Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-364/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM, İzmir küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 06 dekabr 2024-ci il tarixdə saat 08:10 radələrində X3 məxsus olmaqla 27 may 2023-cü il tarixli “Notarial Etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz və istismara yararlı olan "BMW" markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən Albalılıq yeni yaşayış massivində kənd içi yolla Buzovna qəsəbəsi istiqamətinə gedərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəli şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən üfiqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfiqi nişanlama xətti) kəsib keçmək qadağandır işarəsinə əməl etməli, eyni zamanda həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən avtomobili «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol şəraitində 3.24 hərəkət sürəti qadağandır nişanına uyğun hərəkət etdirməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə edilməsindən ayırmamalı, əks istiqamətli nəqliyyat axınlarının 1.3 üfiqi nişanlama xətti ilə ayrılmasını nəzərə alaraq həmin xətti kəsib qarşı hərəkət zolağına çıxmamalı, avtomobili öz zolağı ilə hərəkət etdirməli və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməməli, eyni zamanda həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən avtomobili «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol şəraitində 3.24 hərəkət sürəti qadağan nişanına uyğun hərəkət etdirməli, bununla da yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunların qeyd olunan tələblərinə əməl etməmiş, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfiqi nişanlama xətti kəsərək idarə etdiyi “BMW” markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilli əks hərəkət zolağı ilə hərəkət etdirib ehtiyatsızlıqdan avtomobili sağasola istiqamətləndirərkən idarəetməni itirib hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyərək, təhlükəsiz hərəkətini təmin etmədən avtomobilli Buzovna qəsəbəsi istiqamətində yolun əks istiqamətli hərəkət zolağı ilə 85-90 km/saat sürətlə idarə edib istintaqla müəyyənləşdirilməsi mümkün olmayan avtomobillər qarşısına çıxdıqda avtomobili yolun ehtiyat hissəsinə çəkib dayandırmaq əvəzinə, ani əyləcə basmaqla avtomobili əvvəlcə sola, sonra isə sağa və yenidən sola istiqamətləndirib Buzovna qəsəbəsində yerləşən kənd arası yolla yolun əks hərəkət istiqamətində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs hərəkəti üçün təhlükə yaradaraq ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş-beynin orta dərəcəli, sol tərəfli kəskin epidural hematoması. sağ bazu sümüyünün, sağ İİİ qabırğanın sınıqları, sağ sirkə kasasının, qasıq, oturaq, oma sümüklərinin yerdəyişən sınığı ilə nəticələnən bədən xəsarətləri yetirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulması ilə müşayiət edilən sağlamlığına az ağır zərər vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 06 dekabr 2024-cü il tarixdə, adəti üzrə saat 07:00 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW'’ markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Albalılıq YYM-də yerləşən işlədiyi “Oba” marketdə işlərini yekunlaşdırıb, saat 08:45 radələrində marketdən çıxaraq istirahət məqsədilə evinə getmək istəmiş, yanacağın azaldığını gördüyündən, qarşıdakı geri dönmə dairəsindən istifadə edərək “Socar” yanacaqdoldurma məntəqəsinə getmək üçün geri dönüb hərəkət etmək istəmişdir. Sürəti təxminən 85-90 km/saat civarında olmuşdur. Hərəkətdə olarkən qarşısında hərəkət edən, dövlət qeydiyyat nişanını bilmədiyi tünd yaşıl rəngli “QAZ 031” markalı nəqliyyat vasitəsi qəfildən qəza işıqlarını yandırmış, toqquşmamaq üçün ani reaksiya ilə nəqliyyat vasitəsini sola doğru çevirmişdir. Bu zaman “Chevrole Cruz” markalı, ağ rəngli bir nəqliyyat vasitəsi yola çıxmış və onunla toqquşmamaq üçün maşını sağa doğru idarə etmişdir. Sağ tərəfdə ictimai nəqliyyat dayanacağı, orada isə çoxlu sayda adam olduğundan, həmin şəxslərə dəyməmək üçün nəqliyyat vasitəsini yenidən sola doğru burub, yolun kənarında olan "VAZ 2107” markalı, 10-LM- 428 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, maşından düşdükdən isə sonradan adının Sima olduğunu öyrəndiyi bir qadını vurduğunu görmüşdür. Ətrafda olan şəxslər dərhal X10 stansiyasının əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Zərər çəkən X7 aparılmışdır. Sima xanımın müalicəsi üçün təxminən 9.000 manat pul xərcləmiş, lakin zərər çəkmiş şəxs əlavə vəsait tələb etdiyindən onunla barışmır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 06 dekabr 2024-cü il tarixdə saat 08 radələrində çalışdığı Buzovna qəsəbəsi, Albalılıq ərazisində yerləşən çörək sexindən kartof almaq məqsədilə “Oba” marketə gedib qayıdan zaman qəfil bərk cismin ona çırpıldığını hiss edib huşunu itirmiş. Gözlərini açdıqda X2 görmüşdür. Təqsirləndirilən şəxs onun müalicəsi ilə bağlı müəyyən xərc çəksə də, hazırda onun müalicəsi davam edir, buna görə vəsait tələb olunur, lakin təqsirləndirilən şəxs və onun qohumları vəsaiti ödəmədiyindən onun müalicəsi natamam qalıb, bu səbəb də qarşı tərəfdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 06 dekabr 2024cü il tarixində, saat 08 radələrində özünə məxsus “VAZ 2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə övladlarını məktəbə aparıb Albalılıq YYM-də yerləşən marketin qarşısında dayandığı zaman onun nəqliyyat vasitəsinə sol tərəfdən gümüşü rəngli “BMW” markalı nəqliyyat vasitəsi çırpılməşdər. Maşından düşdükdə, həmin nəqliyyat vasitəsinin sürücüsünün həmçinin sonradan adını bildiyi Sima adlı qadını da vurduğunu görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 01,05.2025-ci il tarixli, 402 saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin orta dərəcəli əzilməsi, sol tərəfli kəskin epidural hematoma, sağ bazu sümüyünün, sağ İİİ qabırğanın sınıqları, sağ sirkə kasasının, qasıq, oturaq, oma sümüklərinin yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X8" X11 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 06 mart 2025-ci il tarixli. 8/249 nömrəli rəyindən görünür ki, BMW markalı 99HD968 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cii bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılmasa yol nişanı iiə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 85-90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-21074 markalı 10LM428 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Şahid idarə etdiyi VAZ-21074 markalı 10LM428 dövlət qeydiyyat nişanlı, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı 99HD968 dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq həmin şəxslərin özlərinə təhvil verilmişdir. 20 aprel 2025-ci il tarixli DVD baxış protokolundan görünür ki, dövlət qeydiyyat nömrəsi bilinməyən ağ rəngli Vaz 21074 markalı nəqliyyat vasitəsi asta surətlə yolun kənarı ilə gedib dayanır. Bu zaman əks tərəfdən qara rəngli geyimli qadın gəlir. Əks istiqamətdə gələn boz rəngli BMV markalı nəqliyyat vasitəsi qara rəngli geyimli qadını vurur, sonra ağ rəngli Vaz 21074 markalı nəqliyyat vasitəsi ilə toqquşub dayanır. Görüntü 00:26 dəqiqə davam edir. Azərbaycan Respublikası BDYPİ-nin Qİİ-dən alınmış məktubdan görünür ki. xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BA 070992 nömrəli "Bİ B Cİ C" kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. “Sərxoşluğun müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli 1/11258 nömrəli tibbi sənəddən görsənir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın bir qisminin ödənilməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır (CM-nin 45-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddətinin başlanğıcının isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şahid idarə etdiyi VAZ-21074 markalı 10LM428 dövlət qeydiyyat nişanlı, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı 99HD968 dövlət qeydiyyat nişanlı avtomobillərin həmin şəxslərə təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYM, İzmir küçəsi, nömrəsiz evi axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddətinin başlanğıcı isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Şahid idarə etdiyi VAZ-21074 markalı 10LM428 dövlət qeydiyyat nişanlı, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı 99HD968 dövlət qeydiyyat nişanlı avtomobillərin həmin şəxslərə təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(003)-364/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-364/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver