Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-36/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı rayonu, Tüklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 07 avqust 2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yeni yaşayış massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidə yerləşən, Şahid1 məxsus 0,03 ha torpaq sahəsini Zərərçəkmiş şəxs göstərmiş, lakin Şahid2 Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 1744 nömrəli sərəncamı əsasında verilmiş 0,03 ha torpaq sahəsini Şahid3 vasitəsilə almaq istədiyini bildirərək, Zərərçəkmiş şəxs adına 09 dekabr 2021-ci il tarixdə təxminən saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş etibarnamə alıb sonuncuya verməklə həmin gün 31 saylı notariat ofisinin qarşısında vahid niyyətlə onun 1500 (min beş yüz) manat pulunu, təxminən 10 gündən sonra Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə görüşərək 500 (beş yüz) manat pulunu və həmin gündən bir ay sonra yenidən Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə görüşərək 500 (beş yüz) manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs torpaq sahəsi satmaq adı ilə ümumilikdə 2500 (iki min beş yüz) manat pulunu alaraq ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxs X2 məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər birlikdə meyvə tərəvəz satışı ilə məşğul olmuşlar. İşlədikləri müddətdə malları xarab olduğuna görə ziyana düşmüşlər. Nəticədə işlərini dayandırıb ayrılmışlar. Buna baxmayaraq Hüseynə 3000 manat borcu qalmışdır. Ayrılanda aralarında heç bir narazılıq olmamışdır. Sonradan yənə də birlikdə işləməyə başlamışlar. Belə ki, rayonlardan meyvə gətirib müxtəlif yerlərə satmışlar. Fikirləşmişdir ki, belə işləsələr onun pulunu qaytaracaq. Hüseynə borcunu hissə-hissə verəcəyəni bildirmişdir. Sonradan Hüseyn ona demişdir ki, torpaq sahəsi almaq istəyir. Fikirləşmişdir ki, Hüseynə bir yerdə torpaq sahəsi tapsın və ona olan borcunu bağlasın. Bunun üçün əvvəlcədən tanıdığı Qadir adlı şəxsdən Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəmişdir. Qadirlə qiyməti 3500 manata razılaşandan sonra özündə pul olmadığı üçün Hüseyndən 500 manat pul alıb aparıb Qadirə vermişdir. Qadirə həmin torpaq sahəsini özü üçün aldığını demişdir. Qadir həmin torpaq sahəsini Hüseyn üçün aldığını bilməmişdir. Lakin Hüseyn bilmişdir ki, torpaq sahəsini onun üçün Qadir adlı şəxsdən alır. Hüseyni inandırmaq üçün Binə qəsəbəsində makler kimi tanıdığı Məşədi adlı şəxsdən xahiş etmişdir ki, hörmətini edəcək, ona Binə qəsəbəsində hər hansı bir torpaq sahəsinə aid sənəd lazımdır və mümkündürsə onun üçün təşkil etsin. Məşədi kimi tanıdığı makler ona narahat olma köməklik edərəm demişdir. Bunun üçün Hüseynin şəxsiyyət vəsiqəsini də ona vermişdir ki, etibarnamə alsın. Bir neçə gündən sonra Məşədi ona Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 1744 nömrəli sərəncamının surətini və Zərərçəkmiş şəxs adına verilən etibarnaməni vermişdir. Sonradan 3000 manatı Qadirə verə bilmədiyinə görə Hüseynlə aralarında narazılıq yaranmış və həmin ərəfədə Qadir də pulunu ondan tələb etdiyi üçün Hüseynə torpaq sahəsi almaq məsələsini dayandırmışdır. Qadirə də bildirmişdir ki, verdiyi 500 manat behi geri istəmir, işi alınmadığına görə həmin torpaq sahəsini alası olmamışdır. Onun Qadirə pul verməməsindən Hüseynin məlumatı olmamışdır. Hüseyn elə bilmişdir ki, Zahir torpaq sahəsinin pulunu ödəyir. Ona görə də Hüseyn tikinti işləri aparmaq üşün həmin torpaq sahəsinə mişar daşı tökmüşdür. Bundan sonra Qadir ona demişdir ki, bu torpaq sahəsi ona məxsusdur. Bundan sonra Hüseynlə aralarında yenidən narazılıq olmuşdur. Hüseynə “əvvəl sənə 3000 manat borcum var idi, sonra da səndən torpaq sahəsinə görə 500 manat pul almışam, ümumilikdə mən sənə 3500 manat pul verməliyəm”. Hüseyn isə onun bu sözlərindən şübhələnmiş, özü Qadirlə görüşüb məsələyə aydınlıq gətirmək istəmiş və nəticədə həmin torpaq sahəsində üçü birlikdə görüşmüşlər. Qadir ona bildirmişdir ki, torpaq sahəsini Zahirə satmış, Hüseyni tanımər, Zahir ona 500 manat beh vermiş, sonradan qalan pulunu verə bilmədiyinə görə həmin torpaq sahəsini almaq istəmədiyi üçün verdiyi behi də geri istəməmişdir. İlkin təhqiqat zamanı izahatınızda həmin torpaq sahəsinə görə Hüseynə təqdim etmək üçün Kamil adlı şəxsə 180 manat verib sənəd almasını bildirməyinə baxmayaraq, istintaq zamanı ifadə verərkən ilkin təhqiqat zamanı isə 180 manatı Məşədi kimi tanıdığı maklerə verib sənəd aldığını və ola bilsin ki, izahat kompyuterlə yazıldığına görə mexaniki olaraq səhvən Kamilin adı qeyd olunduğunu bildirmişdir. Ondan sonra Məşədi adlı maklerlə əlaqəsi olmamış və onu tapa bilməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayında Astara rayonundan meyvə gətirib 8-ci km Bazarı adlanan bazarda satmışdır. Həmin vaxtlarda Zahir adlı şəxslə tanış olmuşdur. Zahir ondan topdan satış qiymətə meyvə alıb başqa yerdə satmışdır. Beləliklə aralarında münasibət yaranmışdır. Təxminən bir ay sonra Zahir ona bildirmişdir ki, evində maddi problemi var, mümkündürsə 1000 manat pul borca versin. Həmin gün alver etdiyinə görə pulu olmuş və Zahirə 1000 manat borca pul vermişdir. Sonra Zahirin ondan götürdüyü mallardan da borcu qalmışdır. Nəticədə Zahirin ona maldan borcu 1500 manata çatmışdır və ümumilikdə aralarında 2500 manat borc yaranmışdır. Zahir bundan sonra onun zənglərinə cavab verməmişdir. 2021-ci ilin noyabr ayının təxminən axırlarında onunla görüşüb borcunu qaytarmağı tələb etmişdir. Zahir isə “Binə qəsəbəsində 3 sot torpaq sahəsi olduğunu, həmin ərazidə 3 sot torpaq sahəsinin 9000 manata olduğunu və əgər istəyirsənsə həmin torpaq sahəsini sənə yarı qiymətə, yəni 4500 manata verim və aramızda qalan borcu sonra razılaşarıq”. Zahirlə razılaşmış və ona bu cür hörmət etdiyinə görə “mən də sənə bu hörməti edə bilərəm ki, sənin mənə olan 2500 manat borcundan 1500 manatını sənə bağışlayıram” demişdir. Beləliklə Zahirin ona 1000 manat borcu qalmış və Zahirə 3500 manat verməklə həmin torpaq sahəsini aralarındakı razılaşmaya əsasən almalı olmuşdur. Həmin 3500 manatdan etibarnamə verilən gün, yəni xx.xx.2021-ci il tarixdə Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisində 1500 manat Zahirə pul vermişdir. Təxminən 10 gün sonra Binə qəsəbəsində Bakavtomat yolunda görüşüb torpaq sahəsinə görə 500 manat da pul vermişdir. Sonra həmin torpaq sahəsinə tikinti işləri aparmaq məqsədi ilə mişar daşı tökmüşdür. Həmin vaxtdan da təxminən bir ay sonra bir dəfə də Binə qəsəbəsində Bakavtomat yolunda Zahirlə görüşüb 500 manat vermişdir. Bir neçə gün sonra həmin torpaq sahəsində işləməyə başlamışdır. Bu zaman bir nəfər sonradan adını bildiyi Qadir adlı şəxs ona yaxınlaşaraq, torpaq sahəsi ona məxsus olduğunu demişdir. Qadir adlı şəxs həmin torpaq sahəsinin ona məxsus olması barədə sənədlərini təqdim etmiş və onda başa düşmüşdür ki, Zahir onu aldadıb. Sonra Zahirə zəng vurub həmin torpaq sahəsinə dəvət etmişdir. Zahir gəldikdən sonra üçü bilikdə danışmışlar. Zahir ona “sən işində ol, yəni tikintiyə davam et, mən özüm Qadirlə məsələni öz aramızda həll edəcəyik” demişdir. Bilmişdir ki, həmin torpaq sahəsi mübahisəlidir və ondan sonra orada başqa heç bir iş görməmişdir. Zahirə pulunu qaytarmasını və həmin torpaq sahəsinin Qadirə məxsus olduğunu bildirmişdir. Zahir ona 10 günə pulunu qaytaracağına söz vermişdir. Lakin 10 gün keçməyinə baxmayaraq Zahir onun pulunu qaytarmamışdır. Zahirlə dəfələrlə danışıb pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək aldadıb pulunu verməkdən yayınmışdır. Zahirə ümumilikdə 2500 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Binə qəsəbəsi Südçülük Sovxozunda 3 sot torpaq sahəsi var. 2022-ci ilin yanvar ayının təxminən ortalarında həmin torpaq sahəsinə gedib görmüşdür ki, kimsə həmin torpaq sahəsinə mişar daşları tökmüşdür. Həmin şəxsi axtarmağa başlamış, lakin tapa bilməmişdir. 2022-ci ilin mart ayında həmin torpaq sahəsinə gedəndə görmüşdür ki, bir nəfər orada işləyir. Ondan kimliyini soruşmuş və həmin şəxs adını Hüseyn olduğunu bildirmişdir. Hüseynə burada nə iş gördüyünü sorüşmuş, Hüseyn ona həmin torpaq sahəsini Zahir adlı şəxsdən aldığını bildirmişdir. Hüseynə həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək sənədlərini göstərmişdir. Bundan sonra Hüseyn Zahirə zəng vurub həmin torpaq sahəsinə çağırmışdır. Zahir gəldikdən sonra aralarında sözlə mübahisə etmişlər. Sonra Zahir onu kənara çəkib bildirmişdir ki, “bu torpaq sahəsini tanışım Hüseynə göstərib özümünkü deyib satmışam, qoy işini görsün, mən səninlə özüm razılaşaram, hələlik sənə bu gün 500 manat pul beh kimi verərəm, qalan pulu da Hüseyndən alacağım var, onu alım sonra səninlə razılaşaram”. Zahirə inanmış və başqa heç bir söz deməmişdir. Zahir sonra Hüseynə demişdir ki, “sən işində ol, mən Qadirlə məsələni özüm həll edərəm”. Həmin gün Zahir ona 500 manat pul vermiş və bildirmişdir ki, pulunu Hüseyndən alsa ona verəcək, əgər ala bilməsə 500 manat pulu daha ondan istəməyəcək. Sonradan Zahirin sözü onu narahat etdiyinə görə Hüseynlə görüşüb söhbət etmiş və söhbət zamanı ona məlum olmuşdur ki, Zahir Hüseyni aldadaraq ondan 3500 manat pul almış və onun torpaq sahəsini Hüseynə göstərərək özününkü deyib satmışdır. Bundan bir müddət keçdikdən sonra Zahir ona Hüseyndən torpaq sahəsinin pulunu ala bilmədiyinə görə aralarında danışdıqları məsələnin alınmadığını, 500 manat pulu da ona halal etdiyini və geri istəmədiyini bildirmişdir. Sonuncu dəfə aralarındada söhbət belə olmuşdur. Həmin torpaq sahəsinin ona məxsus olması barədə sənədlərini istintaqa təqdim etmişdir. Zahirə torpaq sahəsi satmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxın ərazidə yaşayır. Zahiri Binə qəsəbəsində yerləşən bazarda meyvə satan kimi tanımışdır. Usta işlədiyinə görə arada kiminsə satmağa torpaq sahəsi olanda vasitəçilik edib satılmasında köməklik edir. Zahir də onun həmin işlərdə ona köməklik edə biləcəyini bilib 2021-ci ilin dekabr ayının əvvəllərində ona bildirmişdir ki, bir nəfər tanış adam var 3 sot torpaq sahəsi almaq istəyir. Zahirə köməklik edəcəyini bildirmişdir. Zahirə bir nəfər tanışı olduğunu və öz torpaq sahəsinin bir sotunu 3500 manata satdığını demişdir. Sonra Zahirlə birlikdə həmin torpaq sahəsinə getmişdir. Həmin torpaq sahəsi Kamil adlı şəxsə məxsus olmuş və əvvəllər Kamil ona torpaq sahəsini satmaq istədiyini və müştəri olanda xəbər etməyi xahiş etmişdir. Ona görə də Zahiri həmin torpaq sahəsinə aparıb yerini göstərmişdir. Zahir ona bildirmişdir ki, tanışına həmin torpaq sahəsini göstərəcək, əgər istəsə əlaqə saxlayacaq. Bir neçə gün sonra Zahir ona zəng vurub torpaq sahəsinin sahibini çağırmağı özü də tanışı Hüseynlə gələcəyini və birlikdə Binə qəsəbəsində yerləşən notariat ofisinə gedib orada sənədləşmə işlərini aparmaqlarını, pulunu isə 2-3 günə verəcəyini demişdir. Sonra onlar 31 saylı notaraiat ofisinin qarşısında görüşmüş və orada torpaq sahəsini alan Hüseyn adlı şəxsin şəxsiyyət vəsiqəsini Kamilə vermişdir ki, etibarnamə versin. Bir neçə dəqiqədən sonra Kamil notariat ofisindən çıxmış və Hüseynin şəxsiyyət vəsiqəsi ilə etibarnaməni və əlavə olaraq Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 1744 nömrəli sərəncamının surətini vermişdir. 2-3 gündən sonra Zahir ona zəng vurub Hüseynlə məsələləri alınmamış, onun problemləri çıxdığına görə torpaq sahəsini daha almaq istəmədiyini bildirmişdir. O, sadəcə vasitəçilik etmiş və onun müqabilində Zahir ona 50 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 07 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs torpaq sahəsi satmaq adı ilə ümumilikdə 2500 (iki min beş yüz) manat pulunu alaraq ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki X1 törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamılə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibinə xitam verilir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və onunla barışıq əldə etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşman olmasını, zərərçəkimiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 14 (on dörd) saat hüquqi xidmətə görə 84 (səksən dörd) manat, məhkəmədə göstərilmiş 6 saat hüquqi xidmətə görə 36(otuz altı) manat, ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-36/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-36/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver