Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-364/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı Aqro MMC-də bitki baxıcısı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27000,00 manat məbləğində borc pul vəsaitini və ödənilmiş 27,00 manat məbləğində dövlət rüsumunu Zərərçəkmiş şəxs qızına ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(103)- 6975/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat, bundan başqa həmin rayon məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(003)-692/2022 saylı qərarına əsasən 700,00 manat, bundan əlavə qeyd edilən rayon məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 3(003)- 1220/2022 saylı qərarına əsasən 600,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 23 noyabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, o, 22 aprel 2020-ci il tarixdən 16 avqust 2022-ci il tarixədək Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsinin ərazisində yerləşən "xxxx" MMC-də rəsmi olaraq bitki baxıçısı (fəhlə) işləyərək aylıq əmək haqqı 390,96 manat müqabiləndə təşkil edir. 16 avqust 2022-ci il tarixdən etibarən hazıradək Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsinin ərazisində yerləşən "xxxx" MMCdə rəsmi olaraq bitki baxıçısı (fəhlə) işləyir və aylıq əmək haqqı 499,00 manat təşkil edir. O, Zərərçəkmiş şəxs qızını təxminən 2017-ci ilin sentyabr ayından etibarən tanıyır və sonuncu ilə tanışlığına səbəb həmin ərəfələrdə bir neçə nəfərdən ibarət aralarında keçirilən hər ayı 500,00 manat təşkil edən “Lotareya” oyununda iştirak etməsi olmuşdur. Həmin oyunun kassiri olduğu üçün birinci ayı pulu yığaraq iştirakçılardan birinə vermişdir. İkinci ayı isə pul yığılan zaman oyunda iştirak edən dörd nəfər oyundan imtina etmişlər. Bundan sonra digər iştirakçılardan biri, yəni növbədə olan ikinci şəxs aralarında olan “Lotareya” oyunun dağılmasına etiraz etmiş və daha doqquz nəfər iştikçını taparaq ona 4500,00 manat məbləğində pulu verməyini ondan tələb etməyə başlamışdır. Çıxılmaz vəziyyətdə qalaraq həmin oyunda iştirak edən Zərərçəkmiş şəxs ilə aralarında münasibət yarandığına görə və sohuncunun qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildiyi üçün oyunda olan məbləği əldə etməkdən ötrü 2017-ci ilin sentyabr ayının əvvəllərində ondan 12000,00 manat dəyərində qızıl-zinət əşyalarını nisyə götürərək Bakı şəhərində fərdi qaydada müxtəlif insanlara aşağı qiymətə, yəni 5700,00 manata sataraq həmin puldan 4500,00 manatını oyunda iştirak edən həmin şəxsə vermişdir. O, Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını nisyə alan zaman aralarında olan razılaşmaya əsasən hər ay 200,00 manat məbləğində pulu ona olan borcundan qaytarmalı idi. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq 2017-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs ona 12000,00 manata nisyə satdığı qızıl-zinət əşyalarının əvəzinə 40000,00 manat tələb etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs nisyə götürdüyü qızıl-zinət əşyalarının dəyərinin nə səbəbə görə 40000,00 manat olduğunu soruşmuş, sonuncu isə verdiyi qızıl-zinət əşyalarını ona nisyə verdiyi üçün onların faizini hesabladığını bildirmişdir. Bundan sonra, o, çıxılmaz vəziyyətdə qaldığı üçün 2017-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən Dövlət Notariat kontoruna gedərək sonuncudan 40000,00 manat dəyərində qızıl-zinət əşyalarının almağı barədə “borcun etirafı haqqında” aralarında müqavilə bağlanılmış və müqavilənin şərtlərinə əsasən qeyd edilən məbləği 30 iyul 2019cu il tərixədək Zərərçəkmiş şəxs tam olaraq qaytaracağını öz öhdəsinə götürmüşdür. Aralarında bağlanmış müqavilədən sonra Zərərçəkmiş şəxs olan borcundan müxtəlif vaxtlarda hər ay hissə-hissə ümumilikdə 13000,00 manat məbləğində ödəniş etmişdir. Müqavilədə qeyd edilən müddət başa çatandan sonra Zərərçəkmiş şəxs aralarında bağlanmış müqavilənin müddətini uzadılmasını təklif etmişdir. Zərərçəkmiş şəxs isə onunla razılaşmayaraq 2019-cu ilin yay aylarında onun barəsində aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 24800,00 manat məbləğində pul vəsaitinin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2(004)4784/2019 saylı qətnamə çıxarılmışdır. Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin məhkəmə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(004)4784/2019 saylı qətnaməsi ləğv edilərək ondan 27000,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 24 sentyabr 2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və o, Bakı şəhəri Xəzər rayonunun ərazisində yaşadığına görə barəsində olan icra işi həmin rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği Zərərçəkmiş şəxs ödəyə bilmədiyi üçün barəsində icra məmuru tərəfindən bir neçə dəfə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin bir heçə qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müxtəlif məbləğlərdə cərimə edilmişdir. Bundan əlavə icra dövründə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Zərərçəkmiş şəxs olan borcunu hissə-hissə ödəməkdən ötrü 2022-ci ilin dekabr ayının 23-də aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin qeyd edilən rayon məhkəməsi tərəfindən iddiası təmin edilməmişdir. O, Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğdən 2150,00 manat məbləğində ödəniş etdiyini, qətnamədə qeyd edilən məbləği tam olaraq vaxtında ödəməməyinə səbəb Zərərçəkmiş şəxs ilə aralarında hissə-hissə ödəmə etməsi ilə bağlı razılığa gəlməməkləri olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Xəqani Sadıqov onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham aktı tərtib edərək göstərmişdir ki, o, məhkəmənin qanuni qüvvəsini alan qətnaməsini qərəzli olaraq icra etmir. İttiham aktında qeyd edilənləri əsassız hesab edir. Beləki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4784/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs qızının ona qarşı “Borc tələbinə dair” iddia ərizəsi qismən təmin edilmişdir. Ondan 24.800 manat borc tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək iddiaçıya 27.000 manat ödənilməsi qərara alınmış və qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. O, məhkəmənin qətnaməsində göstərilən 27.000 manat məbləğin ödənilməsinə etiraz etməmiş və çalışmış ki, borcu tez bir müddətdə qaytarsın. Lakin, həmin məbləgi birdəfəlik qaytarmaq imkanı xaricində olduğundan xahiş etmişdir ki, borcun ödənilməsini əmək haqqına yönəldilsin. İcra məmuruna bildirmişdir ki, Zirə qəsəbəsində yerləşən "xxxx" MMC-də bitki baxıcısı işləyir və aylıq əmək haqqım 499 manatdır, himayəsində iki azyaslı övladı var. Heç bir satılası əmlakları yoxdur. Lakin icra məmuru bundan imtina etmişdir. Buna baxmayaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra tələbkara borcu hissəhissə ödəməklə 2000 manatdan artıq borc qaytarmışdır. Borcu üzürlü səbəbdən birdəfəlik qaytarmağı mümkün olmasa da, eyni zamanda borcu hissə-hissə ödəməyinə baxmayaraq icra məmuru Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsinə əsasən üç dəfə 500 manat, 600 manat və 700 manat məbləğində mənə inzibati cərimə tətbiq edilmişdir. Bundan sonra isə barəsində təqdimat vermiş və müstəntiq əsassız olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayə işi başlanmışdır. Müstəntiqə lazımi sənədləri təqdim etməyinə baxmayaraq ittiham aktında, qətnaməni qərəzli olaraq icra etmədiyini göstərilmişdir. Müstəntiq onun işlədiyi müəssisədə fəaliyyət göstərən şəxslərdən izahat almış olsaydı, həqiqətən də, onun qərəzli olmadığı öz təsdiqini tapardı. Lakin o, icra məmurlarının izahatını almaqla və ittiham aktında şahid qismində yalnız onları göstərməklə qanunun tələblərinə əməl etməmişdir. Göründüyü kimi icra məmuru qətnamənin icrasını əmək haqqıma yönəlməyərək onun, barəsində 3 dəfə inzibati cərmə tətbiq edilməsinə nail olmuşdur. Onlar ona, qarşı qərəzli olduqlarına görə izahatları sübüt kimi qəbul edilməməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq İcra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə məsuliyyət yaradır. Borcun ödənilməsinə dair qəbzləri, iş yerindən əmək haqqı barəsində arayışı və azyaşlı uşaqlarının olması haqqında sənədləri idarəyə təqdim etsə də, qanunda göstərilənlərə əhəmiyyət verilməmişdir. Qeyd olunanlara əsasən özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər məhkum olunmayıb, himayəsində iki yetkinlik yaşına çatmayan (2009-cu il və 2011-ci il təvəllüdlü) övladları var. Hazırda marketdə satıcı-kassir işləyir. O, məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmır, işləyir və ödənişlər edir, bunu təsdiq edəcək qəbzləri mövcuddur. Borcu olduğunu bilir və bu hissədə özünü təqsirli bilir, lakin ödəməkdən yayınmır. Onun qeydiyyatı Yasamal rayonunda olsa da, faktiki olaraq gəlin köçdüyü Xəzər rayonunun ərazisində yaşayır. 2021-ci ilin avqust ayında icra şöbəsinə dəvət olunmuşdur. O, icra məmuruna iş yeri və aylıq əmək haqqısı barədə arayış təqdim etmiş və tutmanın əmək haqqısına yönəldilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq icra məmuru yönəltməmiş və o, 3 dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. 2022ci ilin yanvar ayından depozit ödəməyə başlamışdır. Axrıncı dəfə keçən ay borcundan ödəmiş və bu ay da əmək haqqısını alan kimi ödəyəcəkdir. O, hər ay borcundan 100-200 manat olmaqla ödənişlər edir. İcra məmuru evinə gəlmiş, əmlakına baxmış və akt tərtib etmişdir. Əmək haqqısından tutulması ilə bağlı icra məmuruna 2-3 dəfə müraciət etmiş, borcun tutulmasını əmək haqqısına yönəldilməsinə etiraz etməmişdir. Borcun ödənilməsi onun əmək haqqısına yönəldilməmişdir. O, əmək haqqısından tutmanın aparılması barədə arayışı 2021-2022-ci illərdə icra şöbəsinə poçt vasitəsi ilə göndərmiş, bununla bağlı qəbzlər də mövcuddur, bundan başqa da şifahi şəkildə də şöbəyə müraciət etmiş, lakin icra məmuru yönəltməmişdir. İcra şöbəsinə tələbkar da gəlmiş, lakin onların arasında üzləşmə olmayıb. Tələbkar borcun tam ödənilməsini tələb edirdi, lakin onun imkanı olmamış, himayəsində işi uşağı vardır. Bu səbəbdən də tutmanın əmək haqqısına yönəldilməsini xahiş etmişdir. Borcun ödənilməsindən yayınmamışdır. İnzibati qaydada cərimə olduğu vaxtlar işləmiş, üç ildir ki, işləyir və arayışı təqdim etdiyi vaxtda da işləmişdir. Məhkəmədə olan zaman işlədiyini və borcun tutulmasının əmək haqqıya yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs qızı istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2003-cü tarixdən etibarən tanıyır və onunla tanışlığına səbəb bir məhəllədə qonşuluqda yaşamaqları olub. Bir qonşu kimi aralarında yaranmış münasibətə görə biri-birlərinə inam və etibar yaranmışdır. 2016-cı il və 2017-ci il tarixlərdə pula ehtiyacı olduğu üçün özünə məxsus olan qızıl-zinət əşyalarını satmaq qərarına gəlmişdir. Bunanla bağla qonşusu Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus olan qızıl-zinət əşyalarını satır və ona həmin əşyaları istəyən olsa ona xəbər etsin. Həmin vaxtdan bir müddət keçəndən sonra 2017-ci ilin payız aylarında qonşusu Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək satacağı qızıl-zinət əşyaları barədə maraqlanmış, o, isə özünə məxsus olan qızıl-zinət əşyalarının bir hissəsini Təqsirləndirilən şəxs göstərmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan 2000,00 manat dəyərində qızıl-zinət əşyalarını bir ay müddətinə pulunu qaytarmaq şərti ilə nisyə götürmüşdür. Aralarında danışdıqları müddət başa çatamamış Təqsirləndirilən şəxs ondan nisyə götürdüyü qızıl-zinət əşyalarının pulunu hissə-hissə ona qaytarmışdır. Təqsirləndirilən şəxs ondan nisyə aldığı qızıl-zinət əşyalarının pulunu dediyi vaxtından əvvəl qaytardığı üçün onun sonuncuya qarşı dahada inamı və etibarı artmışdır. Bundan sonra həmin ərəfələrdə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə sataraq qazanc əldə etmək adı ilə ondan 40000,00 manat məbləğində qızıl-zinət əşyalarını nisyə götürmüş və aralarında olan razılaşmaya əsasən hər ay qeyd edilən məbləğdən 2000,00– 3000,00 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq 2017-ci ilin sentyabr ayının axırlarında o, Mələhət Hüseynovadan nisyə satdığı qızıl-zinət əşyalarının dəyərini tələb etməyə başlamış, sonuncu isə borclu olduğu məbləği qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirdiyi üçün aldadıldığını hiss etmişdir. Bununla əlaqədar olaraq 2017-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən Dövlət Notariat kontoruna gedərək sonuncunun ondan 40000,00 manat dəyərində qızıl-zinət əşyalarının almağı barədə “borcun etirafı haqqında” aralarında müqavilə bağlamışlar. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən qeyd edilən məbləği Təqsirləndirilən şəxs 30 iyul 2019-cu il tərixədək tam olaraq ona qaytaracağını öz öhdəsinə götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hər ay hissə-hissə ümumilikdə ona 13000,00 manat məbləğində ödəniş etmişdir. Müqavilədə qeyd edilən müddət başa çatandan sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, aralarında bağlanmış müqavilənin müddətini uzadsınlar. O, isə Təqsirləndirilən şəxs ilə razılaşmayaraq 2019-cu ilin yay aylarında sonuncunun barəsində aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 24800,00 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2(004)-4784/2019 saylı qətnamə çıxarılmışdır. Bundan sonra, o, qeyd edilən qətnamədən narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin məhkəmə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(004)-4784/ 2019 saylı qətnaməsi ləğv olunaraq Təqsirləndirilən şəxs 27000,00 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair 24 sentyabr 2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonunun ərazisində yaşadığına görə barəsində olan icra işi Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona borclu olduğu məbləği ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Bundan sonra icra məmuru tərəfindən qətnamədə qeyd edilən məbləği Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsindən ötrü müvafiq qurumlara sorğu verilmiş və sorğu əsasında məlum olmuşdur ki, sonuncunun Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsinin ərazisində yerləşən "xxxx" MMC-də bitki baxıcısı (fəhlə) işləyərək aylıq əmək haqqınını 390,96 manat müqabiləndə təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə icra dövründə icra məmurunun təqdimatına əsasən məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs işləyərək qazanc əldə etməsinə baxmayaraq məhkəmə qətnaməsində qeyd edilən borclu olduğu məbləğdən ona 1750,00 manat məbləğində ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu qaldığı məbləğin tam şəkildə alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızının nümayəndəsi X5 Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs danışıqlarından razı deyil. O, onlarına evinə getdiyi zaman Təqsirləndirilən şəxs və onun əri ona “sənə veriləcək pulumuz yoxdur, hara istəyirsən get” demişlər. Bu səbəbdən də o, məhkməyə müraciət etmişdir. Haqqını tam şəkildə tələb edir. İcra məmuru Şahid1 də onu çağırmış, hissə-hissə ödəmə ilə bağlı onunla söhbətlər aparmış, lakin o, borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyi təqdirdə, qadın olsa da, ona ən ağır cəzanın verilməsini istəyir. Məhkəmə iclasında verilən suallara cavab olaraq X5 bildirmişdir ki, o, borcun tam şəkildə ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş və bu səbəbdən də, tam şəkildə ödənilməsini istəyir. O, borcun hissə-hissə ödənilməsinə razı deyil. Notarial qaydada təsdiq olunmuş sənədə əsasən 18 ay ərzində borcunu ödəməli olduğu təqdirdə 13.00 manatını ödəmiş, 27.000 manat borcu qalmışdır. Borcun tam şəkildə ödənilməsini istəyir. Məhkəmələrdə olmazdan əvvəl onlar Təqsirləndirilən şəxs evinə getmişlər və ondan borcunun ödəməsini, imkanı nəyə çatır verməsini, hissə-hissə ödəməsini xahiş etmişlər, lakin Təqsirləndirilən şəxs ödəməkdən imtina etmiş, “olarsa hər ay 50 manat ödəyərəm” bildirmişdir. İcra məmuru tərəfində 27.000 manat borcun hissəhissə ödənilməsi barədə təklif olunsa da, o, razı olmamışdır. Təqsirləndirilən şəxs hissə hissə ödəmə ilə bağlı təklifi Apellyasiya və Ali Məhkəmədən sonra, iş yenidən bura qayıtdıqdan sonra olub. O, icra məmuruna hissə-hissə ödənişlərin götürməməsini bildirmişdir. İbtidai istintaqı zamanı iş üzrə Şahid1 elan edilmiş ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(103)- 6975/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 27000,00 manat borc pulun və ödənilmiş dövlət rüsumunun 27,00 manat hissəsi tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməlidir. İcra sənədi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icraatına 18 avqust 2021-ci il tarixdə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsində 06 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra borcluya bildiriş göndərilmişdir. Borclunun əmlak və gəlir vəziyyəti yoxlanarkən tələb yönəldiləbilən əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə 05 iyul 2021-ci il, 20 avqust 2021-ci il, 13 sentyabr 2021-ci il, 24 dekabr 2021-ci il, 05 aprel 2022ci il, 06 may 2022-ci il, 18 avqust 2022-ci il və 29 noyabr 2022-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs icra şöbəsinə dəvət olunaraq ondan izahat alınmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarı ilə 500,00 manat inzibati cərimə edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(103)- 2362/2021 saylı qərarı ilə 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati cərimə olunduqdan sonra borcluya tələbin təmin edilməsi üçün yeni müddət təyin olunaraq bildiriş təqdim edilmiş, lakin bu müddət ərzində tələb təmin edilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və həmin rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 8(003)-342/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(003)- 692/ 2022 saylı qərarı ilə 700,00 manat inzibati cərimə edilmişdir. Bundan əlavə İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 3(003)-1220/2022 saylı qərarı ilə 600,00 manat inzibati cərimə edilmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmadığı göstərimişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs borcundan ümumilikdə 1750,00 manat ödəniş etmiş, 25250,00 qalıq borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, hazırki iş üzrə bundan əvvəl üç dəfə məhkəməyə protokol verilmiş, borclu hər üç işdə ayrılıqda cərimə olunmuşdur. Tələbkar borcun hissə-hissə ödənilməsinə razı olmamışdır. Apellyasiya Məhkəməsinin qərarından sonra hər ay qazancının 50% tutularaq borca yönəldilmişdir. Könüllü icra ilə bağlı 10 gün müddət ötrürülmüşdür. İş üzrə tələbkar borcun tutulmasının əmək haqqısına yönəldilməsinə etiraz edildiyindən, tələb əmək haqqına yönəldilməmişdir. Lakin borclu hər ay nazirliyinin depozit hesabına ödəniş etmişdir. Təqsirləndirilən şəxs nə evində dəyərli əşya, nə də ki, bank hesabında pul aşkar edilməmişdir. Borcun ödənilməsinin əmək haqqıya yönəldilməsi məcburi icra tədbiridir. İbtidai istintaqı zamanı iş üzrə Şahid2 elan edilmiş ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(103)- 6975/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 27000,00 manat borc pulun və ödənilmiş dövlət rüsumunun 27,00 manat hissəsi tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməlidir. İcra sənədi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icraatına 18 avqust 2021-ci il tarixdə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsində 06 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra borcluya bildiriş göndərilmişdir. Borclunun əmlak və gəlir vəziyyəti yoxlanarkən tələb yönəldiləbilən əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə 05 iyul 2021-ci il, 20 avqust 2021-ci il, 13 sentyabr 2021-ci il, 24 dekabr 2021-ci il, 05 aprel 2022ci il, 06 may 2022-ci il, 18 avqust 2022-ci il və 29 noyabr 2022-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs icra şöbəsinə dəvət olunaraq ondan izahat alınmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarı ilə 500,00 manat inzibati cərimə edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(003)-1157/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(103)- 2362/2021 saylı qərarı ilə 13 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati cərimə olunduqdan sonra borcluya tələbin təmin edilməsi üçün yeni müddət təyin olunaraq bildiriş təqdim edilmiş, lakin bu müddət ərzində tələb təmin edilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və həmin rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 8(003)-342/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(003)- 692/ 2022 saylı qərarı ilə 700,00 manat inzibati cərimə edilmişdir. Bundan əlavə İcraat zamanı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 3(003)-1220/2022 saylı qərarı ilə 600,00 manat inzibati cərimə edilmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmadığı göstərimişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs borcundan ümumilikdə 1750,00 manat ödəniş etmiş, 25250,00 qalıq borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs borcun tam şəkildə ödənilməsi tələb olunmuşdur. O, borcundan hissə-hissə ödəmələr etmişdir. Borclu Təqsirləndirilən şəxs iş yeri və əmək haqqısı barədə şöbəyə arayış təqdim etmiş, lakin tələbkar hissə-hissə ödənilməsinə razı olmadığına görə tutmanın onun əmək haqqısına yönəldilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrə ilə icraata qəbul edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnamədən görünür ki, Zərərçəkmiş şəxs qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4784/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilmiş və həmin hissədə də iddia təmin olunmuşdur. Təqsirləndirilən şəxs 27 000 (iyirmi yeddi min) manat borc məbləği tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməsi, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmamış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6975/2020 saylı icra sənədindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnaməsi 24 may 2021-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2021-cü il tarixdə icra sənədi icraya yönəldilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli könüllü icra haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli könüllü icra haqqında bildiriş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ona məxsus əmlak yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə bilikdə Bünyatzadə küçəsi, döngə 3, ev 19 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 1286/21F saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda heç bir hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yelobank ASC-nin xx.xx.2021-ci il tarixli 30/0525 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs bankda hər hansı növ hesabı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Amrahbank ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs borc öhdəliyinin olubolmaması barədə hər hansı məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş RabitəBank ASC-nin xx.xx.2021-ci il tarixli, RB-02/703 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda heç bir hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş YapıkrediBank ASCnin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda heç bir hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli aktan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilmiş, tələbin yönəldiləbiləcəyi əmlakın həyata keçirilmiş və tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Bu səbəbdən də icra sənədinin icrası həyata keçirə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon İŞ-nə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-6975/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə tələbi onun "xxxx" MMC-dən aldığı 390,96 manat əmək haqqında yöndəldilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 054/21 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Abşeron rayonu, Zirə kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus İstixanada xx.xx.2020-ci il tarixindən hal hazırki dövrə qədər şöbəsində fəhlə vəzifəsində çalışır. Aylıq əmək haqqı məbləği – 390.96 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-272/2021 saylı, xx.xx.2021 tarixli qərardaddan görünür ki, borclu Təqsirləndirilən şəxs ölkənən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdim təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1157/2021 saylı, xx.xx.2021 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2362/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1157/2021 saylı, xx.xx.2021 tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon İŞ-nə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-243742021 saylı, 24 may 2021-ci il tarixli qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə onun tərəfindən verilmiş şikayət Konstitusiya Məhkəməsində qəbul edilməsini nəzərə alınmasını və icra hərəkətlərinə başlamalı oldugunuz təqdirdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6975V2020 saylı, 24 sentyabr 2020-cu il tarixli qətnaməsi üzrə icra sənədinə və Xəzər Rayon Məhkəməsinin 3(003)-115722021 saylı,13 sentyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə icra sənədinə əsasən tutmanı əmək haqqıma yönəltməklə müvafiq pul məbləgini depozit hesabına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-342/2021 saylı, xx.xx.2021 tarixli qərardaddan görünür ki, borclu Təqsirləndirilən şəxs ölkənən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X1 ərizəsindən görünür ki, o, borcun Təqsirləndirilən şəxs əmək haqqısına yönəldilməsinə etiraz etmiş və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 264 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə hər hansı xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 265 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 3, ev 19 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-692/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 700 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 315 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 3, ev 19 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1220/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 600 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 655 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə hər hansı xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AccessBank ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixinə aktiv bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş YapıkrediBank ASCnin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bank of Baku ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ExpressBank ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş BankRespublika ASCnin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş BankVTB ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AZ51VTBA**********7647AZN001 saylı cari hesabında xx.xx.2022-ci il tarixinə 5,40 manat olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş GünayBank ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş YeloBank ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bank BTB ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş UniBank KB ASC-nin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına bankda hesab mövcud deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 14 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də “X10 Məsuliyyətli Cəmiyyətində 16 avqust 2022-ci il tarixindən bu günədək Bitki baxıcısı (fəhlə , vəzifəsində çalışır və onun aylıq əmək haqqısı, vergilər daxil olmaqla 499 (dörd yüz doxsan doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs borcundan xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 201 manat, xx.xx.2022-ci il tarixdə 201 manat, xx.xx.2022-ci il tarixdə 201 manat, xx.xx.2022-ci il 151 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 101 manat xx.xx.2022-ci il tarixdə 151 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2022-ci il tarixdə 201 manat, xx.xx.2023-cü il tarixdə 201 manat, xx.xx.2023-cü il tarixdə 201 manat, xx.xx.2023-cü il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023-cü il tarixdə 51 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş doğüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarından olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə və ya icrasına maneçilik törətmə ilə bağlı verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Belə ki, məhkəmə əsasən onu diqqətə çatdırır ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İttiham aktında təqsirləndirilən şəxs tərəfindən icra sənədinin icrasında məhz qərəzli olaraq yayınmasını təsdiq edən heç bir hal göstərilməmişdir. Əksinə zərərçəkmişin tələbləri ilə əlaqədar icra işi açıldıqdan sonra Şöbənin icra məmurları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin mülkiyyətində faktiki olaraq hər hansı bir əmlak mövcud deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs iş yeri və aylıq gəliri (əmək haqqısı) barədə sənədi (arayışı) icra məmuruna təqdim etmiş, dəfələrlə aylıq gəlirindən tutmanın aparılması üçün Şöbəyə müraciət etməsinə baxmayaraq, icra məmuru və zərərçəkmiş şəxs imtina etmişlər. Təqsirləndirilən şəxsnin icra sənədinin icrasından qərəzli şəkildə imtina etməsi halı olması müəyyən edilməmişdir. Məhkəmədə aparılmış məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yaranmış və məhkəmə qərarı ilə təsdiqlənmiş borcu qəbul edir və onun ödənilməsini özünə vəzifə hesab edir. Lakin borcun tam məbləğdə qaytarılmamasında onun heç vaxt qərəzliliyi olmamış, imkanı daxilində ödənişlər etmiş, borcun aylıq əmək haqqısına yönəldilməsini təklif etmişdir. Məhkəmə tərəfindən işin halları ilə bağlı mövcud sübutlara qiymət verilərkən əldə edilmiş nəticələrlə və işin faktiki halları ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrnin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mənasında görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarın və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə həmin cinayətin tərkibini yaradır. Göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayat Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü ul tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, məhkəmə aktlarının qərəzli içra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi: borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələpin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-nin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamat olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Qərarda qeyd olunmuşdur ki, Cinayət hüququnda inzibati preyudisiya Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərara əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313-1.l-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs işləyir, zərərçəkmiş şəxsə müxtəlif dövrlərdə fərqli məbləğlərdə pul ödənişləri etmiş, bununla bağlı qəbzlər mövcuddur. Göründüyü kimi iş materiallarında olan, yuxarıda sadalanan ziddiyyətlər nə ibtidai istintaq orqanı tərəfindən tədqiq edilərək aradan qaldırılmamışdır. İş materiallarında mövcud olan sübutlarla Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi barədə hər hansı sübut yoxdur. İstintaq orqanı isə həmin halları tam və hərtərəfli araşdırmadan şahidlərin ifadələrinə və qüvvədə olan qətnamənin qərəzli olaraq icra edilməməsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə təqsirli olması iş materialları və tədqiq edilmiş sübutlarla sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş veribverməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. 32.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədif Nə, hər bir tərəf məhkəmədə təmsil olunur, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir və s. 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 139.0.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı addələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmuş və bir-bir ilə müqayisə edilərək, yeni sübutlar toplanaraq, əldə edilmiş sübutların mənbəyinin mötəbəsirliyi müəyyənləşdirilmişdi. Nəticədə istintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlilərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs tərəfindən CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi istisna olunmasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, işin hallarını tam və ətraflı yoxlayaraq həmin hallara obyektiv hüquqi qiymət vermədən şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in göstərilən maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in: 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o, hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi və həmin məhkəmə aktının icrasına maneçilik törətməməsi barədə məhkəmə istintaq zamanı verdiyi ifadəsi inandırıcı və düzgün hesab edilməlidir. Cinayət işində Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi və həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsi və bununla da onun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – akimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar ümumiyyətlə, göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsində X2 təqsirsizliyini birbaşa təsdiq etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməli, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 507.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 102 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-364/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-364/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver