Məhkəmə qərarları › İş №1(003)-361/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-361/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-361/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ciil tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Res-pub-li-ka-sı-nın vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və yaşamış, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bəşirov X4 Kamran Mehman oğlu və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs məxsus gündəlik saxlanc yeri olan mağazanın plastik pəncərəsinin dəmir barmaqlığını qırıb pəncərəni sıxıb açmaqla içəri qanunsuz daxil olub oradan 01 ədədinin dəyəri 3 manat olan cəmi 45 manat dəyərində 15 ədəd kişi üçün olan maykanı, 01 ədədinin dəyəri 3 manat olan cəmi 12 manat dəyərində 04 ədəd “Şoki-Moki” şokolad yağını, 1 kiloqramının dəyəri 4.20 manat olan cəmi 33.60 manat dəyərində 8 kiloqram toyuğu, 1 kiloqramının dəyəri 4 manat olan cəmi 48 manat dəyərində 12 kiloqram toyuq budunu, 12 manat dəyərində 01 ədəd 700 ml-lik arağı, 01 ədədinin dəyəri 8 manat olan cəmi 16 manat dəyərində 02 ədəd 700 ml-lik arağı, bir ədədinin dəyəri 3.5 manat olan cəmi 7 manat dəyərində 02 ədəd çaxırı, 01 ədədinin dəyəri 5.60 manat olan cəmi 16.80 manat dəyərində 03 ədəd 2 lt-lik tum yağını, 7.50 manat dəyərində 01 ədəd 2 lt-lik qarğıdalı yağını, 8 manat dəyərində 01 ədəd 2 lt-lik “Möcüzə” yağını, 3 manat dəyərində 01 ədəd “Final” tomatını, 11 manat dəyərində 1 klioqramlıq baton şokoladını, bir ədədinin dəyəri 0.90 manat olan cəmi 13.50 manat dəyərində 15 ədəd snickersi, bir ədədinin dəyəri 3 manat olan cəmi 36 manat dəyərində 12 ədəd kişi üçün alt paltarını, bir ədədinin dəyəri 2.50 manat olan cəmi 60 manat dəyərində 24 ədəd qadın corabını, bir ədədinin dəyəri 4.20 manat olan cəmi 12.60 manat dəyərində 03 ədəd “Super Sun” tuşonkasını, 01 ədədinin dəyəri 1 manat olan cəmi 11 manat dəyərində 11 ədəd mayonezi, 01 ədədinin dəyəri 1 manat olan cəmi 11 manat dəyərində 11 ədəd ketçupu, bir kiloqramının dəyəri 7 manat olan cəmi 35 manat dəyərində 5 kiloqram toyuq filesini, bir qutusunun dəyəri 5 manat olan cəmi 50 manat dəyərində 10 qutu 225 qramlıq “Berqa” çayını, bir kiloqramının dəyəri 2.50 manat olan cəmi 5 manat dəyərində 2 kiloqram bananı, bir kiloqramının dəyəri 2.50 manat olan cəmi 7.50 manat dəyərində 2 kiloqram apelsini, 5 ədəd 1 manatlıq cin konturu, 5 ədəd 2 manatlıq cin konturu, 4 ədəd 2 manatlıq sim konturu, bir kiloqramının dəyəri 4.10 manat olan cəmi 12.30 manat dəyərində 3 kiloqram 1 kiloqramlıq ana-bala yağını, iki kiloqramının dəyəri 8.60 manat olan cəmi 17.20 manat dəyərində 02 ədəd 2 kiloqramlıq ana-bala yağını, 01 ədədinin dəyəri 7 manat olan cəmi 21 manat dəyərində 03 ədəd “Head and Shoulders” şampununu, 40 manat məbləğində qəpik pulları, 30 manar məbləğində 1 manatlıq əskinasları, bir qutusunun dəyəri 1.70 manat olan cəmi 8.50 manat dəyərində 5 qutu “Maqna” siqaretini, bir qutusunun dəyəri 1.80 manat olan cəmi 36 manat dəyərində 20 qutu “Vant” siqaretini, bir qutusunun dəyəri 3.30 manat olan cəmi 13.20 manat dəyərində 4 qutu “Kent” siqaretini, bir qutusunun dəyəri 2.70 manat olan cəmi 5.40 manat dəyərində 2 qutu “LD” siqaretini, bir qutusunun dəyəri 2.20 manat olan cəmi 17.20 manat dəyərində 8 qutu “Palmal” siqaretini, bir qutusunun dəyəri 2.20 manat olan cəmi 11 manat dəyərində 5 qutu “Vinçester” siqaretini, bir qutusunun dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 5 qutu “Vest” siqaretini, bir qutusunun dəyəri 1.90 manat olan cəmi 9.50 manat dəyərində 5 qutu “Klassik” siqaretini, bir kiloqramının dəyəri 5 manat olan cəmi 35 manat dəyərində 7 kiloqram qozu, bir kiloqramının dəyəri 16 manat olan cəmi 24 manat dəyərində 1.5 kiloqram qoz ləpəsini, bir ədədinin dəyəri 0.60 manat olan cəmi 6 manat dəyərində 10 ədəd “Patron 4D” tumunu, bir ədədinin dəyəri 0.30 manat olan cəmi 10.50 manat dəyərində 30 ədəd “Çiko” günəbaxan tumunu, bir ədədinin dəyəri 0.50 manat olan cəmi 10 manat dəyərində 20 ədəd yandıranı, 9.50 manat dəyərində 01 ədəd servolat kolbasasını, bir qutusunun dəyəri 1.80 manat olan cəmi 16.20 manat dəyərində 9 qutu 3 inək pendirini, 16.50 manat dəyərində 01 kiloqram “Ankor” yağını, bir kiloqramının dəyəri 7.10 manat olan cəmi 28.40 manat dəyərində 4 ədəd 1 kq-lıq “Super Sun” yağını, 01 ədədinin dəyəri 0.50 manat olan cəmi 3 manat dəyərində 6 ədəd “Jilet” üzqırxanı, bir ədədinin dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 05 ədəd qabyuyan “Ferri” şampununu, bir ədədinin dəyəri 1.70 manat olan cəmi 20.40 manat dəyərində 12 ədəd qış əlcəyini və 01 ədədinin dəyəri 0.20 manat olan cəmi 4 manat dəyərində 20 ədəd qələmi gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 907,10 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3. maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında dostu Kamran Qurbanov və qardaşı Asif Bəşirov ilə onun işlətdiyi Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Oscar” adlı kafedə oturub söhbət edərkən razılaşmışlar ki, həmin gecə oğurluğa getsinlər. Ona görə də, oğurluq etmək üçün xx xxxx 2020-ci il tarixdə gecə 03 radələrində qardaşı Asif ilə birlikdə Kamranla görüşərək Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən mağazanın qarşısına gəlmişlər. Razılaşmışlar ki, Asif çöldə gözləsin və kənar şəxsin gəldiyi halda onlara xəbər versin, o isə Kamran ilə mağazanın içərisinə keçməli imiş. Kamran özü ilə gətirdiyi mismarçıxaranla mağazanın pəncərəsinin dəmir barmaqlığını yerindən çıxarıb yerə qoyduqdan sonra plastik pəncərəni həmin mismarçıxaranla sıxıb açmış və birlikdə içəri daxil olmuşlar. Mağazaya daxil olduqdan sonra ilkin olaraq kassaya yaxınlaşmışlar. Orada nağd əskinaslar olmamış, lakin kassada ümumilikdə 7-8 manat məbləğində qəpik pullar olmuşdur. Mağazada pul olmadığı üçün onlar ərzaq məhsulları və siqaret oğurlamaq qərarına gələrək mağazanın içərisində olan kisəni götürüb onun içərisinə müxtəlif çeşidli siqaret bloklarını, bir neçə qutu qəndi, bir neçə qutu çayı, müxtəlif çeşidli kolbasaları, toyuq məhsullarını, yağları, pendirləri, maykaları, ət tuşonkalarını, mayonezləri, ketçupları, meyvə məhsullarını, corabları, spirtli içki olan araqları, çaxırı, konturları, şampunları, çipsi, tum və yadında qalmayan digər məhsulları oğurlayıb yığmışlar. Mağazanın içərisi qaranlıq olduğundan Kamranın dəqiq olaraq kisəyə nələr yığdığını görməmişdir. Onlar kisəni doldurub mağazadan çıxmış və onun işlətdiyi kafeyə gəlmişlər. Ərzaq məhsullarını və siqaretləri aralarında bölmüşlər. O, öz payına düşən məhsulları götürüb kafedə saxlamış, mütəmadi olaraq həmin məhsulları orada istifadə etməyə başlamışdır. Hazırkı açıq məhkəmə iclasında həqiqəti söyləyir və bildirir ki, o, həmin cinayəti törətməmişdir, ibtidai istintaq zamanı ona təzyiqlər edilərək törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Polisdə ona edilmiş təzyiqlər barəsində o, heç kimə şikayət etməmişdir. Sadəcə olaraq müstəntiq onu öz otağına çağırtdırıb ağ kağızlara qol çəkdirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir və onun ondan heç bir şikayəti yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Binə qəsəbəsi Südçülük sovxozunda özünə məxsus ərzaq mağazısı vardır və həmin mağazanı özü işlədir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində həmin mağazanın qapısını bağlayaraq çıxıb getmiş, xx xxxx 2020-ci il tarixdə saat 06:30 radələrində mağazanın qarşısına gəldikdə görmüşdür ki, mağazanın dəmir barmaqlığı sındırılmış, plastik pəncərəsi isə açıq vəziyyətdədir. Mağazanın içərisinə daxil olduqda görmüşdür ki, mağazadan 01 ədədinin dəyəri 3 manat olan cəmi 45 manat dəyərində 15 ədəd kişi üçün olan mayka, 01 ədədinin dəyəri 3 manat olan cəmi 12 manat dəyərində 04 ədəd “Şoki-Moki” şokolad yağı, 1 kiloqramının dəyəri 4.20 manat olan cəmi 33.60 manat dəyərində 8 kiloqram toyuq, 1 kiloqramının dəyəri 4 manat olan cəmi 48 manat dəyərində 12 kiloqram toyuq budu, 12 manat dəyərində 01 ədəd 700 ml-lik araq, 01 ədədinin dəyəri 8 manat olan cəmi 16 manat dəyərində 02 ədəd 700 ml-lik araq, bir ədədinin dəyəri 3.5 manat olan cəmi 7 manat dəyərində 02 ədəd çaxır, 01 ədədinin dəyəri 5.60 manat olan cəmi 16.80 manat dəyərində 03 ədəd 2 lt-lik tum yağı, 7.50 manat dəyərində 01 ədəd 2 ltlik qarğıdalı yağı, 8 manat dəyərində 01 ədəd 2 lt-lik “Möcüzə” yağı, 3 manat dəyərində 01 ədəd “Final” tomatı, 11 manat dəyərində 1 klioqramlıq baton şokoladı, bir ədədinin dəyəri 0.90 manat olan cəmi 13.50 manat dəyərində 15 ədəd snickers, bir ədədinin dəyəri 3 manat olan cəmi 36 manat dəyərində 12 ədəd kişi üçün alt paltarı, bir ədədinin dəyəri 2.50 manat olan cəmi 60 manat dəyərində 24 ədəd qadın corabı, bir ədədinin dəyəri 4.20 manat olan cəmi 12.60 manat dəyərində 03 ədəd “Super Sun” tuşonkası, 01 ədədinin dəyəri 1 manat olan cəmi 11 manat dəyərində 11 ədəd mayonez, 01 ədədinin dəyəri 1 manat olan cəmi 11 manat dəyərində 11 ədəd ketçup, bir kiloqramının dəyəri 7 manat olan cəmi 35 manat dəyərində 5 kiloqram toyuq filesi, bir qutusunun dəyəri 5 manat olan cəmi 50 manat dəyərində 10 qutu 225 qramlıq “Berqa” çayı, bir kiloqramının dəyəri 2.50 manat olan cəmi 5 manat dəyərində 2 kiloqram banan, bir kiloqramının dəyəri 2.50 manat olan cəmi 7.50 manat dəyərində 2 kiloqram apelsin, 5 ədəd 1 manatlıq cin konturu, 5 ədəd 2 manatlıq cin konturu, 4 ədəd 2 manatlıq sim konturu, bir kiloqramının dəyəri 4.10 manat olan cəmi 12.30 manat dəyərində 3 kiloqram 1 kiloqramlıq ana-bala yağı, iki kiloqramının dəyəri 8.60 manat olan cəmi 17.20 manat dəyərində 02 ədəd 2 kiloqramlıq ana-bala yağı, 01 ədədinin dəyəri 7 manat olan cəmi 21 manat dəyərində 03 ədəd “Head and Shoulders” şampunu, 40 manat məbləğində qəpik pullar, 30 manar məbləğində 1 manatlıq əskinaslar, bir qutusunun dəyəri 1.70 manat olan cəmi 8.50 manat dəyərində 5 qutu “Maqna” siqareti, bir qutusunun dəyəri 1.80 manat olan cəmi 36 manat dəyərində 20 qutu “Vant” siqareti, bir qutusunun dəyəri 3.30 manat olan cəmi 13.20 manat dəyərində 4 qutu “Kent” siqareti, bir qutusunun dəyəri 2.70 manat olan cəmi 5.40 manat dəyərində 2 qutu “LD” siqareti, bir qutusunun dəyəri 2.20 manat olan cəmi 17.20 manat dəyərində 8 qutu “Palmal” siqareti, bir qutusunun dəyəri 2.20 manat olan cəmi 11 manat dəyərində 5 qutu “Vinçester” siqareti, bir qutusunun dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 5 qutu “Vest” siqareti, bir qutusunun dəyəri 1.90 manat olan cəmi 9.50 manat dəyərində 5 qutu “Klassik” siqareti, bir kiloqramının dəyəri 5 manat olan cəmi 35 manat dəyərində 7 kiloqram qoz, bir kiloqramının dəyəri 16 manat olan cəmi 24 manat dəyərində 1.5 kiloqram qoz ləpəsi, bir ədədinin dəyəri 0.60 manat olan cəmi 6 manat dəyərində 10 ədəd “Patron 4D” tumu, bir ədədinin dəyəri 0.30 manat olan cəmi 10.50 manat dəyərində 30 ədəd “Çiko” tumu, bir ədədinin dəyəri 0.50 manat olan cəmi 10 manat dəyərində 20 ədəd yandıran, 9.50 manat dəyərində 01 ədəd servolat kolbasası, bir qutusunun dəyəri 1.80 manat olan cəmi 16.20 manat dəyərində 9 qutu 3 inək pendiri, 16.50 manat dəyərində 01 kiloqram “Ankor” yağı, bir kiloqramının dəyəri 7.10 manat olan cəmi 28.40 manat dəyərində 4 ədəd 1 kq-lıq “Super Sun” yağı, 01 ədədinin dəyəri 0.50 manat olan cəmi 3 manat dəyərində 6 ədəd “Jilet” üzqırxan, bir ədədinin dəyəri 2 manat olan cəmi 10 manat dəyərində 05 ədəd qabyuyan “Ferri” şampunu, bir ədədinin dəyəri 1.70 manat olan cəmi 20.40 manat dəyərində 12 ədəd qış əlcəyi və 01 ədədinin dəyəri 0.20 manat olan cəmi 4 manat dəyərində 20 ədəd qələm oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 907 manat 10 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda ona tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə X2 və X3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən görününr ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan AZ-İİİ № 956306 saylı xx xxx 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxx 2017-ci il təvəllüdlü X7 adlı bir azyaşlı uşağ vardır. İş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69-cu maddəsinə əsasən 1500 (min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 66.2-ci maddəsinə əsasən cəzası 04 (dörd) il 06 (altı) aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü dəyişdirilərək cəzası 06 (altı) ilə artırılmış, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini həmin cinayəti törətməməsi, ibtidai istintaq zamanı ona təzyiqlər edilərək törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materiallarında olan sənədlərlə və Təqsirləndirilən şəxs özünün ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis şöbəsinə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3. maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxshimayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdəncinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq onatəqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin barəsində çıxardığı xx xxxxxxx 2020-ci il tarixli hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş X2 və X3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatındadır. AzərbaycanRespublikasıCM-nin66.5-ci maddəsinəəsasəncinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin barəsində çıxardığı xx xxxxxxx 2020-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, həmin hökmlə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, xx xxxx 2020-ci il tarixdən azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən, barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş 907,10 (doqquz yüz yeddi, on) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxsin CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsdövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsBakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, xx xxxx 2020-ci il tarixdən azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən, barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş 907,10 (doqquz yüz yeddi, on) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsinhüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsisə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar