Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-360/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2iz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(001)-416/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən övladı X1 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin dekabr ayında özünə müraciət etmiş Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası DİN Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında polis serjantı işləyən qardaşı Şahid1 prokurorluq orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zülfüqar Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu mobil telefon vasitəsilə danışıqları zamanı yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zülfüqar Şirinovun xeyrinə edəcəyi hərəkətə, yəni həbs qətimkan tədbirinin həbsə alternativ qətimkan tədbiri ilə əvəz olunmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Şahid2 tərəfindən “Emanat” ödəmə sistemi vasitəsi ilə özünün adına "xxxx" ASC-də olan 5261********4631 saylı kart hesabına 23 dekabr 2021-ci il tarixdə 1600, 2000 və 1400 manat olmaqla, 3 dəfəyə cəmi 5000 manat, 24 dekabr 2021-ci il tarixdə 2000, 2000 və 900 manat olmaqla, 3 dəfəyə cəmi 4900 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub qeyd edilən məbləğ üzrə şəxsi ehtiyaclarına uyğun nağdsız qaydada ödənişlər etməklə, həmçinin, 25 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Şahid2 məxsus olmaqla, öz aralarında dəyəri 1000 manat qiymətləndirilmiş “Samsung S21” markalı mobil telefonu və 26 dekabr 2021-ci il tarixdə qeyd edilən ünvanda Şahid2 4100 (dörd min yüz) manat məbləğində pul vəsaitini nağd olmaqla alaraq, göstərilən qaydada 15000 (on beş min) manat məbləğində pul vəsaitini və əmlakı alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid2 məxsus ümumilikdə 15000 (on beş min) manat məbləğində pul vəsaitini və əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zülfüqar Şirinovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında Şahid2 Azərbaycan Respublikası Konstitusiya Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin oktyabr ayında təsadüfən tanışı İbrahim Məmmədov ilə Maştağa qəsəbəsində küçədə görüşərkən Zülfüqar Şirinovu da görmüş, ondan sonra Zülfüqarla mütəmadi əlaqə saxlamışdır. Sonradan Zülfüqar ondan 2.500 manat borc pul istəmiş, o da ona iki dəfəyə 1.500 və 1.000 manat borc pul vermişdir. 2021-ci ilin noyabr ayının sonlarında Zülfüqar onunla əlaqə saxlayaraq narkotik vasitələrinin külli miqdarda satışı ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulması və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyini demiş, lakin ondan götürdüyü pulu geri qaytaracağını əmin etmişdir. Onun qardaşı Şahid1 DİN Arif Heydərov adına Respublika Hospitalında polis serjantı işlədiyindən Zülfüqar Şirinovun həbsdən azad olunmasına köməklik göstərilməsi barədə Zülfüqarın anası Gülsüm xanım və həyat yoldaşı Elnarə ona zəng edərək qardaşı vasitəsilə onlara köməklik göstərilməsini ondan xahiş etmişlər. O, Gülsüm xanıma bu işdə onlara köməklik göstərə bilməyəcəyini bildirmiş, lakin Gülsüm xanım yenidən zəng etdikdə, o, ona qardaşının DİN-də işlədiyini, onun yaxın əlaqələri vasitəsi ilə Zülfüqarın həbsdən azad olunmasına köməklik göstərəcəyini və bu səbəbdən də narahat olmamağını, eyni zamanda, Zülfüqarın həbsdən azad olunmasına köməklik göstərilməsi üçün qardaşı vasitəsi ilə prokurorluq orqanına hansı məbləğdə pul vəsaiti veriləcəyi barədə maraqlanaraq onlara məlumat verəcəyini bildirmişdir. Bununla bağlı, o, qardaşı və digər tanışlarına müraciət etmiş, lakin müraciət etdiyi tanışları Zülfüqarın narkotik vasitələrin külli miqdarda satışı ilə bağlı həbs olunduğundan ona köməklik olunmasının mümkün olmadığını, qardaşı isə ümumiyyətlə onu bu işə qatmamağını xahiş etmişdir. O, Zülfüqarın həbsdən azad olunması ilə bağlı digər tanışlarından Sabunçu rayon prokurorluğu və Sabunçu rayon Polis İdarəsində işləyən olub-olmaması barədə maraqlanmış və eyni zamanda, Zülfüqarın həbsdən azad olunması üçün 15.000 manat pul tələb oluna biləcəyini təxmin etmişdir. 2-3 gün sonra o, Gülsüm xanıma zəng edərək, ona yalandan qardaşı ilə danışdığını, onun əlaqələri vasitəsilə Sabunçu rayon prokurorunun müavini ilə danışaraq 15.000 manat pul müqabilində oğlunun həbsdən azad olunmasına köməklik göstərilə biləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Gülsüm ona zəng edərək tanışlarından müəyyən məbləğdə borc və bankdan kredit götürərək ümumilikdə 13.000 manat pul əldə etdiyini, qalan vəsaitin əvəzinə isə oğluna məxsus qiyməti təxminən 2.000 manat olan “Samsung S21” markalı mobil telefonu verə biləcəyini ona bildirmiş, o isə həmin telefonun 600-800 manata satıla biləcəyini və qalan vəsaiti də özü tərəfindən veriləcəyini Gülsümə bildirərək özünə məxsus "xxxx" ASC-nin 5261********4631 saylı “Birkart” plastik kartını “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona göndərib pulu həmin karta köçürməsini tapşırmışdır. 23 dekabr 2021-ci il tarixdə axşam saatlarında Gülsüm xanım tərəfindən onun kart hesabına 1.600 manat, 2.000 manat və 1.400 manat pul köçürülmüş, növbəti gün isə 2.000 manat, 2.000 manat və 900 manat məbləğində pul vəsaitləri köçürülmüş, ümumilikdə 9.900 manat pul vəsaiti köçürülmüş, o da həmin pul vəsaitlərini qeyd edilən günlərdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 80 saylı tam orta məktəbin yanında yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən məxaric etmişdir. Sonuncu vəsait göndəriləndən 1 gün sonra “Saipo” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olan tanışı Natiq onun tapşırığı əsasında “Samsung S21” markalı mobil telefonu Gülsüm xanımın yaşadığı Binə qəsəbəsindəki ünvandan götürərək ona vermişdir. Bundan sonra o, həmin telefonu “Tap.az” internet saytında elan yerləşdirərək, tanımadığı şəxsə 600 manata satmışdır. Telefonu aldıqdan 1-2 gün sonra o, Gülsüm xanıma yenidən zəng edərək təcili olaraq qalan pulu da verməyini ona bildirmiş və həmin gün axşam Natiqə məxsus taksi ilə Gülsüm xanımın Binə qəsəbəsindəki evinə gedərək 4.100 manat pulu onun qızı Məlahətin və gəlini Elnarənin iştirakı ilə ondan almış və yalandan bildirmişdir ki, qardaşı məsələni tam olaraq həll etmiş və 2-3 gün ərzində Sabunçu rayon prokurorunun müavini özü onu qəbul edəcəkdir. Zülfüqarın rüşvət müqabilində həbsdən azad olunmasına köməklik göstərilməsi üçün tanış tapmadığından və müddət uzandığından Gülsüm və Elnarə hər gün ona zəng edərək verdikləri pulu və 1 ədəd “Samsung S 21” markalı mobil telefonu qaytarmağını tələb etsələr də, o, pulu qardaşına verdiyini, qardaşının da öz növbəsində həmin pulu yaxın əlaqələri vasitəsilə Sabunçu rayon prokurorunun müavininə verdiyini, bunun üçün də narahat olmamaqlarını və qısa zamanda Zülfüqarın həbsdən azad olunacağına dair onlara yalan vədlər vermişdir. Gülsüm xanım və gəlini Elnarə ona dəfələrlə zəng edərək verdikləri pulu qaytarmağını tələb etsələr də, o onlara Zülfüqarın Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəlb olunduğunu və həmin maddənin CM-in 234.1-ci maddəsinə tövsif edilərək, sonradan həbsdən azad olunacağını, əks halda verdikləri pulu geri qaytaracağı barədə yalan vədlər vermişdir. İlk dəfə törətdiyi bu əməllərdən peşmandır, lakin maddi imkanı olmadığı üçün hələlik Gülsüm xanıma dəymiş ziyanı ödəyə və onunla barışa bilməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid2 göstərdi ki, oğlu X3 2021-ci ilin noyabr ayının 19-dan 20-nə keçən gecə narkotik vasitələrinin satışı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulduqdan sonra CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin noyabr ayının sonları və dekabr ayının əvvəllərində oğlu Bakı İstintaq Təcridxanasından onlar ilə telefonla danışarkən bildirmişdir ki, Orxan adlı tanışının qardaşı DİN-nin əməkdaşıdır, həmin şəxs qardaşı vasitəsi ilə onun həbsdən azad olunmasına köməklik edə bilər və həmin Orxana məxsus ***-***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələrini ona vermişdir. Həmin günün axşamı o, Orxana telefon zəngi edərək, qeyd olunanlar barədə ona məlumat vermiş, sonuncu oğlunun həbs olunması barədə məlumatlı olduğunu, qardaşının DİN-də işlədiyini, onun vasitəsi ilə oğlunun həbsdən azad olunmasına köməklik göstərəcəyini və ona narahat olmamağını bildirmişdir. Həmçinin, o, oğlunun həbsdən azad olunmasına köməklik göstərilməsi üçün qardaşı vasitəsi ilə prokurorluğun hansı məbləğdə pul vəsaiti istəyəcəyi barədə maraqlanaraq onlara bildirəcəyini demiş, bunun üçün 15000-20000 manat pul vəsaiti hazırlamalarını onlara tapşırmışdır. 2-3 gün sonra Orxan ona zəng edərək, qardaşı ilə danışdığını, qardaşının öz növbəsində Sabunçu rayon prokurorunun müavini ilə danışdığını və 15000 manat müqabilində oğlunun həbsdən azad olunmasına köməklik göstərəcəyini ona bildirmişdir. Həmin vaxt onların pulları olmadığından o, banklardan kredit götürərək onlara vermələri üçün müəyyən tanışlarına xahiş etmiş, qonşuları Leylan Dilanova "xxxx" ASC-dən 3600 manat, gəlininin qardaşı Taleh Əhmədov "xxxx" ASC-dən 3400 manat, qızı Şahid3 iş yoldaşı Ceyran Allahquliyeva "xxxx" ASC-dən 1600 manat və qızının özü də "xxxx" ASC-dən 4000 manat, ümumilikdə 12600 manat məbləğində kredit götürərək ona vermişlər. Eyni zamanda, o, digər qonşusu Sevin Məmmədovadan 400 manat pul vəsaiti borc almışdır. 22 dekabr 2021-ci il tarixdə o, Orxana zəng edərək 13000 manat məbləğində pul düzəldə bildiyini, qalan vəsaitin əvəzinə isə oğluna məxsus qiyməti təxminən 1800 manat olan “Samsung S21” markalı mobil telefonu verə biləcəyini bildirmiş, Orxan isə həmin telefonu 800 manata sata biləcəyini və 200 manatı da guya özündən qoyaraq pulu tam şəkildə həmin adamlara verəcəyini ona bildirmişdir. Bundan sonra Orxan özünə məxsus üzərində “Təqsirləndirilən şəxs” yazılmış "xxxx" ASC-nin Birkart plastik kartını “WhatsApp” mobil tətbiqi vasitəsi ilə onlara göndərmişdir. Həmin tarixdə də saat 21:22-də qızı Məlahət 1600 manat, saat 21:27 və 21:32 radələrində o, özü 3400 manat, 24 dekabr 2021-ci il tarixdə saat 11:00- 12:00 radələrində iki dəfə olmaqla 5000 manat pul vəsaitlərini həmin kart hesabına köçürtmüşlər. O, ödədiyi 5000 manat vəsaitin ödəniş qəbzlərini itirmiş, lakin digər ödənişlərin qəbzləri onda vardır. Bundan sonra, 25 dekabr 2021-cin il tarixdə Orxan ona zəng edərək “Samsung S21” markalı mobil telefonu verməsi üçün taksi göndərdiyini və həmin taksi sürücüsünün mobil nömrəsini onlara vermiş, həmin şəxs də onların olduğu yerə gələrək telefonu aparmışdır. Bundan başqa, 26 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək təcili olaraq qalan pulu da verməsini bildirmiş və həmin günün axşamı yuxarıda qeyd etdiyi taksi ilə onun yaşadığı evinə gələrək qalan 4100 manat vəsaiti qızı Məlahətin və gəlini Elnarənin iştirakı ilə ondan almış və bildirmişdir ki, 2-3 gün ərzində Sabunçu rayon prokurorunun müavini onu qəbul edəcəkdir. Bundan sonra Orxan onun gəlininə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Sabunçu rayon prokurorunun müavininin qəbul günləri olan siyahısını göndərərək səhəri günü müavinin onu qəbul edəcəyini bildirmişdir. O, səhəri günü rayon prokurorluğuna gedərkən yolda olduğu zaman Orxan ona zəng edərək müavinin işi çıxdığını və onu 2-3 gündən sonra qəbul edəcəyini bildirmiş, hər dəfə bu cür yalan bəhanələr gətirmişdir. O, aldadıldığını bildikdən sonra Orxana ümumilikdə verdiyi 14000 manat və 1 ədəd “Samsung S21” markalı mobil telefonu qaytarmasını tələb etmiş, lakin Orxan telefonu satdığını, həmin pulu və ondan aldığı digər vəsaiti qardaşına verdiyini, qardaşı isə ümumilikdə həmin vəsaiti Sabunçu rayon prokurorunun müavininə verdiyini bildirmiş, narahat olmamasını, qısa zamanda həbsdən azad olunacağına dair yalan vədlər vermişdir. Lakin buna baxmayaraq o, Orxan tərəfindən aldadıldığını bilərək pulunu tələb etmiş, sonradan Orxan ümumiyyətlə telefon zənglərinə cavab vermədiyindən, o, məcbur olaraq təxminən 2022-ci ilin yanvar ayının 24-25-i tarixində Orxanın Maştağa qəsəbəsində yaşadığı ünvanına getmiş, onların orada mübahisəsi düşmüş və Orxan ona heç kimdən qorxmadığını, hara istəyirsə şikayət etməyini bildirmişdir. Onlar mübahisə edən zaman Orxanın qardaşı arvadı, anası və atası da yanlarına gəlmiş və valideynləri ona Orxan barəsində şikayət etməyini məsləhət görmüşlər. Orada Orxan tanımadığı bir nəfər şəxsə “whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək həmin şəxsin qardaşı olduğunu ona bildirib telefonu ona vermiş, telefonda həmin şəxsin DİN-nin xüsusi geyim formasında olan fotoşəkili olmuş, həmin şəxslə danışan zaman, telefondakı şəxs ona narahat olmamağını, 3 gün ərzində pulunu qaytaracaqlarını demişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilmədiyinə görə, o, təqsirləndirilən şəxs Orxandan şikayətçidir, onunla barışmaq fikri yoxdur. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, qeyri-rəsmi nikahda olduğu əri X3 2021-ci ilin noyabr ayının 19-dan 20-nə keçən gecə narkotik vasitələrinin satışı ilə bağlı tutularaq CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin noyabr ayının sonları və dekabr ayının əvvəllərində əri Bakı İstintaq Təcridxanasından onlar ilə telefonla danışarkən bildirmişdir ki, Orxan adlı tanışının qardaşı DİN-nin əməkdaşıdır, həmin şəxs qardaşı vasitəsi ilə onun həbsdən azad olunmasına köməklik edə bilər və həmin Orxana məxsus ***-***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələrini ona vermişdir. Həmin günün axşamı o, qaynanası ilə birlikdə Orxana zəng edərək, qeyd olunanlar barədə ona məlumat verdikdə Orxan Zülfüqarın həbs olunması barədə məlumatlı olduğunu, qardaşının DİN-də işlədiyini, qardaşının vasitəsi ilə Zülfüqarın həbsdən azad olunmasına köməklik göstərəcəyini və ona narahat olmamağını bildirmişdir. Həmçinin, Orxanın həbsdən azad olunmasına köməklik göstərilməsi üçün qardaşı vasitəsi ilə prokurorluq üçün hansı məbləğdə pul vəsaiti tələb olunacağı barədə maraqlanaraq onlara bildirəcəyini demiş, bunun üçün 15000-20000 manat pul vəsaiti hazırlamalarını onlara tapşırmışdır. 2-3 gün sonra Orxan ona zəng edərək, qardaşı ilə danışdığını, qardaşının öz növbəsində Sabunçu rayon prokurorunun müavini ilə danışdığını və 15000 manat müqabilində ərinin həbsdən azad olunmasına köməklik göstərəcəyini ona bildirmişdir. Həmin vaxt onların pulları olmadığından o, banklardan kredit götürərək onlara vermələri üçün müəyyən tanışlarına xahiş etmiş, qonşuları Leylan Dilanova "xxxx" ASC-dən 3600 manat, qardaşı Taleh Əhmədov "xxxx" ASC-dən 3400 manat, ərinin bacısı Şahid3 iş yoldaşı Ceyran Allahquliyeva "xxxx" ASC-dən 1600 manat və Məlahət özü də "xxxx" ASC-dən 4000 manat, ümumilikdə 12600 manat kredit götürmüşlər. Eyni zamanda Gülsüm xanım qonşusu Sevin Məmmədovadan 400 manat borc almışdır. 22 dekabr 2021-ci il tarixdə o, qaynanası ilə birlikdə Orxana zəng edərək 13000 manat məbləğində pul düzəldə bildiyini, qalan vəsaitin əvəzinə isə ərinə məxsus qiyməti təxminən 1800 manat olan “Samsung S21” markalı mobil telefonu verə biləcəyini bildirmiş, Orxan isə həmin telefonu 800 manata sata biləcəyini və 200 manatı da guya özündən qoyaraq pulu tam şəkildə həmin adamlara verəcəyini ona bildirmişdir. Bundan sonra, Orxan özünə məxsus **********734631 nömrəli "xxxx" ASC-nin Birkart plastik kartını “whatsapp” mobil tətbiqi vasitəsi ilə istifadə etdiyi (055)-253-88-60 nömrəsinə göndərmiş, plastik kart üzərində “Təqsirləndirilən şəxs” yazılmışdır. 23 dekabr 2021-ci il tarixdə saat 21:22-də o, Məlahət ilə birlikdə Sabunçu rayonu Ramana qəsəbəsi Dimitrov küçəsində yerləşən “Aynur” marketin içərisində yerləşən “E-Manat” terminalından 1600 manat pul göndərmiş, eyni tarixdə saat 21:27 və 21:32 radələrində qaynanası Gülsüm xanım Binə qəsəbəsi Binə südçülük sovxozu “Araz Ay” marketdə yerləşən “E-Manat” terminalından 2000 manat və 1400 manat, ümumilikdə 3400 manat, 24 dekabr 2021-ci il tarixdə saat 11:00-12:00 radələrində eyni ünvandan iki dəfə olmaqla 5000 manat pulu həmin kart hesabına göndərmişdir. Gülsüm xanım ödədiyi 5000 manat vəsaitin ödəniş qəbzlərini itirmiş, lakin digər ödənişlərin qəbzlərini saxlayır. 25 dekabr 2021-ci il tarixdə Orxan zəng edərək “Samsung S21” markalı mobil telefonu verməsi üçün sonradan adını öyrəndiyi Natiq Hacıyev adlı taksi sürücüsünü göndərdiyini bildirmiş və həmin taksi sürücüsünün də mobil nömrəsini onlara vermişdir. Həmin şəxs yaşadıqları ünvan 3 ünvana gələrək Məlahətin yanında ondan telefonu götürmüşdür. Bundan başqa, 26 dekabr 2021-ci il tarixdə Orxan Gülsüm xanıma zəng edərək təcili olaraq qalan pulu da verməsini bildirmiş və həmin günün axşamı Orxan taksi sürücüsü Natiq Hacıyev ilə Gülsüm xanımın yaşadığı Binə qəsəbəsindəki evinə gedib 4100 manat pulu onun və Elnarənin iştirakı ilə Gülsüm xanımdan almış və bildirmişdir ki, 2-3 gün ərzində Sabunçu rayon prokurorunun müavini onları qəbul edəcəkdir. Bundan sonra, Orxan onunla “whatsapp” mobil tətbiqi vasitəsi ilə Sabunçu rayon prokurorunun müavininin qəbul günləri olan siyahısını göndərərək səhəri günü müavinin onları qəbul edəcəyini bildirmişdir. Onlar səhəri günü rayon prokurorluğuna gedəndə Orxan onlara zəng edərək müavinin işi çıxdığını və onları 2-3 gündən sonra qəbul edəcəyini bildirmişdir. Sonradan Orxan müxtəlif bəhanələr gətirdiyi üçün aldadıldıqlarını başa düşüb ümumilikdə verdikləri 14000 manat və 1 ədəd “Samsung S21” markalı mobil telefonu qaytarmasını Orxandan tələb etsələr də, Orxan telefonu satdığını və həmin pulu və ondan aldığı digər vəsaiti qardaşına, qardaşının isə həmin vəsaiti Sabunçu rayon prokurorunun müavininə verdiyini bildirərək, ərinin qısa zamanda həbsdən azad olunacağına dair yalan vədlər vermişdir. Sonradan Orxan ümumiyyətlə telefon zənglərinə cavab vermədiyindən 2022-ci ilin yanvar ayının 24-25-i tarixində onlar məcbur olub Orxanın Maştağa qəsəbəsində yaşadığı ünvanına getmiş, onların orada mübahisələri düşmüş və Orxan onlara heç kimdən qorxmadığını, hara istəyirlərsə şikayət etmələrini bildirmişdir. Onlar mübahisə edən zaman Orxanın qardaşı arvadı, anası və atası da yanlarına gəlmiş və valideynləri Orxan barəsində şikayət etmələrini məsləhət görmüşlər. Bir neçə dəqiqədən sonra Orxan tanımadığı bir nəfər şəxsə “whatsapp” vasitəsi ilə zəng edərək həmin şəxsin qardaşı olduğunu bildirib telefonu Gülsüm xanıma vermiş, telefonda həmin şəxsin DİN-nin xüsusi geyim formasında olan fotoşəkli olmuş, Gülsüm xanım həmin şəxslə danışan zaman, o, ona narahat olmamağını, 3 gün ərzində pulunu qaytaracaqlarını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək şahidlər Şahid2 və Şahid4 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2008-ci ildən DİN-in Tibb İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzində dezinfeksiyaçı işləyir. Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla eyni ünvanda yaşasa da, yaxın ünsiyyəti yoxdur. Orxan heç vaxt işləməmiş, onun xərclərini atası Həsən qarşılamışdır. O, X2 tanımır, onu heç vaxt görməmişdir. Orxan heç vaxt kiminsə həbsdən azad edilməsi üçün ona müraciət etməmiş və o, heç vaxt belə işlərlə məşğul olmamışdır. Şahid2, Şahid3 və Şahid4 da tanımır, lakin həmin Gülsüm xanım bir dəfə onların yaşadıqları evə gələrək Orxanı axtarmışdır. O, Orxanın tanışı olan taksi sürücüsü Natiq Hacıyevi də tanımır, Orxanın Şahid2 məxsus 15000 manat məbləğində pulunu ələ keçirməsi barədə məlumatı olmamışdır. Orxanın onun barəsində Gülsüm xanıma dedikləri, guya onun Sabunçu rayon prokurorunun müavini ilə danışdığı, 15000 manat müqabilində dostu Zülfüqar Şirinovun həbsdən azad olunmasına köməklik göstərəcəyini bildirməyi barədə dedikləri yalandır, belə söhbət olmamışdır, o, Sabunçu rayon prokurorunun müavinini tanımır, heç vaxt onunla rastlaşmamış, Orxan heç vaxt belə məsələ ilə bağlı ona müraciət etməmiş, “whatsapp” vasitəsi ilə zəng edib hansısa xanımla danışmağı xahiş etməmiş, o da heç kimlə danışmamışdır. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 daha əvvəl vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı sonuncuya oğlu Zülfüqar Şirinovun həbsdən azad olunması məqsədi ilə vəzifəli şəxslərə rüşvət verilməsi adı ilə 14000 manat məbləğində pul vəsaiti və 1000 manat dəyərində mobil telefon verdiyini bildirmiş, Təqsirləndirilən şəxs da Şahid2 dediklərini təsdiq etmişdir. İş materiallarında olan "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan 5261********4631 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt diskə 14 may 2022-ci il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin kart hesabına terminaldan hesaba mədaxil etmə üsulu ilə 23 dekabr 2021-ci il tarixdə saat 21:22-də 1.600 manat, saat 21:31-də 2.000 manat və 21:34-də 1.400 manat, 24 dekabr 2021-ci il tarixdə saat 11:57-də 2.000 manat, 12:02-də 2.000 manat və 12:04-də 900 manat məbləğində pul vəsaitləri köçürülmüş, həmin pul vəsaitləri müxtəlif kart hesablarına göndərilməklə şəxsi ehtiyaclarına uyğun nağdsız qaydada ödənişlər edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində 5261********4631 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk və Şahid2 tərəfindən təqdim edilən CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olansənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 oktyabr 2012-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 13 may 2022-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayətləri etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4 və və 32.4, 312.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 14 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində 5261********4631 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk və Şahid2 tərəfindən təqdim edilən CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Şahid2 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 04 iş saatına görə cəmi 24,00 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 14 aprel 2022-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – "xxxx" ASC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində 5261********4631 saylı plastik bank kartı üzrə köçürülmüş və çıxarılmış pulların əməliyyat hesablarının əks olunduğu kompakt disk və Şahid2 tərəfindən təqdim edilən CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Şahid2 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 24,00 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-360/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-360/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver