Məhkəmə qərarları › İş №1(003)-363/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-363/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-363/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxxxx 1989-cu il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 10 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək olan müddət ərzində təxminən gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu 14-cü döngədə yerləşən bağ evinə qanunsuz daxil olaraq dəyəri 400 manat olan bir çemodan çəngəl-qaşıq dəstini, dəyəri 280 manat olan yorğan üzü dəstini, dəyəri 150 manat olan çay samovarını, dəyəri 120 manat olan böyük güldanı, ümumi dəyəri 1000 manat olan çay servis dəstini, ümumi dəyəri 50 manat olan 2 ədəd vazanı, ümumi dəyəri 150 manat saxsı qab dəstini, ümumi dəyəri 500 manat olan xrustal vaza dəstini, dəyəri 100 manat olan hamam samovarını, dəyəri 25 manat olan ev üçün gəmişəkilli termometri, hər birinin dəyəri 50 manat olan 4 ədəd mis qabı, dəyəri 30 manat olan qrafini, dəyəri 30 manat olan qəhvəyi şüşə qrafini, ümumi dəyəri 100 manat olan kofe servisini, ümumi dəyəri 50 manat olan 2 ədəd gülab qabını, hər birinin dəyəri 30 manat olan 3 ədəd mis boşqabı, dəyəri 30 manat olan göy meyvə qabını, hər birinin dəyəri 80 manat olan1 cüt ayaqqabı formalı şüşə qabı, dəyəri 20 manat olan at başı formalı suveniri gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 3405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində təxminən gecə saatlarında Zərərçəkmiş şəxs3 Əvəz oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən dəyəri 160 manat olan böyük su nasosunu, dəyəri 90 manat olan hidroforu, dəyəri 100 manat 20 metrə dəmir su borusunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 Əvəz oğluna 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrindən xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən çay evinə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq mətbəxdən 1 ədəd 7 litrlik odun samovarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 10 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək olan müddət ərzində təxminən gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozu 14-cü döngədə yerləşən bağ evinə qanunsuz daxil olaraq dəyəri 400 manat olan bir çemodan çəngəl-qaşıq dəstini, dəyəri 280 manat olan yorğan üzü dəstini, dəyəri 150 manat olan çay samovarını, dəyəri 120 manat olan böyük güldanı, ümumi dəyəri 1000 manat olan çay servis dəstini, ümumi dəyəri 50 manat olan 2 ədəd vazanı, ümumi dəyəri 150 manat saxsı qab dəstini, ümumi dəyəri 500 manat olan xrustal vaza dəstini, dəyəri 100 manat olan hamam samovarını, dəyəri 25 manat olan ev üçün gəmişəkilli termometri, hər birinin dəyəri 50 manat olan 4 ədəd mis qabı, dəyəri 30 manat olan qrafini, dəyəri 30 manat olan qəhvəyi şüşə qrafinı, ümumi dəyəri 100 manat olan kofe servisini, ümumi dəyəri 50 manat olan 2 ədəd gülab qabını, hər birinin dəyəri 30 manat olan 3 ədəd mis boşqabı, dəyəri 30 manat olan göy meyvə qabını, hər birinin dəyəri 80 manat olan1 cüt ayaqqabı formalı şüşə qabı, dəyəri 20 manat olan at başı formalı suveniri gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 3405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində təxminən gecə saatlarında Zərərçəkmiş şəxs3 Əvəz oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən dəyəri 160 manat olan böyük su nasosunu, dəyəri 90 manat olan hidroforu, dəyəri 100 manat 20 metrə dəmir su borusunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 Əvəz oğluna 470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrindən xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən çay evinə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq mətbəxdən 1 ədəd 7 litrlik odun samovarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş hüquqi şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, onunla normal münasibəti vardır. Hər ikisi narkotik vasitələrin aludəçisidir və birlikdə qəbul edirlər. Mütəmadi olaraq narkotik ala bilmədiyi üçün pul əldə etməkdən ötrü oğurluq etmək məcburiyyətindədir. 2022-ci il dekabr ayının ortalarında Zaur ilə oğurluq etmək üçün ev axtararkən gecə saatlarında Türkan qəsəbəsində Üzümçülük sovxozunda bir həyət tapmışlar. Birlikdə həmin bağ evinin həyətinə hasardan keçmə yolu ilə daxil olmuşlar və həmin bağ evinin həyətində 02 ədəd su motoru, 01 ədəd hidrofor və 15-20 metr uzunluğunda olan dəmir borunu oğurlamışlar. Oğurladıqları əşyaların, su motorlarının bir qismini yoldan keçən dəmir yığanlara ucuz qiymətə satmışlar, digər qismini isə yaşadıqları evin həyətində saxlamışlar. Bundan başqa, Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə 2022-ci il dekabrın 12dən 13-nə keçən gecə Türkan qəsəbəsində 14-cü döngədə yerləşən tanımadıqları şəxsin bağ evinə girib oradan bir ədəd gül qabı, bir ədəd meyvə qabı və digər unutduğu qab-qacağı oğurlamışlar. Oğurladıqları əşyaların bir qismini satmışlar, digər qismini isə polis əməkdaşları yaşadığı evdən götürmüşlər. Bundan başqa, Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında Turkan qəsəbəsində dəniz kənarı obyektləri axtararkən bir çayxanaya rast gəlmişlər. Həmin çayxananın pəncərəsini itələyib açaraq içəri daxil olmuş və mətbəxdən bir ədəd samovarı götürüb getmişlər. Səhərisi gün həmin samovarı tanımadıqları şəxsə 30 manata satıb pulu aralarında yarı bölərək narkotik vasitə alıb qəbul etmişlər. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, o, heç kəsin evinə və ya həyətinə girməmişdir. Dəmir alınan yerdən pul götürüb gedib dəmir axtarırlar, tapıb gətirib təhvil verirlər. Orxan adlı tanışı ilə gedib dəmir axtarmışlar, yolda polis əməkdaşları onları saxlayıb 1-ci Polis şöbəsinə aparmış, sonra Elçini də oraya gətirmişlər. Orada onları döyüb oğurluq hadisəsini boyunlarına qoymuşlar, o da məcbur olub oğurluq etməsi barədə etirafedici ifadə vermişdir. 1-ci Polis şöbəsində döyülməsi barədə heç bir yerə şikayət etməmişdir. Buna baxmayaraq, hazırda ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əvvəllər məhkum olunmamışdır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır, onunla normal münasibəti vardır. Hər ikisi narkotik vasitələrin aludəçisidir və birlikdə qəbul edirlər. Mütəmadi olaraq narkotik ala bilmədiyi üçün pul əldə etməkdən ötrü oğurluq etmək məcburiyyətindədir. 2022-ci il dekabr ayının ortalarında Zaur ilə oğurluq etmək üçün ev axtararkən gecə saatlarında Türkan qəsəbəsində Üzümçülük sovxozunda bir həyət tapmışlar. Birlikdə həmin bağ evinin həyətinə hasardan keçmə yolu ilə daxil olmuşlar və həmin bağ evinin həyətində 02 ədəd su motoru, 01 ədəd hidrofor və 15-20 metr uzunluğunda olan dəmir borunu oğurlamışlar. Oğurladıqları əşyaların, su motorlarının bir qismini yoldan keçən dəmir yığanlara ucuz qiymətə satmışlar, digər qismini isə yaşadıqları evin həyətində saxlamışlar. Bundan başqa, Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə 2022-ci il dekabrın 12dən 13-nə keçən gecə Türkan qəsəbəsində 14-cü döngədə yerləşən tanımadıqları şəxsin bağ evinə girib oradan bir ədəd gül qabı, bir ədəd meyvə qabı və digər unutduğu qab-qacağı oğurlamışlar. Oğurladıqları əşyaların bir qismini satmışlar, digər qismini isə polis əməkdaşları yaşadığı evdən götürmüşlər. Bundan başqa, Elçinlə birlikdə oğurluq etmək məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə axşam saatlarında Turkan qəsəbəsində dəniz kənarı obyektləri axtararkən bir çayxanaya rast gəlmişlər. Həmin çayxananın pəncərəsini itələyib açaraq içəri daxil olmuş və mətbəxdən bir ədəd samovarı götürüb getmişlər. Səhərisi gün həmin samovarı tanımadıqları şəxsə 30 manata satıb pulu aralarında yarı bölərək narkotik vasitə alıb qəbul etmişlər. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, o, bundan əvvəl Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda həmin cəzanı çəkir, ayağında elektron nəzarət vasitəsi vardır, saat 23:00-dan sonra evdə olur, bunu Probasiya xidmətinə müraciət etməklə müəyyənləşdirmək mümkündür. O, heç kəsin evinə və ya həyətinə girməmişdir. Dəmir alıb-satandır, boş həyətlərdən, torpağın altından dəmir tapıb yığaraq aparıb satır. Narkotik vasitələrdən hazırda istifadə etmir. Ondan dəmir-dümürlər çıxıb, dəmir vaza olub, at başlı suvenir olmayıb. Həmin əşyaları pulla almışdır. Bunu ibtidai istintaq zamanı bildirmiş və maddi sübutları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onu 1-ci Polis şöbəsinə aparmışlar, Zauru isə ondan qabaq oraya aparıblarmış. Polis şöbəsində onları döyüb oğurluq hadisəsini boyunlarına qoymuşlar, o da məcbur olub oğurluq etməsi barədə etirafedici ifadə vermişdir. 1-ci Polis şöbəsində döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmişdir. Buna baxmayaraq, hazırda ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük Sovxozu 14-cü döngə nömrəsiz bağ evi vardır. Həmin bağ sahəsində yaşamasa da mütəmadi gedib baş çəkirmiş. Sonuncu dəfə bağ evində xx.xx.2022-ci ildə olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin bağ evinə gələndə aşkar etmişdir ki, həyət darvazası açıqdır və evə zalın plastik pəncərəsini sıxıb açmaqla daxil olub oğurluq etmişlər. Dərhal DİN 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, evdən ümumi dəyəri 400 manat olan bir cemodan çəngəl-qaşıq dəsti, dəyəri 280 manat olan yorğan üzü dəsti, dəyəri 150 manat olan çay samovarı, dəyəri 120 manat olan böyük güldan, ümumi dəyəri 1000 manat olan çay servis dəsti, ümumi dəyəri 50 manat olan 2 ədəd vaza, ümumi dəyəri 150 manat olan saxsı qab dəsti, ümumi dəyəri 500 manat olan xrustal vaza dəsti, dəyəri 100 manat olan hamam samovarı, dəyəri 25 manat olan ev üçün gəmişəkilli termometr, hər birinin dəyəri 50 manat olan 4 ədəd mis qab, dəyəri 30 manat olan qrafin, dəyəri 30 manat olan qəhvəyi şüşə qrafin, ümumi dəyəri 100 manat olan kofe servisi, ümumi dəyəri 50 manat olan 2 ədəd gülab qabı, hər birinin dəyəri 30 manat olan 3 ədəd mis boşqab, dəyəri 30 manat olan göy meyvə qabı, dəyəri 80 manat olan 1 cüt ayaqqabı formalı şüşə qab, dəyəri 20 manat olan at başı formalı suvenir oğurlanmışdır. Oğurluq nəticəsində ona 3405 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Cahargah” kafeni icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində kafeni bağlayıb getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində kafeyə yaxınlaşanda taxta nəfəsliyin naməlum şəxs tərəfindən açılaraq oğurluq baş verdiyini aşkar etmişdir. Sonra məlum olmuşdur ki, içəridən keçəcək ilə bağlanan taxta nəfəslik naməlum şəxs tərəfindən qırılıb açılaraq daxil olmaqla kafedən 01 ədəd 7 litrlik odun samovarı oğurlanmışdır. Dərhal DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilməsini istəmir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 28 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tamamilə ödənilməsini, buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Yeni Türkan bağlar massivində 25 nömrəli bağ evi vardır. Həmin bağ evinə mütəmadi baş çəkir, lakin daimi yaşamır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə bağ evində olmuşdur. xx.xx.2022-ci il tarixdə bağ evinə gəlmiş və aşkar etmişdir ki, oğurluq olmuşdur. Naməlum şəxslər hasardan aşaraq həyətə düşmüşlər və həyətdə olan dəyəri 160 manat olan böyük su nasosu, dəyəri 120 manat olan kiçik su nasosu, dəyəri 90 manat olan hidrofor, dəyəri 100 manat olan 20 metrə dəmir su borusu oğurlanmışdır. Oğurluq nəticəsində 470 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd ev üçün gəmişəkilli termometr, 03 ədəd mis qab, 02 ədəd göy qrafin, 02 ədəd qəhvəyi şüşə qrafin, 01 dəst kofe servisi, 01 ədəd göy meyvə qabı, 02 ədəd ayaqqabı formalı şüşə qab, 01 ədəd at başı formalı suvenir, 01 ədəd üzərində hidrofor olan su motoru maddi sübut kimi tanınmış və sahiblərində olması nəzərə alınmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, evindən oğurlanmış 01 ədəd ev üçün gəmişəkilli termometri, 03 ədəd mis qabı, 02 ədəd göy qrafini, 02 ədəd qəhvəyi şüşə qrafini, 01 dəst kofe servisini, 01 ədəd göy meyvə qabını, 02 ədəd ayaqqabı formalı şüşə qabı, 01 ədəd at başı formalı suveniri İstintaq şöbəsindən təhvil almışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, evindən oğurlanmış 01 ədəd üzərində hidrofor olan su motorunu İstintaq şöbəsindən təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2023-cü il tarixli 9/1570 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 9 adda malın 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti və ümumi dəyəri təxminən 500 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X3 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış Ərizələrdən görünür ki, onlara dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və ya digər tələblərii yoxdur və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmələrini özləri etiraf etməsələr də, onların həmin əməli törətmələri zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri ifadələr həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə vermələri özlərini müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında onlara verilmiş ittiham üzrə təqsirli olmamalarına dair gətirdikləri dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham üzrə özlərini təqsirli bilməmələrini heç bir yerdən oğurluq etməmələri və Polis şöbəsində onlara fiziki təzyiqlər göstərilməsi, törətmədikləri cinayətləri etiraf etməyə məcbur edilmələri ilə əlaqələndirirlər. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxslərin özlərinin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, həmin oğurluqları məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etmişlər. Digər tərəfdən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında 1-ci PŞ-nə gətirildikdən sonra onlara fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilmələrini bildirsələr də, nə həmin vaxt, nə də sonradan bununla bağlı heç bir yerə şikayət etməmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, əvvəllər heç bir cinayət törətməməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 17 iyul 2023-ci il tarixli 21- 1/3-16673)3 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 01 iyul 2022-ci il tarixdə idarədə qeydiyyata alınmış, barəsində 02 mart 2023-cü il tarixdə axtarış elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-163/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarı ilə 7 gün tutulması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs2 cəzasının 8 (səkkiz) ay 1 (bir) gününü çəkmiş, çəkilməmiş cəzası 1 (bir) il 2 (iki) ay 9 (doqquz) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 10 avqust 2023-cü il tarixə çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 9 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd ev üçün gəmişəkilli termometrin, 03 ədəd mis qabın, 02 ədəd göy qrafinin, 02 ədəd qəhvəyi şüşə qrafinin, 01 dəst kofe servisinin, 01 ədəd göy meyvə qabının, 02 ədəd ayaqqabı formalı şüşə qabın, 01 ədəd at başı formalı suvenirin, 01 ədəd üzərində hidrofor olan su motorunun zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 50 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 300,00 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 50 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 300,00 (üç yüz) manat olmaqla ümumilikdə 600,00 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 10 avqust 2023-cü il tarixə çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 9 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 28 dekabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Maddi sübut - Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd ev üçün gəmişəkilli termometrin, 03 ədəd mis qabın, 02 ədəd göy qrafinin, 02 ədəd qəhvəyi şüşə qrafinin, 01 dəst kofe servisinin, 01 ədəd göy meyvə qabının, 02 ədəd ayaqqabı formalı şüşə qabın, 01 ədəd at başı formalı suvenirin, 01 ədəd üzərində hidrofor olan su motorunun zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 300,00 (üç yüz) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tətəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 300,00 (üç yüz) manat olmaqla ümumilikdə 600,00 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar