Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-364/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 23 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs aldadıb real qiyməti 19500 manat olan 2013-cü ildə istehsal olunmuş Hyundai Elantra markalı avtomobili 8000 manat pul müqabilində hərrac yolu ilə onun üçün alacağına vəd verib aldadaraq ünvan 2 ünvanda yerləşən yaşadığı evdə 8000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, ailəsilə birlikdə ünvan 3 ünvanda yaşayır. Könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak etmiş və 21 oktyabr 2021-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə minamyot partlayışı nəticəsində xəsarət almışdır. Xəsarət almağı ilə əlaqədar ilkin olaraq Füzuli rayonunda tibbi yardım almış, daha sonra Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına göndərilmişdir. Bir müddət hospitalda müalicə almış, bundan sonra göndərişlə müalicə almağı üçün 04 fevral 2021-ci il tarixdə Buzovna sanatorkurort reabilitasiya mərkəzinə gəlmişdir. Həmin vaxt həmin yerdə işləyən Anar adlı şəxslə tanış olmuş, ona Azərbaycan Respublikası Prezident Administarsiyasında Əfv komissiyasında işlədiyini, əlaqələrinin geniş olduğunu bildirmişdir. Söhbətləri əsnasında o, onun avtomobil almaq istədiyini bilmiş və bildirmişdir ki, “Nikoyl” banka məxsus hərraca çıxarılmış 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobili var, real qiyməti 19500 manatdır, 8000 manata ala bilər. Bildirmişdir ki, bunun üçün ilkin olaraq hərracı bağlamaq üçün 2000 manat, daha sonra avtomobili almaq üçün isə 6000 manat pul lazımdır. O, Təqsirləndirilən şəxs bu prosesin nə qədər davam etməsini soruşmuş, Təqsirləndirilən şəxs da bildirmişdir ki, ən geci 5 gün ərzində avtomobili alıb ona verəcəkdir. Həmin vaxt o, ona demişşdir ki, olar elə 8000 manatı tam olaraq ona versin və o, işi birdəfəlik həll etsin. O, da onunla razılaşmış və bildirmişdir ki, onsuz da, 2000 manat pulu verəndən bir-iki gün sonra əlavə olaraq 6000 manat pulu da ona verəcəkdir. Elə yaxşı olar ki, 8000 manat pulu tam versin. 23 fevral 2021-ci il tarixdə Anar ona zəng edərək 8000 manat pulun hazır olduğunu bildirmiş, o, Anara demişdir ki, pulu gəlib onun yaşadığı evdə özü götürəcəkdir. Bundan sonra həmin gün, yəni 23 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Makaron fabrikinin yanında Anarla görüşmüş, o, Anarın avtomobilinə əyləşmiş, həmin yerə kimi gəldiyi taksi isə Anarın idarə etdiyi avtomobilin arxasınca gəlməklə Anarın yaşadığı evə gəlmişlər. Taksi sürücüsü evin qarşısında gözləmiş, o, isə Anarla bərabər onun yaşadığı evə daxil olmuşdur. Həmin vaxt onun atası və anası evdə imişlər. Oturub çay içmişlər. Anarın ata və anası onunla Anar üçün avtomobil alıb verəcəyi barədə söhbət etmişlər. O, onlara da demişdir ki, real qiyməti 19500 manat olan 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobili Anar üçün 8000 manata alacaq və bu proses ən geci 5 gün ərzində baş tutacaq, yəni ən geci 5 günə avtomobili alıb gətirib Anara verəcəkdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, hərrac yolu ilə satdığı avtomobilin müqabilində bank ona faiz verir, onun qazancı da budur. Bundan sonra onların hamısı tam olaraq ona inanmışlar və Anar valideynlərinin yanında yaşadığı evin içərisində 8000 manat nəğd pulu sayaraq əlbəəl ona vermişdir. O, pulu ondan almış və sağollaşaraq evdən çıxıb evin qarşısında onu gözləyən taksiyə əyləşərək çıxıb getmişdir. Bundan sonra 5 gün ərzində Anar hər gün telefonla onunla əlaqə saxlamış, o, onu aldadıb yalandan hər şeyin qaydasında olduğunu bildirmişdir. 5 gün tamam olandan sonra vaxt qazanmaq üçün prosesin təxminən 20 gün uzanacağını bildirmişdir. Bundan sonra Anar hər gün onunla telefonla əlaqə saxlayırmış və onun hər gün ona zəng etməsi onu bezdirmiş və sonda o, ona düz danışıb etiraf edib bildirmişdir ki, onun məqsədi onun pulunu ələ keçirmək olmuş və qeyd etmişdir ki, onun pulu batmışdır. O, ondan ona verdiyi 8000 manat pulu geri tələb etmiş, o, isə ona pulu qaytarmayacağını, bir də onu pula görə narahat etməməyini demişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini və qalan ziyanı ödəmək niyyətində olduğunu, İİ Qarabağ müharibəsi qazisi olduğunu, Laçın rayonunun azad edilməsi ilə bağlı medalla təltif edildiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Şuşa şəhəri, N.Nərimanov küçəsi ev 4 ünvanda qeydiyyatda olmaqla ailəsilə birlikdə ünvan 4 ünvanda yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, kiçik tibb işçisi olmaqla Buzovna sanator-kurort reabilitasiya mərkəzində, masajist vəzifəsində işləyir. Bildirmişdir ki, 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hospitalından işlədiyi sanator-kurort mərkəzinə X3 adlı şəxs göndərişlə müalicəyə gəlmiş, həmin vaxt Eldar Həsənovla təsadüfən ünsiyyət saxlamışlar və münasibətləri yaranmışdır. O, ona Azərbaycan Respublikası Prezident Administarsiyasında Əfv komissiyasında işlədiyini, əlaqələrinin geniş olduğunu bildirmişdir. Söhbətləri əsnasında o, onun avtomobil almaq istədiyini bilmiş və bildirmişdir ki, “Nikoyl” banka məxsus hərraca çıxarılmış 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobil var, real qiyməti 19500 manatdır, 8000 manata ala bilər. Bunun üçün ilkin olaraq hərracı bağlamaq üçün 2000 manat pul lazımdır, daha sonra 6000 manat da pul versə, avtomobili alar. O, ondan bu prosesin nə qədər davam etməsini soruşmuş, o, da bildirmişdir ki, ən geci 5 gün ərzində avtomobili alıb ona verəcəkdir. O, ona demişdir ki, olar elə 8000 manatı tam olaraq ona versin və işi birdəfəlik həll etsin. O, da onunla razılaşmış və bildirmişdir ki, onsuz da, 2000 manat pulu verəndən bir-iki gün sonra əlavə olaraq 6000 manat pulu da ona verəcəkdir. Elə yaxşı olar ki, 8000 manat pulu tam versin. Daha sonra o, atası Şahid1 bu barədə bildirmiş və atası “Bank of Baku” dan 8000 manat kredit götürmüşdür. Pul əllərində olandan sonra o, Təqsirləndirilən şəxsla telefonla danışmış, o, bildirmişdir ki, pulu gəlib onun yaşadığı evdə özü götürəcəkdir. Bundan sonra 23 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Makaron fabrikinin yanında Ədalətlə görüşmüş, o, onun avtomobilinə əyləşmiş, gəldiyi taksi isə onun idarə etdiyi avtomobilin arxasınca gəlməklə yaşadığı evə gəlmişlər. Taksi sürücüsü yaşadığı evin qarşısında gözləmiş, Təqsirləndirilən şəxs isə onunla bərabər yaşadığı evə daxil olmuşdur. Həmin vaxt atası Şahid1 və anası Şahid2 evdə imişlər. Oturub çay içmişlər. Atası və anası bir daha onunla onun üçün avtomobil alıb verməyi barədə söhbət etmişlər. O, valideynlərini də inandırmışdır ki, real qiyməti 19500 manat olan 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobili onun üçün 8000 manata alacaq və bu proses ən geci 5 gün ərzində baş tutacaq, yəni ən geci 5 günə avtomobili alıb gətirib ona verəcək, əlavə olaraq onu da qeyd etmişdir ki, hərrac yolu ilə satdığı avtomobilin müqabilində bank ona faiz verir, onun qazancı da budur. Bundan sonra o və valideynləri tam olaraq ona inanmışlar və o, valideynlərinin yanında ünvan 4 ünvanda yerləşən yaşadığı evin içərisində 8000 manat nəğd pulu sayaraq əlbəəl Təqsirləndirilən şəxs vermişdir. O, pulu ondan almış və onunla sağollaşaraq evdən çıxıb yaşadığı evin qarşısında onu gözləyən taksiyə əyləşərək çıxıb getmişdir. Bundan sonra 5 gün ərzində Təqsirləndirilən şəxs ilə hər gün telefonla əlaqə saxlamış, o, hər şeyin qaydasında olduğunu bildirmişdir. Lakin 5 gün tamam olsa da, o, dediyinə əməl etməmiş və bildirmişdir ki, proses təxminən 20 gün uzanacaqdır. Həmin vaxt onda Ədalətin onu aldatması ilə bağlı şübhə yaranmış, ancaq yenə də ümidi var imiş ki, verdiyi vədə əməl edər. Ancaq qeyd olunan danışıqlarından sonra o, onun telefonlarına normal qaydada cavab verməmiş və sonuncu danışıqları zamanı etiraf edib bildirmişdir ki, əslində hərrac yolu ilə onun üçün avtomobil almaq barədə dediyi sözlər tamamilə yalandır. Onun məqsədi onu aldadıb pulunu ələ keçirmək olmuşdur. O, ondan ona verdiyi 8000 manat pulu geri tələb etsə də, o, ondan aldığı pulu geri qaytarmayacağını, bir də onu pula görə narahat etməməsini demişdir. O, bir neçə gün pulunu geri tələb etmək məqsədi ilə onun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlara zəng etsə də, o, telefona cavab verməmiş, bundan sonra məcbur qalıb bu barədə ərizə yazıb Polisə müraciət etmişdir. Xahiş etmişdir ki, həmin şəxsi tapıb cinayət məsuliyyətinə cəlb edərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilsin. Zərərçəkmiş şəxs 11.10.2021-ci il tarixdə whatsapp vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda Rusiya Federasiyasında yaşaması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Şuşa şəhəri, N.Nərimanov küçəsi ev 4 ünvanda qeydiyyatda olmaqla ailəsilə birlikdə ünvan 4 ünvanda yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur və bir evdə yaşayırlar. Oğlu Anar kiçik tibb işçisi olmaqla Buzovna sanator-kurort reabilitasiya mərkəzində, masajist vəzifəsində işləyir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hospitalından oğlu Anarın işlədiyi sanator-kurort mərkəzinə X3 adlı şəxs göndərişlə müalicəyə gəlmiş, həmin vaxt Eldar Həsənovla təsadüfən ünsiyyət saxlamışlar və münasibətləri yaranmışdır. X6 Ələkbərova Azərbaycan Respublikası Prezident Administarsiyasında Əfv komissiyasında işlədiyini, əlaqələrinin geniş olduğunu bildirmiş, söhbətləri əsnasında o, Anarın avtomobil almaq istədiyini bilmiş və bildirmişdir ki, “Nikoyl” banka məxsus hərraca çıxarılmış 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobili var, real qiyməti 19500 manatdır, 8000 manata ala bilər. Bunun üçün ilkin olaraq hərracı bağlamaq üçün 2000 manat, daha sonra avtomobili almaq üçün 6000 manat da pul lazım olduğunu bildirmiş, Anar ondan bu prosesin nə qədər davam etməsini soruşmuş, o, da bildirmişdir ki, ən geci 5 gün ərzində avtomobili alıb Anara verəcəkdir. Anar ona inanmış və 8000 manat pulu tam olaraq ona verəcəyi təqdirdə işi birdəfəlik həll edə bilibbilməyəcəyini soruşmuşdur. O, da bildirmişdir ki, onsuz da, 2000 manat pulu verəndən bir-iki gün sonra əlavə olaraq 6000 manat pulu da verməli olacaq, elə yaxşı olar ki, 8000 manat pulu tam versin. Onların bu danışığından sonra oğlu Anar Ədalətə tam inanmış və onunla razılaşmışdır. Daha sonra Anar bu barədə ona bildirmiş, o, da Təqsirləndirilən şəxs tanımadığına görə Anara həmin şəxsin dələduzluq edərək onları aldadıb pulu götürərək aradan çıxa biləcəyini demişdir. Lakin oğlu Anar həmin şəxsin vətən müharibəsində iştirak etməyini əsas gətirərək onları aldatma ehtimalının olmadığını demişdir. Anar həmin adama 8000 manat pul verməli imiş. Onda isə pul yox imiş. Buna görə də oğlunun istəyini yerinə yetirmək üçün məcbur qalıb “Bank of Baku” dan 8750 manat kredit götürmüşdür. Həmin puldan 8000 manat ayırıb Anara vermiş, bundan sonra Anar Təqsirləndirilən şəxsla telefonla danışmışdır. O, bildirmişdir ki, pulu gəlib yaşadıqları evdə özü götürəcəkdir. Həmin gün, yəni 23 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Anar Xəzər rayonu Mərdəkan qəsəbəsi Makaron fabrikinin yanında Ədaləti qarşılayıb yaşadıqları evə gətirmiş, həmin vaxt o və həyat yoldaşı Şahid2 evdə imişlər. Təqsirləndirilən şəxsla oturub çay içmişlər. O və həyat yoldaşı Səadət bir daha onunla Anar üçün avtomobil alıb verməyi barədə söhbət etmişlər. O, onları da inandırmışdır ki, real qiyməti 19500 manat olan 2013-cü il istehsalı olan Hyundai Elantra markalı avtomobili Anar üçün 8000 manata alacaq və bu proses ən geci 5 gün ərzində baş tutacaq, yəni ən geci 5 günə avtomobili alıb gətirib Anara verəcək, əlavə olaraq onu da qeyd etmişdir ki, hərrac yolu ilə satdığı avtomobilin müqabilində bank ona faiz verir, onun qazancı da budur. Bundan sonra onlar tam olaraq ona inanmışlar və Anar onların yanında ünvan 4 ünvanda yerləşən yaşadıqları evin içərisində 8000 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermişdir. O, pulu alıb cibinə qoymuş və onlarla sağollaşaraq evdən çıxıb yaşadıqları evin qarşısında onu gözləyən taksiyə əyləşərək çıxıb getmişdir. Bundan sonra 5 gün ərzində Təqsirləndirilən şəxs ilə hər gün telefonla əlaqə saxlamışlar. O, hər şeyin qaydasında olduğunu bildirmişdir. Lakin 5 gün tamam olsa da, o, dediyinə əməl etməmiş və bildirmişdir ki, proses təxminən 20 gün uzanacaqdır. Həmin vaxt onlarda Ədalətin onları aldatması ilə bağlı şübhə yaranmış, ancaq yenə də ümidləri var imiş ki, verdiyi vədə əməl edəcəkdir. Ancaq daha sonra Ədalət telefon zənglərinə normal qaydada cavab verməmiş və Anarla aralarında olan sonuncu danışıq zamanı etiraf edib bildirmişdir ki, əslində hərrac yolu ilə Anar üçün avtomobil almaq barədə dediyi sözlər tamamilə yalandır. Onun məqsədi Anarı aldadıb puılunu ələ keçirmək olmuşdur. Anar ondan ona verdiyi 8000 manat pulu geri tələb etsə də, o, aldığı pulu geri qaytarmayacağını, bir də onu pula görə narahat etməməyini demişdir. Bundan sonra o, ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Vəziyyət belə olandan sonra Anar məcbur qalıb bu barədə ərizə yazıb Polisə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ədalətin aldatma yolu ilə ələ keçirdiyi 8000 manat pulu o, oğlu Anara vermiş və həmin pul oğlu Anara məxsus olmaqla ziyan da Anara dəymişdir. Həmçinin qeyd etmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunduğu gün aldadıb aldığı 8000 manat puldan 800 manatını geri qaytararaq ziyanın ödənilməsi üçün ona şərait yaradılmasını xahiş etmiş və ona həmin şərait yaradılmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna baxmayaraq o, həmin vaxtdan sonra 1 manat belə olsun vurduğu ziyandan ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 01.06.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq təyin edilmişdir. Həmin tələbnamədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 16.04.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 saat müddətinə ictimai işlər cəzası təyin edilmişdir. 27.06.2012-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən verilmiş 056-11877-1221 saylı, 02.09.2021ci il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdə Nəsimi rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materillarında olan 888 saylı Hərbi Hissənin komandanlığı tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etmişdir. İş materillarında olan 888 saylı Hərbi Hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli rayonu, Xocavənd rayonu və Xocalı şəhəri istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, həmin döyüşlərdə özünü müsbət tərəfdən göstərmişdir. İş materillarında olan Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına ünvanlanmış 26 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 8000 manat məbləğində maddi ziyanın 800 manat hissəsi zərərçəkmiş şəxsə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi qazisinin olmasını, Laçının azad edilməsi ilə bağlı medalla təltif edilməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (zərərçəkmiş şəxs tərəfindən həmin məbləğ (800 manat) qəbul edilmişdir) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən 12.10.2021-ci il tarixdədək həbsdə saxlanıldığı 01 (bir) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-364/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-364/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver