Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-366/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb bilə-bilə saxta sənədlərdən istifadə etmişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edərək sonuncunu Müdafiə Nazirliyinə hərbi polisdə işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 2020-ci ilin sentyabr ayının ortalarından 28 may 2021-ci il tarixə qədər olan müddətdə Zərərçəkmiş şəxs ilkin olaraq 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1200 manat, 2020ci ilin dekabr ayının ortalarında guya Zərərçəkmiş şəxs hərbi biletindəki nöqsanları aradan qaldıracağı adı ilə ünvan 3 ünvanında 800 manat, 2020-ci ilin dekabr ayının sonlarında guya Zərərçəkmiş şəxs kursa getməməsi üçün poçt vasitəsilə 2400 manat, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs həkim komissiyasını həll edəcəyi adı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əlbə-əl 400 manat, 2021-ci ilin yanvar ayının sonlarında işə düzləcəyi üçün “şirinlik” adı ilə poçt vasitəsilə ilə 250 manat, 2021-ci ilin fevral ayınının sonlarında işin gedişatını tezləşdirmək üçün poçt vasitəsilə 2000 manat, 2021-ci ilin mart ayının ortalarında zabit rütbəsi alacağı adı ilə poçt vasitəsilə 948 manat və 26 mart 2021-ci il tarixdə poçt vasitəsilə 252 manat, 05 aprel 2021-ci il tarixdə işə düzələcəyi təqdirdə təminat bölüyünə düşməsi üçün poçt vasitəsilə 100 manat, 08 aprel 2022-ci il tarixdə 500 manat, 2021-ci ilin aprel ayının ortalarında rüsum adı ilə poçt vasitəsilə 603 manat, 20 aprel 2021-ci il tarixdə guya işə çıxacağı üçün Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında əlbəəl 3000 manat, 22 aprel 2022-ci il tarixdə guya təminat bölüyünə düşməsi üçün əlavə poçt vasitəsilə 1445 manat, 05 may 2021-ci il tarixdə qan pulu adı ilə poçt vasitəsilə 312 manat, 08 may 2021-ci il tarixdə işə çıxacağı təqdirdə kodunun olacağı adı ilə Bakı şəhəri Koroğlu metrosunun yaxınlığında əlbə-əl 1000 manat, 18 may 2021-ci il tarixdə yenidən qan puluna görə poçt vasitəsilə 100 manat, 21 may 2021-ci il tarixdə poçt vasitəsilə daha bir 100 manat və 23 may 2021-ci il tarixdə isə poçt vasitəsilə 112 manat, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından guya Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı hüquq verən rəsmi sənədi istintaqa məlum olmayan vaxtda və yerdə hazırlayaraq saxtalaşdırıb, həmin sənədi Zərərçəkmiş şəxs 28 may 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən “N” saylı hərbi hissənin qarşısında təqdim etməklə guya Zərərçəkmiş şəxs Hərbi polisin rəisi ilə görüşdürəcəyi və hərbi forma alacağı ilə bağlı sonuncu dəfə həmin tarixdə 1000 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 16522 (on altı min beş yüz iyirmi iki) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs guya anasının vəziyyətinin pis olması və bununla bağlı ona təcili 3000 manat pul lazım olması adı ilə aldadaraq Zərərçəkmiş şəxs 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 3000 (üç min) manat məbləğində pul alıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs guya ürəyində olan xəstəliyindən müalicə olunmaq üçün İran İslam Respublikasına gedəcəyi və bununla bağlı ona təcili 2000 manat pul lazım olması adı ilə aldadaraq Zərərçəkmiş şəxs 22 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 2000 (iki min) manat məbləğində pul alıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Naxçıvanda Əlahiddə ümumqoşun ordusunda tankçı kimi xidmət etmişdir. 2016-cı ilin aprel döyüşlərində travma aldığına görə 2018-ci ildən ordu sıralarından təxris olmuşdur. 2020-ci ilin sentyabr ayında o, tikintilərin birində suvaq ustası işləyərkən Nazim adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Nazim Yusif adlı tanışını Müdafiə Nazirliyində hərbi polisə işə düzəltmək istədiyini bildirmişdir. O, bunun üçün ilkin olaraq 1200 manat pul lazım olduğunu demiş, Nazim də ,Yusiflə danışıb pulu alıb ona verəcəyini demişdir. 2020-ci ilin sentyabr ayında Nazim Yusifi işə düzəltmək üçün ona Binə qəsəbəsində 1200 manat pulu vermişdir. Sonradan o, Yusifin Sumqayıt şəhərində yerləşən evinə getmiş və hərbi biletində olan nöqsanları aradan qaldırmaq üçün ondan 800 manat pul almışdır. Həmin vaxt Yusifin anası Səmayə və arvadı Rufanə orada olmuşdur. 2020ci ilin dekabr ayının sonlarında Yusifə zəng edərək pandemiya vəziyyətində kursa getməməsi üçün ondan 3000 manat pul istəmiş və Yusif poçt vasitəsilə 2400 manat məbləğində pulu ona göndərmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində tibb komisiyasından keçmək üçün Yusifi Xəzər rayonu, Binə qəsəbəsinə dəvət etmiş və orada ondan həkim komissiyasını həll etmək üçün 400 manat pul almışdır. Bundan bir neçə gün sonra anasının vəziyyətinin pis olduğunu bildirərək 10 yanvar 2021-ci il tarixdə Yusifdən Xəzər rayonu, Binə qəsəbəsində 3000 manat pul almışdır. Bundan 10 gün sonra Yusifə zəng edərək ürəyindəki xəstəlikdən müalicə olunmaq üçün İrana gedəcəyini bildirib ondan 22 yanvar 2021-ci il tarixdə Binə qəsəbəsində 2000 manat pul almışdır. X2 adlı qadının telefon nömrəsini verərək onun Müdafiə Nazirliyində kadrlarda işlədiyini bildirib həmin qadınla əlaqə saxlamağı məsləhət görmüşdür. Bundan sonra o, Yusiflə “Whatsapp”da Aygün adı ilə yazışmış və 250 manat pul göndərməsini istəmişdir. Yusif də, 2021-ci ilin yanvar ayının sonlarında pulu poçt vasitəsi ilə pulu onun adına göndərmişdir. 2021-ci ilin fevral ayında Aygünün adından Yusifə yazaraq özünün vəfat etdiyini bildirib işin gecikdiyini və tezləşdirmək üçün 2000 manat pul lazım olduğunu demişdir. Yusif də, 2021-ci ilin fevral ayınının sonlarında 2000 manat pulu poçt vasitəsilə onun hesabına göndərmişdir. Daha sonra Aygün adı ilə Yusifə yazaraq zabit rütbəsi alacağını bildirərək Yusifdən 2021-ci ilin mart ayının ortalarında 948 manatı poçt vasitəsilə əldə etmiş, qalan 252 manat pulu isə Yusif yoldaşı Şahid2 adından 26 mart 2021-ci il tarixdə poçt vasitəsilə onun hesabına göndərmişdir. Daha sonra Aygün adı ilə Yusifə yazaraq təminat bölüyünə düşməsi üçün 600 manat pul istəmiş və Yusif 05 aprel 2021-ci il tarixdə 100 manat, 08 aprel 2021-ci il tarixdə isə 500 manat pulu onun hesabına göndərmişdir. 2021-ci ilin aprel ayının ortalarında yenidən Aygün adı ilə Yusiflə yazışaraq rüsum üçün əlavə 603 manat pul istəmiş və Yusif həmin pulu 2021-ci ilin aprel ayının ortalarında poçt vasitəsilə onun hesabına göndərmişdir. 19 aprel 2021-ci il tarixdə özünü Yusifə “Whatsapp”da Zaur kimi təqdim edərək rəis olduğunu bildirib ondan işə çıxacağı üçün 3000 manat pul istəmişdir. Yusif 20 aprel 2021-ci il tarixdə 3000 manat pulu 20 yanvar metrosunun yaxınlığında onun tanışına vermişdir. Bundan bir gün sonra Təranə adı altında “Whatsapp”da Yusifə yazaraq təminat bölüyünə düşməyi üçün əlavə 1445 manat pul lazım olduğunu demiş və Yusif 22 aprel 2022-ci il tarixdə həmin pulu poçt vasitəsilə onun hesabına göndərmişdir. 2021-ci ilin may ayının əvvəllərində özünü Könül kimi təqdim edib qan pulu üçün Yusifdən 312 manat pul istəmiş və Yusif 05 may 2021-ci il tarixdə poçt vasitəsilə Sumqayıt şəhərindən 312 manat pulu onun hesabına göndərmişdir. Bundan bir neçə gün sonra özünü Kamil kimi təqdim edib Yusifdən işə çıxacağı təqdirdə kodu olacağı üçün ondan 1000 manat pul istəmiş və Yusif 08 may 2021-ci il tarixdə həmin pulu Bakı şəhəri Koroğlu metrosunun yaxınlığında başqa bir tanışına vermişdir. 2021-ci ilin may ayının ortalarında Könülün adından Yusifə yazaraq qan puluna görə əlavə 312 manat pul istəmiş və Yusifin yoldaşı Rüfanənin adından 18 may 2021-ci il tarixdə 100 manat, 21 may 2021-ci il tarixdə isə 100 manatı Yusifin yoldaşı Rüfanənin adından onun hesabına poçt vasitəsilə göndərilmişdir. 23 may 2021-ci il tarixdə Yusif qan pulunun qalan 112 manatını onun hesabına göndərmişdir. 28 may 2021-ci il tarixdə özünü Zaur kimi təqdim edərək Yusifə zəng edib Binə qəsəbəsində görüşmüşdür. Yusifi hərbi polisin rəisi Kazım adlı şəxşlə görüşdürmək və hərbi forma vermək üçün odan 4000 manat pul istəmiş, Yusif isə ona 1000 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra birlikdə Qala qəsəbəsi, Xaşa- Xuna bağlarında yerləşən hərbi hissənin qarşısına getmişlər və Yusif orada ona 1000 manat pul vermişdir. Daha sonra Yusiflə Qalada yerləşən hərbi geyimlərin satışı mağazasına girmiş və o, Yusifə 60 manata hərbi səhra geyimi forması almışdır. Daha sonra Yusifdən onun hesabına poçt vasitəsilə göndərdiyi pullara dair qəbzlərin bir qismini alıb Yusifə Müdafiə Nazirliyinin əmri ilə leytenant rütbəsi verildiyi, 23 iyul 2021-ci il tarixdə qərargah rəisinin 0.68 nömrəli əmri ilə işə çağrıldığı və guya əmrin icrasının kadrlar rəisi Zaur Məmmədova həvalə olunduğu əks olunmuş hazırladığı saxta sənədləri ona təqdim etmişdir. Bundan sonra Yusiflə əlaqəni kəsmiş və Yusif ona bir neçə dəfə zəng etsə də, zənglərə cavab verməmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını, biri xəstə olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Müdafiə Nazirliyində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyət göstərsə də, sonradan ordu sıralarından təxris olunmuşdur. İşsiz olduğu üçün xalasının əri Mübariz Nazim adlı tanışının onu işə düzəldə biləcəyini demişdir. 2020-ci ilin sentyabr ayının ortalarında Mübarizlə birlikdə Nazim adlı şəxslə Sabunçu rayonu Pirşağı qəsəbəsində görüşmüşdür. Nazim özünü istefada olan zabit kimi təqdim edərək 1200 manat pula onu hərbi polisə işə düzəldəcəyini demişdir. O, razılaşıb həmin günü Mübarizə evdə 500 manat pul, səhəri gün isə 700 manat pul vermişdir. Nazim Müdafiə Nazirliyində kargüzarlıqda işləyən Təqsirləndirilən şəxs tanışının ona köməklik edəcəyini demişdir. 2020-ci ilin dekabr ayının ortalarında Zakir onun Sumqayıt şəhərində yaşadığı evinə gələrək hərbi biletində olan nöqsanları aradan qaldırmaq üçün 800 manat pul istəmiş və o, həmin pulu ona vermişdir. Həmin vaxt anası Səmayə və arvadı Rufanə evdə olmuşdur. 2020-ci ilin dekabr ayının sonlarında Zakir əlavə olaraq ondan pandemiya vəziyyətində kursa getməməyi üçün 2400 manat məbləğində pul almışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Binə qəsəbəsində Zakirə həkim komissiyasını həll etmək üçün 400 manat pul vermişdir. Bundan bir neçə gün sonra Zakir anasının vəziyyətinin pis olduğunu bildirdiyi üçüen ona 10 yanvar 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində 3000 manat pul vermişdir. Təxminən 10 gün sonra Zakir ürəyində olan xəstəlikdən müalicə olunmaq üçün İrana gedəcəyini deyib ondan 22 yanvar 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində 2000 manat pul almışdır. Bundan sonra Aygün adlı qadın “Whatsapp”da ona yazmış və Zakirin adı ilə 2021-ci ilin yanvar ayının sonlarında ondan 250 manat pulu poçt vasitəsi ilə almışdır. 2021-ci ilin fevral ayının ortalarında Aygün ona “Whatsapp”da yazaraq Zakirin vəfat etdiyini və Zakirin Lerik rayonunda dəfn olunacağını bildirmişdir. Bundan bir neçə gün sonra Aygünün “Whatsapp”da yazaraq işi tezləşdirmək üçün ondan istədiyi 2000 manat pulu 2021-ci ilin fevral ayınının sonlarında poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. Daha sonra Aygün zabit rütbəsi alacağını bildirərək ondan 1200 manat pul istəmişdir. O, 2021-ci ilin mart ayının ortalarında 948 manat pulu poçt vasitəsilə Zakirin hesabına göndərmiş, qalan 252 manat pulu isə arvadı Şahid2 onun tapşırığı ilə 26 mart 2021-ci il tarixdə poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. Daha sonra Aygün 2021-ci ilin aprel ayının əvvəllərində onun təminat bölüyünə düşməyi üçün 600 manat pul istəmiş və o, 05 aprel 2021-ci il tarixdə 100 manat, 08 aprel 2021-ci il tarixdə isə 500 manat pulu Zakirin hesabına göndərmişdir. 2021-ci ilin aprel ayının ortalarında Aygün rüsum üçün ondan əlavə 603 manat pul istəmiş və o, həmin pulu 2021-ci ilin aprel ayının ortalarında poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. 19 aprel 2021-ci il tarixdə özünü Zaur kimi təqdim edən şəxs “Whatsapp”da ona yazaraq rəis olduğunu bildirib işə çıxacağı üçün ondan 3000 manat pul istəmiş və o, 3000 manat pulu Zaura çatdırması üçün 20 aprel 2021-ci il tarixdə 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsə vermişdir. Bundan bir gün sonra Təranə adlı qadın “Whatsapp”da yazaraq təminat bölüyünə düşməyi üçün əlavə 1445 manat pul istəmiş və o, 22 aprel 2022-ci il tarixdə həmin pulu poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. 2021-ci ilin may ayının əvvəllərində Könül adlı şəxs “Whatsapp”da yazaraq qan pulu üçün ondan 312 manat pul istəmiş və o, 05 may 2021-ci il tarixdə həmin pulu poçt vasitəsilə Sumqayıt şəhərindən Zakirin hesabına göndərmişdir. Bundan bir neçə gün sonra Kamil adlı şəxs “Whatsapp”da yazaraq işə çıxacağı təqdirdə kodunun olacağını bildirib ondan 1000 manat pul istəmiş və o, 08 may 2021-ci il tarixdə həmin pulu Kamilə çatdırması üçün Koroğlu metrosunun yaxınlığında bir nəfər tanımadığı şəxsə vermişdir. 2021-ci ilin may ayının ortalarında Könül adlı qadın yenidən qan puluna görə əlavə 312 manat pulu istəmiş və arvadı Rüfanə onun tapşırığı əsasında 18 may 2021-ci il tarixdə həmin pulun 100 manatını, 21 may 2021-ci il tarixdə isə daha 100 manatını poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. 23 may 2021-ci il tarixdə o, qan pulunun qalan 112 manatını poçt vasitəsilə Zakirin hesabına göndərmişdir. 28 may 2021-ci il tarixdə Zaur adlı şəxs zəng edərək onunla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində görüşmüşdür. O, həmin şəxsin Zakir olmasını görmüş və Zakir onu hərbi polisin rəisi Kazım adlı şəxşlə görüşdürmək və hərbi forma vermək üçün ondan 4000 manat pul istəmişdir. O, Zakirə Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən hərbi hissənin qarşısına getmiş və orada Zakirə 1000 manat pul vermişdir. Daha sonra Zakirlə Qalada yerləşən hərbi geyimlərin satışı mağazasına getmiş və Zakir həmin mağazadan ona 60 manat müqabilində hərbi səhra geyimi forması almışdır. Daha sonra Zakir ondan oçt vasitəsilə pul göndərərkən aldığı qəbzləri istəmiş, o, da üstündə olan poçt qəbzlərinin bir qismini Zakirə vermişdir. Qəbzlərin bir qismi isə yaşadığı evdə olmuşdur. Zakir isə ona bir sıra sənədlərin surətini təqdim etmişdir. Həmin sənədlərdə ona Müdafiə Nazirliyinin əmri ilə leytenant rütbəsi verildiyi, 23 iyul 2021-ci il tarixdə qərargah rəisinin 0.68 nömrəli əmri ilə işə çağrıldığı və guya əmrin icrasının kadrlar rəisi Zaur Məmmədova həvalə olunduğu əks olunmuşdur. Bundan sonra Zakir onu vəd verdiyi işi düzəltməmiş və pulları geri qaytarmamışdır. O, Zakirlə əlaqə yaratmağa çalışsa da, əlaqə yarada bilməmişdir. Buna görə də, məcbur olub polisə şikayət etmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, bir neçə il olar ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində hərbi geyim mağazasını işlədir. 28 may 2021-ci il tarixdə, saat 15 radələrində 2 nəfər şəxs işlədiyi mağazaya daxil olaraq onlardan biri hərbi səhra geyimi forması istəmişdir. O, həmin şəxsdən xidməti vəsiqəsini göstərməsini tələb etmiş və sonuncu cibində olan hərbi vəsiqəsini təqdim etmişdir. O, vəsiqəyə baxarkən üzərində Təqsirləndirilən şəxs yazıldığını görmüşdür. Bundan sonra vəsiqəsini təqdim edən şəxs 60 manat pul ödəyərək ondan hərbi səhra geyimi alaraq mağazadan getmişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayının əvvəllərində Zakir adlı şəxs hərbi formada onların Sumqayıt şəhərində yerləşən evinə gələrək əri Yusifin hərbi biletdə olan nöqsanları aradan qaldırmaq üçün qaynanası Şahid1 800 manat pul almışdır. Ümumilikdə Zakir Yusifin işi ilə bağlı 2021-ci ilin may ayının sonuna qədər 21522 manat məbləğində pul almışdır. Bundan sonra Zakir telefonlara cavab vermədiyindən Yusif polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs əvvəllər Müdafiə Nazirliyində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyət göstərsə də, sonradan təxris olunmuşdur. O, bu barədə Yusif qohumuna, yəni bacısının əri Mübarizə demişdir. Mübariz isə Nazim adlı tanışının oğlu Yusifi işə düzəldə biləcəyini demişdir. 2020-ci ilin sentyabr ayında Yusif bacısının əri Mübarizlə birlikdə Nazim adlı şəxslə Sabunçu rayonu Pirşağı qəsəbəsində görüşmüş və Nazim özünü istefada olan zabit kimi təqdim edərək 1200 manat pula Yusifi hərbi polisə Yusifi işə düzəldəcəyini demişdir. Yusif razılaşıb həmin gün Mübarizə Pirşağıda 500 manat, səhəri gün isə 700 manat pul vermişdir. Nazim tanışı olan Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində kargüzarlıqda işlədiyini və Yusifə köməklik edəcəyini demişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Zakir hərbi formada “Koroğlu” metrosunun yanına gələrək Yusiflə görüşmüşdür. Bir neçə gün sonra Zakir Yusifin Sumqayıt şəhərində yerləşən evinə gələrək hərbi biletdə olan nöqsanları aradan qaldırmaq üçün 800 manat almışdır. Həmin vaxt yanında gəlini Rüfanə olmuşdur. Daha sonra Zakir oğlundan 2021-ci ilin may ayının sonuna qədər ümumilikdə 21522 manat məbləğində pul almışdır. Bundan sonra Zakirlə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, əlaqə yarada bilməmişlər. Daha sonra oğlu Yusif məcbur olub polisə müraciət etmişdir. 31 avqust 2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 26 mart 2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs 252 manat, 05 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs 100 manat, 22 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs 1445 manat, 05 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs adından Təqsirləndirilən şəxs 312 manat, 18 may 2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs 100 manat və 21 may 2021-ci il tarixdə Şahid2 adından Təqsirləndirilən şəxs 100 manat pul köçürülmüşdür. İş materiallarında olan sənədlərin surətinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin sənədlərdə Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin əmri ilə leytenant rütbəsi verilməsi, Müdafiə Nazirliyinin 091 saylı əmrinə əsasən 28 mart 2021-ci il tarixdə xidmət yerinin rabitə sahəsi olması, 23 iyul 2021-ci il tarixdə qərargah rəisinin 0.68 nömrəli əmri ilə işə çağırılması, əmrin icrasının kadrlar rəisi Zaur Məmmədova həvalə olunması və mənzil kommunal sahəsindən Zərərçəkmiş şəxs Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinə təqdim olunması üçün arayışın verilməsi kimi məlumatlar əks olunmuşdur. İş materiallarında olan mobil telefon yazışmalarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin yazışmalarda çoxsaylı sms-lər yazılmışdır. Belə ki; «əgər mühafizə polis işləmək istəsə deyərsiz düzəldərik, işə çıxar 4000 verər işə çıxandan sonra», «borcum 3 mindi sizə», «3 min anam xəstə vaxtında vermisən mənə borca», «buyun o pulu yollasa saba o işə çıxmasa quran kəssin məni», «mən indi şöbə rəisiyəm», «iş hazırdı», «mənə konkre t cavab deyin, ya da ki, pulu qaytaraq», «bax raport yazılar, sora gec olar», «Aygün gəldi bizə, kadrlar rəyisi», «lap pulu yolla ona», «Yusifə de sabah 156 manat yükləsin», «zatıma dənət o işdə olmasa», «tam ciddi sözümdür», «sabah yolladın, birisi gün işdədir vallah», «pulu yollasın, işinə çıxsın», «bacı göndər Yusifi gəlsin, raportun yazsın, ondan zabit olmaz, adını çıxarıram burdan», «xala mütləq qaytaracam», «bax yer var, maxe yeri, hərbi polisdə, and olsun Allaha, gəlsin mən onu yerləşdirim bura», 051 530 45 67 Könül Cavadova, anbar xidmətinin rəyisi», «1 həftəyə düzəldirəm, dayımda orada işləyir, işə düzəldirəm də, 1 həftəyə işdədir, düz bir həftəyə, mühafizə yox, nazir verir qərarı, biz yox, biz sadəcə iş aparırıq, arxayın olun», «gəl o pulların yerinə Yusifi verəy ora, dəqiqdir, ayın 5-də Yusif işdədir», həvəslə gözlədiyin gün gəldi çatdı, təbrik edirəm, tam ciddi deyirəm», «əgər sabah işdə olmasa mənə nə deyirsən de», «forması da, botinkası da məndədir, fakt işdədir», «bu gün gecdir, sabah saat 9 da gəlsin sahil metrosunun yanına», «158 manat da ödəsin gəlsin, Uğurun, Zakirin, Yusifin canı səmimi deyirəm, gəlsin görsün yalandır, düzdür», «salam, Yusifi yolla sabah zabitlər evinə, orda qəbul edərlər onu, mən də Zakirəm, bil» «ay anam, 150 manatım çatmır», «Allah haqqı yer var, maxeliyə, nasosnuda, bir də sərhəd qoşunlarında, mühafizə polisində yer var», «Yusifə yalvaran deyiləm, yer var gəlsin verim Bakıda hərbi hissələrə, mən onu maxe kimi verə bilərəm Bakı daxili hərbi hissələrə», «050 516 27 N Məmmədov Kamil 55 yaşı var», «yaxşı, sabah saat 11-də pulu yollasın, poçtla, sonra gəlsin sahil metrosuna, zabitlər evinə, ordan da gedərik biləcəriyə, sənədləri götürüb gedərik», «sabah rəyis deyir gətir yanıma», «mən gizir, o polkovnik», «salam, Yusif istəyir işləmək, yer var Nasosluda». İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 sentyabr 2021-ci il tarixli, 055-19990-1221 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi və mülki işçi kimi işləməsi barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 11 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 26 may 1979-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - Lerik rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsinin 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşmüş və Lerik rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə görə təyin edilmiş islaş işləri cəzasından azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməni nəzərdə tutur. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış və ondan istifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan ona verilmiş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onun nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Hüseynzadənin 04 aprel 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə Binə qəsəbəsi, Südçülük sovxozunda saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilməsi üçün 1-ci Polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 17 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 may 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-366/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-366/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver