Məhkəmə qərarları › İş №1(003)-367/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-367/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-367/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının qalan hissəsinin çəkilməsindən vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq YYM-də nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi çəkisi 0,558 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində daşıyaraq üzərində saxlamış, 12 mart 2025-ci il tarixdə saat 16:05 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yaxınlığında saxlanılaraq üzərinə video çəkiliş vasitəsilə yoxlama aparılmış və yoxlama zamanı əynində olan göy rəngli şavların sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi çəkisi 0,558 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 ay əvvəl narkotik vasitələrdən çəkmə üsulu ilə istifadə etməyə başlamış, həbs edilməzdən öncə narkotik vasitələrdən istifadə etmişdir. 11 mart 2025-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində üzdən tanıdığı bir şəxsdən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə heroini 25 manat müqabilində almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 12 mart 2025-ci il tarixdə saat 16:05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində, X9 yaxınlığında hərəkətdə olarkən üç nəfər şəxs - biri mülki geyimdə, ikisi isə polis formasında - ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində baxış aparacaqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini söyləmişlər. O isə buna etiraz etməmişdir. Daha sonra üzərində aparılan baxış zamanı onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra onu Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. Razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada hüquq və vəzifələri ona izah edilmiş, dövlət hesabına vəkil təyin olunmuş və vəkil də hüquq və vəzifələrini bir daha izah etdikdən sonra üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Axtarış zamanı üzərindən götürülən heroin müvafiq qaydada qablaşdırılmışdır. Üzərinə əlavə baxış keçirilmiş, lakin başqa hər hansı qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni 11 mart 2025-ci il tarixdə, saat 10 radələrində Suraxanı rayonu ərazisində tanımadığı bir şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, valideynləri qeydiyyatda olan ünvanda, özü isə Albalılıq yaşayış massivində nömrəsiz evdə qalır, həyat yoldaşı vəfat etmişdir, üç övladı var, böyük övladı xərçəng xəstəliyindən əziyyət çəkir, ailə həyatı qurmayan bacısı onun övladlarına baxır, özü fərdi qaydada fəhləliklə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 Talib oğlu bildirmişdir ki, 12 mart 2025-ci il tarixdə saat 15:30 radələrində, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 Yədulla oğlu və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 birlikdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli şəxs olduğunu bildirmişlər. Rəhbərlikdən müvafiq icazə alındıqdan sonra əməliyyat qrupu təşkil olunmuşdur. Saat 15:50 radələrində məxfi əməkdaşlardan alınmış məlumat əsasında Təqsirləndirilən şəxs Binə qəsəbəsi, X9 yaxınlığında olması ehtimal edildiyindən əməliyyat qrupu həmin ünvana yollanmışdır. Qeyd edilən ərazidə Təqsirləndirilən şəxs müşahidə olunaraq ona arxadan yaxınlaşılmış və özlərini təqdim edən polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olmasına əsasən müraciət etmişlər. Təqsirləndirilən şəxs zahiri görünüşü də narkotik vasitə istifadəçisinə bənzədiyindən, onun üzərində narkotik və ya psixotrop maddənin olub-olmaması ilə bağlı sorğu-sual aparılmışdır. Onun üzərinə videogörüntü ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş və narkotik vasitə müvafiq qaydada qablaşdırılmışdır. Faktla bağlı dərhal raport yazılaraq rəhbərliyə məruzə edilmişdir. Rəhbərlik ilkin təhqiqat aparılmasını Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Anar Hacıyevə həvalə etmişdir. Təqsirləndirilən şəxs və onun üzərindən götürülmüş kütlə təhqiqatçıya təhvil verilmişdir. Polis mayoru Anar Hacıyev tərəfindən Əsgərov şübhəli şəxs qismində saxlanılmış və onun hüquqlarını müdafiə etmək üçün öz təşəbbüsü ilə Bakı şəhəri 08 saylı vəkil bürosundan vəkil X4 dəvət olunmuşdur. Vəkil Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərinə yenidən videoçəkilişlə baxış keçirilmiş və bu zaman üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 Yədulla oğlu, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Şahid3 ifadəsində göstərdiklərini təsdiqləyərək analoji ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, 12 mart 2025-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 3-cü PŞ-nin əməkdaşları tərəfindən narotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yaxınlığında saxlanılmlş, videogörüntü ilə üzərini yoxlayan zaman göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kütlə aşkar edilərək götürülmüşdür və o Xəzər RPİ-nin 3-cü PŞ-ə gətirilmişdir. Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cii Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytnantı Şahid1, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 Yədulla oğu və Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 Talib oğlunun iştirakları ilə həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində narkotik vasitələrin dövriyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Xəzər rayon, Binə qəsəbəsi, X9 yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq polis əməkdaşları özlərini təqdim etdikdən sonra həmin şəxslərin üzərlərində qanunla qadağan edilmiş əşya və yaxuda predmet olmasını həmin şəxslərə sual verirlər. Bu sualdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etdi. Həmin kütlələr polis əməkdaşları tərəfindən götürülür. Müvafiq qabla qablaşdırılır. Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs üzərinə, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytnantı Şahid1. Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 Yədulla oğu və Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 Talib oğlunun iştirakları ilə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Polis əməkdaşları həmin narkotik vasitə heroinə bənzər kütləni təhqiqatçıya təqdim etmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını qeyd etmişdir. Üzərinə baxış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxuda ki predmet aşkar edilməmişdir. Görüntü ümumilikdə 03:21 dəqiqə davam etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-cü il tarixli, 6/1080 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..4. (imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,555 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bak şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi ilə bağlı tərtib edilmiş raport sübut növü kimi tanınması nəzərə alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-cü il tarixli, 2201 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində “F11.2” (Opioidlərin qəbulu) dioqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,555 qram qəhvəyi rəngli maddə küstər üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınması, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,455 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bərəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzadan 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə heroini əldə edib saxlaması və daşıması özünün səmimi etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqlarının olması, törədiyi əməli etiraf etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Cinayət qanunvericiliyin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-nin 18.1-ci maddəsi). Residivin müəyyən edilməsi zamanı CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır (CM-nin 18.4-cü maddəsi). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-nin 83.3-cü maddəsi). Qanunvericiliyin qeyd edilən tələblərindən irəli gələn hal odur ki, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzadan azad edildikdən iki il keçmədən, yəni məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur ki, bu da CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən qəsdən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 09 iyul 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 0,455 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 09 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,455 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar