Onan sonra da sən dedin ki mən malı götürməmişəm. Evdə qalıb ya hardadı tapılar. Mə ona görə... variantı fırlat daaa. Sevda: hə başa düşdüm. Elçin: sənə orda şilləni vurmayacaq, mən .. dedim Sevda: yo Allah göstərməsin. İ səfərdi elə yerə düşürəm. Elçin: A bala heç bir şey olmayacaq. Belə də deyərsən ki hə itirdim. Oğurlayıblar. Oğurladılar. Sevda: həmm bildim Elçin: qonaqlıq idi evdə, qonaqlıq demə. Onu deyecək ki kimlər olub. Hamını çağırar. Orda de ki nə bilim oğurladılar. İtirdim. Taxiyə minmişdim, taxidə itirdim. Sevda: indi mən deyə bilmərəme camaata yalannan. Deyeəcəklər yığıncaq. Yığıncaq olmayıb axı yalannan. Elçin: deyərsən yaddan çıxıb, nə bilim yolda sumkanda oğurlayıblar. Sevda: hə başa düşdüm.onda sabahları..(sözünü kəsir) Elçin: mən deyən yüngülvari bir vairantı fırlat denən də orda nə varki? ə də xahiş elə əgər imkan varsa banka müraciət eləyin və yaxud müraciət edin ki, mənə bir az vaxt versinlər. Rayonda torpağım zadım var. Rayondakılara da demişəm. Bu torpağı satıb mənim pulumu qaytarın. Sevda: mənim adımda tiorpaq yoxdu axı, yalannan nətər deyim. Üzə çıxardarlar. Elçin: qohumunun, qohumlarıva müraciət eləmisən deyiblər torpaq sataq verək. Sevda: həə bildim başa düşdüm. Hə onda sabah saat 10-da 11-də zadda görüşək. Elçin: hə də sabahlarım 10 da uzağı 11 də konkret zəng vurub görüşək. Danışginən şey elə. Yəni yenə deyirəm aaaa bir dənə orda artıq söz demyin həqiqətən ciddi problem çıxardacaq. Sevda: hmm başa düşdüm. Elçin: heç nə onda sabahlarım zəngləşək, onda şey eləyək gedək də ora 3-cü səs yazısı Elçin: Alo Sevda: Salam Elçin Elçin: Əleyküm salam Sevda: nətərsən Elçin: salamatçılıqdı. Sevda: şeydi sabah saat neçədə gedilməlidi ora? Elçin: bilmirəm özü tezdən zəng vuracaq. Sevda: tezdən zəng vuracaq? Elçin: həə Sevda: dünən sən Elçin: gəlmisən? Sevda: yo sabahlarım səhər səhər çıxacam bilmirəm saat neçədə. Elçin: hə Sevda: Sən şey cavab yazmısan Elçin: Mən burda camaat səni gözdüyür gələcəksən. Oturub nəsə söhbət eliyəcəkdin.neynəyəsən neynəmiyəsən. Sevda : sən orda izahat aldın verdin heç? Elçin: mən sən heç nə verməmişəm mən heç nə verməmişəm. Deyirəm ki səni Sevda: yəni ki izahat götürmədi sənnən? Yoxsa ikimizdən götürəcək. Elçin: yoxee ayrıca səni çağıracaq danışacaq. Onu mən sonra bir yerdə danışacaq. İzahat almaq üçün. Sevda: hə hərəmizə ayrı ayrı da ? Elçin: Həəə bu kamera söhbəti var, mən məcburam orda kameranı çıxartmalıyam. Nəsə olunmalıdıda. Gəlib kameranı açsalar mən istəmirəm o biri uşaqlar da problem yaransın olara. Sevda: Yooo orda heç kameranı tələb edən olmayacaq. Elçin: Hə Sevda: Çünki hər şey göz qabağındadı. Elçin: necə göz qabağındadı yəni? Sevda: yəni ki daha sən gedib orda açıb danışmısan da bunnan artıq nəyi danışacaqsan ki. Elçin: Açıq danışmaq nəyi deyirsəne sən Sevda: nə bilim danışmısan sənəd də vermisən eləmisən Elçin: Açıq danışmaq sən deyəndə mən deməli idimki bağışlayın qələt eləmişəm camaatın qızılın qaytarmamışaam? Sevda: sən qaytaranda (sözünü kəsir) Elçin: sən qaytarmamış şey dedin ki 4-cü səs yazısı Sevda: Yoxe necə yəni qaytarılmamış qızlı gedib orda deyirsənki qaytarılıb. Elçin: Necə yəni qaytarılmamış qızılı? Sevda: deyirsən ki Elçin: mən qızlı qızlı qaytarmamışam sənə? Sevda: yoxe sən heç qızlıı qaytarmısan mənə? Elçin: hə? Sevda: sən heç qızlıı qaytarmısan mənə? Elçin: sən deyəsəəən məzələnirsən mənnən sən söz almaq istəyirsən. Belə də ki mənə problem deyil. Sevda: yoxe mənim heç belə ehtiyacım yoxduye kimnənsə söz almağıma. Elçin: hə Sevda: mən onsuz da hər şeyi gözdüyürəm də. Sənədi aparıb qoymamısan ora? Eləmisən lap yaxşı. Allah canını sağ eləsin. Elçin: hə Sevda: bantizimdə mənə də sual verəcəklərdi. “Xanım , Sən qızlı ” ..(sözünü kəsir) Elçin: Mən hələ olara bir sənəd vermişəm. Bir dənə sənəd vermişəm. Sevda: başa düşürəme. Sən sabah Elçin: mənnən qəbzi tələb eləyib. Deyib hanı ona verdiyin qəbz? Sevda: başa düşdüme. Qəbzi vermisən yaxşı eləmisən. İndi bu mənən sual verəcək Elçin: hə Sevda: Mən orada sual verərlər ki, “Xanım! əgər bu insanın dediyinə görə sən qızlı götürmüsənsə niyə aparıb təhvil verməmisən lombardciniyə? bəs mən onda nə deyim? Elçin: sən onda nəsə bir xəstəm var idi, anana nəsə olmuşdu, atana nəsə olmuşdu. Sevda: bə mən də onu deyirəm ki, bəs bu adam da sual verəndə Elçin: Ciddi düşmüşdün problemə düşmüşdün gedib dərdivə vermisən, ya da avtobusda sumkannan pulu oğurladılıar. Ya taxsidə oğurladılar. Sevda: Bə sən saat neçədə harda götürmüsən qızlı? Mən deyim harda götürmüşəm Elçin: Ay bala Sən mənnə götürmüsən onun heç bir adiyyatı yoxdu. Mən onu Sənə küçədə də verə bilərəm. Gətirib evinin qabağında da verə bilərəm . o elə bir... vurğulaya bilməz ki iminni mən qızlı sənə lanbardın içində verməliyəm. Sevda: Mən bilirsən niyə deyirəm. O dəfə yadına gəlir? Gəldiləre o lanbardcinin müdürləri. Dediye saat neçədə vermisən qızılları qaranlıq idi gün üzü idi. O günorta idi. Başa düşdün? Elçin: indi olar qələt eləyirlər. Qəlt eləyirlər onlar elə sual verirlər. Onların heç ixtiyarı yoxdu. Mən tezdən saat 8-də aparıb evində vermişəm. Yatmışdı, qapını döymüşəm, girmişəm evinə bir dənə də çay içmişəm qızıllları verib sənə çıxmışam. Ona heç kim heç nə deyə bilməz ona. Elə bir qanun yoxdur. Sevda: hə diyirəm yəniki o sual verəndə bilim Elçin: sənə orda sual verəndə desənki yəni protiv mən qızılı Elçindən təhvil almamışam? A onda uje yəni o müstəntiq oturanda tamam başqa söhbətlər eliyəcək. İstəyir sənnən istiyir mənnən. Sevda: o şey Yusif müstəntiqdir elə? Elçin: necə? Sevda: o gün .. Yusif müəllim, müstəntiqdidə o. Elçin: Müstəntiqdidə baş müstəntiqdi bəli. 5-ci səs yazısı. Elçin: ordaykən bu sözləri deyib yəni, deyirəm onsuz da orda səni tutub padvala da basmayacaqlar, həbs də vermiyəcəklər. Nə sənə nə digərinə. Onlar sadəcə yazıb pozub məhkəməyə verə bilərlər. Məhkəmədə uje problem yaranar. Və yaxudda ki bunlar istəsələr hər şey...amma siz orda desəz ki götürmüşəm. Bu insandı lanbardı işlədən. Bilmirdi kii, o Sevda: hə Elçin: bank işçisidi. Bank nümayəndəsidi. Onun xəbəri yox idi? Mən gəldim mən ona. Yığdım qızlı, lap sən yığımamısan özüm qızlı zəng vurdum sizə ki Sevda xanım! qızılınız hazırdı. Mənn e ee e e yəni götürmək, mən sənə heç lanbarda, küçədə vermişəm. Onu deyə bilməz heç kim. Siz də qızlı götürəndə baxdız ki qızıl sizindi ayın 22-si baxdız ki qızıl sizindi. Siz də sonra mən xahiş elədim ki, bu qəbzin arxasının yazın. Yazdı sadəcə tarix qoyulmadı. O da problem deyil. Bu şeydi nədi o. Yaddan çıxdı tarix qoyulmadı çünki tələsiy vaxt idi. Tələsiy mament idi Sevda: həə həə Elçin: tək döyüldüm tək döyüldüm. Hə vəssalam. Ondan sonra deyəsən ki xahiş edirəm mənə vaxt verin və mən də gedim bankın nümayəndəsinə müraciət edim xahiş edim ki, mənə bir az möhlət verilsin. Mən bunu gətirib onlara çatdıracam. Onun üstündə ya səni kəsmiyəcəklər ya asmıyacaqlar. Orda milyon söhbəti deyil, 23-24 minlik puldu. Sadəcə orda sual verəcəklər ki 2 dənə qəbzdir. Ayrı-ayrı bir dənə burda deyəcək məsəlçün qəbz 14 mindi bəs 11 min hardadı? Denən onu daki onnan əvvəl qoymuşdum. Bankı da tədim etməmişdim. Mən də dedim ki, çıxanda yadımdan çıxıb... 6-cı səs yazısı Elçin: onlar yazıblar bütün hamısını ora. Sevda: nəyimizi yazıblar? Elçin: yazıblar ki, o biri lanbardda o stolun üstündə dəftər var idi. Üstündə rəmzi yazılmışdı. Götürüb dəftərlərə baxdım. Dəftərlər də ayrı ayrı formada dəftərlər idi. Dedimaəə o ayrı ayrı şeylərdi. Mən dəftərimin içində anqurt yazacam. Gəlib deyeəcklər bu adam anqurtdu. Onun ora nə aidiyyatı varki. Sevda: həəə Elçin: sadəcə o mənnən əvvəl dedim şərikim olubdu. O biri lanbardda mənim istədiyim vaxtda orda oturulanda orda oturmuram mən. Sevda: rəmziii Elçin: o heç də girova ora qoymuşdu mən orda olanda zəng vurmuşdu. Mən də dedim ki burdayam. Gəlmişdi ora. Orda götürdü girova. İkincisidəki o bir ay iki ay əvvəl qoyulubdur. Sevda: həm də ki Rəmzi qızılları götürəndə Rəmziyə çıxarıb.. Elçin: .. ə Rəmzi qızıl götürən deyil. Dəftərin üstündə yalannan elə yazılıbki, rəmzi müəllimlə işləyir. Yox bank müdürüdü. Halbuki bu da götürüb o biri dəftərin üstündə yazıb ki, dütdürüt. Mən düttdülünən işləyirəm? O gedib o başqa nümayəndələri Sevda: bəs o kitabə dəftəri harda görüb ki, Elçin: elə orda mənnən o köhnə yerimizdə. Şeydə mənnən o əvvəl işləyən oğlan yoxdu? Onun yerində. Sevda: hə hə hə hə Səs yazılarına baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sonuncuya məxsus qızıl-zinət əşyalarının guya ona məxsus lombardda olmasına dair həqiqətə uyğun olmayan girov biletləri verir, bu girov biletlərini əvvəlcədən razılaşdıqları kimi Sevda “Lombardcini” adlı lombardın işçilərinə göstərməklə qızıllarının Elçinin lombarddında girovda olması barədə yalnış məlumat verir və “Lombardicini” lombardı Sevdanın qızıllarının girovdan çıxarmaq üçün Elçinə pul verir. Elçin də, pulu Sevda ilə bölüşdürür. “Lombardcini” lombardın müdüriyyəti Sevda və Elçin barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra sonuncuları həmin baş idarəyə dəvət olunurlar. Sevda da, baş idarəyə getməmişdən əvvəl Elçinlə necə izahat verməyi barədə məsləhətləşir. Sevda Elçindən soruşur ki, “ əgər müstəntiq məndən soruşsa ki, qızılları Elçindən götürmüşdünsə bəs niyə lombardciniyə təhvil vermədin”. Elçin də, ona deyir ki, deyərsən ki, qızılları götürdükdən sonra avtobusda oğurladılar və ya itirdin. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1976-cı ildə Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsini "xxxx" MMC-nin və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan SMS mətnləri, səs yazısı olan CD disk və iş materiallarına əsasən özünü müdafiə və cazadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini, ziyanı ödənilmiş zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 may 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 13 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 21 may 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 may 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin 29 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdə Xətai rayonu ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 03 avqust 2022-ci il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 30 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 29 iyul 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə mütəxəssis rəyi alınması qərara alınaraq mütəxəssis qarşısında - xx xxxxxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, ünvan 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 hal-hazırda hamilədir ya yox, hamilədirsə neçə həftəlik hamilədir, onun və dölün vəziyyətinin necə olması sualı qoyulmuş və mütəxəssis rəyinin verilməsi Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 16 ünvanı üzrə qadın məsləhətxanasına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri idarəetmə birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi “10 nömrəli qadın məsləhətxanasının” 23 iyun 2022-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, ünvan 16 ünvanı yoxdur. Təqsirləndirilən şəxs2 barəsində 24 may 2022-ci il tarixində 7 saylı X21 Stansiyası tərəfindən məlumat verilmiş və sahə həkimi S.Məmmədova tərəfindən yaşadığı ünvan 17 ünvanına aktiv patronaj olunub. Aktiv patronaj zamanı mənzilin qapısı bağlı olub və mobil telefonuna zəng çatmayıbdır. Qonşulardan məlumat toplanan zaman məlum olub ki, göstərilən ünvanda yaşayış yoxdur. Xəzər rayon Məhkəməsi tərəfindən verilən mobil nömrə ilə Vətəndaş Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlanılmış və o, bildirib ki, hal-hazırda Tər-Tər rayonu, Şamil Həsənov küçəsi ev 15 ünvanında yaşayır. Dərhal tərəflərindən Tər-Tər rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə və X4 Təqsirləndirilən şəxs2 barədə məlumat verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs2 izahatının surəti qoşma şəklində göndərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən 10 nömrəli qadın məsləhətxanasının baş həkimi Gülnarə Həsənovaya ünvanlanmış 23 iyun 2022-ci il tarixli izahatdan görünür ki, o, hamiləlik zamanı Xəzər klinikasında müayinə olunmuş və qadın məsləhətxanasında hamiləliklə bağlı durmağına ehtiyac bilməmişdir. Sahə maması ünvan 19 ünvanda tapmamasının səbəbi onun hal-hazırda Tər-Tər rayonu Ş.H. 15 olmağıdı. Hamiləlik müddəti 8 aylıqdır və o, hamiləlik qeydiyyatına durmaqdan imtina edir və məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə olunmuş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntqi Toğrul Hüseynovun 30 oktyabr 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada onun xeyrinə 25000 manat məbləğində maddi ziyanın və 165 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs3 mülki iddiaçı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 25000 manat məbləğində maddi ziyan dəyməsi iş materialları əsasında sübuta yetirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia təmin olunaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 25000 manat məbləğində maddi ziyan və 165 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, 360 (üç yüz altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 21 may 2021-ci il il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 iyul 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs2 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, telefon danışıqlarına dair "xxxx" və "xxxx" MMC-dən alınmış iki ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazısına dair bir ədəd CD disk, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qızılların siyahısı cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi3 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 25000 manat məbləğində maddi ziyan və 165 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar