Məhkəmə qərarları › İş №1(003)-365/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-365/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-365/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- LCG Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonunun Əlinəzərli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 14:28 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Alballıq yaşayış massivi Ağaəmi Rəhimov küçəsində fəaliyyət göstərən «X7» qarşısında özünə məxsus «Opel Astra» markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilindən düşən arvadı X3 yolun əks istiqamətinə keçmək üçün yola salan zaman həmin küçə ilə hərəkətdə olan X2 məxsus olmaqla 25 iyun 2024-cü il tarixli 031493 nömrəli Notarial Ofisinin etibarnaməsi ilə idarə edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Toyoto Carolla» markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Kəmalə Həsənovanı vurduğundan Həbib Məmm’dliyə yaxınlaşıb nə üçün avtomobili yüksək sürətlə idarə etməsinə irad bildirib uca səslə Zərərçəkmiş şəxs söyüb təhqir etməklə zor tətbiq edib təpiklə avtomobilin sol qapısına zərbələr vurub əzərək zədələyib avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib yumruq zərbələri ilə onun sol qol nahiyyəsinə vuraraq köynəyini cırıb əmlakını zədələməklə digər şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək zor tətbiq edib Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çiyin və bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, həmçinin avtomobilin sol qapısını təpiklə qəsdən vurub əzməsi ilə Zərərçəkmiş şəxs 630 manat məbləğində və əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol yaxa hissəsinin cırılması nəticəsində isə 40 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə ümumilikdə 670 manat məbləğində ziyan vurulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:25 radələrində o, idarə etdiyi Opel Astra markalı avtomobil ilə həyat yoldaşı Kəmaləni Buzovna qəsəbəsi, “Alballıq” massivi ərazisində fəliyyət göstərən tanışlarının işlədiyi qadın salonuna aparmışdır. O, avtomobili qadın salonu ilə üzbə-üzdə yolun kənarında saxlamış. Kəmalə avtomobildən düşüb yolu əks istiqamətdə, yəni qadın salonu tərəfə keçən zaman Buzovna qəsəbəsi Alballıq massivi Vayenni zavoddan Kraska zavodu istiqamətinə yüksək sürətlə hərəkətdə olan sonradan markasını “Toyota Corolla” olduğunu bildiyi avtomobilin qabaq sol qapısına çırpılmış və Kəmalə yerə yıxılmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs kimi tanıdığı avtomobil sürücü Kəmalənin yerə yıxıldığına məhəl verməyib avtomobildən yerə düşmədiyini görüb o, əsəbləşmiş və “Toyota Corolla" markalı avtomobilə yaxınlaşıb, Həbibə “üzür istə də” sözünü deyərək ayağı ilə Həbibin avtomibilin qapısına zərbə vurmuşdur. Həbib ilə arasında münaqişə yaranmış və o, avtomobilin açıq pəncərəsindən, avtomobildə əyləşən Həbibin əynində olan köynəyini dartıb cırmışdır. Bundan hadisə yerin’ topalaşan şəxslər onu kənara aparmışlar. Bir daha qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra o, əsəbləşib sürücü Zərərçəkmiş şəxs təhqir etsədə, onun əynində olan köynəyi cırıb, “Toyota Corolla" markalı avtomobilin qabaq qapısına ayağı ilə zərbə vursada, onun tərəfindən sürücü Zərərçəkmiş şəxs döyülməyib və o, sürücüyə bədən xəsarəti yetrməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, hal-hazırda kredit şərtləri ilə “Toyota Corolla” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobili sürmək üçün etibarnaməsi var, məhz həmin avtomobil ilə “Bolt” şirtəkinin nəznində taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi Alballıq yeni yaşayış massivi ərazisindən sərnişin götürmüşdür. Buzovna qəsəbəsi Alballıq massivi “Kraska” zavodu adlanan yerdən Maştağa-Buzovna qəsəbəsi istiqamətində saatda təxminən 20-25 km sürətlə hərəkət edən zaman yolun - sol tərəfindən yolu əks istiqamətdə qaçaraq keçmək istəyən qadın piyadanı görmüşdür. Yolu keçən piyada qadın onun avtomobilini görmədiyini başa düşmüş və o, avtomobilin tormozundan istifadə etsədə, qadın piyada onun avtomobilinin sol yan tərəfinin orta hissəsinə çırpılmışdır. O, avtomobli saxlamış və avtomobildən düşmək istəyəndə, qadının həyat yoldaşı Təqsirləndirilən şəxs hadisə baş verəndən qısa vaxt sonra, hadisənin baş vermə səbəbini araşdırmadan, avtomobilinə yaxınlaşmış, ucadan nalayiq ifadələr işlədərək təpik zərbələri ilə onun avtomobilinin sol qapısını əzmişdir. Bundan sonra Ziya onun tərəfdən pəncərənin açıq olmasından istifadə edib, yumruq zəbələri ilə qəsdən qoluna təxminən 3-4 zərbə endirmişdir. Ətrafda olan şəxslər onları aralasada, Ziya yenə də əsəblərini cilovlaya bilməyib, ucadan nalayiq ifadələrini davam etdirərək, təpiklə yenidən avtomobili əzmişdir, köynəyini dartıb cırmış və bir dəfə zərbə ilə qol nahiyyəsinə zərbə endirmişdir. Sonradan ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, sonuncu ilə barışmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış şahid X5 izahatında xx.xx.2025-ci il tarixdə saat 14:25 radələrində həyat yoldaşı Ziyanın idarə etdiyi “Opel Astra” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsi, “Alballıq” massivi ərazisində fəliyyət göstərən tanışının işlədiyi qadın salonuna getmişdir. Ziya avtomobili qadın salonu ilə üzbə-üzdə yolun kənarında saxlamış, o, avtomobildən düşüb yolu əks istiqamətdə, qadın salonu tərəfə keçmək istəmişdir. Buzovna qəsəbəsi “Alballıq” massivi “Karska" zavodu istiqamətindən sonradan markasını “Toyota Corolla” olduğunu bildiyi avtomobili uzaqdan hərəkətdə olmasını görmüşdür. O, yolu əks istiqamətdə keçəcəyini zənn edib, yolu əks istiqamətdə qaçaraq, düzünə keçmək istəyən zaman yüksək sürətlə hərəkətdə olan “Toyota Corolla” markalı avtomobili qabaq sol qapısına çırpılmışdır və yerə yıxılmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs kimi tanıdığı sürücü onun yerə yıxıldığına məhəl qoymamışdır. O, ayağa qalxmış və yenidən yerə yıxılmışdır. Bu vaxt həyat yoldaşı Ziya “Toyota Corolla” markalı avtomobilə yaxınlaşmış və avtomobil sürücüsü Həbib ilə həyat yoldaşı Ziya arasında mübahisə yaranmış. Ziya “üzür istə də” sözünü deyərək ayağı ilə Həbibin avtombilin qapısına zərbə vurmuşdur. Buna baxmayaraq Həbib avtomobildə əyləşib yerə düşmədiyi üçün Ziya bir az əsəbləşib Həbibin əynində olan köynəyini cırmışdır. Bundan sonra o və hadisə yerin topalaşan şəxslər Ziyanı kənara aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 17 mart 2025-ci il tarixli Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin videogörüntüyə baxış keçirmə haqqında protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi “AlballıqQ YYM ərazisində piyada X5 "Toyota Corolla” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması ilə nəticələnən yol nəqliyyat hadisəs baş verib. xx.xx.2025-ci il tarixdə “Toyota Corolla” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Zərərçəkmiş şəxs avtomobilidə olan vidoreqestratordan əldə olunmuş hadisənin video görüntüsünü 1 ədəd video diskə köçürülmüş formada maadi sübut olaraq təqdim etdi. 1 ədəd video disk materiala əlavə edildi. Diskə tərəfindən baxış keçirilən zaman məlum oldu ki, 15 mart 2025ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Carolla markalı avtomobil ilə Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində Silah zavodu deyoilən istiqamətdən kraska zavodu sitiqamətinə hərkət edən zaman “X7” qarşısında dayanmış Opel markalı avtomobilin yanından bir qadının qətl onun qarşısına çıxması və bu an bir kişinin ona tərəf gələrək avtomobilin şüşəsindən onun üzərinəhücum etdiyini, avtomobilin zərbələrdən qismən yelləndiyini, həmçinin qadınında avtobilin sürücüsü olan Zərərçəkmiş şəxs maşından düşmədiyini, əmin şəxsi vurmadğım və yanında əyləşmiş tanımadğığ sərnişinin düşüb oradan uzaqlaşdığını, sürücü Ziyanın avtobili hərəkət hissəindən kənarlaşdırıb 102 zəng xidmətinə məlumat verdiyini görmək olur. Bu səbəbdən də iş materiallarına əlavə olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmalı və iş materiallarına əlavə olunması nəzərə alınmalıdır; - Məhkəmə-tibbi ekspertizasının 29 mart2025-ci il tarixli 238 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir.Ə.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çiyin və bazu onağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ə.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - 05 aprel 2025-ci il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 15 mart 2025-ci il tarixdə xəsarət yetirmiş Təqsirləndirilən şəxs onun əmlakı olan qara rəngli uzunqol gödəkçəsini təqdim etmiş və həmin gödəkçəyə baxış keçirilən zaman köynəyin sol yaxa hissəsinin cırılması aşkar olunmuşdur. Həmçinin qeyd etmişdir ki, onun əmlakı olan köynəyinə 40 manat maddi ziyan dəymişdir; - Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək Ziya hadisənin baş vermə səbəbini araşdırmadan, avtomobilinə yaxınlaşmış, ucadan nalayiq ifadələr işlədərək təpik zərbələri ilə onun avtomobilinin sol qapısını əzmişdir. Bundan sonra Ziya onun tərəfdən pəncəmin açıq olmasından istifadə edib, yumruq zəbələri ilə qəsdən qoluna təxminən 3-4 zərbə endirmişdir. Ətrafda olan şəxslər onları aralasada. Ziya yenə də əsəblərini cilovlaya bilməyib, ucadan nalayiq ifadələrini davam etdirərək, təpiklə yenidən avtomobili əzmişdir, köynəyini dartıb cırmış və bir dəfə zərbə ilə qol nahiyyəsinə zərbə endirmişdir; -05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunmuşdur; - 05 aprel 2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - 05 aprel 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.4 və 70-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 il sınaq müddəti ilə cəza şərti hesab edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 07 iyul 2017-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 1 ay 02 gün çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Cəzasının sonu ilə azad edilmişdir. Səbail Rayon Polis İdarəsində 20 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə 73.2-ci maddəyə əsasən xitam verilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələır, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq cəzası yüngülləşdirilməli, (CM- 69.4), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar