Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-366/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Kənd Bazarı” adlandırılan ticarət obyektinin qarşısındakı avtobus dayanacağının yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs avtobusdan düşdükdən sonra onunla görüşmüş, Təqsirləndirilən şəxs özünə “Go” spirtli enerji içkisi almaq üçün ondan 2 manat pul istəmiş, sonuncu 2 manat pulu olmadığını və üzərində 1 manat yol pulu olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onun əlindəki dəyəri 800 manat olan "İphone 12 Pro” markalı mobil telefonu baxmaq adı ilə göstərməyi bildirmiş, bu zaman kənar şəxslərin gözü qarşısında qəfildən həmin telefonu Zərərçəkmiş şəxs əlindən alaraq qaçıb yaxınlıqdakı “Kənd Bazarı” adlandırılan ticarət obyektinin içərisinə daxil olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat məbləğində ziyan vurub özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. 26 fevral 2025-ci il tarixdə saat 22 radələrində əvvəl tanıdığı Ağamirzə və Əkbər adlı şəxslər ilə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsi, mərkəz deyilən ərazidə olan avtobus dayanacağında dayanaraq söhbət edən zaman əvvəl tanıdığı Ruslan adlı şəxs avtobusdan düşmüşdür. Həmin vaxtdan əvvəl Əkbərlə 2-3 ədəd spirtli enerji içkisi olan Go içmişlər, ona görə də sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt yenidən spirtli içki almaq üçün 2 manat pulu çatmamışdır, ona görə Ruslandan pul istəmiş, lakin Ruslan ona pulunun olmadığını bildirmişdir. Ruslanı bir qədər kənara çəkmişdir ki, aralıda onunla söhbət etsin, bu zaman Ruslanın əlində tutduğu göy rəngli “İphone 12 PRO” markalı mobil telefonu görüb baxmaq adı ilə ondan almışdır. Telefonu ondan aldıqdan sonra yavaşca ondan aralaşmış və qaçaraq yaxınlıqdakı bazara daxil olub mağazaların arasında Ruslanı azdırmışdır, Ruslan daha onu görə bilməmişdir. Sonradan isə evə getmişdir. Səhəri gün, yəni 27 fevral 2025-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsində yaşayan tanışı Əkbərlə görüşüb Ruslanın telefonunu ona verib bildirmişdir ki, dünən sərxoş olanda Ruslanın əlindən telefonunu almışdır, xahiş etmişdir ki, telefonu aparıb Binə qəsəbəsində “Duman” kişi salonunda işləyən Əkbərin də tanıdığı Arzuman adlı bərbərə versin ki, Arzuman Ruslanı tanıdığına görə ona çatdırsın. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, Ruslanın əlindən mobil telefonunu alıb qaçan zaman Əkbər və Ağamirzə Ruslan avtobusdan düşəndə yanında olmuşlar, hətta Ruslandan pul istəyəndə də onun yanında olmuşlar, lakin sonradan Ruslanı kənara çəkmişdir ki, guya onunla söhbəti var, buna görə Əkbər və Ağamirzədən aralaşmışdır, onlar da elə bilmişlər ki, Şamilin yəqin Ruslanla nəsə şəxsi söhbəti var, ona görə yaxın gəlməmişlər. Bu zaman Ruslanın telefonunu əllindən alıb qaçmışdır. Onlar Şamilin nəyə görə və hara qaçdığını da bilməmişlər. X4 bir qədər kənara çəkmişdir ki, ondan telefonu alıb rahat qaça bilsin. Telefonu Zərərçəkmiş şəxs əlindən alıb qaçmaqda məqsədi bu olmuşdur ki, həmin vaxt sərxoş olumuşdur, Ruslan ona pul vermədiyinə görə o, da acığını ondan çıxmaq üçün telefonunu alıb qaçdığını bildirmişdir. Törərdiyi əməldən peşmandır, ziyanın ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 26 fevral 2025-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.isazadə küçəsində mərkəz deyilən ərazidə “Kənd Bazarı” adlandırılan ticarət obyektinin qarşısındakı avtobus dayanacağında avtobusdan düşdükdən sonra əvvəl tanıdığı İsmayıl adlı şəxslə görüşmüş, onun yanında iki nəfər də olmuşdur. Onlardan birnin adı Əkbər olduğunu bilmiş, digərini isə üzdən tanımışdr. Onlarla görüşmüşdükdə İsmayıl ondan iki manat pul istəsə də, ona üzərində 01 manat pulunun olmasını, bu pulun özünün yol pulusu olmasını, buna görə ona verə bilməyəcəyini bildirmişdir. Eyni zamanda hiss etmişdir ki, İsmayıl sərxoşdur. İsmayıl daha sonra əlini onun çiyninə qoyaraq onu bir qədər kənara çəkib mobil telefonuna baxmaq istədiyini dedikdə özünə məxsus 800 manat dəyərində tünd göy rəngli üzərində istifadə etdiyi ***-***-**-** mobil nömrə olan “İphone 12 pro” markalı mobil telefonunu ona vermişdir. İsmayıl telefonu əlinə götürən kimi qaçmış və yaxınlıqdakı bazarın içərisinə daxil olmuşdur. Tez yaxınlaşıb Əkbərdən İsmayılın onun telefonunu alıb bazarın içərisinə qaçdığını dedikdə və onun hara qaçdığını soruşduqda, Əkbər bundan xəbərsiz olduğunu və onun qaçdığını görmədiyini bildirmişdir. Əkbərdən xahiş etmişdir ki, onun telefonundan öz mobil nömrəsinə zəng vursun ki, bəlkə İsmayıl cavab verər və onu geri çağırıb telefonunu ondan alar. Lakin Əkbərin nömrəsində balans olmadığına görə nömrəsinə zəng vura bilməmişdir. Yoldan keçən tanımadığı bir nəfərdən xahiş etmiş ki, öz nömrəsinə zəng vursun, həmir şəxs telefonunu verdikdə belə İsmayıl zəngə cavab verməmişdir. Ona görə də İsmayılın qaçdığı istiqamətə, yəni bazarın içərisinə onun arxasınca qaçmış, bazarı bir qədər axtarsa da, bazarın içərisində onu tapa bilməmişdir. Daha sonra evə getmiş, İsmayılın telefonunu qaytaracağını düşündüyü üçün həmin vaxt polisə məlumat verməmişdir Hadisə nəticəsində ona 800 manat maddi ziyan dəydiyini, hadisədən əvvəl İsmayılla aralarında hər hansı bir ədavət və ya narazılıq, hazırda ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə axsam saatlarında Binə qəsəbəsindən tanıdığı İsmayıl adlı şəxslə birlikdə mərkəzi küçədə rastlaşmış və onunla mağazadan spirtli içki olan “Go” alıb ayqüstə içmişlər. Saat 22 radələrində Binə qəsəbəsində yerləşən “Kənd Bazarı” adlandırılan ticarət obyektinin qarşısında avtobus dayanacağında dayandığqları zaman Binə qəsəbəsindən tanıdığı Ağamirzə adlı şəxs də onlara rastlaşıb görüşüb onların yanında dayanmışdır. Bu zaman avtobus dayanmış və əvvəllər bərbər kimi tanıdığı Ruslan adlı şəxs avtobusdan düşüb onlarla görüşmüşdür. Hər üçü də Ruslanı tanıyırdılar. İsmayıl ondan 2 manat pul istəmiş, Ruslan isə pulu olmadığını bildirmişdir. Sonra İsmayıl onunla bir qədər kənara çəkilmişlər, özü isə Ağamirzə ilə dayanacağın yanında gəzişərdilər. Bu zaman Ruslan arxadan ona yaxınlaşıb demişdir ki, “İsmayıl mənim telefonumu götürüb bazarın içərisinə qaçdı” deyərək telefonu ilə öz nömrəsinə zəng vurmaq istəmiş, lakin nömrəsində kontur olmadığına görə zəng vura bilməmişdir. Sonra Ruslan başqa bir nəfərdən xahiş etmiş, öz nömrəsinə zəng vurmuş, lakin İsmayıl zəngə cavab verməmişdir. Bundan sonra Ruslan çıxıb bazara tərəf getmiş, özü isə Ağamirzədən aralaşıb evə getmişdir. Səhəri gün saat 11-12 radələrində oyanmış, telefonuna baxanda görmüşdür ki, İsmayıl bir neçə dəfə ona zəng vurmuşdur. İsmayılla danışdəqda İsmayıl ona demişdir ki, “dünən sərxoş olmuşam, Ruslanın telefonunu əlindən almışam, hazırda telefon məndədir, xahiş edirəm gəl telefonu sənə verim apar Arzumana ver və deyersən ki, Ruslana versin”. İsmayıla demişdir ki, “problem yoxdur, onda telefonu gətir mənə ver mən də aparım Arzumana verim və deyim ki, Ruslan gəlib ordan götürsün”. Bir neçə dəqiqədən sonra ismayılla yaxınlıqda görüşmüş, İsmayıl telefonu ona vermiş və o, telefonu aparıb Arzumana verib demişdir ki, Ruslan gələndə ona versin. Zərərçəkmiş şəxs əlindən mobil telefonunu İsmayıl alıb qaçdığını görmədiyini, həmin vaxt onlardan bir qədər aralıda olduğunu, onların arasında nə söhbət olduğunu və nə baş verdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hazrda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əkbər, İsmayıl və Ruslan adlı şəxsləri Binə qəsəbəsindən tanıyır. 26 fevral 2025-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsində mərkəzi küçədə yerləşən avtobus dayanacağının qarşısında Əkbər və İsmayıl ilə rastlaşıb birlikdə dayanaraq söhbət etmişlər. Orada olan zaman Ruslan avtobusdan düşmüş, onlarla görüşmüş və İsmayıl Ruslandan 2 manat pul istəmişdir. Ruslan pulunun olmadığını demiş, daha sonra İsmayıl onu bir qədər kənara çəkmiş, özü isə Əkbərlə bir qədər onlardan aralaşmışdır, İsmayıl Ruslanla nə söhbət etdiyini bilməmişlər. Birdən Ruslan onlara yaxınlaşıb demişdir ki, “İsmayıl mənim telefonunu əlimdən alıb bazara tərəf qaçdı”. Əkbərin telefonunda kontur olmadığına görə Ruslan yoldan keçən tanımadığı bir nəfər şəxsdən xahiş etdi ki, öz nömrəsinə zəng vursun, bəlkə ismayıl onun telefonunu zənginə cavab verər, lakin İsmayıl onun zənginə cavab vermədi. Ona görə Ruslan həmin bazarın içərisinə tərəf qaçmışdır ki, ola bilsin İsmayılı tapar. Bundan sonra Əkbərlə sağollaşaraq ondan aralaşıb evinə tərəf getmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 Elburus oğlu ibtidai istintaq zamanı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır, Binə qəsəbəsində yerləşən “Duman” salonunda bərbər işləyir. Zərərçəkmiş şəxs onun tələbəsi olmuşdur, yəni bərbər sənətini ona öyrətmişdir, hazırda isə onun yanında işləmir. Təqsirləndirilən şəxs isə işlədiyi kişi salonunun yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasında işlədiyi üçün tanımışdır. Əkbər adlı şəxsi də salona müştəri qismində gəldiyi üçün tanımışdır. 27 fevral 2025-ci il tarixdə saat 20 radələrində salonda olan zaman Əkbər salona gələrək göy rəngli “İphone 12 Pro” markalı mobil telefonu ona verərək demişdir ki, "Ruslan gəlsə bu telefonu ona verərsən”. Arzaman zəng vurub Ruslana bildirmiş, Ruslan da demişdir ki, gəlib telefonu götürəcək, lakin başqa bir söz deməmişdir. İşdən çıxıb evə gedən zaman Ruslanla zəngləşib telefonu ona vermişdir. Ruslan ona bildirmişdir ki, bir gün əvvəl telefonu İsmayıl onun əlindən alıb qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Kənd Bazarı” adlanan ticarət obyektinin qarşısındakı avtobus dayanacağının qarşısıdır. Hadisə yerində Təqsirləndirilən şəxs bildirmişdir ki, Ruslan adlı şəxs avtobusdan düşdükdən sonra ondan 2 manat pul istəmiş, Ruslan pulu olmadığın bildirmiş, daha sonra isə onun əlindən “İphone 12 pro” markalı mobil telefonunu baxmaq adı ilə alıb qaçaraq ‘Kənd Bazarı” adlanan ticarət obyektinə daxil olub mağazaların arasından qaçıb uzaqlaşmışdır. Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs araşdırma zamanı izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Kənd bazarı” adlanan ticarət obyektinin qarşısındakı avtobus dayanacağında İsmayıl adlı şəxs tərəfindən soyğunçuluq yolu ilə ona məxsus “İphone 12 pro” markalı mobil telefonunu əlindən alaraq qaçmış və səhəri gün Binə qəsəbəsində “Duman” adlanan kişi salonunda bərbər işləyən Arzuman adlı şəxs tərəfindən həmin mobil telefon ona qaytarılmışdır. Həmin mobil telefona baxış keçirilmiş, telefon işlək və tam saz vəziyyətdə olmuş, heç bir nasazlığı aşkar edilməmişdir. “İphone 12 pro” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1499 nömrəli rəyindən görünür ki; Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək iqtidarında olmuş, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır, hərəkəti CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmiş, eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Xəzər rayon prokurorunun “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatətin təmin edilməməsi və müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatətin təmin edilməməmiş və o, müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 180.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət (az ağır) törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, CM-nin 69.3-cü maddəsinə əsasən (hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlğın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır) şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddətin azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesablanmasını və təyin olunmuş cəzadan çıxılmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “İphone 12 pro” markalı mobil telefonunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış “İphone 12 pro” markalı mobil telefonunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(003)-366/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-366/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver